11
başa düşülür. Məsələn, “Məkkənin yolu” dedikdə nəzərdə tutulan şey
ona çatmadakı vasitədir. Çünki çatma məqsəd, necə çatmaq isə
metoddur”
1
.
Ərəb dilində bu sözformalar (“mənhəc” və “minhac”) çox vaxt
bir‐birinin sinonimi olaraq işlədilir. Bəzən isə onların müxtəlif
məqamlarda işlədilməsinə rast gəlmək mümkündür. Məsələn, “əl‐
mənhəc əl‐İslami” (islami metod), “əl‐mənhəc əl‐marksi” (marksist
metod) kimi ifadələrlə həyata, yaradılış və insanlığa dair universal görüş
və ya bilik sistemi anlayışları ifadə edilir. “əl‐Mənhəc ət‐tərbəvi fil‐İslam”
(islamda pedaqogika metodu) dedikdə isə elm sahələrindən biri nəzərdə
tutulur. Və ya belə deyilir: “Mənhəc əş‐şafei fil‐üsul” (fundamental
məsələlərdə şafei metodu), “Mənhəc əl‐mötəzilə fil‐Kəlam” (Kəlam
elmində mötəzili metodu). Burada nəzərdə tutulan şey tədqiqatçılara,
mütəfəkkirlərə, alimlərə və ya elmi kollektivlərə xas ideoloji məktəb,
cərəyan və ya məzhəbdir. Həmçinin, deyilir: “Tədqiqatda istifadə
edilmiş metod tarixi və ya empirik metod idi”. Bu isə müəyyən yol və
yanaşmaları özündə ehtiva edən tədqiqat növü deməkdir.
Ümumiyyətlə, metod dedikdə tədqiqatın aparılması üsulu və ya
pedaqoji məqsədə çatmaq üçün ortaya qoyulmuş təlim vasitələri və
təcrübəsi növlərinin məcmuyu başa düşülür. Elmi metod isə tədqiqatın
elmi üsulu olub mülahizələrə, fərziyyələrin irəli sürülməsinə, nəticəyə
varmada və alınan nəticələrin ümumiləşdirilməsində onların təcrübədən
keçirilməsinə əsaslanır.
Metodologiyaya gəlincə, o, XVIII əsr Avropasında dinin
dirçəldilməsi fəaliyyətinin ümumi adı olmuşdur. Bu fəaliyyət Oksford
universitetində başlanmışdır. Bu zaman dinin öyrənilməsi və ona çağırış
işi metodologiyanın əsas prinsipləri əsasında aparılırdı. İndiyədək bu
işlə məşğul olanlar “metodistlər” adlandırılırlar
2
.
Tapşırıq. Metod sözünün müxtəlif mənalarda işlədilməsinə dair
yazılmış bir neçə kitabın adını söyləyin.
1
Əli ibn Abdulkafi əs-Səbəki. əl-İbhac fi şərh əl-Minhac (Metodun şərhində füsunkar yol) Cild I: əl-Qazi
Beyzavinin “Minhac əl-Vüsul ila elm əl-Üsul” (Üsul elmini öyrənməyin metodu) adlı əsərinə yazılmış
şərh). Beyrut, “Dar əlk-Kütub əl-Elmiyyə” nəşriyyatı, 1995, səh. 3.
2
Əbdülmün`im əl-Hifni. Universal fəlsəfə terminləri lüğəti. Qahirə, “Mədbuli” kitabxanasının nəşrləri. 3-
cü nəşr. 2000, səh. 849.
12
Metodologiya metodun istehsalı mənbəyidir. Ərəb dilində nisbi
sifət olan “mənhəciyyə” (metod ‐i/‐ı) morfemi “metodologiya” mənasına
gələn “mənhəciyyə” sözformasından fərqlənir. Məsələn, belə deyirik:
“Tədqiqatçı öz işini metodoloji (mənhəciyyə) üsulla görür”, yəni, o,
məsələyə kortəbii deyil, sistemli şəkildə toxunur. Ancaq bu sözdən
düzəldilmiş isim isə kökformaya aid xüsusiyyətləri özündə ifadə edir;
törəmə mənalar həqiqi mənaya oxşar olur. Biz “Tədqiqatçı özünün
düşüncə metodologiyası ilə başqalarından fərqlənir” ‐ dedikdə bununla
onun düşüncəsinin sağlamlığını, dürüstlüyünü nəzərdə tutmuş oluruq
və s.
Metodologiya sözünün ingilis dilindəki qarşılığı “methodology”
morfemidir ki, bu da “üsulları, yolları öyrənən elm” mənasını verir.
Həmçinin, sözügedən dildə məlum termin aşağıdakı mənalarda işlədilir:
a. Müəyyən bilik sahəsində tədqiqat və öyrənmə prosesini tənzimləyən
prinsip və əməliyyatları təhlil edən məntiq elminin bir qolu;
b. Müəyyən fəlsəfi məktəbin nəzəri əsasları ‐ əsas fərziyyələri, verilənləri
və anlayışları
1
.
Beləliklə, aydın olur ki, ingilis dilindəki “methodology” sözü
“yeni elm növlərindən biri” mənasına gəlir və bu elm yolları, metodları
öyrənir. O, bütün elmlərlə əlaqəli olsa da daha çox elmlərin genezisi,
epistemologiya və qnoseologiya ilə sıx surətdə bağlıdır. Bəzən bu termin
hər bir elmin bir tərəfini, hər bu və ya digər bilik sahəsinin (fizika, tarix
və s.) bir qolunu ifadə edir və həmin tərəf və qolların məntiqi əsaslarını,
məzmununu, bilik əldəetmə və tədqiqat yollarını öyrənir. Məsələn, tarix
elminin metodologiyası və s.
Bu mənada “metod” dedikdə hər hansı bir bilik sahəsi üzrə
tədqiqat üsulları və əməliyyatları başa düşülür. Metodologiya isə bu
üsulları və əməliyyatları öyrənən elm kimi nəzərdən keçirilir. Tədqiqat
üsulu isə özünün məqsədliliyi, aydınlığı və düzgünlüyü ilə seçilməlidir
2
.
Metod: tədqiqat üsulları və əməliyyatları
Metodologiya: tədqiqat üsulları və əməliyyatlarını öyrənən elm sahəsi.
1
M. Agnos, E. Guralnik. Webster’s New World College Dictionary. 4-th ed. Foster City, CA. Webster’s
New World, 2001, p. 906; DK Publishing, Oxford Illustrated American Dictionary, New York: Oxford
University Press. 1998, p. 515.
2
Faris Eşti. Mədxəl ila əl-Mənhəciyyə fil-ülum əl-İctimaiyyə (Sosial elmlərdə metodologiyaya giriş). “əl-
Ülum əl-İctimaiyyə” jurnalı. № 1. Livan Universitetinin nəşrləri. Cild I, 1991, səh. 33-47.