Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

 
175 
Yüngül  mühafizə  kostyumu  L-l  (şəkil  6.7)  rezinləşdirilmiş  parçadan  hazırlanan 
başlıqlı  köynəkdən,  corablı  şalvardan,  ikibarmaqlı  əlcəklərdən  və  şlemaltlıqdan 
ibarətdir. 
 
 
 
Yüngül mühafizə kostyumu – L-1 
1-Gödəkçə başlıqla; 2-Şalvar corabla; 3-Başlıqaltı;4- Əlcək; 5-Torba 
 
Dərini təcridedən mühafizə vasitələri MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə 
tutulmuşdur.  Bunlardan  ZM-in  yüksək  konsentrasiyası  şəraitində  zəhərli  sahələrdə  iş 
aparılarkən, habelə deqazasiya, dezaktivasiya və dezinfeksiya işləri yerinə yetirilərkən  
istifadə edilir. 
Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər. 
Belə  paltarların  hermetikliyini  təmin  etmək  üçün  onlara  əlavə  hissələr:  sinəbənd, 
başlıq,  şalvarların  yanda  düymələnən  yerlərinə  xiştəkler  tikmək  lazımdır.  RM-dən 
mühafizə  üçün  həmçinin  dəri  səthini  qoruyan  əlaltı  vasitələrdən  (əlavə  olaraq 
kipləşdirilmiş  məişət,  iş,  idman  paltarı  və  ayaqqabılarından,  digər  fərdi  geyimlərdən) 
istifadə oluna bilər. 
Yadda  saxlamaq  lazımdır  ki,  təcridedici  mühafizə  paltarlarında  qalmaq  müddəti 
məhduddur (cədvəl). 
Tutqun  və  küləkli  havada,  habelə  kölgədə  işləyərkən  mühafizə  vasitələrində 
qalma müddəti cədvəldə göstərilənlərə nisbətən 1.5 dəfə artırıla bilər. 


 
176 
 
Ətraf havanın 
temperaturu, ºS 
Bədənin səthini qoruyan təcridedici paltarlarda 
qalma müddəti 
Ekranlayıcı nəm 
kombinezonsuz 
Ekranlayıcı nəm 
kombinezonla 
+30ºS və daha artıq 
15-20 dəqiqəyə 
1 – 1.5 saat 
25 - 29º S 
30 dəqiqəyə 
qədər 
1.5 – 2 saat 
20 -24º S 
45 dəqiqəyə 
qədər 
2 – 2.5 saat 
15 - 19º S 
2 saata qədər 
2.5 saatdan artıq 
+15º S və aşağı 
3 saatdan artıq 
-------- 
 
Ətraf havanın temperaturundan asılı olaraq adamın təcridedici mühafizə paltarında 
qalma müddəti 
 
Tibbi fərdi mühafizə vasitələri 
 
Tibbi fərdi mühafizə vasitələri (TFMV) - fövqəladə hallar vaxtı zədələnmiş əhalinin 
profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin 
köməyi ilə adamların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, yaxud onu 
xeyli  dərəcədə  zəiflətmək,  bir  sıra  zədələyici  amillərin  (ionlaşdırıcı  şüalanma,  güclü 
zəhərlər,  bakterial  vasitələr)  təsirinə  qarşı  orqanizmin  dayanaqlılığını  (müqavimətini) 
artırmaq mümkündür. Bunlara   radioprotektorlar, antidotlar (zəhər əleyhinə dərman) 
və  bakteriya  əleyhinə  maddələr,  habelə  qismən  sanitariya  təmizlənməsi  vasitələri  aid 
edilir. 
Radioprotektorlar - ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə 
deyilir. Hazırda bunlardan ən çox istifadə ediləni həb şəklindəki sistamin adlı maddədir. 


 
177 
Bu həbləri şüalanmadan (MM dəstələri radioktiv zəhərlənmə zonasına girməzdən) 30-
40 dəq əvvəl qəbul etmək məsləhətdir. 
Orqanizmə keçən radioaktiv maddələrdən mühafizə üçün xeyli təsirli tibbi vasitə 
olaraq  kompleksyaradan  (komplekson)  maddələrdən,  absorbentlərdən,  kalium-yodid 
maddəsindən  istifadə  etmək  olar  ki,  bunlar  radioaktiv  maddənin  qana  sorulmasnın 
qarşısnı alır və onların orqanizmdən tez çıxarılmasına imkan yaradır. 
Antidotlar (zəhər əleyhinə dərman) - ZM-n təsirinin qarşısını alan və ya zəiflədən 
maddələrdir.  Sinir-iflicedici  (fosforlu-üzvi)  təsirli,  sianid  turşusuna  və  digər  sianlara, 
lüizitə və qıcıqlandırıcı ZM-yə qarşı antidotlar vardır. 
Fosforlu-üzvi maddələr (FÜM) əleyhinə - afin, taren, atropin və
 
sianidlərə qarşı - 
amilnitrit,  propilnitrit  adlı;  lüizitə  və  arsin  tərkibli  digər  maddələrə  qarşı  -  unitol  adlı 
antidotlar mövcuddur. 
Bu  antidotlardan  həm  profilaktika,  həm  də  ilk  tibbi  yardım  vasitəsi  kimi  istifadə 
etmək mümkündür. 
Bakteriya  əleyhinə  maddələr  -  spesifik  və  qeyri-spesifik  profilaktika  vasitələri 
növlərinə ayrılır. Spesifik profilaktika vasitələrinə zərdablar, vaksinlər, ana-toksinlər və 
bakteriofaqlar aiddir.  
Bu vasitələrin bəziləri fərdi tibb qutusunda (Aİ-2 tibb qutusunda) cəmlənmişdir. 
Tabel üzrə olan fərdi tibbi mühafizə vasitələrinə fərdi tibb qutusunda Aİ-2, kimya 
əleyhinə fərdi paket İPP-8 və fərdi sarğı paketi aiddir. 
Aİ-2 fərdi tibb qutusunda insan orqanizminə ionlaşdırıcı şüalanmaların, ZM və BV-
nin  təsirinin  qarşısını  alan  və  ya  bu  təsiri  zəiflədən,  habelə  şok  halının  qarşısını  alan 
preparatlar (tibb dərmanları) olur. Tibb qutusu narıncı rəngli plastik kütlə materialdan 
düzəldilmiş  kiçik  qutudan  ibarətdir,  içərisində  plastik  kütlə  şpris-tübiki  və  dərman 
penalları yerləşdirilmişdir (şəkil). 
 


 
178 
 
 
Fərdi tibb qutusu — Aİ-2. 
 
Sümüklər  sınarkən,  ağır  yaralanma  və  geniş  yanıqlar  zamanı  ağrı  şokuna  qarşı 
ağrıkəsən dərman - 1 ml 2%-li promedol məhlulu işlədilir; məhlul tibb qutusunun 1-ci 
bölməsindəki  şpris-tübik  vasitəsilə  əzələyə  (dəri  altına)  yeridilir  (sülh  dövründə  şpris-
tübik  tibb  qutusudan  çıxarılıb  ayrı  saxlanılır).  Fosforlu-üzvi  maddələrlə  zəhərlənməyə 
qarşı tibb qutusunda tabel antidotu olaraq taren həbləri vardır (2-ci bölmədə yerləşir). 
Tarenin  bir  həbinin  "Kimya  həyəcanı”  xəbərdarlığı  verilərkən  qəbul  edirlər; 
zəhərlənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul etmək lazımdır. 
Tibb qutusunun 3-cü bölməsindəki ağ rəngli iri penalda bakteriya əleyhinə 2 №-li 
dərman-sulfadimetoksin (15 həb) yerləşir, bunu zəhərlənmədən sonra mədə-bağırsaq 
pozuntusu baş verərkən qəbul edirlər. 
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini atırmaq üçün radiasiya 
əleyhinə  1  -li  dərman  (sistamin)  işlədilir.Bu    dərman  4-cü  bölmədəki  iki  çəhrayı 
penalın  hər  birində  6  həb  miqdarında  olur.  Penallardakı  dərmanı  şüalanma  təhlükəsi 
zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb, şüalanma davam etdikdə isə 4-
5  saatdan  sonra  yenidən  6  həb  qəbul  edirlər.  Bu  dərmanların  səmərəliliyi  50%  təşkil 
edir. 
5-ci  bölmədəki  iki  rəngsiz  penalda  bakteriya  əleyhinə  1  -lı  dərman-tetrosiklin 
(hər  penalda  5  həb  miqdarında)  olur.  Bu  dərman
 
bakterioloji    zəhərlənmə  təhlükəsi 
yaranarkən və ya belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təcili qeyri-
spesifık  profilaktik  vasitə  olaraq,  habelə  yara  və  yanıq  yoluxmalarının  profilaktikası 
məqsədilə). 
6-cı bölmədə radiasiya əleyhinə 2 -li dərman (kalium-yodid) penalı yerləşir. Bu 
dərman  radioaktiv  çöküntülər  düşərkən,  xüsusən  radioaktiv  maddələrlə  zəhərlənmiş   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə