Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red


Xalqa  aşırımın  o  üzündəki  həqiqəti  göstərən  sənətkar



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   2   3   4   5   6   7   8   9   ...   35
Xalqa 

aşırımın  o  üzündəki  həqiqəti  göstərən  sənətkar

” 

adlanan 


metodik vəsait  iki hissədən ibarətdir. 

 

 



 

  

 



 

 

                      



 

 

 

               

 

 


 

                    



Həyat və yaradıcılığı   

 

 Fərman  Kərimzadə  1937-ci  il  martın  3-də  Ermənistanın 



Vedi  rayonunun  Böyük  Vedi  kəndində  anadan  olmuşdur. 

İbtidai  təhsilini  orada  almış  (1944-1951),  orta  məktəbi 

Beyləqan rayonunun Şahsevən kəndində bitirmiş (1954), Əzim 

Əzimzadə  adına  Azərbaycan  Dövlət  Rəssamlıq  Məktəbində 

təhsil  almışdır  (1955-1960).

 

3  il  İsmayıllı  və  Beyləqan 



rayonlarında  müəllim  işləmiş  (1962-1965),  sonra  "Yüksəliş" 

rayon  qəzeti  redaksiyasında  ədəbi  işçi,  şöbə  müdiri,  məsul 

katib 

olmuşdur  (1962-1965).  F.Kərimzadə  Moskvada 



Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin 

ikillik  kursunu  bitirmiş  (1965-1967),  Azərbaycan  Dövlət 

Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük 

redaktor,  "Abşeron",  "Ədəbiyyat  və  incəsənət"  qəzetlərinin 

redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C.Cabbarlı 

adına  "Azərbaycanfilm"  kinostudiyasında  kollegiya  üzvü 

(1970-1977),  "Ədəbiyyat  və  incəsənət"  qəzetinin  xüsusi 

müxbiri  (1977-1980),  Şüvəlan  Yaradıcılıq  Evinin  direktoru 

(1980-1981) işləmişdir. 

Fərman  Kərimzadə  1989-cu  il  mart  ayının  17-də  vəfat 

etmişdir.

 

Yaradıcılığa  gənc  yaşlarından  başlayan  F.Kərimzadə  ilk 



hekayələri  ilə  diqqəti  cəlb  etmişdir.  O,    ötən  əsrin  60-cı 

illərində yenilik ruhu ilə axtarışlar aparan gənc yazıçılardan biri 

idi.  Xüsusən  xalqımızın  yaxın  və  uzaq  tarixi,  onun  başına 

gətirilən  müsibətlər  yazıçının  sənət  dünyasında  mühüm  yer 

tutur. 

1948-ci 


ildə  başlanan  deportasiyada  Fərman 

Kərimzadənin  nəsli,  el-obası  sürgünlərə,  soyqırımlara  düçar 

olmuşdur. İllər ötüb keçsə də doğma Vedi yazıçının yaddaşında 

silinməz  izlər  qoymuşdur.  1988-1989-cu  illərdə  ana  yurdunun 

acı  günləri  yazıçını  yenidən  sarsıtmışdır.  Bütünlükdə 



 

Azərbaycan türklərinin deportasiya olunduğu il, bəlkə də, onun 



həyatının ən ağır ili idi… 

Fərman Kərimzadə, sözün əsl mənasında, vətənpərvər insan 

idi.  Ona  görə  də  yazıçının  tarixi  mövzulara  müraciəti  olduqca 

təbii  idi.

 

F.Kərimzadənin  tarixi  romanları  çağdaş  Azərbaycan 



nəsrində  janrın  potensial  imkanlarının  genişliyini  sübut  edir. 

Onu  bir  yazıçı  kimi  şöhrətləndirən  də  tarixi  romanları 

olmuşdur. Bu baxımdan “Qarlı aşırım” romanı F.Kərimzadənin 

bütün  sonrakı  tarixi  romanlarının  özünəməxsusluğunu,  digər 

müəlliflərlə  müqayisədə  tarixə  və  tarixi  şəxsiyyətlərə 

münasibətini aydınlaşdırmağa kömək edir. F.Kərimzadəni sinfi 

toqquşmaların  təsvirindən  daha  çox,  bu  toqquşmaya 

qoşulanların  daxili  dünyası  və  mənəvi  ovqatı,  onların 

hərəkətlərini  şərtləndirən  daxili  impulslar  maraqlandırırdı.  O, 

cavab  axtarırdı  ki,  axı  niyə  fərdin  ictimai-sinfi  statusu,  sosial 

mövqeyi və rolu onun əməl və hərəkəti ilə heç də həmişə düz 

gəlmir, insan heç özü də gözləmədən bu statusu kökündən zidd 

addımı  atmağa,  sinfi  mahiyyətə  əks  hərəkət  xəttini  həyata 

keçirməyə hazır olur? 

 

 

 



 

 

 



 

 

 



 


 

                              




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə