Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


YALNIZ ALLAH QALAR, YALNIZ!



Yüklə 1,5 Mb.
səhifə48/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   44   45   46   47   48   49   50   51   ...   91
Mead

YALNIZ ALLAH QALAR, YALNIZ!


İlahi qəhr nidası ucalar ki, ey itaətsizlər, ey təkəbbür göstərib, mənəm-mənəm deyənlər, haradasınız?! Bu gün mütləq hökumət və səltənət kimindir?!
Bir nəfər də olmaz desin ki, “vahid, qəhhar Allah!” Bu sur üfürülməsindən bir müddət keçmiş, ayılma, dirilmə, Qiyamətin qalxma “nəfxəsi” üfürülər.
Mə”sum İmamlardan (əleyhimussalam) sual olunub ki, aləmdə heç bir canlının olmayacağı iki nəfxə (üfürmə) arasındakı vaxt nə qədərdir? Rəvayətdə vardır ki, 40 il və ya 400 il. Eləcə də, rəvayətə görə həmin müddətdə fələklərin toqquşması, zəlzələlərin, dağların tikə-tikə parçalanması, dənizlərin od tutması kimi dəhşətlər olacaqdır. Sonra da yağış yağması əmr ediləcək, bu şiddətli yağış 40 gün başdan-başa yer üzünə yağacaq.

SUR İKİNCİ DƏFƏ ÜFÜRÜLÜR


İlahi əmrlə ikinci dəfə diriləcək ilk şəxs İsrafildir. O, suru üfürməli və Qiyamət qopmalıdır. İsrafil nida edər: “Ey bədənlərdən ayrılmış ruhlar, ey səpələnmiş bədənlər, ey çürümüş ət və sümüklər, ey dağılmış tüklər qayıdın və hesab üçün toplanın, tələsin hesaba”!
Yerə ilahi vəhy yetişər ki, qoynunda olanları bayıra töksün. Torpaqda olan bədənlər şiddətli zəlzələlər vasitəsi ilə bayıra çıxarlar, bədən zərrələri birləşər, ona ruh üfürülər, bir dəfəyə hamı ayağa qalxar. (Allah üçün bir nəfəri xəlq etməklə milyard nəfəri xəlq etməyin fərqi yoxdur, O qadirdir.)
Və”dəsinə vəfa edən Allaha şükürlər olsun!
Amma adamların görünüş və danışıqları müxtəlif olar. Əməlisalehlər qəbirdən baş qaldırdıqda, Allaha şükr edərlər ki, Öz və”dəsinə vəfalı olub, Qiyaməti bərpa etdi, onlar da öz saleh əməllərinin əvəzini alarlar. (39-cu surə, 74-cü ayə) Elələri də olar çarəsizlikdən fəryad çəkər, nalə qopararlar ki, kim bizi qəbirlərimizdən qaldırdı? (36-cı surə, 52-ci ayə) Rəvayətə görə, onlar bir ayağı qəbirdə, digər ayağı bayırda olan halda 300 il heyrətdə dayanacaqlar. Bu, əzabın müqəddiməsidir.

QƏBİRDƏN NECƏ BAŞ QALDIRARLAR?


Bir gün Cəbrail Rəsulallah (səlləllahu əleyhi və alihi və səlləm)-ə ərz etdi:
Adamların həşrinin (qəbirdən qalxmasının) necəliyini görmək istəyirsənmi? Buyurdu: Bəli. O, Həzrəti “Bəqi” qəbiristanına apardı, ayağını qəbrə vurub dedi: Allahın izniylə, qalx! Qəbirdən nurani bir şəxs baş qaldırdı və “həmd olsun Allaha ki, Öz və”dəsinə vəfa etdi” dedi. Sonra ayağını başqa qəbrə vurdu. Qorxunc görkəmli bir şəxs qəbirdən qalxıb, nalə çəkdi. Cəbrail ərz etdi: Mö᾽min və kafir, qəbirdən bu sayaq baş qaldırar.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə