Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ALLAH YANINDA ƏMANƏT SANDIĞI



Yüklə 1,5 Mb.
səhifə47/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   43   44   45   46   47   48   49   50   ...   91
Mead

ALLAH YANINDA ƏMANƏT SANDIĞI


“Allah kərimdir”, deyirik, düzdür. Amma əgər Allahı doğrudan da kərim (kərəm, səxavət sahibi) biliriksə, nə üçün dünya işlərində Onu kərim hesab etmirik?! Mə”lum olur ki, dediyimiz sözlər səmimi deyil.
Əgər doğrudan da, öz gələcəyinizi tə”min etmək istəyirsinizsə, Allah yanındakı əmanət sandığında özünüz üçün hesab açın. Sizin ibadətiniz və verdiyiniz sədəqələr həmin hesabdakı əmanətləriniz, sədəqələrinizdir. Bilin ki, Allah bu əmanəti yaxşıca hifz edər, Qiyamətin günü, bəlkə də həmin dünyada əvəzini qaytarar. (73-cü surə, 20-ci ayə)
Qur᾽anda Rəbbimiz Öz Peyğəmbərinə əmr edir ki, onları sonrakı əzablarla qorxut. İndi özünüz bilin: qarşıda çətin bir gün var.

İSRAFİL SURU ÜFÜRÜR


Qur᾽anda dəfələrlə xəbər verilmişdir ki, Qiyamət qoparkən ən ilkin, sur üfürüləcəkdir. Ayə və hədislərdən belə mə”lum olur ki, sur iki dəfə üfürüləcəkdir: 1-ci öldürən, 2-ci dirildəndir.
“Zümər” surəsi, 68-ci ayə: “Elə ki, sur çalındı, Allahın istədiyi kimsələrdən savayı göylərdə və yerdə kim varsa, hamısı yıxılıb ölər. Bir daha çalınanda isə bütün ölənlər ayağa qaxıb olacağı gözləyərlər.”

ALLAHA YAXIN DÖRD MƏLƏK VƏ HƏR BİRİNİN TAPŞIRIĞI, VƏZİFƏSİ


Allah-Taalanın dörd yaxın (müqərrəb) mələklərinin (Cəbrail, Mikail, Əzrail, İsrafil) hər birinin öz mühüm vəzifəsi vardır. Cəbrail peyğəmbərlərə vəhyin nüzul vasitəsi, Mikail ruzi vasitəsi, Əzrail can almağa mə”murdur. İsrafilin işi Qiyamət zamanıdır. O, əlində sur, həmişə Allah əmrinin intizarındadır. Rəvayətə görə, Allah buyurduğu zaman səmadan yerə enər.

QİYAMƏTDƏ GÖYLƏRİN TİTRƏYİŞİ


Qiyamət qopanda səmalara titrəyiş düşər, səma sakinləri lərzəyə gələr. Hərəkət yerə yetişəndə Beytül-Müqəddəsdən (ilk qibləmiz) Kə”bəyə surda nida olar ki, “hamınız ölün!” İlk sur üfürülməsi ilə bir dənə də canlı qalmaz, nəfəslər kəsilər. Rəvayətdə vardır ki, bə᾽ziləri bazarda al-verə məşğul olduqları yerdəcə ölüm “nəfxəsi” üfürülər və yıxılarlar. Nə vəsiyyət edə bilər, nə də mənzillərinə qayıda bilərlər. “Yasin” surəsində (ayə 50) buyurulduğu kimi: “Nə vəsiyyət etməyə, nə də ailələrinin yanına qayıtmağa macal tapmayacaqlar.”


Sonra səma əhli üçün də sur üfürülməsi əmr olar ki, bir ruh sahibi də sağ qalmaz. O vaxt buyurarlar ki, İsrafil özü də ölümə qovuşsun.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə