27
fərdlərin düşüncəsi ilə bir qrup alimin, dəvətçinin və bütöv cəmiyyətin
düşüncəsi arasında böyük fərq vardır.
Metodoloji şüur anlayışı yeni deyildir. O, mədəni şahidliyini
reallaşdırmaq üçün ümmətin möhtac olduğu ənənəvi məsələdir.
Həmçinin, o, metodoloji tələbatları müəyyənləşdirən ideoloji‐əməli
xüsusdur. Metodoloji tələbatlar isə davamlı olaraq öyrənilməli, saf‐çürük
edilməklə tənqidin süzgəcindən keçirilməlidir. Bu, ona görə zəruridir ki,
metodologiyaya dair tədqiqatlar ümumi abı‐hava yaratsın və
sonuncunun əsasında müsəlmanların təfəkkürü və metodoloji şüuru
formalaşsın.
Seyfəddin Əbdülfəttah metodoloji şüurun formalaşması prosesi
üçün zəruri olan dörd elementin adını çəkir:
a. Metodoloji islam nəzəriyyəçiliyinin metodlarını dərketmə;
b. Mövcud Qərb metodologiyasının imkanlarını başa düşüb onları
nəzərdən keçirmək;
v. Metodoloji tətbiq və islam nəzəriyyəçiliyinin mənbələrinə münasibət
şüurunu formalaşdırmaq;
q. Metodoloji tətbiqin çətinliklərini nəzərə almaqla onların aradan
qaldırılması yolları haqda düşünmək
1
.
Qeyd edilməlidir ki, metodoloji şüur onun barəsində yazanların
əsərlərində nəzəri olaraq qalmamalı, elmi‐ideoloji və təbliği ixtisas
sahələrində praktiki metodoloji əməliyyatlar müstəvisinə keçirilməlidir.
1
Seyfəddin Əbdülfəttah. Hövlə əl-mənhəciyyə əl-islamiyyə: müqəddimat və tətbiqat (İslam
metodologiyası haqqında: müqəddəm şərtlər və tətbiq sahələri). Beynəlxalq İslam Düşüncəsi İnstitutunun
12-17 noyabr 1998-ci il tarixində Əmmanda (İordaniya) keçirilmiş III İslam Metodologiyası sessiyasının
materialları, səh. 5-6.
28
ÜMMƏTİN REAL HƏYATINDA METODOLOJİ
TƏHRİFİN TƏZAHÜRLƏRİ
Müsəlmanların bir neçə əsrdir ki, düçar olduqları mədəni
geriliyin bir çox səbəbi vardır. Həmçinin, elə amillər də mövcuddur ki,
islahatçıların zəhmətlərinə rəğmən, bu geriliyin davamlılığını təmin edir.
Bu problem tələb olunan mədəni intibaha səbəb olacaq amillərin
yoxluğu şəraitində daha da qəlizləşir.
İstər fərdlər halında olsun, istərsə də kollektiv halda – fərqi
yoxdur – müasir müsəlman şəxsiyyəti onu iş görməkdən, nailiyyətlərə
imza atmaqdan məhrum etmiş “təhriflər”in (zədələnmələrin) əsirinə
çevrilmişdir. Yəqin ki, bu şəxsiyyətin ideoloji (fikri) və psixoloji
baxımdan məruz qaldığı zədələnmələr arasında fərq qoymağımız
münasib olardı. İdeoloji zədələnmələr müsəlmanların dünya, həyat və
insan haqda olan təsəvvürlərini formalaşdıran kompleks dünyagörüşü
formasına münasibətdə özünü göstərir. Bu dünyagörüşü bir neçə
istiqamət üzrə dolaşıqlığa, acizliyə və naqisliyə düçar olmuşdur.
Psixoloji təhriflərə isə iradə zəifliyi, təşəbbüskarsızlıq və cəsarətsizlik
daxildir.
Deməli, müasir müsəlman şəxsiyyətinin formalaşmasındakı
təhriflər iki istiqamətdə özünü göstərir:
a. Kompleks dünyagörüşü formasında ifadə olunan ideoloji istiqamət
b. İradə zəifliyində ifadə olunan psixoloji istiqamət.
Zədələnmə formalarına bu iki istiqamət üzrə nəzər yetirmək və
onları sanballı təhlili tədqiqata cəlb etmək faydalı olardı. Ancaq fərd,
kollektiv və ümmət səviyyəsində müsəlmanların əziyyət çəkdikləri digər
bir zədələnmə növü də vardır: bu növ zədələnmə müsəlman
şəxsiyyətinin məlum iki tərəfi ilə əlaqəlidir və o, fəhm, şüur və praktika
məsələlərində müsəlmanların düşüncə metodunda özünü göstərir. Yəni,
bu, metodoloji zədələnmədir (təhrifdir). Bu zədələnmə forması ideyanı
reallığa çevirmə və ya zehni qənaətlərdən həyat praktikasına keçmə
prosesi ilə sıx bağlıdır.
Heç bir şübhə yoxdur ki, real şəraitdə ideya və fikirləri praktiki
müstəviyə çıxaran münasib üsullar mövcud olmadıqca onlar həqiqi
dəyərə sahib olmur. Metodoloji zədələnmənin təhlükəsi ondadır ki,
gözəl ideyaların müəllifləri onları real təcrübəyə təqdim etmədə və
sağlam metodla onları “ələk”dən keçirmədə aciz olduqları vaxt bu fikir
29
və ideyalar əhəmiyyətsiz şeylərə çevrilir. Bəlkə də zədələnmə təkcə bu
kimi acizliklə məhdudlaşmır; o, həmçinin, elə yanlış ideyaların
doğmasına səbəb olur ki, bu ideyalar da öz növbəsində insanların onları
lazımınca dərk edib qəbul etmələrinə maneə törədir.
Aşağıda metodoloji zədələnmənin xüsusi təzahür formaları
göstərilmişdir
1
:
1.Reallığın dərki və ona münasibətdəki zədələnmə halı
2.Səbəblərin nəticələrlə əlaqələndirilməsi zamanı ortaya çıxan zədələnmə
forması
3.Bütöv və ətraflı yanaşma ilə əlaqədar zədələnmə forması və s.
Reallığın dərki və ona münasibətdəki zədələnmə forması: bu,
təbiət və insan reallığına münasibətdə və onları dərk etmədəki üsullarla
bağlı zədələnmə növüdür. Bu hal daha çox özünü reallığa laqeyd
münasibət bəsləyib reallıqdan xali sırf zehni təsəvvürlərə etimadda
göstərir. Qeyri‐real sırf zehni təsəvvürlərə etimad isə ya yunan
fəlsəfəsinə əsaslanan rasional mücərrədləşmədən, ya da qnostik
metodun mücərrədləşməsindən irəli gəlmişdir. Qurani‐Kərim insan
ağlını belə mücərrədləşmədən xilas edərək, dünyanı və insan
gerçəkliyini real şəkildə dərk etməyə yönəltmişdir. Dünya və insanlar
haqqındakı ayələr insan ağlının özünə bilik və hidayət, eləcə də
dərketmə mənbəyi hesab etdiyi reallıq formalarını ifadə edir.
Reallığa qarşı laqeydlik bəzən həyat gerçəkliyinə və insanın
ictimai tələbatlarına etinasız yanaşan dini asketizmdə, bəzən də ziyalı
sinfinin təcrid olunması və ümumi qayğılardan uzaq olması səbəbi ilə
ictimai reallığın geniş sektorlarına bivec yanaşan sosial asketizmdə
özünü göstərir. Habelə, “reallıq asketizmi” adlandırılan tərki‐dünyalıq
növü də məlum laqeydliyi formalaşdıran amillərdəndir. Sonuncunun
formalaşmasında isə real problemlərin həllinin əlçatmaz olması və
nümayəndələrinin küfrdə günahlandırılmağa və zorakılığa məruz
qalmaları səbəbindən reallığın islah edilməsində ümidsizliyə qapılmaları
rol oynamışdır.
Reallığa bu cür etinasız yanaşma onun dərk edilməsində
təcrübəsizliyə, təcrübəsizlik isə ona doğru olmayan münasibətə səbəb
olmuşdur. Bu məqamda qərblilərin öz mədəniyyətlərini uğurla
1
Əbdülməcid ən-Nəccar. Əvamil əş-şühud əl-həzari (Mədəni şahidlik amilləri). Cild II. Beyrut, “Dar əl-
Qərb əl-islami” nəşriyyatı, 1999, səh. 39-71.
Dostları ilə paylaş: |