Microsoft Word 1-ci m vzu- fh t snifati


Torpaqda, dənəvər məhsullarda zəhərləyici maddələrin təyin edilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

Torpaqda, dənəvər məhsullarda zəhərləyici maddələrin təyin edilməsi 
 
Torpaqda  (dənəvər  maddələrdə)  zəhərləyici  maddələri  təyin  etmək  üçün 
nasosu  yerindən  çıxarmalı,  iş  üçün  lazım  olan  müvafiq  işarəli  indikator 
borucuğunu  götürüb  uclarını  açmalı  və  nasos  başlığındakı  yuvaya  yerləşdirməli; 
qıfına  qoruyucu  qalpaq  geydirilmiş:  nasos  ucluğunu  burub  nasosa  birləşdirməli. 
Cihazdakı  kürəkciyi  yerindən  çıxarmalı,  torpağın  və  dənəvər  maddələrin 
zəhərlənmə  əlaməti  daha  çox  görünən  üst  səthindən  nümunə  götürüb  onu  nasos 
ucluğunun  qıfına  ağzınacan  doldurmalı;  nümunə  ilə  birlikdə  qıfın  ağzını  tüstü 
süzgəci  ilə  örtüb  süzgəci  sıxıcı  halqa  vasitəsilə  bərkitməli.  Nasosu  lazımi  sayda 
vurmaqla  havanı  indikator  borucuğundan  keçirməli.  Bundan  sonra  sıxıcı  halqanı 
açıb tüstü süzgəcini, nümunəni və qalpağı çıxarıb atmalı, nasos ucluğunu isə yerinə 
qoymalı;  indikator  borucuğunu  nasosun  başlığından  çıxarıb,  indikator 
borucuqlarının işlədilməsi qaydasına uyğun surətdə ZM-ni təyin etməli. 
Cihazın  gövdəsi  maye  damcıları  halındakı  davamlı  zəhərləyici  maddələrlə 
zəhərlənərkən  aşkar  olunmuş  ZM  damcıları,  yaxud  bulaşıqlarını  əridici  maddədə 
(benzin, ağ neft və s.) isladılmış əsgi vasitəsilə diqqətlə kənar etməli, zəhərlənmiş 
sahəni  fərdi  kimyəvi  paketdəki  deqazasiyaedici  mayedə  isladılmış  tamponlarla 
ardıcıl  surətda  təmizləməli.  Bundan  sonra  deqazasiya  edilmiş  həmin  səthi  suda 
isladılmış tamponla yaxşıca silmək və əsgi parçası ilə qurulamaq lazımdır.  
Cihazı  zəhərli  sahələrdən  kənarda,  əleyhqaz  və  qoruyucu  əlcəklər  geyərək 
deqazasiya  edirlər.  Zəhərləyici  maddə  damcıları  cihazın  içərisinə  düşən  hallarda, 
onun  çıxarıla  bilən  bütün  hissələrini  yerindən  çıxarıb,  onları  və  cihazın  daxili 
səthini  deqazasiya  etmək  lazımdır.  Davamlı  zəhərləyici  maddələrlə  çirklənmiş 
kasetlər və süzgəclər məhv edilməlidir.  
Cihazı  deqazasiya  etdikdən  sonra  ondakı  bütün  metal  və  şüşə  əşyaları  yaş 
tamponla  silir  və  təmiz  əsgi  ilə  qurulayırlar.  Çox  zəhərlənmiş  nasosu  deqazasiya 
etməzdən  əvvəl  sökülmüş  hissələri  elə  deqazasiya  edirlər  ki,  klapana  deqazasiya 
məhlulu düşməsin. Deqazasiyadan sonra nasosu quru əsgi parçası ilə silib, dərhal 
yağlamaq  lazımdır. Vaxt və şərait  imkan  verərsə, deqazasiya  etdikdən sonra  açıq 
havada nasosu 10-15 saat küləyə vermək məsləhət görülür. 
 
 
Tibb xidmətinin kimya kəşfiyyatı 
cihazı - TBXKKC (ПХР-МВ) 
 
1.  Tibbi  və  baytarlıq  xidmətində  zəhərli  maddələri  təyin  etmək  üçün 
TBXKK cihazından aşağıdakı məqsədlər üçün istifadə olunur (Şəkil).  
•  suda-zarin,  zoman,  V-qaz,  iprit,  trixlortrietilamin,  xlorsian,  sianid  turşusu 
və onun duzlarını, arsenli zəhərləyici maddələri (lüizit və s.) ağır metal alkaloid və 
duzlarını;  
• havada müxtəlif əşyaların səthlərində, habelə alafda, zarin, zoman, V-qaz, 
iprit  trixlortrietilamin,  sianid  turşusu,  xlorsian,  arsenli  hidrogen  (alafdakından 
başqa), fosgen və difosgen maddələrini təyin etmək üçündür.  
Havada  və  müxtəlif  əşyaların  səthindəki  zəhərləyici  maddəni  PXR-MV 


cihazı  vasitəsilə  ancaq  bəzi  hallarda  təyin  edirlər.  Bu  məqsədlər  üçün,  adətən 
VPXR cihazından və ya digər indikasiya vasitələrindən istifadə olunur. 
 
Cihazın quruluşu: 1 - quru ekstrasiya bankası; 2 - metal qutu, 3 su nümunəsi 
götürmək üçün qab; 4 - parça kaset; 5 - qapaq; 6 - əl nasosu, 7- indikator bo-
rucuqlarının kağız kasetləri, 8 - qayışlar. 
 
Bundan  başqa,  bu  cihaz  zəhərlənməsi  güman  edilən  sudan,  ərzaq 
mallarından,  torpaqdan  və  digər  maddə  və  əşyalardan  laboratoriya  şəraitindən 
analiz  (təhlil)  etmək  üçün  nümunələr  (problar)  götürməkdən  ötrü  nəzərdə 
tutulmuşdur.  
2. Cihaz qapaqlı qutudan (gövdədən) ibarətdir. Gövdədə əl nasosu, indikator 
borucuqları  və  reaktiv  ampulaları  olan  kağız  kasetləri,  quru  reaktivlər,  sınaq 
borusu,  Dreksel  qabcıqları  (şüşələri)  olan  parça  kaset,  bakterial  yoluxma 
nümunələri  götürmək  üçün  dörd  xüsusi  sınaq  borusu  olan  banka  alafda  ZM 
olduğunu təyin  etmək  üçün  quru  hava  (ayırması  -  ekstraksiyası) bankası  yerləşir. 
Bunlardan  başqa,  cihazın  komplektinə  nümunə  götürmək  üçün  kürəcik,  qayçı, 
pinset, sınaq borusunun saxlayıcıları, asqıları və s. daxil edilmişdir.  
3.  Kollektorlu  porşen  əl  nasosu  yoxlanılan  havanı  vurub  indikator, 
borucuqlarından  keçirmək,  kollektor  isə  iki,  üç,  dörd  yaxud  beş  indikator 
borucuğunu  eyni  zamanda  nasosa  birləşdirməkdən  ötrüdür.  Kollektor  içərisində 
qoruyucu  patron  yerləşdirilmiş  barabandan  ibarətdir;  qoruyucu  patron  yeyici 
maddə  buxarlarının  və  indikator  borucuqlarındakı  reaktivin  nasosa  düşməsinin 
qarşısını almaq üçündür. Nasosu 50-60 dəfə vurarkən bir dəqiqə ərzində indikator 
borucuğundan təxminən 2 1 hava keçir.  
4.  Kasetlər  onlarda  indikator  borucuqlarını,  yaxud  reaktiv  ampulalarını 
yerləşdirmək,  habelə  boşluqlardakı  quru  reaktivləri,  Dreksel  qabcıqlarını,  sınaq 
ş
üşələrini va pipetləri yığmaq (parça kaset) üçündur.  
5.  İndikator  borucuqları  ZM-i  təyin  etmək  üçündür  və  hansı  zəhərləyici 
maddə üçün nəzərdə tutulduğunu göstərən işarəyə malikdir. 
Cihazın  işə  hazırlanması.    Cihazı  işə  hazırlayarkən  -  onda  bütün  lazımi 
əş
yaların  olduğunu,  onların  sazlığını  və  yararlığını,  habelə  nasosun  işlədiyini 
yoxlayırlar. 
  
Cihazdan istifadə etmək və yoxlama aparmaq qaydaları  
Yürüş  zamanı  cihazı  sol  böyürdə  daşıyır  və  qaytanla  bağlayıb  bel 
səviyyəsində bərkidirlər. İşlətmək üçün cihazı önə çəkir, qapağını açır və oradakı 
əş
yaları  işə  hazırlayırlar.  Suyu  analiz  (təhlil)  etməkdən  ötrü  ilk  növbədə,  sınaq 
borularını,  pipetləri,  ampulaları,  Dreksel  qabcıqlarını  və  reaktivləri,  alafın  analizi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə