Əlişov Yusif, İbrahimov Natiq Ölçü sistemi və onun əsas elementləri Enerji menecmentdə ölçmə sistemləri Qoçuyeva Aynurə



Yüklə 4,68 Mb.
tarix11.10.2023
ölçüsü4,68 Mb.
#126971
silmə


Əlişov Yusif, İbrahimov Natiq
Ölçü sistemi və onun əsas elementləri
Enerji menecmentdə ölçmə sistemləri
Qoçuyeva Aynurə
A6112
Qrup
Lab:Mövzu
Fənn
Müəllim
Tələbə
Ölçü
Hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır
Ölçmə
Ölçmə
Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir.
Temperatur, təzyiq, sərf, səviyyə, keyfiyyət parametrləri. Texnoloji prosesləri idarə etmək üçün fasiləsiz olaraq kəmiyyətlər haqqında məlumatlar toplanmalıdır. Operativ olaraq kəmiyyətlər haqqında məlumat almaq üçün bu kəmiyyətlər ölçülməlidir. Hər hansı bir kəmiyyəti ölçmək onu ölçü vahidi kimi qəbul edilmiş bircinsli kəmiyyətlə müqayisə etmək deməkdir.
Ölçülən kəmiyyətin ölçü vahidinə olan nisbətinin ədədi qiymətinə ölçülən kəmiyyətin ədədi qiyməti deyilir.
Ölçülən kəmiyyəti Q, ölçü vahidini q və ölçü kəmiyyətinin ədədi qiymətini x ilə işarə etsək, yaza bilərik:
Ölçmənin üç növü var: bilavasitə, dolayı ölçmə və ümumi ölçmə.
Bilavasitə ölçmədə, ölçülən kəmiyyətin qiyməti bilavasitə (birbaşa) ölçü vahidi ilə müqayisədə və ya qəbul edilmiş vahidlərdə dərəcələnən ölçü cihazları ilə müəyyən edilir.
Dolayı yolla ölçmədə ölçülən parametrin qiymətini təyin etmək üçün həmin kəmiyyətlə funksional əlaqədə olan, başqa kəmiyyətlərin bilavasitə üsulla ölçülməsi aparılır.
Ümumi ölçmədə, ölçülən kəmiyyətin qiyməti digər kəmiyyətlərin bilavasitə ölçülməsindən alınan qiymətlərə görə bir sıra tənlikləri həll etməklə tapılır.
Ölçü sistemi və onun əsas elementləri
Ölçü sistemi əsasən üç elementdən ibarət olur: ilkin (verici) cihaz, ikinci cihaz və birləşdirmə xətləri.
İlkin cihaz (verici) əsas etibarilə iki elementdən ibarətdir: ölçü blokundan və çeviricidən. İlkin cihaz əsasən ölçü qurğusunun qiyməti ölçülən parametrlə əlaqəli həssas elementindən ibarətdir. O, həssas elementdə yaranan və ölçülən parametrlərə münasib olan enerji növünü adətən başqa enerji növünə çevirib ikinci cihaza ötürür, əksər hallarda isə şkalasız olur.
İkinci cihaz ölçü qurğusunun ölçən hissəsidir. Bu ölçülən parametrin qiymətini göstərir və ya həm də qeyd edir. İkinci cihaz, adətən, mərkəzi lövhədə yerləşdirilir.
Birləşdirici xətlər ölçü qurğusunun ötürücü hissəsidir. Birinci (verici) cihazda yaranan siqnalları ikinci cihaza ötürən bu birləşdirici xətlər naqillərdən və ya impuls boru kəmərlərindən ibarət olur.
Ölçmə nəticələrindəndəki səhv xəta adlanır. Ölçmə texnikasında istifadə olunan xəta anlayışları bunlardır: mütləq xəta, nisbi xəta və gətirilmiş xəta.
Ölçmədən alınan qiymətlə ölçülən kəmiyyətin həqiqi qiyməti arasındakı fərq mütləq xəta adlanır.
∆a = A1 - A2
A1 - ölçmədən alınan qiymət; A2 - ölçülən kəmiyyətin həqiqi qiymətidir.
Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə olan nisbətinə nisbi xəta deyilir.
Ölçü cihazının ölçmə diapozonuna görə, hissələrlə və ya faizlərlə ifadə olunan xətaya gətirilmiş xəta deyilir.
Ölçü cihazının həssaslığı onun çıxış kəmiyyəti artımının - ölçü cihazı əqrəbinin xətti və ya bucaq yerdəyişməsinin ölçülən kəmiyyətin artımına olan nisbətinə deyilir. Şkala isə eyni zamanda sabit ya qeyri-sabit ola bilər. Beləliklə,
cihazın xətti həssaslığı
bucaq həssaslığı isə
ifadəsinə görə hesablana bilər. Burada ∆N və ∆φ - uyğun olaraq ölçü cihazı əqrəbinin xətti və bucaq
yerdəyişməsi, ∆A - ölçülən kəmiyyətin artımıdır.
Diqqətinizə Görə Təşəkkürlər
Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə