Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə184/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   180   181   182   183   184   185   186   187   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

453



lazım”  fəlsəfəsi  ilə  yaşayır.  Lamiyə  ilk  Kənanın  kamanından  qopan  həzin 

musiqiyə  vurulur,  aralarında  qısa  müddətli  ünsiyyətlər  yaranır  və  Lamiyə  get-

gedə Kənana bütün varlığı ilə aşiq olur. Nakam bir sevgi hekayəsi olsa da, biz 

romanda  esl  sevginin  nələrə  qadir  olduğunun  şahidi  oluruq.  Lamiyə  bu 

qarşılıqsız  eşq  üzündən  həyatında  davamlı  çətinliklərlə,  üzüntülərlə 

qarşılaşsa da, amma qəlbinin dərinliyində bu sevgi ona mənəvi dayaq, təsəlli 

olur,  Kənanı  bir  gün  belə  olsun  unutmur.  Məhəbbətini  gizli  dəfinə  kimi 

qəlbində  saxlayıb  dərdini  heç  kəsə  açmayan,  saf  və  təmiz  məhəbbətin 

qurbanı olan bu məsum qız ismətsizlik adı ilə damğalanır, bir çox təhqirlərə, 

hücumlara,  iftiralara  məruz  qalır,  lakin  heç  kəsin  qarşısında  əyilmir, 

çətinliklə  də  olsa  şərəf  və  ləyaqətini  qorumağı  bacarır.  Lamiyə  ilə  sadəcə 

könül  əyləndirən  və  bu  saf  qızın  yaşadığı  bədbəxtliklərə  bais  olan  Kənan 

sonradan  Lamiyəni  sevdiyini  anlasa  da,  artıq  gec  olur,  Lamiyə  onun  sev-

gisini rədd edir.Artıq gəncliyin təcrübəsizliyindən xilas olan, yaşadıqlarının 

təsiri altında yetkinləşən Lamiyə gənc həkim Vədada ərə gedib xoşbəxt olur. 

Rəşad  Nuri  Güntəkinin dəyərli  və  həcminin  az  olmasına  baxmayaraq 

kifayət qədər məzmunlu romanlarından biri də “Yarpaq tökümü”dür. Böyük 

ədib  bu  romanda  ortabab,  oturuşmuş  bir  məmur  ailəsinin  faciəsindən  və 

cəfalətə uğramasından bəhs edərək, cəmiyyətdə ailənin rolu və əhəmiyyəti, 

ailə institutunun dayanıqlığının, möhkəmliliyinin vacibliyini ön plana çəkir. 

Məmur  Əli  Rza  bəyin  ciddiliyinə,  cəmiyyətdəki  və  işlədiyi  yerlərdəki 

hörmətinə,  izzətinə,  nüfuzuna  baxmayaraq,  o  ailənin  ətrafında  baş  verən 

davamlı və mürəkkəb hadisələrin fonunda aciz qalır, güvəndiyi hər şeydən, 

hətta doğma oğlu Şövkətə olan sonsuz ümid və inamından da olur, ailədə baş 

verən  hadisələrin  cərəyanını  nə  qədər  çabalasa  da  dəyişə  bilmir,  kənarda–

işlədiyi yerlərdə namus və qeyrəti qoruyur, bunların təssübünü çəkir, etiraz 

əlaməti  olaraq  işdən  gedir,  nəticədə  ailəsini  təhlükəyə  atır,  ehtiyac 

məngənəsinə  salır,  qızları  bu  çətinliklərdən  baş  çıxara  bilmir,  hərəsi  xəzan 

yelinə tuş gəlmiş yarpaqlar kimi bir tərəfə səpələnir. Bu romanda baş verən 

hadisələr həm öz dövrü üçün, həm də müasir dövrlə olduqca həmahəngdir, 

aktualdır,  ibrətamizdir,  düşündürücüdür,  öyrədicidir,  eyni  zamanda  ailənin 

idarəedilməsi  problemlərini  qabardan  və  bununla  bağlı  məsələlərə  diqqət 

yetirməyin vacibliyinə işarə edən ədibin cəmiyyətə və insanlara müraciətidir. 

Böyük  ədib  öz  qəhrəmanlarını  əvvəlcə  saf  və  qüvvətli  bir  köklü  agacın 

üstünə  toplasa  da,  budaqlarına  təravət  və  güc  versə  də,  çox  keçmədən  bu 

ailənin acılıqları və çətinlikləri başlayır, yarpaqlar bir-bir tökülür, səfalət bu 

alənin qapısını döymədən içəri soxulur, məcbur qalan ədib öz qəhrəmanlarını 

bir-bir qurban verməli olur. Əli Rza bəy bu fikirdədir ki, insan öz təmiz adını 

və  namusunu  qorumağı  bacarmalıdır:  “Atam  həddən  artıq  namuslu  adam-

mış... Atanın uşaqlarına saxlayacağı ən qiymətli miras təmiz bir addır” (8,9) 

Bu  baxımdan  Əli  Rza  bəy  öz  təmiz  məmur  adını  qorumağa  o  qədər  aludə 



Filologiya məsələləri, №4, 2017 

 

454



olur  ki,  ətrafını  bürümüş  hiyləgərliklərdən,  dövrün  acı  reallıqlarından  baş 

çıxarmaqda aciz qalır. 

 Müasir  türk  realist  ədəbiyyatının  ən  qüdrətli  nümayəndələrindən  biri 

olan  R.N.Güntəkinin  romanlarında  insanın  iç  dünyasının  ən  gizli,  kimsəyə 

bəlli  olmayan  ən  dərin  qatlarına  baş  vurulduğu,  onun  hiss  və  həyəcanları, 

yaşantıları  real,  inandırıcı  cizgilərlə  təqdim  olunduğu  üçün  və  ən  əsas  öz 

qəhrəmanlarını  mənsub  olduğu  xalqın  içərisindən  seçdiyi  üçün  geniş 

kütlələrin diqqət və marağını cəlb etməkdədir. 

 

Ədəbiyyat 



 

1. 


Fethi  Naci.  Reşat  Nurinin  romançılığı.  İstanbul,  Türkiye  İş  bankası 

Kültür Yayınları, 2011 

2. 

Tanpınar  Ahmed  Hamdi.  Reşat  Nuri  ve  eserleri.  Edebiyat  üzerine 



makaleler. İstanbul, Haz.Zeynep Kerman Dergah Yayınları, 1998 

3. 


Önertoy Olcay. Reşat Nuri Güntekin. Ankara, Olğac Basımevi, 1983 

4. 


Güntekin Reşat Nuri. Yeşil gece. İstanbul, İnkılap Yayınevi, 1984 

5. 


Güntekin Reşat Nuri. Acımak. İstanbul, Nurgök Matbaası, 1992 

6. 


Güntekin  Reşat  Nuri.  Kan  davası.  İstanbul,  İnkılap  və  Aka  kitapevi, 

1972 


7. 

Altuğ  Taylan.  Bir  ruh  kimliği:  Reşat  Nuri  Güntekin.  Ankara,  İnkılap 

kitapevi, 2005 

8. 


Güntəkin Rəşad Nuri. Yarpaq tökümü. Bakı. Çinar, Çap, 2007 

 

Гюнель Зейналлы 



Новое дыхание Турецкого романа Решат Нури Гюнтекин 

Резюме 


 

 Один  из  основателей  турецкой  национальной  литературы  рес-

публиканского периода Решат Нури Гюнтекин написал ряд романов и 

оставил  неизгладимый  след  в  турецкой  литературе.  Он  является  ав-

тором 19 романов. Один из долговечный и плодовитый автор турецкой 

литературы  Решат  Нури  Гюнтекин  написал  свои  первые  романы  во 

время  Первой  мировой  войны.  Его  произведения  сыграл  неоценимую 

роль в развитии лирико-психологического стиля в турецкой литературе. 

В таких романах как “Скрытая рука”, “Королек-птицка певчая”, “Клей-

мо”, “Из губ в сердце”, “Вечернее солнце”, “Женщина враг”, “Зеленый 

ночь”,  “Сочувствие”,  “Листопад”,  “Небо”,  “Старая  болезнь”,  “  Огонь 

ночи”,  “Мельница”  “Тополь  ветров”,  “Последнее  убежище”,  “Кровная 

месть” он создал панораму Турецкой социальной и политической жиз-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə