Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

 
İ
ndikator borucuqları vasitəsilə havada ZM - in müəyyən edilməsi. 
•  borucuğu  yüngülcə  ampulaqırandakı  milə  basmaqla  ampulanı  qırmalı 
(əzməli);  
• indikator borucuğunu ampulaqıran yuvadan çıxarmalı və onun işarələnmiş 
ucundan tutub bərk silkələməli. 
Tüstü süzgəcini nasosun ucluğunda bərkitmək üçün:  
•  cihazdan  ucluğu  götürməli,  onun  gövdəsini  sola  burmaqla  qıf  ilə  sıxıcı 
halqa arasında 2-3 mm-lik ara məsafə yaratmalı; 
• tüstü süzgəcini bu ara məsafəyə yerləşdirərək sıxmalı. 
Soyuq havada indikator borucuqlarının həssaslığı zəifləyir, qırmızı haşiyə və 
nöqtəli  borucuqlarda  isə  ampuladakı  məhlul  donur.  Buna  görə  də  qış  vaxtı 
borucuqları işlədərkən qızdırıcıdan istifadə edilir. 
Qızdırıcını işə hazırlamaq üçün (şəkil):  
• patronu qızdırıcının mərkəzi yuvasına yerləşdirib sonadək aşağı basmalı; 
•  əllə  milin  başlığında  təzyiq  edərək  patrondakı  ampuları  qırmalı,  mili 
sonadək  aşağı  basmalı,  fırlatmalı  və  buxarlanma  dayanmayınca  patrondan 
çıxarmamalı.  
 
Qızdırıcını işə salmaq (onun patronunu dəyişmək) qaydası 
 
Patrondan buxar çıxması qızdırıcının normal işinə dəlalət edir. Qızdırıcının 
işinin  səmərəsi  ətrafdakı  temperaturdan  asılı  olur.  Müsbət  temperaturda  qızdırıcı 
daha  səmərəli  işlədilir,  hətta  bəzən  mayenin  patrondan  kənara  sıçraması  da 
mümkündür.  Buna  görə  də  10-15°S-dən  yuxarı    temperaturda  xüsusi  ehtiyac 
olmadan qızdırıcıdan istifadə etmək məsləhət deyil. Cihazın fənərindən qaranlıqda 
işləyərkən istifadə edilir.  


 
Havadakı zəhərləyici maddələrin təyin edilməsi 
 
Havadakı  zəhərləyici  maddələri  təyin  etməyi  zoman,  zarin  və  V-tipli 
qazlardan başlayırlar.  Ən əvvəl  zomanın 0,00005  - 0,1  mq/l olan konsentrasiyanı 
təyin  edirlər.  Bunun  üçün  cihazın  qapağını  açır,  tutucunu  (rəzəni)  kənara  çəkib 
nasosu  yerindən  çıxarır,  qırmızı  haşiyəli  və  qırmızı  nöqtəli  iki  ədəd  indikator 
borucuğunu  götürür,  onların  uclarını  kəsib  açırlar.  Yuvasının  nişanı  indikator 
borucuqlarının  nişanına  uyğun  olan  ampulaqıran  vasitəsilə  hər  iki  borucuğun  üst 
ampulalarını  qırır  və  borucuqların  işarəli  ucundan  tutub  onları  2-3  dəfə  bərk 
silkələyirlər. Borucuqlardan birinin (təyinedici borucuğun) işarəsiz ucunu nasosda 
yerləşdirir  və  nasosu  5-6  dəfə  vurub,  bu  borucuqdan  hava  keçirirlər  (bax:  şəkil). 
İ
kinci (nəzarət) indikator borucuğundan hava keçirilmir. 
Bundan  sonra  həmin  ampulaqıran  vasitəsilə  hər  iki  borucuğun  alt 
ampulalarını  qırır,  onları  silkələyir  və  borucuqların  içərisindəki    doldurucu 
maddənin  rənginin  necə  dəyişdiyini  müşahidə  edirlər.  Təyinedici  borucuğun 
içərisindəki  doldurucu  maddənin  üst  hissəsi  qırmızı  rəng  alarsa  (nəzarət 
borucuğundakı  doldurucu  maddə  sarı  rəngə  düşən  müddət  ərzində)  bu,  havada 
zoman, zarin, yaxud V-qazlar olduğuna dəlalət edir.  
Hər  iki  borucuqdakı  doldurucu  maddənin  sarı  rəngdə  qalması  havada 
təhlükəli  konsentrasiyada  (miqdarda)  zəhərləyici  maddələrin  olmadığını  göstərir. 
Ə
gər indikator borucuqlarının alt ampulalarını qırarkən borucuqlardakı doldurucu 
maddə  dərhal  sarı  rəng  alarsa  (bu  isə  yoxlanılan  havada  turşu  xarakterli  qazlar 
olarkən  belə  olur)  belə  hallarda  havada  zəhərləyici  maddələrin  aşkar  olunmasını 
tüstü  süzgəclərindən istifadə etməklə yenidən təkrar etmək lazımdır.  
Nasosu 5-6 dəfə vurandan sonra mənfi nəticə alınıbsa, onda havada zoman 
tipli ZM-in təhlükəsiz 5·107 mq/l konsentrasiyasında olduğunu yoxlamaqda davam 
etdirirlər.  Şəxsi  heyətin  əleyhqazları  çıxarması  barədə  lazım  gələn  hallarda  qərar 
qəbul  etməsi  olduqca  vacibdir.  Bu  işi  də  yuxarıdakı  ardıcıllıqla  edirlər,  lakin  bu 
fərqlə nasosu 50-60 dəfə vurur, borucuqların alt ampulalarını dərhal deyil, 2-3 dəq-
dən sonra qırırlar.  
Sinir iflicedici təsirli maddələri təyin edəndən sonra havada fosgen, xlorsian 
və sianid turşusu olub-olmadığını müəyyənləşdirilər. Bu məqsədlə üç yaşıl haşiyəli 
indikator borucuğunun uclarını kəsib açır, onun ampulasını qırır, borucuğu nasosda 
yerləşdirib  nasosu  10-15  dəfə  vururlar.  Sonra  nasosdan  borunu  çıxarıb  onun 
doldurucunun  rəngini  üç  yaşıl  haşiyəli  borucuqlar  saxlanan  kasetin  üzərindəki 
etalon  rəng  ilə  müqayisə  edirlər.  Bundan  sonra  havada  iprit  buxarları  olub-
olmadğını  təyin  edirlər.  Bunun  üçün  bir  sarı  haşiyəli  indikator    borucuğunun 
uclarını  kəsib  açır,  onu  nasosda  yerləşdirib  nasosu  60  dəfə  vururlar.  Sonra 
nasosdan  borucuğu  çıxarır,  içərisindəki  doldurucunun  rəngini  müvafiq  kasetin 
üzərindəki etalon rəngi ilə bir dəqiqə ərzində müqayisə edirlər.  
Aşağı  temperaturda  havanı  yoxlayarkən  bir  qırmızı  haşiyəli  və  qırmızı 
nöqtəli  borucuqları,  habelə  bir  sarı  haşiyəli  borucuqları  qızdırıcı  vasitəsilə 
qızdırmaq lazımdır.  
Ə
traf mühitdə temperatur 0ºS-dən aşağı olan hallarda bir qırmızı haşiyəli və 


qırmızı  nöqtəli  borucuğun  uclarını  açmazdan  əvvəl  borucuq  qabaqcadan  işə 
hazırlanmış  qızdırıcının  gövdəsinə  yerləşdirilir,  ampulaların  donu  açılanadək 
(temperaturdan asılı olaraq 0,5-3 dəq) qızdırırlar.  
Qızdırılandan  sonra  ampulaları  dərhal  qızdırıcıdan  çıxarır  və  ZM-ni  təyin 
etməyə  başlayırlar:  zəhərli  hava  sorulub  borucuqdan  keçirildikdən  sonra, 
borucuqların alt ampulalarını qırır, onların işarəsiz uclarını qızdırıcının yuvalarına 
yerləşdirib, eyni vaxtda bir dəqiqə qızdırırlar.  Ətrafdakı temperatur müsbət 15°S-
dən  aşağı  olan  hallarda  bir  sarı  haşiyəli  borucuqları  onlardan  hava  sorulub 
keçiriləndən sonra 1-2 dəq qızdırmaq tələb olunur. Soyuq havada üç yaşıl haşiyəli 
borucuqların  aldığı  rəng  şübhə  doğurursa,  onda  qızdırıcıdan  istifadə  etməklə 
zəhərlənməni  yenidən  ölçmək  və  bu  zaman  hava  keçirilmiş  borucuğu  1  dəq. 
müddətinə qızdırıcıda saxlayandan sonra rəngləri müqayisə etmək lazımdır.  
 
Yerin, texnikanın, paltarın və başqa əşyaların səthindəki 
zəhərləyici maddələrin təyin edilməsi 
 
Yerin,  texnikanın,  paltarın  və  başqa  əşyaların  səthindəki  zəhərləyici 
maddələrin  təyin  etməyə  də  həmçinin  zoman,  zarin  və  yaxud  V-qazlardan  baş-
layırlar.  Bunun  üçün  bir  qırmızı  haşiyəli  və  qımızı  nöqtəli  indikator  borucuq 
götürür,  onun  uclarını  kəsib  açır,  üst  ampulasını  ampulaqıran  vasitəsilə  qırır, 
borucuğu  2-3  dəfə  bərk  silkələyirlər.  Sonra  borucuğun  işarəsiz  ucunu  nasosun 
yuvasında  yerləşdirir,  qıfına  qoruyucu  qalpaq  geydirilmiş  nasos  ucluğunu  burub 
nasosa  birləşdirir  və  nasos  ucluğunu  yoxlanılan  yerə  və  ya  əşyanın  səthinə  elə 
dirəyirlər  ki,  qıf  zəhərlənmənin  əlamətləri  daha  aydın  görünən  sahənin  üstünü 
örtsün; belə vəziyyətdə nasosu 60 dəfə vuraraq borucuqdan zəhərli hava keçirirlər 
(şəkil).  
 
Zəhərlənməni əşyanın səthində təyin etmək 
 
Bundan sonra ucluğu nasosdan ayırır, qoruyucu qalpağı çıxarıb atır, nasosun 
yuvasından  indikator  borucuğu  çıxarıb  onun  alt  ampulasını  qırırlar.  İndikator 
borucuğundan  hava  sorulub  keçiriləndən  bir  dəqiqə  sonra  borucuqdakı 
doldurucunun rəngini kasetin səthindəki rəng etalonu ilə müqayisə edirlər.  
Yerin, texnikanın,  paltarın  və  başqa  əşyalann  səthində  ipritin olduğu  da  bu 
qayda ilə müəyyən edilir. Lakin, bu zaman bir sarı haşiyəli indikator borucuğundan 
istifadə olunur 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə