Filologiya
məsələləri, №4, 2017
469
hissiyatı,yaradıcı təxəyyülü inkişaf etdirir.Məs: ədəbiyyat,tarix,coğrafiya və
s.fənnlərlə sıx əlaqə yaradıldıqda yapma məşğələsi üçün çoxlu süjetlər
meydana çıxır.Bu fənnlər bədii kompozisiyanın verilməsi zamanı uşaqların
praktiki materiallardan istifadə etməsinə kömək edir.Eyni zamanda həmin
fənnlər üzrə düzəldilmiş əşyalar məşğələlərdə əyani vəsait kimi istifadə
oluna bilər.Yapma məşğələlərində bədii ədəbiyyat üzrə illüstrasiyalar
mövzusu da xüsusi yer tutur.Burada şagirdlər müxtəlif nağıl,təmsil və
hekayələrə aid mövzularda yapma işləri hazırlayırlar.Yapma üzrə
məşğələləri iki hissəyə ayırmaq olar.1.Təlim vəzifələri.2.Tərbiyə vəzifələri.I-
ci Hissədə yapma məşğələlərində aşağıdakı məqsədlər nəzərə alınmalıdır.a)-
Seçilmiş və ya verilmiş mövzu üzrə yapma işləri hazırlamaq.b)Sujetin
həllində daha gözəl ifadə vasitələri tapmaq əvvəlcədən tərtib edilmiş
eskizlərdən istifadə etməklə tapşırıqları kompozisiyanı sona çatdır-
maq.c)Ətraf aləmi müşahidə etmək.Mövzu üzrə yapma işlərində lazım olan
əşyaları naturadan yaddaşa və ya təsəvvürə görə esgiz hazırlamaq sonra da
yapma işində istifadə etmək.ç)Kompozisiyada ümumi fikir həlli.d)Statik
qanunu nəzərə almaqla işin konstruktiv mütanasib həlli.II-ci Hissədə isə
yapma məşğələlərində tərbiyə məsələlərini nəzərə almaq lazımdır. a)Görmə
yaddaşını,fəza təsəvvürlərini və obrazlarda təfəkkürün inkişafı.b)Bədii
zövqün,həyatın özünün müşahidəsinə məhəbbət və maraq tərbiyəsi.c)-
Yaradıcı qabiliyyətin,təsəvvürlərin inkişafı.d)Emosional aləmi zənginləş-
dirən tükənməz gözəllik mənbəyi olan həyatı başa düşməyi tərbiyə etmək.Bu
məqsəd və vəzifələri yerinə yetirərkən mövzu üzrə yapma işləri za-
manı,uşaqların yaş xüsusiyyətlərini nəzərə alınmalı,şüurluluq,əyanilik,-
ardıcıllıq və sistematiklik prinsiplərinə riayət edilməlidir.Mövzu üzrə yapma
məşğələlərində bədii zövq təsviri incəsənətdə iki yolla həyata keçirilə
bilər.1.Ətraf aləmdəki təsvirin realist əsaslarının və kompozisiyanın
əsaslarının öyrənilməsi yolu.2.Sujetlərin yerinə yetirilməsi üçün müsahibə
məşğələləri ilə mövzu üzrə yapma məşğələlərinin əlaqəsi.Təsviri incəsənətin
müsahibə məşğələlərində rəssamların əsərlərində ki,kompozisiyanın
rolu,əhəmiyyəti və onun həlli məsələsi əsərin ifadəli,obrazlı olması üçün
yapma texnikasının və s.rolunun öyrənilməsi çox vacibdir.Şagirdlər müstəqil
iş yerinə yetirərkən müəllim onları istiqamətləndirməlidir.Müəllim kompo-
zisiya problemini texniki cəhətdən izah etməklə kifayətlənməməlidir,yapma
işinin ideya məzmununu izah etməli və ya hazırlanan işin mövzunun ideya
əlaqəsini geniş formada təhlil etməlidir.Şagirdlərin işlərində hər hansı ideya
məzmunu istənilən istiqamətə yönəltmək üçün mövzu və sujetin seçilməsi
mühümdür.Bunun üçün ideya məzmunundan aslı olan sujetin necə yerinə
yetirilməsi,kompozisiyanın necə olması əhəmiyyətlidir.Mövzu üzrə yapma
işləri şagirdlərin estetik tərbiyəsində mühüm rol oynayır.Estetik tərbiyənin
əsas vəzifələrindən biri də mövzu üzrə yapma məşğələlərində bədii estetik
Filologiya məsələləri, №4, 2017
470
zövqü inkişaf etdirməkdən ibarətdir.Mövzu üzrə yapma məşğələlərində bu
məsələni həll etmək üçün yalnız yapma haqqında elementar bilik və texniki
vərdişlərlə kifayətlənmək olmaz.Şagirdlərə müəyyən alətlərdən düzgün
istifadə etmək,yapmada forma həlli məsələsinə nail olmaq kompozisiyada
ideyanın düzgün verilməsinə nail olmaq və bu kimi digər məsələlər diqqətə
çatdırılmalıdır.Beləliklə,mövzu üzrə yapma məşğələlərində kompozisiya
üzrə fəaliyyəti müvəffəqiyyətlə inkişaf etdirilməli və müxtəlif müasir təlim
metodlarından istifadə edilməlidir.Dərsin sonunda şagirdlərin işləri
ümumilikdə təhlil edilir.Burada həm yaxşı cəhətlər,eyni zamanda qüsurlar,-
nöqsanlar şagirdlərin diqqətinə çatdırılır.Belə nəticəyə gəlmək olar ki,təsviri
incəsənət məşğələlərinin çox maraqlı və özünəməxsus xüsusiyyətləri
vardır.Bu xüsusiyyətlər uşaqların əqli və estetik inkişafına çox böyük təsir
edir.Buda uşaqların dünya görüşünün hərtərəfli şəkildə inkişafına və mənəvi
dünyasının zənginləşməsinə, onlarda milli və ümumbəşəri dəyərlərə hörmət,
humanizm,şəfqət hislərinin qüvvətlənməsinə öz töhfəsini verir.
Elmi yeniliyi: Məqalədə təsfiri incəsənət fənninin məşğələlərinin
özünə məxsus xüsusiyyətləri təhlil olunmuşdur.Bu da tədris prosesində
tələbənin dərsi mənimsəməsində əhəmiyyətli rol oynayır.
Tətbiqi əhəmiyyəti: Mövzudan ali məktəblərdə təsviri incəsənət ilə
bağlı mühazirə və seminarlarda istifadə oluna bilər.
Ədəbiyyat
1. Rəhimov A.N.Ana dilinin tədrisi metodikası,Bakı,Mütərcim,1997.s.63
2.Kərimov Y.Ş.İbtidai siniflərdə ana dilinin tədrisi metodikası,Bakı,-
Maarif,1997.s
3.Abbasov A,Əlizadə H.Pedaqogika,Bakı,Renessans,2000.s78
4.Ушинский К.Д.Собрание сочинений,том6,Москва,”Просвещение”,-
1949,c.86
5.Ельшевская Г.В. Искусство рисунка.Москва, Издательство»Советс-
кий художник»,1990,с82
Ilham Dadashov
Summary
The general development of the fine art subjects trainings.
Forming of the lessons based on the active trainings.
While working on nature follow to the certain principles.
The impact of the creative trainings to the puplils develorment process.
The own features of the observe lessons.