Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   36   37   38   39   40   41   42   43   ...   76

 
129
Mövzu 9 
 
FH-DA ƏHALİNİN MÜHAFİZƏSİ. MM-İN MÜHAFİZƏ QURĞULARI. 
 
Mülki müdafiə qurğularının təyinatı və təsnifatı, onların tikintisinin 
təşkili. 
 
Fövqəladə  hallarda  (FH)  əhali  arasında  itkilərin  qarşısının  alınması  və  ya 
maksimum  dərəcədə  azaldılmasına  yönəldilən  mühəndis-texniki  tədbirlər 
kompleksinə mühəndis-mühafizə sistemi deyilir. 
Bu  kompleksə  (mühəndis  tədbirlərinə)  aid  edilən  əsas  tədbirlərdən  biri  də 
mühafizə qurğularının inşaatıdır. 
Mülki  müdafiənin  mühafizə  qurğuları  fövqəladə  hallarda  adamların 
daldanıb  hər  cür    zədələyici  vasitələrdən  qorunması  üçündür  və  onlardan  sülh 
dövründə  müəssisələrin  ehtiyacları  və  əhaliyə  xidmət  məqsədilə  istifadə 
edilməlidir. 
Fövqəladə  hallar  qəflətən  yaranan  hallarda  belə  xüsusi  qurğular  əhalinin 
mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir. 
Mühafizə  qurğuları  kollektiv  mühafizə  vasitələridir.  Onlar  təyinatına, 
yerləşdirilməsinə,  tikilmə  müddətinə,  materialına,  xassələrinə  görə  belə  təsnif 
edilir. 
Təyinatına görə: 
•  İdarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular; 
•  Əhalinin mühafizəsi üçün qurğular; 
Tikilmə müddətlərinə görə : 
•  əvvəlcədən  tikilən  qurğular  (sülh  dövründə  təsərrüfat  obyektlərinin 
planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən); 
•  teztikilən qurğular . 
Mühafizə xassələrinə görə: 


 
130
•  Sığınacaqlar; 
•  Radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar); 
•  Sadə  daldalanacaqlar  (sığınacaqlar  və  radiasiya  daldalanacaqları 
çatışmadıqda). 
Yerləşdirilməsinə görə: 
•  Bina  ilə  birgə  tikilən  qurğular  (binaların  zirzəmisində  kürsü  və  birinci 
mərtəbələrində,  sənaye  müəssisələrinin  yeraltı  mərtəbələrində  və  yardımçı 
binalarında); 
•  Binadan ayrı tikilən qurğular. 
 
Bina ilə birgə tikilən qurğular    
 
  Binadan ayrı tikilən qurğular. 
 
 
Yüklənən konstruksiyaların materialına görə : 
•  dəmir –beton konstruksiyalı qurğular; 
•  daş divarlı qurğular; 
•  meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular. 


 
131
Böyük  şəhərlərdə  və  iri  obyektlərdə  əhalinin  mühafizəsi  üçün  əvvəlcədən 
sənaye  avadanlıqlı  sığınacaqlar  tikilir  ki,  bunlardan  sülh  dövründə  təsərrüfatının 
ehtiyacları üçün istifadə edilməlidir. 
Belə sığınacaqlar təsdiq olunmuş təsərrüfat və sosial planlara uyğun olaraq 
nazirliklərin və baş idarələrin tikinti təşkilatları əsaslı təmir və ya yenidənqurulma 
zamanı inşa edirlər. 
Əvvəlcədən  tikilən  sığınacaqların  inşa  müddəti  onların  tutumundan  asılı 
olaraq 1ildən 1,5 ilə qədərdir. 
Lazım  gəldikdə  tez  tikilən  sığınacaqların  inşa  edilməsi  də  planlaşdırılır  ki, 
onlarında  mühafizə  xüsusiyyətlərindən  əvvəlcədən  tikilən  mühafizə  qurğularınki 
ilə eyni olmalıdır. 
Teztikilən  sığınacaqlar  qısa  müddətdə,  birtipli  layihələr  üzrə,  yerli  tikinti 
bazasından  və  materiallarından  istifadə  edilməklə  sənaye  üsulu  ilə  tikilməlidir. 
Teztikilən sığınanacaqlardan əlavə hər yerdə sadə daldalanacaqların (üstü örtülən 
xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə 
24 saat, kənd yerlərində isə 48 saat müəyyən edilmişdir. 
Mühafizə  qurğularının  kütləvi  qisa  müddət  ərzində  tikilməsi  üçün 
əvvəlcədən  tam  bir  kompleks  təşkilatı  və  mühəndis  tədbirləri  həyata 
keçirilməlidir.  Bu  tədbirlərə  tikinti  sahələrinin  seçilməsi,  yerli  şəraitin  aşkar 
edilməsi, həcmi planlaşdırma və konstruksiya işlərinin məqsədyönlü həlli, material 
və  məmulatların  alınma  mənbələrinin  müəyyən  olunması,  onların  gətirilməsi  və 
quraşdırılması məsələləri daxildir. Buna görə də mühafizə qurğularının tikintisinin 
təşkili  qabaqcadan  planlaşdırılır.  Onların  tikiləcəyi  və  yerləşdiriləcəyi  sahələr 
rayonun,  obyektlərin  MM  planlarında  qeyd  edilir,  ən  mürəkkəb  işlərin  (dəmir 
beton  konstruksiyaların  və  üst  örtüklərin  quraşdırılması,  qoruyucu  qapıların 
qoyulması  və  s.)  hansı  təşkilatlar  tərəfindən  yerinə  yetiriləcəyi  göstərilir.  Sadə 
işlərə  isə  bütün  iş  qabliyyətli  əhali  cəlb  olunur.  Mühafizə  qurğularının  tikilməsi 
planında aşağıdakı əsas sənədlər olmalıdır: 
1.
  Mühafizə  qurğularının  tikilməsi  cədvəli  (qurğunun  tutumu,  konstruktiv 
həlli,  tikilmə  yeri,  fəhlə  və  qulluqçuların  daldalanması  nəzərdə  tutulan  sexin 
(sahənin) adı və sayı). 
2.
  Qurgunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri, 
qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd). 


 
132
3.
  Obyektdə  qurğunun  tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün 
işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcədə tikinti hissələri və materialların 
daşınması üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir). 
4.
  Qurğunun  tikilməsi  üçün  lazımi  material  və  hissələrin  siyahısı  (tikinti 
üçün şəhər (respublika) müəssisələrindən alınası material və məmulatların adları 
və miqdarı, habelə gətirilmə müddəti). 
Daimi  sığınacaqlar  və  radiasiya  daldalanacaqları  fondunun  yaradılması 
bütün vəzifəli şəxslərdən olan mülki müdafiə rəhbərlərinin ən vacib vəzifələrindən 
biridir. Buna aşağıdakı yollarla nail olunur: 
•  Sülh dövründə mülki müdafiə sığınacaqlarının tikilməsi; 
•  Obyetlərdə  və  şəhərlərdə  iki  təyinatlı  sığınacaqlar  və  radiasiya 
daldalanacaqlarının  tikilməsi  və  onlardan  sülh  dövründə  təsərrüfat  ehtiyacları  və 
əhaliyə xidmət göstərilməsi üçün istifadə olunması; 
•  əvvəl  inşa  edilmiş  sığınacaq  və  radiasiya  daldanacqlarının  mühafizə 
xassələrinin yüksəldilməsi və əlavə olaraq avadanlıqlaşdırılması; 
•  zirzəmilərin,  digər  yeraltı  bina  və  qurğuların,  şaxtaların,  kahaların,  dağ–
mədən  yerlərinin,  metro  stansiyalarının  və  şəhərlərin  yeraltı  mühəndis 
qurğularının  sığınacağı  və  radiasiya  daldalanacaqları  kimi  uyğunlaşdırılması  yolu 
ilə. 
Yaranan təhlükə ilə əlaqədar mülki müdafiənin hazırlıq dərəcəsi artırılarkən 
teztikilən  sığınacaq  və  daldalanacaqların  inşa  edilməsi  nəticəsində  mühafizə 
qurğuları fondunun yaradılması prosesi davam etdirilir. 
İnşaat  normaları  və  qaydalarının  (İN  və  Q)  tədbiq  edilməsindən  əsas 
məqsəd  şəhərlərinin  və  təsərrüfat  obyektlərinin  fövqəladə  şəraitdə  fəaliyyətə 
əvvəlcədən mühəndis-texniki cəhətdən hazırlanmasıdır. Bu normalara daxildir: a) 
əhalinin mühafizəsinə və ehtimal olunan təhlükəli hallarda tələfatın və dağıntıların 
azaldılması; b) təsərrüfat obyektlərinin sabit işinin təmin edilməsinə və zədələnmə 
ocaqlarında  xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  (X  və  DTİ)  aparılması  üçün 
əlverişli şərait yaradılması. 
Bu  tələbələrin  bütün  nazirliklər,  idarələr,  sahibkarlar,  layihə  və  tikinti 
təşkilatları rəhbər tutmalıdır. 
Layihələndirmə  normalarında  yeni  təsərrüfat  obyektlərinin  yerləşdirilməsi, 
müxtəlif  binaların  və  qurğuların  tikintisi,  su,  qaz,  elektrik  enerji  təchizatı 
sistemlərinin  layihəsi  və  inşası,  habelə  vacibliyinə  görə  mühafizə  qurğularının 
yerləşdirilməsi üzrə konkret tələblər müəyyən edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə