Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

 
151
dəfə  artırılır,  sığınacaqların  süzücü  ventilyasiyaya  rejimində  isə  hər  adam  üçün 
saatda 10 m
2
 hesabı ilə götürülür.  
Mexaniki üsulla süni (məcburi) ventilyasiya şəraitində elektrik enerjisi kəsilən 
halllarda təbii ventilyasiyadan və ventilyatorlardan istifadə edilməsi və bu zaman 
hər adam üçün saatda 3 m
2
 hesabı ilə hava verilməsi nəzərdə tutulmalıdır.  
Sənaye tərəfindən hazırlanan süzücü ventilyasiya avadanlığı olmadıqda RD-ya 
hava  vermək  üçün  yardımçı  vasitələrdən  hazırlanmış  ən  sadə  tərtibatlardan 
istifadə  edilə  bilər.  Uducu  süzgəc  olaraq  qumdan,  çınqıldan,  xırdalanmış  şlakdan 
istifadə  etmək  mümkündür,  havanı  içəriyə  vermək  üçün  müşənbəd  və  ya  rezinli 
parçadan  hazırlanan  körük  kisələr,  velisopedlə  hərəkətə  gətirilən  sadə 
mərkəzdənqaçma ventilyatorlar və s. işlədilə bilər.  
Sanitariya qovşaqları kişilər və qadınlar üçün ayrı düzəldilir.  
RD-də  su  təchizatı  üçün  xarici  və  daxili  su  kəmərlərindən  istifadə  olunması 
nəzərdə  tutulmalıdır.  Kəmərlərdə  su  kəsildikdə  və  qəza  halları  üçün  hər  adama 
sutkada 2 l hesabı ilə səyyar su qabları qoyulacaq yerlərdə olmalıdır.  
Kanalizasiya  sistemi  olmayan  binalarda  çirkab  suların  yığılması  üçün  qəza 
çənləri  qoyulması  və  onların  nəcis  daşıyan  maşınlarla  təmizlənməsi  imkanları 
nəzərdə tutulmalıdır. Belə çənlərin tutumu  hər adam üçün 2 l hesabı ilə müəyyən 
edilməlidir.  
Daldalanacaqla  qonşuluqda  yerləşən  digər  binaların  sanitariya  texnikası 
avadanlığından qismən istifadə edilməsinə də yol verilir.  
Çirkli  üst  paltarlar  üçün  otaq  giriş  yollarından  birinin  yanında  düzəldilməli, 
adamlar  daldalanan  otaqlarda  odadavamlılıq  müddəti  1saat  olan  odadavamlı 
arakəsmə  ilə  ayrılmalıdır.  Belə  otaqlar  ümumi  sahəsi  hər  adam  üçün  0,  07  m
2
 
hesabı ilə müəyyən edilməlidir.  
Tutumu  50  nəfərədək  olan  daldalanacaqlarda  çirkli  üst  paltarlar  üçün  otaq 
əvəzinə  giriş  yollarında  pərdə  arxasında  yerləşdirilən  asqılar  düzəldilir. 
Daldanacağa giriş yerlərinin sayı onun tutumuna görə müəyyən edilir, lakin burada 
eni 0, 8 m olan ən azı iki giriş yolu olmalıdır.  
Tutumu 50 nəfərədək olan daldalanacaqlarda ancaq bir giriş yolu da ola bilər. 
Belə hallarda şaquli pilləkanı və 0, 6×0, 9 m ölçülü bacası, ya da 0, 7×1, 5 m ölçülü 
pəncərəsi olan köçürmə çıxış yolu nəzərdə tutulmalıdır.  


 
152
Giriş yollarında  adi qapılar qoyulur; onların qapı çərçivəsinə qapanan yerləri 
daldalanacaq hazır vəziyyətə keçirilən dövrdə kipləşdirilməli, zərbə dalğasının təsir 
göstərəcəyi zonada isə qapılar təzyiqə davamlığa hesablanmalıdır.  
Bundan  əlavə,  sığınacaqlar  yerləşdirilən  binaların  bütün  mühafizəedici  
konstruksiyaları 
zərbə 
dalğasının 
gücünə 
dözməlidir. 
Binanın 
birinci 
mərtəbəsindəki  konstruksiyaların  divarlarına  düşən  belə  gücün  qiyməti 
zirzəmilərin  və  kürsü  mərtəbələrin  yeraltı  hissələrinin  divarlarına  düşən  gücün 
qiymətinə  nisbətən  daha  çox  olur.  Zərbə  dalğasının  təsir  zonasındakı  binaların 
birinci  mərtəbəsindəki  daldalanacaq  kimi  istifadə  olunarkən,  onların  divarının 
möhkəmliyini artırmaq tələb olunur ki, bu da inşaat xərclərini artırır.  
Daldalanacaqlar  zirzəmidə,  kürsü  mərtəbələrdə  yerləşdirilərkən  divarların 
möhkəmliyini artırmaq lazım gəlir.  
Çəpərləyici  konstruksiyalar  üçün  inşaat  materialları  seçərkən  nəzərə  almaq 
lazımdır ki, materialın həcm çəkisi nə qədər yüksək olarsa, bir o qədər ionlaşdırıcı 
şüalanmadan yüksək mühafizə xassələrinə malik olur.  
 
Konstruktiv həll 
RD-nin xarici mühafizəedici konstruksiyaları ərazinin radioaktiv zəhərlənməsi 
zamanı  ionlaşdırıcı  şüalanmanın  zədələyici  təsirindən  ehtimal  olunan  zəif 
dağıntılar  zonasında  isə  zərbə  dalğasının  təsirindən  əhalinin  mühafizəsini  təmin 
etməlidir.  
Daldalanan  adamların  ionlaşdırıcı  şüalanmadan  mühafizə  dərəcəsi  radiasiya 
daldanacağının  layihələndirilməsi  tapşırığında  göstərilən  radiasiyadan  mühafizə 
əmsalına uyğun olaraq hesablama nəticəsində müəyyən edilir.  
Xarici  mühafizəedici  konstruksiyalardakı  daldanacağın  giriş  çıxış  yolları  üçün 
istifadə  olunmayan  oyuqlar  binanı  daldalanma  rejiminə  keçirərkən  hörülüb 
bərkidilməli və bu zaman aşağıdakı şərt nəzərə alınmalıdır: 
 
ß = S/V  ≥ 0.006 ,  
 


 
153
Burada  S-xarici  çəpərləyici  konstruksiyalardakı  oyuq  bacaların  sahəsi;  V-
radiasiya daldanacağı otağının həcmi.  
Hörgünün  hər  1  kv.m-nin  çəkisi  mühafizəedici  konstruksiyanın  müvafiq 
çəkisinə bərabər olmalıdır.  
Hörgü üçün, adətən, torpaq (qum), kərpic, dəmir-beton lövhələr, yaxud tirlər 
işlədilir.  Oyuqları  bərkidən  hörgünün  1,  7  m  maksimal  hündürlüyü  daldalanan 
adamların  oyuqlardan  birbaşa  şüalanmasının  qarşısının  alınması  üçün  müəyyən 
edilmişdir. İki və üçmərtəbəli taxtlar qoyulan hallarda oyuqları bərkidən hörgünün 
hündürlüyü yuxarı taxtın hündürlüyündən 20sm artıq olmalıdır.  
Pəncərənin  hörgüsüz  yuxarı  hissəsindən  keçən  radioaktiv  maddələrlə 
daldanacağın əsas otaqlarının çirklənməsinin qarşısını almaq üçün bu pəncərələrə 
pərdələr çəkmək, həmin otaqlara bitişik və onun üstündəki otaqların pəncərələrini 
isə yüngül asma qapaqlarla (lövhələrlə) örtmək nəzərdə tutulmalıdır.  
Zirzəmilərdə,  yerüstü  yaşayış  binalarında,  ictimai  binalarda  və  digər  bina  və 
ya qurğularda düzəldilən RD-nin mühafizə xassələrinin bu yollarla yaxşılaşdırmaq 
nəzərdə tutulur: 
•  yerüstü  binaların  xarici  divarları  qarşısında  hündürlüyü  döşəmə 
səviyyəsindən 1, 7m olan və daşdan, kərpicdən, torpaq doldurulmuş kisələrdən və 
s. -dən ibarət divaryanı ekranlar (əlavə divarlar) düzəltmək; 
•  zirzəmilərin,  döşəməaltı  boşluqların  yerdən  yuxarı  hissələrini  bütün 
hündürlüyü boyu torpaqla örtmək; 
•  örtüyün  üstünə  əlavə  torpaq  qatı  tökmək  və  bununla  əlaqədar,  içəridə 
tavanı dirək (tir) və dayaqlarla bərkitmək; 
•  mühafizəedici  konstruksiyalarda  artıq  oyuqları  hörüb  bərkitmək,  giriş  və 
çıxış yerlərinin qarşısında divar-ekranlar (çəpərlər) düzəltmək.  
RD-nin  mühafizə  xassələrinin  yüksəldilməsi  məsələlərini  daha  müfəssəl 
nəzərdən keçirək: 
1.
 Zərbə  dalğasının  təsiri  zonalarında  yerləşən  və  RD  üçün  uyğunlaşdırılan 
yerüstü binaların pəncərələrini döşəmə səviyyəsindən ən azı 1, 7 m hündürlükdə 
hörgü  ilə  (torpaq  doldurulmuş  kisələr,  daş,  kərpicdən  ibarət  quru  hörgü) 
bərkitmək.  Pəncərənin  (oyuğun)  yuxarı  hissəsində  0,  3m  hündürlükdə  işıq  bacası 
saxlayırlar,  o  da  uzanmaq  üçün  nəzərdə  tutulan  yerlərdən  ən  azı  0,  2m  yuxarıda 
olmalı və pərdə ilə bağlanmalıdır; 
2.
 Daşdan,  kərpicdən,  torpaq  kisələrdən,  ya  torpaqdan  döşəmə 
səviyyəsindən 1, 7m hündür səthi suvanmış divar – ekranlar düzəltmək; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə