151
dəfə artırılır, sığınacaqların süzücü ventilyasiyaya rejimində isə hər adam üçün
saatda 10 m
2
hesabı ilə götürülür.
Mexaniki üsulla süni (məcburi) ventilyasiya şəraitində elektrik enerjisi kəsilən
halllarda təbii ventilyasiyadan və ventilyatorlardan istifadə edilməsi və bu zaman
hər adam üçün saatda 3 m
2
hesabı ilə hava verilməsi nəzərdə tutulmalıdır.
Sənaye tərəfindən hazırlanan süzücü ventilyasiya avadanlığı olmadıqda RD-ya
hava vermək üçün yardımçı vasitələrdən hazırlanmış ən sadə tərtibatlardan
istifadə edilə bilər. Uducu süzgəc olaraq qumdan, çınqıldan, xırdalanmış şlakdan
istifadə etmək mümkündür, havanı içəriyə vermək üçün müşənbəd və ya rezinli
parçadan hazırlanan körük kisələr, velisopedlə hərəkətə gətirilən sadə
mərkəzdənqaçma ventilyatorlar və s. işlədilə bilər.
Sanitariya qovşaqları kişilər və qadınlar üçün ayrı düzəldilir.
RD-də su təchizatı üçün xarici və daxili su kəmərlərindən istifadə olunması
nəzərdə tutulmalıdır. Kəmərlərdə su kəsildikdə və qəza halları üçün hər adama
sutkada 2 l hesabı ilə səyyar su qabları qoyulacaq yerlərdə olmalıdır.
Kanalizasiya sistemi olmayan binalarda çirkab suların yığılması üçün qəza
çənləri qoyulması və onların nəcis daşıyan maşınlarla təmizlənməsi imkanları
nəzərdə tutulmalıdır. Belə çənlərin tutumu hər adam üçün 2 l hesabı ilə müəyyən
edilməlidir.
Daldalanacaqla qonşuluqda yerləşən digər binaların sanitariya texnikası
avadanlığından qismən istifadə edilməsinə də yol verilir.
Çirkli üst paltarlar üçün otaq giriş yollarından birinin yanında düzəldilməli,
adamlar daldalanan otaqlarda odadavamlılıq müddəti 1saat olan odadavamlı
arakəsmə ilə ayrılmalıdır. Belə otaqlar ümumi sahəsi hər adam üçün 0, 07 m
2
hesabı ilə müəyyən edilməlidir.
Tutumu 50 nəfərədək olan daldalanacaqlarda çirkli üst paltarlar üçün otaq
əvəzinə giriş yollarında pərdə arxasında yerləşdirilən asqılar düzəldilir.
Daldanacağa giriş yerlərinin sayı onun tutumuna görə müəyyən edilir, lakin burada
eni 0, 8 m olan ən azı iki giriş yolu olmalıdır.
Tutumu 50 nəfərədək olan daldalanacaqlarda ancaq bir giriş yolu da ola bilər.
Belə hallarda şaquli pilləkanı və 0, 6×0, 9 m ölçülü bacası, ya da 0, 7×1, 5 m ölçülü
pəncərəsi olan köçürmə çıxış yolu nəzərdə tutulmalıdır.
152
Giriş yollarında adi qapılar qoyulur; onların qapı çərçivəsinə qapanan yerləri
daldalanacaq hazır vəziyyətə keçirilən dövrdə kipləşdirilməli, zərbə dalğasının təsir
göstərəcəyi zonada isə qapılar təzyiqə davamlığa hesablanmalıdır.
Bundan əlavə, sığınacaqlar yerləşdirilən binaların bütün mühafizəedici
konstruksiyaları
zərbə
dalğasının
gücünə
dözməlidir.
Binanın
birinci
mərtəbəsindəki konstruksiyaların divarlarına düşən belə gücün qiyməti
zirzəmilərin və kürsü mərtəbələrin yeraltı hissələrinin divarlarına düşən gücün
qiymətinə nisbətən daha çox olur. Zərbə dalğasının təsir zonasındakı binaların
birinci mərtəbəsindəki daldalanacaq kimi istifadə olunarkən, onların divarının
möhkəmliyini artırmaq tələb olunur ki, bu da inşaat xərclərini artırır.
Daldalanacaqlar zirzəmidə, kürsü mərtəbələrdə yerləşdirilərkən divarların
möhkəmliyini artırmaq lazım gəlir.
Çəpərləyici konstruksiyalar üçün inşaat materialları seçərkən nəzərə almaq
lazımdır ki, materialın həcm çəkisi nə qədər yüksək olarsa, bir o qədər ionlaşdırıcı
şüalanmadan yüksək mühafizə xassələrinə malik olur.
Konstruktiv həll
RD-nin xarici mühafizəedici konstruksiyaları ərazinin radioaktiv zəhərlənməsi
zamanı ionlaşdırıcı şüalanmanın zədələyici təsirindən ehtimal olunan zəif
dağıntılar zonasında isə zərbə dalğasının təsirindən əhalinin mühafizəsini təmin
etməlidir.
Daldalanan adamların ionlaşdırıcı şüalanmadan mühafizə dərəcəsi radiasiya
daldanacağının layihələndirilməsi tapşırığında göstərilən radiasiyadan mühafizə
əmsalına uyğun olaraq hesablama nəticəsində müəyyən edilir.
Xarici mühafizəedici konstruksiyalardakı daldanacağın giriş çıxış yolları üçün
istifadə olunmayan oyuqlar binanı daldalanma rejiminə keçirərkən hörülüb
bərkidilməli və bu zaman aşağıdakı şərt nəzərə alınmalıdır:
ß = S/V ≥ 0.006 ,
153
Burada S-xarici çəpərləyici konstruksiyalardakı oyuq bacaların sahəsi; V-
radiasiya daldanacağı otağının həcmi.
Hörgünün hər 1 kv.m-nin çəkisi mühafizəedici konstruksiyanın müvafiq
çəkisinə bərabər olmalıdır.
Hörgü üçün, adətən, torpaq (qum), kərpic, dəmir-beton lövhələr, yaxud tirlər
işlədilir. Oyuqları bərkidən hörgünün 1, 7 m maksimal hündürlüyü daldalanan
adamların oyuqlardan birbaşa şüalanmasının qarşısının alınması üçün müəyyən
edilmişdir. İki və üçmərtəbəli taxtlar qoyulan hallarda oyuqları bərkidən hörgünün
hündürlüyü yuxarı taxtın hündürlüyündən 20sm artıq olmalıdır.
Pəncərənin hörgüsüz yuxarı hissəsindən keçən radioaktiv maddələrlə
daldanacağın əsas otaqlarının çirklənməsinin qarşısını almaq üçün bu pəncərələrə
pərdələr çəkmək, həmin otaqlara bitişik və onun üstündəki otaqların pəncərələrini
isə yüngül asma qapaqlarla (lövhələrlə) örtmək nəzərdə tutulmalıdır.
Zirzəmilərdə, yerüstü yaşayış binalarında, ictimai binalarda və digər bina və
ya qurğularda düzəldilən RD-nin mühafizə xassələrinin bu yollarla yaxşılaşdırmaq
nəzərdə tutulur:
• yerüstü binaların xarici divarları qarşısında hündürlüyü döşəmə
səviyyəsindən 1, 7m olan və daşdan, kərpicdən, torpaq doldurulmuş kisələrdən və
s. -dən ibarət divaryanı ekranlar (əlavə divarlar) düzəltmək;
• zirzəmilərin, döşəməaltı boşluqların yerdən yuxarı hissələrini bütün
hündürlüyü boyu torpaqla örtmək;
• örtüyün üstünə əlavə torpaq qatı tökmək və bununla əlaqədar, içəridə
tavanı dirək (tir) və dayaqlarla bərkitmək;
• mühafizəedici konstruksiyalarda artıq oyuqları hörüb bərkitmək, giriş və
çıxış yerlərinin qarşısında divar-ekranlar (çəpərlər) düzəltmək.
RD-nin mühafizə xassələrinin yüksəldilməsi məsələlərini daha müfəssəl
nəzərdən keçirək:
1.
Zərbə dalğasının təsiri zonalarında yerləşən və RD üçün uyğunlaşdırılan
yerüstü binaların pəncərələrini döşəmə səviyyəsindən ən azı 1, 7 m hündürlükdə
hörgü ilə (torpaq doldurulmuş kisələr, daş, kərpicdən ibarət quru hörgü)
bərkitmək. Pəncərənin (oyuğun) yuxarı hissəsində 0, 3m hündürlükdə işıq bacası
saxlayırlar, o da uzanmaq üçün nəzərdə tutulan yerlərdən ən azı 0, 2m yuxarıda
olmalı və pərdə ilə bağlanmalıdır;
2.
Daşdan, kərpicdən, torpaq kisələrdən, ya torpaqdan döşəmə
səviyyəsindən 1, 7m hündür səthi suvanmış divar – ekranlar düzəltmək;
Dostları ilə paylaş: |