Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   47   48   49   50   51   52   53   54   ...   76

 
163
olunmuş  sayda  adamla  dolandan  sonra  qurğuya  xidmət  edən  qrup  (manqa) 
komandirinin göstərişi üzrə bağlanır.  
Hər  bir  adam  mühafizə  qurğusunun  fərdi  mühafizə  vasitəsini  də  götürüb 
gəlməlidir.  
Yaşayış  yeri  üzrə  daldalanan  əhali  özlərilə  lazimi  ərzaq  ehtiyatı  da 
götürməlidir.  
Mühafizə qurğusunda daldalanarkən bunlar qadağan edilir: 
Siqaret  çəkmək,  spirtli  içki  içmək,  mühafizə  qurğusuna  ev  heyvanları 
gətirmək, daldalanma yerlərinə tezalışan, partlayış təhlükəli, kəskin iyli maddələr, 
habelə  iri  əşyalar  gətirmək,  səs  salmaq,  bərkdən  danışmaq,  qurğuda  boş-boşuna 
gəzmək,  qapıları  açmaq  və  qurğudan  çıxmaq,  radioqəbulediciləri,  maqnitafonları 
qoşmaq,  açıq  alovlu  işıq  mənbələrindən  istifadə  etmək,  komendantın  icazəsi 
olmadan sığınacaqdan çıxmaq.  
Mühafizə  qurğusunda,  ona  xidmət  edən  dəstənin  şəxsi  heyəti  tərbiyəvi  iş 
aparmalıdır.  Belə  işlərin  əsas  məqsədi  bunlardır:  ruh  yüksəkliyinin  saxlanması, 
adamların  mətanətli  və  təmkinli  olmağına  yardım,  yoldaşlıq  və  qarşılıqlı  yardım 
hissi  yaratmaq,  mütəşəkkil  və  intizamlı  olmaq,  vahimə  və  çaxnaşmanın  qarşısını 
almaq, qurğuda davranış qaydalarının daldalananlara izah etmək, qurğuda olarkən 
və  zədələnmə  ocaqlarından  çıxarkən  təhlükəsizlik  qaydalarını  izah  etmək, 
mühafizə  qurğusuna  xidmət  edən  qrupun  (manqanın)  öz  vəzifələrinin  icrası  üzrə 
dəqiq fəaliyyətini təşkil etmək.  
Mühafizə  qurğularında  mühəndis-texniki  avadanlıqlar  onların  texniki 
sənədlərinin və təlimatlarının tələblərinə uyğun surətdə istismar edilir.  
Sığınacaqlara hava süzücü ventilyasiya sistemi vasitəsilə təmiz ventilyasiya və 
süzücü  ventilyasiya  rejimlərində  verilir.  Bəzi  hallarda  havanın  regenarasiya 
(bərpası) da nəzərdə tutulur.  
Radiasiya  daldalanacaqlarına  hava  mexaniki  surətdə  təsirləndirilən  təbii 
ventilyasiya hesabına verilir.  
Zədələyici  vasitələr  təsir  göstərənədək  və  radioaktiv  toz  çökən  dövrdə 
sığınacaqlara hava təmiz ventilyasiya rejimi (1-ci rejim) üzrə verilir.  
Nüvə partlayışından sonra 1-ci rejim üzrə ventilyasiya sistemi bir saat ərzində 
dayandırılır.  


 
164
Bundan  sonra  sığınacaqdan  kənardakı  (bayırdakı)  vəziyyət  aydınlaşdırılır  və 
həmin  vəziyyətin  tələb  etdiyi  ventilyasiya  rejimində  sığınacaqda  hava  verilməsi 
bərpa olunur.  
Düşmən  kimyəvi  və  bakterioloji  silah  işlədilən  hallarda  sığınacaqlar  süzücü 
ventilyasiya rejiminə (2-ci rejim) keçirilir.  
Sığınacaq regenerasiya rejiminə (3-cü rejim) kütləvi yanğınlar baş verərkən və 
ya  sığınacağın  yaxınlığında  güclü  təsirli  zəhərli  maddələrin  (GTZM)  təhlükəli 
konsentrasiyası yaranarkən keçirilir.  
Xarici  şəbəkədən  elektrik  təchizatı  kəsilərkən  mühafizə  qurğusunda 
qurğusunda qəza işıq mənbələrini işə qoşurlar.  
Qurğuya  elektrik  enerjisinin  verilməsi  kəsilərkən  havanı  içəriyə  əl 
ventilyatorları vasitəsilə verilir.  
Sığınacağın su təchizatı sistemi sıradan çıxan hallarda əlüzyuyanlara və ayaq 
yoluna  gələn  suyu  dərhal  kəsir  və  qəza  içməli  su  ehtiyatına  sərfinə  ciddi  nəzarət 
edirlər.  
Mühafizə  qurğusunda  baş  verən  yanğın  yanğınsöndürmə  vasitələrilə 
söndürülür.  Bu  zaman  havanın  tərkibində  oksigenin,  karbon  qazının  və  karbon 
oksidinin  miqdarına  daim  nəzarət  edilir.  Kəşfiyyat  aparmaq  üçün  sığınacaqdan 
ventilyasiyalı tambur vasitəsilə çıxır və geri qayıdırlar. Sığınacaqdan çıxan adamlar 
əlehqaz və mühafizə paltarı geyməli və fərdi dozimetr götürməlidirlər.  
Kəşfiyyatçılar zəhərli sahələrdən sığınacağa (RD-yə) qayıdarkən ventilyasiyalı 
tamburda  (dəhlizdə)  qismən  dezaktivasiya  və  deqazasiyadan  keçirilir.  Üst 
mühafizə paltarları tamburda qalmalıdır.  
Daldalanan adamlar mühafizə qurğularından bu hallarda çıxarılırlar: 
•  Hava həyəcanıı qurtardı siqnalına əsasən (qurğunun yaxınlığındakı vəziyyət 
dəqiqləşdiriləndən sonra); 
•  qurğuda müəyyən olunmuş qalma müddəti qurtaranda; 
•  qurğunu növbə üzrə tərk etmək məcburiyyəti yarananda.  
Məcburiyyət bunlardır: 
•  Sakit halda olarkən nəbzin bir dəqiqədə 120, ya da bundan artıq və ya 35-
dən az olması; 
•  Bədənin temperaturu 38ºS və bundan artıq olması.  


 
165
Hər  iki  halda  səhhət  üçün  yaranan  təhlükə  nəzərə  alınmaqla  qərar  qəbul 
edilir.  
Daldalanan  adamlar  qurğudan  çıxarılıb  köçürülərkən  köçürülmə  qaydası, 
təhlükəsizlik tədbirləri və marşurutlarda hərəkət qaydaları izah edilməlidir. 


 
166
Mövzu 10 
 
FƏRDİ VƏ TİBBİ MÜHAFİZƏ VASİTƏLƏRİ. 
 
 
Müasir  qırğın  silahlarından  mühafizə  məqsədilə  əhalinin  mühafizə 
qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi 
mühafizə və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də 
çox  vacib  əhəmiyyətə  malikdir.  Bu  mühafizə  vasitələrindən  istifadə  edilməsi 
lüzumu  onunla  izah  edilir  ki,  nüvə,  kimyəvi  və  ya  bakterioloji  silah  işlədilərkən 
əhali,  qoşunların,  mülki  müdafiə  dəstələrinin  şəxsi  heyəti  müəyyən  müddət 
radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə 
(BV)  zəhərlənmiş  sahələrdə  və  ya  atmosferdə  qalmalı,  ya  da  burada  xilasetmə 
işləri aparmalı olacaqlar. 
Fərdi muhafizə vasitələri bunlardan ibarətdir:  
a)
 tənəffüs orqanlarının mühafizə vasitələri; 
b)
 dəri səthinin mühafizə vasitələri; 
c)
 tibbi mühafizə vasitələri. 
Tənəffüs  orqanlarını  mühafizə  vasitələrinə  əleyhqazlar,  respiratorlar  və 
əhalinin özü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə