Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   39   40   41   42   43   44   45   46   ...   76

 
139
Təmiz  ventilyasiya  və  süzücü  ventilyasiyanın  havagötürücüləri  bir-birindən, 
eləcə  də  sorucu  ventilyasiya  sistemi  borusunun  və  sığınacaqdakı  dizel  elektrik 
stansiyasında  işlənmiş  qaz  borusu  çıxışının  ağzından  ən  azı  10m  məsafədə 
yerləşdirilməlidir. 
İşlənmiş  hava  sığınacağın  sanitariya  qovşağından,  dizel  elektrik  stansiyası 
otağından,  bilavasitə  daldalanan  adamlar  yerləşən  otaqlardan  sorucu  kanallar 
vasitəsilə  ya  sığınacaqdakı  havanın  artıq  təzyiqi  hesabına  və  ya  ventilyatorlarla 
kənar edilir. 
Partlayışdan  qoruyan  tərtibat  -  zərbə  dalğasının  sığınacağa  keçməsi 
ehtimalının  qarşısını  almaq  məqsədilə  havagötürücü  və  havasorucu  kanallardan 
qoyulur  və  partlayışdan  qoruyan  tərtibatın  özündən  və  ondan  sonrakı 
genişləndirici  kameradan  (boru  kəməri  hissəsindən)ibarət  olur.  Kiçik  ölçülü 
qoruyucu  bölmə  (MZS)  və  unifikasiya  edilmiş  qoruyucu  bölmə  (UZS)  tipli 
partlayışdan  qotuyan  tərtibatın  taktiki-texniki  göstəricilər  İN  və  Q-nin  6-cı 
əlavəsindəki cədvəldə verilmişdir. 
Tozdan qoruyan (tozəleyhinə) süzgəclər. Təmizləmə əmsalı ən azı 0,8 olan 
sənaye  tipli  çərçivəli  özəkli  bu  süzgəc  (FƏR)  bayırdan  içəriyə  verilən  havanın 
radioaktiv tozdan təmizləmək üçün o, sığınacaqdakı adamları süzgəcdə toplanan 
radioaktiv  maddələrin  şüalarından  qorumaq  məqsədilə  digər  otaqlardan  əsaslı 
divar  ilə  ayrılan  xüsusi  otaqda  (kamerada)  yerləşdirilir.  Quruluşca  süzgəc 
özəklərində  yığılmış  metal  tor  şəkilli  və  yağı,  yaxud  12  nömrəli  sənaye  və  vissin 
yağları hopdurulmuş paketlərdən ibarətdir. Hopdurma üçün  qliserinli su məhlulu 
da işlətmək mümkündür. 
Uducu süzgəclər- məhsuldarlığı uyğun olaraq saatda 300, 200 və 100 kub.m 
olan  FP-300,  FPU-200,  FPU-100  markalı  uducu  süzgəclər  bayırdan  sığınacağa 
verilən havanı zəhərləyici maddələrdən (GTZM) və bakterial təmizləmək üçündür. 
Onların  iş  prinsipi  süzücü  əlehqazda  olduğu  kimidir,  hərəsi  2-3  uducu 
süzgəcdən  ibarət  sütunlar  formasından  quraşdırılıb  süzücü  ventilyasiya  otağında 
yerləşdirilir. 
Sığınacaqlarda  qoyulan  uducu  süzgəclərin  tipi  və  markası  burada  tətbiq 
edilən ventilyatorlardan asılı olur və əl elektrik ventilyatorları üçün FPU-200, FPU-
100 elektrik ötürücü ventilyatorlar üçün FP-300 işlədilir. 


 
140
Tutumu  600  nəfərədək  olan  sığınacaqlarda  FVK-1  və  FVK-2  süzücü 
ventilyator  komplektləri  qoyulur.  600-dən  artıq  tutumulu  və  dizel  elektrik 
stansiyası  olan  sığınacaqlarda  isə  Fp-300  markalı  uducu  süzgəclər  və  elektrik 
ötürücülü sənaye ventilyatorları qoyulur. 
3-cü  rejimdə  iş  üçün  avadanlıqlaşdırılan  sığınacağın  ventilyasiya  sisteminə 
daldalanan  hər  150  nəfər  üçün  bir  dəst  hesabı  ilə,  içəridəki  havanı  bərpa  edən 
(regenerasiya  edən)  vasitələr  (oksigen  balonları  ilə  birlikdə  RP-100  regenerativ 
patron və ya FQ-70 süzgəcləri ilə birlikdə  konveksiya tipli RU-150/6 regenerasiya 
tərtibatı) daxildir. 
Ventilyatorlar  -  kənardan  sığınacağa  hava  vermək  üçündür.  Dizel  elektrik 
stansiyası  (DES)  olmayan  sığınacaqlarda  əl  elektrik  ventilyatorları,  DES  olan 
sığınacaqlarda isə elektrik ötrücülü sənaye ventilyatorları tətbiq edilir. 
Sığınacaqların təmiz ventilyasiya rejimində FVK-1 FVK-2 süzücü ventilyasiya 
dəstlərinin  tərkibindəki  GRV  600/300  əl  elektrik  ventilyatorlarla  və  onların  əlavə 
olaraq – GRV-72-2 və GRV-72-3 əl elektrik ventilyatorları işlədilir. 
Hər  bir  əl  elektrikventilyatorunun  əks-klapanı  və  hava  sərfi  göstəricisi  var. 
Süzücü  ventilyasiya  rejimində  FVK-1  və  FVK-2  dəstləri  GRV-600-300  əl  elektrik 
ventilyatorları ilə birlikdə işə qoşulur. 
Havapaylayıcı  şəbəkə  (hava  boruları)  təmizlənmiş  havanı  sığınacağın 
müxtəlif otaqlarının həcminə mütənasib olaraq paylaşdırmaq üçündür. 
Sığınacaqda  havanın  həcmini  təmizləmək  üçün  izafi  təzyiq  klapanı  və  əllə    
hərəkətə  gətirilən  hermetik  klapanlardan  ibarət  havatəmizləyici  tərtibat 
düzəldilmişdir. 
Hermetik  klapanlar  havapaylayıcı  şəbəkədə  qoyulur  və  ventilyasiya 
sistemini bir rejimdən digər rejimə keçirmək, habelə sığınacaqda havanın həcmini 
təmizləmək üçündür. 
İzafi  təzyiq  klapanları  havasorucu  kanallarda  qoyulur  və  kənar  edilən 
havanın həcmini tənzimləmək, eləcədə sorucu sistemi zədələnmədən qoruyur. 
Balonlar otağı - 3-cü rejiminə malik olan sığınacaqlarda quraşdırılır. Burada 
havanı  oksigenlə  zənginləşdirmək  üçün  hava  (oksigen)  balonları  saxlanılır. 
Balonlardan oksigen DKP -1-65 markalı reduktor vasitəsilə verilir. 150-yədək adam 
daldalanan  otaqlara  oksigen  reduktorun  1,1  mm  diametirli  ucluğu,  bundan  artıq 


 
141
tutumlu otaqlara isə 2, 2 mm diametirli ilə verilir. Bir adam üç saatda 25 l oksigen 
sərf edilir. Partlayış təhlükəli, habelə partlayış-yanğın və yanğın təhlükəsi yaranan 
hallarda balonlar otağı D dərəcəli obyekt hesab edilir. 
Balonlar otağı qonşu otaqlardan dəhlizlə (tamburla) ayrılır.. 
Sanitarya qovşaqları - kişilər və qadınlar üçün ayrılqda layihələndirilir. 
Ayaqyolu  kabinələrinin  iki  cərgəsi  arasındakı  keçid  yolunun  eni  və  ya 
kabinələr  ilə  onların  qarşısındakı  pisesuarlar  arasındakı  məsafə  1,  5m, 
ayaqyolunun  kənar  cərgəsi  ilə  divar  və  ya  arakəsmə  arasındakı  məsafə  1,  1  m 
olmalıdır. 
Ayaqyoluna  giriş  özüörtülən  qapalı  tampurlardan  (yuyunma  otaqlarından) 
olmalıdır.  Döşəməüstü  unitazlar  və  qablar  qapıları  olan  ayrıca  otaqda 
yerləşdirilməlidir. 
Sanitariya  qovşaqları  planlaşdırılarkən  kabinələrin  oxlar  üzrə  ölçüləri  belə 
götürülməlidir: qapılar çölə açılarkən 1, 2 ×0, 9 m və qapıları içəri açılarkən 1, 5 ×0, 
9 m. 
Su  təchizatı.  Sığınacağın  və  DES-in  su  ilə  təchizatı  xarici  su  kəməri  və  ya 
əlavə su şəbəkəsi hesabına nəzərdə tutulur, hər iki halda su borularının sığınacağa 
girişlərində içəridən bağlayıcı armatur və əks –klapan qoyulur. 
Qəza  və  zədələnmə  halları  üçün  sığınacaqdakı  qablarda  hər  adam  üçün 
sutkada 3l hesabı ilə içməli su ehtiyatı saxlanılması nəzərdə tutulur. 
Su kəməri sistemi işlətərkən suya tələbat məhdudlaşdırılmır. 
Su  ehtiyatı  qablarının  tutumu  hesablama  yolu  ilə  təyin  edilir;bu  qablar 
adətən,  axarlı  olmalı  və  iki  sutka  ərzində  suyun  tamamilə  təmizlənməsinə  təmin 
etməlidir. 
Sığınacaqlarda vaqon tipli unitazlar tətbiq edilərkən su ehtiyatını hər adam 
üçün sutkada 5l hesablamaq lazımdır. 
Sığınacaqlardakı  tibb  məntəqəsi  otaqları  su  kəməri  şəbəkəsindən  işləyən 
əlüzyuyanlarla  avadanlaşdırılmalıdır.  Şəbəkədə  su  kəsilən  hallar  üçün  səyyar 
əlüzyuyan  cihazlar  qoyulması  və  onlar  üçün  sutkada  10  l  hesabı  ilə  su  ehtiyatı 
nəzərdə tutulmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə