Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


İNSANLARIN BƏRZƏX SURƏTLƏRİ DÜNYADAKI KİMİDİR



Yüklə 1,5 Mb.
səhifə32/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   28   29   30   31   32   33   34   35   ...   91
Mead

İNSANLARIN BƏRZƏX SURƏTLƏRİ DÜNYADAKI KİMİDİR


Şeyx Tusi Həzrət Sadiq (əleyhissalam)-dan bir hədis nəql edib ki, hədisin axırında İmam (əleyhissalam) buyurur: “Allah-Taala insanın ruhunu çıxarıb, onu əsil (dünyadakı) surətində Behiştə göndərər. Orada yeyər, içər və əgər yeni bir adam daxil olarsa, onları həmin dünyadakı surətində tanıyar.” Digər bir hədisdə buyurub: “Mö᾽minlərin ruhları bir-birləri ilə görüşüb, bir-birlərindən sual edərlər, bir-birlərini tanıyarlar. Birini görəndə “bəli, bu “filankəsdir” deyərlər”


RUHLAR YENİ GƏLƏNLƏRDƏN HAL-ƏHVAL TUTURLAR


Digər hədisdə buyrulub: Ruhlar bədən şəlində, Behişt bağlarında qərar tutarlar. Bir-birlərini tanıyar və bir-birlərindən sual edərlər. Yenə bir ruh gələndə, deyərlər: Onu rhat buraxı, o, ölüm vəhşətindən çıxıb gəlib. Sonra ondan “filankəslər necə oldu?”-deyə soruşarlar. Əgər desə ki, mən gələndə salamat, diri idi. arxayınlaşaralr. Ümid edərlər ik, həmin adam da onlara qovuşacaq.
Əgər desə ki, filankəs ölüb, ruhlar “süqut etdi” deməklə onun Cəhənnəmə getdiyinə iarə edərlər (yoxsa onlara qovuşardı)

RUHLARIN ÖZ YAXINLARINI ZİYARƏT ETMƏLƏRİ


“Bihar”-ın 3-cü cildində “Kafi” və digər kitablardan bə᾽zi hədislər nəql olunub ki, onların xülasəsi budur: Bərzəx aləmində ruhlar öz yaxın adamlarının ziyarətinə, görüşünə, əhvalını soruşmağa gedərlər. Bə᾽ziləri hər gün, bə᾽ziləri iki gündən bir, bi”ziləri üç gündən bir, bə᾽ziləri hər cümə, bə᾽ziləri ayda bir dəfə, bə᾽ziləri ildə bir dəfə ziyarətə nail olar və bu fərq onların məqamları ilə əlaqədardır. Rəvayətdə vardır ki, mö᾽min şəxs öz yaxınlarından yalnız fərəhləndirici şeylər görər. Kafirlərin gördükləri isə təkcə narahatlıqlarına səbəb olar.

BƏRZƏXDƏ KÖVSƏR HOVUZU


Müxtəlif kitablarda Əbdüllah ibni Sinandan nəql olunmuşdur ki, Həzrət Əbi Cə”fərüs-Sadiq (əleyhissalam)-dan Kövsər hovuzu barədə soruşdum, Həzrət buyurdu: “Genişliyi Bəsərdən Yəminin Sən”a şəhərinədək. Təəccüb etdim, Həzrət buyurdu: istəyirsənmi göstərim? Ərz etdim ki, bəli, ya mövla. Həzrət məni Mədinədən kənara gətirdi. Mübarək ayağını yerə vurdu. Buyurdu: “Bax (İmamın əmri ilə kainat pərdəsi gözlərimdən götürüldü) Gördüm, bir çay peyda oldu ki, iki tərəfi gözə görünmür. Həzrətlə mənim dayandığım yer ada vəziyyətində qalmışdı. Gözlərimə bir tərəfindən qardan ağ su, digər tərəfidən qardan ağ süd gələn çay göründü. Südlə su arasından bu vaxtadək xoşluqda və görünüşdə misini görmədiyim qırmızı lətif yaqut kimi şərab (pak) axırdı. Soruşdum: Sənə fəda olum, bu çay haradan axır? Buyuru: Bu həmin çeşmədəndir ki, Allah-Taalanın Qur”.and buyurduğu “Behiştdə süddən br çeşmə, sudan bir çeşmə, şərabdan (pak) bir çeşmə” bu çaydan axır.
Bu çayın iki sahilində ağaclar, hər ağacın yanında gözəl huriyyə vardı. Onlar əlində bu vaxtadək mislini görmədiyim (qeyri-dünyəvi) qalar tutmuşdular.
Həzrət onlardan birinə yaxınlaşıb “su ver”, buyurdu: Huriyyə qbı caydan doldurub, Həzrətə verdi. Heç vaxt belə lətafətli, ləzzətli su içməmişdim, müşk qoxusu verirdi. Dedim: Sənə vəda olum, bu gün görmədiklərimi gördüm. Heç də güman etmirdim ki, belə şeylər ola bilər.
Həzrət buyurdu: Bunlar, Xudavəndin bizim şiələr üçün hazırladığından çox azdır. İnsan dünyadan gedəndə ruhunu bu çaya tərəf apararlarm. Onun bağlarında gəzər, yeməlilərindən yeyər, içməlilərindən içər. Bizim düşmənlərimiz ölən zaman isə ruhunu Bərəhut vadisinə apararlar, həmişə onun əzabında olar, zəqqumundan ona yedirər, həmimindən ona içirərlər. Həmin vadidən pənah aparın Allaha!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə