Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   38   39   40   41   42   43   44   45   ...   76

 
136
Otaqların  hündürlüyü  onlardan  sülh  dövründə  nə  məqsədlə  istifadə 
ediləcəyindən  asılıdır,  lakin  döşəmədən  üst  örtük  konstruksiyalarının  ən  aşağı 
hissəsindəki  məsafə  3,5  m-dən  çox  olmamalıdır.  Otağın  hündürlüyü  2,15  m-dən 
2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli 
taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 
m  olan  binalardan  sığınacaq  kimi  istifadə  etməyə  icazə  verilir.  Belə  hallarda 
burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır. 
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0, 45 × 0, 
45  m,  yuxarı  mərtəbələrdə  uzanma  yerləri  isə  0,55  ×  1,8  m  hesabı  ilə  müəyyən 
edilir.  Taxtların  döşəmədən  hündürlüyü  birinci  mərtəbədə  0,45  m,  ikinci 
mərtəbədə-1,4  m  və  üçüncü  mərtəbədə  2,15  m  olmalıdır.  Ən  yuxarıdakı 
mərtəbədə  otağın  üst  örtüyünə    (tavanına)  və  ya  tavan  konstruksiyasının  aşağı 
hissəsindəki məsafə ən azı 0,75 m götürülür. 
Daldalanan adamların oturrması və uzanması üçün yerlər stasionar ola bilər 
(sığınacaq  tikilərkən  düzəldilir).  Əgər  belə  taxtlar  sığınacaqlardan  sülh  dövründə  
təsərrüfat  ehtiyacları  üçün  istifadə  etməyə  maneçilik  törədirsə,  onlar  sığınacaq 
mühafizəyə  hazırlıq  rejminə  keçilərkən  düzəldilir.  Sığınacağın  geniş  sahəli 
otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır. 
İdarəetmə məntəqəsi (İM) - obyektin rəhbər heyətinin və MM qərargahının 
yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş növbəsində  600 və bundan artıq 
adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutulur. 
İdarəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik olan 
sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından ibarət olur. 
Adətən,  idarəetmə  məntəqəsi  sığınacağın  giriş  yollarından  birinin 
yaxınlığındakı  otaqlarda  yerləşdirilir  və  odadavamlılııq  həddi  bir  saatadək  olan 
arakəsmələrlə sığınacağın adamlar yerləşən digər otaqlarından ayırılır. 
Tibb  məntəqəsi  (TM)  -  sığınacaqda  daldalanan  adamlara  ilk  tibbi  yardım 
göstərmək  üçündür.  Daldalanan  adamların  sayı  900-1200  nəfər  olanda  tibb 
məntəqəsinin  sahəsi  9  kv.m  müəyyən  edilir.  1200  nəfərdən  artıq  hər  100  nəfər 
üçün tibb məntəqəsinin sahəsi 1kv.m artırılır. 
Sığınacaqlarda  həmçinin  hər  500  nəfər  adam  üçün  sahəsi  2  kv.m  olan  bir 
sanitariya  qovşağı  nəzərdə  tutulur,  lakin  hər  qurğuda  ən  azı  bir  belə  məntəqə 
olmalıdır. 


 
137
b)
  Yardımçı təyinatlı otaqlar: 
Süzgəcli  ventilyasiya  otağı  (SVO)  -  sənaye  tipli  (stasionar)  süzücü 
ventilyasiya avadanlığının yerləşdirilməsi üçündür. 
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarların yanında, giriş 
yollarının  və  ya  qəza  çıxış  yollarının  yaxınlığında  yerləşdirilir.  Bu  otağın  ölçüləri 
avadanlığın  ölçülərindən  və  avadanlığa  xidmət  etmək  üçün  lazım  olan  sahədən 
asılı olaraq müəyyən edilir. 
Ən  vacib  və  məsuliyyətli  məsələ  bayırdakı  ehtimal  olunan  zəhərlənmələr, 
yanğınlar  şəraitində,  eləcədə  hermetik  qurğuda  adamların  xeyli  müddət  qalması 
nəticəsində  içərisindəki  havanın  tərkibi  pisləşərkən  adamların  tənəffüs  üçün 
yararlı hava ilə lazımi miqdarda təmin edilməsidir. 
Yaranmış  vəziyyət  daldalanan  adamları  uzun  müddət    (bir  neçə  sutka) 
sığınacağda  qalmağa  vadar  edə  bilər.  Bu  isə  ancaq  sığınacaqda  normal-sanitar 
gigiyena şəraiti olan hallarda, yəni havanın tərkibindəki karbon qazının miqdarı ən 
çoxu  2%,  oksigenin  ən  azı  15-16%,  habelə  temperatur  ən  çoxu  30ºS  (dərəcə)  və 
rütubət ən çoxu 85% olmaqla yolverilən hədlərdə saxlanılarkən mümkündür. Onu 
da nəzərə almaq lazımdır ki, adam nəfəs alarkən saatda 20-25 l. oksigen udur, 20 l. 
karbon qazı, təxminən 90 qram rütubət və 100 kkal istilik yaradır. 
Havanın tərkibində oksigen və hava qazının lazımi miqdarını habelə normal 
temperaturu  və  rütubəti  saxlamaq  üçün  sığınacağa  təmiz  havanın  verilməsi 
havaverici  və  ya  havaverici-sorucu  ventilyasiya  sistemi  vasitəsilə  təmin  olunur. 
Ventilyasiya sistemi iki və ya üç rejimdə işləyə bilər: 
•  təmiz ventilyasiya rejimində (1-ci rejim); 
•  süzücü ventilyasiya rejimində (2-ci rejim); 
•  içəridəki  hava  bərpa  (regenerasiya)  edilməklə  tam  təcrid  olunma  rejimi 
(3-cü rejim). 
Təmiz  ventilyasiya  rejimi  -  havanın  tərkibinin  lazımi  dərəcədə 
dəyişdirilməsinin,  bayırdan  içəriyə  verilən  havanın  tozdan,  o  cümlədən  də 
radioaktiv tozdan təmizlənməsini, eləcədə istiliyin və rütubətin kənar olunmasını 
təmin etmək üçündür. 
Bu  rejimdə  bayırdan  sığınacağa  verilən  havanın  miqdarı  sığınacaq  yerləşən 
iqlim zonasından asılı olur. 
Süzücü  ventilyasiya  rejimi  -  sığınacağa  verilən  havanın  zəhərləyici 
maddələrdən,  o  cümlədən  də  GTZM-dən,  bioloji  vasitələrdən  radioaktiv 


 
138
maddələrdən və adi tozdan təmizləmək üçündür. İçəriyə verilən havanın miqdarı 
daldalanan  hər  adam  üçün  saatda  2  kub.metr,  idarəetmə  məntəqəsində  işləyən 
operativ  heyətin  tərkibindəki  hər  adam  üçün  saatda  5  kub  metr  və  elektrik  əl 
ventilyatorlu  SVQ-yə  xidmət  edən  hər  işçi  üçün  saatda  10  kub  metr  hesabı  ilə 
hesablanır. 
Tam  təcrid  olunma  rejimi  -  sığınacaqdakı  havanın  tərkibinin  bərpa 
(regenerasiya)  edilməsilə  birlikdə  tətbiq  olunur  və  kütləvi  yanğınlar  və  ya  ikinci 
zədələyici  amillər  sayəsində  ərazinin  zəhərli  qazlarla  daha  çox  zəhərlənməsi 
ehtimal  olunan  yerlərdəki  sığınacaqlarda  nəzərdə  tutulur.  Belə  hallarda 
sığınacaqda  lazımi  sanitar  -  gigiyena  şəraiti  içəridəki  havanın  tərkibinin  bərpa 
edilməsi hesabına yaradılır. 
Havanın  tərkibindəki  oksigenin  normal  miqdarı  havaya  balonlardan  (A-40) 
oksigen  əlavə  etməklə  bərpa  olunur,  yəni  bu  zaman  karbon  qazı  udulur  və 
otaqdakı hava oksigenlə zənginləşir. Bu rejimdə 6 saatadək istifadə edilə bilər. 
Regenerasiya  vasitələrinin  gücü  onların  iş  müddətindən  asılı  olaraq  hər 
adam üçün saatda 25 l. oksigen sərfi və 20 l. karbon qazının udulması normasına 
uyğun hesablanır. 
Sığınacağın ventilyasiya sistemi aşağıdakılardan ibarətdir: 
•  Havagötürücü qurğular; 
•  Partlayışdan qoruyan genişləndirici kameralı qurğu; 
•  Tozəleyhinə (tozdan qoruyan) süzgəclər; 
•  Uducu süzgəclər; 
•  Elektrik əl ventilyatoru və ya elektrik ventilyatoru; 
•  Havapaylayıcı şəbəkə; 
•  Havatəmizləyici qurğu; 
Havagötürücü qurğu bayırdan hava götürüb onu sığıncağa vermək üçündür. 
Təmiz ventilyasiya və süzücü ventilyasiya rejimlərinin havagötürücü tərtibatları və 
havaötürücü  və  boruları  ayrı-ayrılıqda  yerləşdirilməli  və  ventilyasiyanın  ikinci  iş 
rejimi  üçün  hesablanmış  klapanlı  metal  boru  şəklində  düzəldilən  polad  bənd 
vasitəsilə öz aralarında birləşdirilməlidir. 
Təmiz  ventilyasiya  rejimi  üçün  olan  havagötürücü  tərtibatın  ağzı,  adətən, 
çıxış yolunun lağımına çıxarılır. Onu həmçinin uçqun ərazisində və sığınacağın ön 
dəhlizində də (tamburunda) yerləşdirmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə