Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ƏHLİ-BEYT (ƏLEYHUMUSSALAM) DOSTLARINA MÜJDƏ



Yüklə 1,5 Mb.
səhifə55/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   51   52   53   54   55   56   57   58   ...   91
Mead

ƏHLİ-BEYT (ƏLEYHUMUSSALAM) DOSTLARINA MÜJDƏ


(Fatimeyi Zəhra (əleyha salam) və 12 İmam (əleyhimussalam) Peyğəmbərin Əhli-beyti adlanır). “Biharül-ənvar”ın 3-cü cildində nəql olunur ki, İmam Sadiq (əleyhissalam) buyurmuşdur: “Qiyamət günü bizim şiələrin hesabını Allah-Taala bizə həvalə edir. İnsanın Allaha aid haqqının, vəzifələrinin bizə bağışlanmasını Allahdan diləyərik. Bu haqq onlara bağışlanar. Özümüzə olan haqlarını da bağışlayarıq. (Sonra bu şərif ayəni oxuyur:) “Onlar Bizə tərəf qayıdar, onların hesabı Bizimlədir. Bu, başqa cür deyil.”

HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) ŞİƏLƏRİN XALQA BORCUNU (MƏZALİMİNİ) ÖDƏYƏR


“Biharül-ənvar”ın “Qiyamət gününün hesabı” fəslində Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, Allahın və İmamın haqqı ödəndikdən sonra şiələrin öhdəsində olan xalqın haqqını (həqqünnas) Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) sahiblərinə qaytarar...


ŞÜKÜR İLAHİYYƏ Kİ, HESABÇIMIZ KƏRİM ŞƏXSLƏRDİR


Şiələr üçün böyük müjdədir ki, Qiyamətdə hər kəsin hesabı öz İmamına həvalə olunacaqdır. Xoş halına o şəxsin ki, əməllərinin hesabını kərim olan İmam Höccətibnil-Həsən (əleyhissalam) aparsın. Əlbəttə, kölgəli əməllərimizə baxdığı zaman başımızı aşağı salacağıq. Amma onlarla dost olduğumuzdan, ümidvarıq ki, bizə şəfaət etsinlər. Şükür Allaha ki, hesabımız Allah yanında uca məqamı olan kərim şəxslərə tapşırılıb.

MİZAN (ÖLÇÜ)


İnanmalı olduğumuz həqiqətlərdən biri də mizandır. Qiyamət günü başlananda, hər kəsin əməlləri ölçülər, yaxşı və ya pis işlərinin çoxluğu mə”lum olar. Mizan dinin zəruriyyətlərindəndir. Bəs, mizan və ölçünün həqiqəti nədir? Bu barədə alimlər öz baxışlarını, nəzərlərini bildiriblər. Bə᾽ziləri onu əməl naməsinin ölçülməsi, çəkilməsi bildiriblər. Bə᾽ziləri buyurublar ki, əməllər maddi, cisim surəti alıb çəkiləcəkdir. Bunların heç birinin mö”təbər mənbəsi yoxdur. Amma səhih nəzərə gələn odur ki, mizan ölçüdür-xırdadan böyüyədək hər şeyin ölçüsü.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə