154
3.
Zirzəmilərin yerdən yuxarı hissələrini bütün hündürlüyü boyu torpaqla
örtmək, pəncərə yerlərini taxta və ya lövhə ilə bərkitmək;
4.
Örtüyün üstünə əlavə torpaq qatı tökmək, içəridə tavanı saxlayan dirək
(tir) və dayaqlar qoymaq;
5.
Giriş yerlərinin qarşısında döşəmə səviyyəsindən 1, 7 m hündür olan,
suvaqlı torpaqdan, daşdan, kərpicdən və s. materiallardan ibarət əlavə divar-
ekranlar düzəltmək.
6.
Radioaktiv çöküntülər keçməsin deyə, daldanacağa bitişik və onun
üstündəki otaqların pəncərə yerlərini qapaqlar, lövhələr və ya pərdələrlə örtmək.
Belə hallarda, radiasiya daldanacağının radiasiyadan mühafizə əmsalını 0, 8-ə
(0, 45-ə) vurmaq tələb olunmur.
7.
Mühafizəedici konstruksiyalardakı artıq oyuq-bacaları bağlayıb-bərkitmək.
Sadalanan bütün tədbirlər binaların daldalanacaq rejiminə keçirilməsi
dövründə yerinə yetirilməlidir.
Mövcud bina və qurğuların birinci və kürsü mərtəbələrinin yüngül beton və
yüngül kərpicdən hörülmüş divarları ionlaşdırıcı şüalanmanın təsirindən kifayət
qədər mühafizə xassələrinə malik deyildir. Məsələn, 24sm qalınlıqlı keramzit
beton lövhələrdən ibarət divarlar radioaktiv maddələrlə çirklənmiş ərazidə γ-
şüalanmanın yalnız 7 dəfə zəiflədə bilirsə, mövcud biritpli üst örtüklərin ilkin
şüalanmanı 4-5 dəfə, ikinci şüalanmanı isə 30 dəfə zəiflədir.
RD birinci mərtəbələrdə yerləşdirilərkən daşdan, kərpicdən, torpaq
doldurulmuş kisələrdən ekran düzəltməklə divarların mühafizə xassələrini
artırmaq olar.
Üst örtüklərinə torpaq tökmək mümkün olmayan hallarda, ilkin şüalanmanın
təsirindən mühafizə üçün birinci mərtəbənin divarlarındakı oyuqları hörüb
bərkitmək lazımdır. Binaların birinci mərtəbələrində və ya avtomobil nəqliyyatı
üçün giriş darvazası olan yeraltı qurğularda giriş yerlərinin qarşısındakı ekranlayıcı
divar düzəldilməsi nəzərdə tutulmalıdır. Ekranın hər 1m
2
-nin daldanacağının xarici
divarının 1 m
2
-nın çəkisindən az olmamalı, yaxud şüalanmanın zəiflədilməsi
hesablanmaqla müəyyən edilməlidir.
Ekranlayıcı divarların qoyulacağı yer binanın istismar şərtlərilə müəyyən
edilir. Giriş yerindən ekranadək məsafə giriş qapısının (darvazasının) enindən 0,
6m artıq olmalıdır. Ekranlayıcı divar döşəmə səviyyəsindən 1, 7m hündür
olmalıdır.
Ekranlayıcı divar yerli materiallardan düzəldilir.
155
Daldalanan adamları giriş yerlərindən keçən ionlaşdırıcı şüalanmadan
qorumaq üçün giriş yollarını 90º-li döngələr şəklində yerləşdirmək mümkündür,
bu zaman giriş qapısının qarşısındakı divarın qalınlığı hesablama yolu ilə təyin
edilir.
Daldalanacaq kimi düzəldilən binalara aşağıdakı tələblər verilir:
• bina və qurğuların xarici mühafizəedici konstruksiyaları ionlaşdırıcı
şüalanmanın lazımi qədər (dəfə) zəiflədilməsini təmin etməlidir;
• divarlardakı oyuqlar və digər binanı daldalanma rejiminə keçirərkən
hörgülərlə bərkidilmək üçün hazır olmalıdır;
• daldalanacaqlar orada mühafizə olunacaq adamların iş və ya yaşayış
yerlərinin yaxınlığında yerləşdirilməlidir.
Radiasiya daldalanacaqlarının mühəndis-texniki avadanlığı
RD-nin mühəndis-texniki avadanlıqlarına bu sistemlər daxildir:
• ventilyasiya;
• isitmə;
• su təchizatı;
• kanalizasiya;
• elektrik təchizatı və rabitə.
RD-də təbii və ya mexaniki ventilyasiya tətbiq edilə bilər. Mexaniki
ventilyasiya zirzəmilərdə yerləşdirilən tutumu 50 nəfərdən artıq olan
daldalanacaqlarda, eləcə də birinci və kürsü mərtəbələrdə yerləşdirilən həmin
tutumlu daldalanacaqlarda təbii ventilyasiya kifayət etmədikdə düzəldilir.
Sənayedə hazırlanan süzücü –ventilyasiya qurğuları olmadıqda əlaltında olan
materiallardan düzəldilən ən sadə hava təchizatı vasitələrindən geniş istifadə edilə
bilər.
RD-nın otaqları binanın lazimı hallarda açılan ümumi isitmə sistemindən
qızdırılır.
Su təzhizatı daxili və xarici kəmərlərdən nəzərdə tutulur, belə su kəmərləri
olmayan hallarda hər adam üçün sutkada 2 l hesbı ilə səyyar su qabları qoyulması
nəzərdə tutulmalıdır.
156
Kanalizasiya olan binalarda çirkab suları xarici şəbəkəyə axıtmaqla, yuyulan
ayaqyolu düzəldilməlidir. Xarici kanalizasiya xətti tutularkən binanı çirkab sulardan
qorumaq üçün hökmən bağlayıcı tərtibat qoyulmalıdır.
Lazımi hallarda kanalizasiya sistemində vurucu stansiya düzəldilməsi nəzərdə
tutulur.
RD xarici elektrik şəbəkəsindən, ya da səyyar elektrik fənərləri vasitəsilə
elektrik enerjisi ilə təchiz edilir. Səhiyyə idarələrinin cərrahiyyə profili
xəstəxanalarında və doğum evlərində yerləşdirilən RD-dən biri digərindən asılı
olmayan iki müstəqil elektrik mənbəyindən elektrik enerjisi ilə təchiz edilməlidir.
Evin zirzəmisini RD kimi istifadə etmək üçün onun üst örtüyünün lazımi
hallarda əlavə aşırım tirləri və dirəklərlə möhkəmləndirmək artıq pəncərə
oyuqlarını və digər boşluqları qum kisələri, kərpiclə hörmək və ya torpaq töküb
bağlamaq lazımdır. Örtüyün üstünə hesablanmış qalınlıqla əlavə torpaq (qum,
şlak) qatı tökür, xarici divarların dibini üst örtük səviyyəsinədək torpaqla örtürlər.
Zirzəminin girişində hermetik qapılı tambur (dəhliz), otaqlarda isə oturmaq və
uzanmaq üçün kürsü, ya da taxtlar düzəldilməlidir. Zirzəmilərdə həmçinin hava
sorucu qutular formasında təbii ventilyasiyaya tərtibatı düzəldilir. Bunları taxta,
asbest-sement, saxsı və ya metal borulardan düzəldirlər. Qutunun aşağı ağzı kip
siyirmə qapaqla (dönən qapaq) bağlanır. Qutunun digər ağzı (ucu) 150-200 sm
hündürlükdə çölə çıxarılmalıdır.
Mənzil (evi) radioaktiv maddələrlə çirklənmədən mühafizə etmək üçün qapı
və pəncərə çərçivələrindəki bütün boşluqları, bacaları bərkitmək (suvamaq,
tıxaclamaq, yapışdırmaq), qapı-pəncərə yerlərinə qalın pərdələr asmaq, tüstü
bacalarını bağlamaq, ərzaq mallarını və suyu radioaktiv maddələrlə, təhlükəli
aerozollarla, habelə bakterial vasitələrlə çirklənmədən qorumaq lazımdır.
Sadə daldalanacaqlar
Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə
təmin edilməyən hallarda müasir qırğın vasitələrindən əhalinin kütləvi
Dostları ilə paylaş: |