Microsoft Word 1-ci m vzu- fh t snifati


Respublika  təsərrüfatının  fəaliyyətinin  dayanıqlılığı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   52   53   54   55   56   57   58   59   ...   76

 
183 
 Respublika  təsərrüfatının  fəaliyyətinin  dayanıqlılığı  –  dedikdə  isə 
ümumiyyətlə  onun  müdafiə  və  təsərrüfat  üçün  tələb  olunan  səviyyəni  saxlamaq 
qabiliyyəti nəzərdə tutulur. 
Təsərrüfat sahələrinin və obyektlərin dayanıqlılıq anlayışı birinci növbədə onların 
FH zamanı, planlaşdırılmış məhsuldarlığı saxlamaq qabiliyyətini təmin etməkdir. Lakin 
nəzərə almaq lazımdır ki, bu cür dayanıqlılığın əsas tərkib hissəsi, təbii fəlakət, sənaye 
qəzaları və müasir silahların zədələyici amillərin təsirinə qarşı hər bir obyekt və sənaye 
kompleksinin fiziki dayanıqlılığıdır. 
 
Obyektlərin  dayanıqlı  işinin  yüksəldilməsi  əsasən  aşağıdakı  amillərlə 
səciyyəvidir:  
-
  fəhlə və qulluqçuların mümkün zədələnmələrdən etibarlı mühafizəsi;   
-
  sənaye  kompleksinin  dayanıqlılığı  (binalar,  avadanlıqlar,  kommunikasiya 
xətləri və s.); 
-
  obyektin  planlaşdırılmış  məhsul  üzrə  lazımi  təchizatı  (xammal,  yanacaq 
komplektləşdirici  hissələr,  elektrik  enejisi,  su,  qaz  və  s.)  və  başqa  sənaye 
müəssisələri ilə əlaqəsinin davamlılığı; 
-
  obyektin  ikinci  zədələnmə  amillərindən  (yanğından,  su  basmasından) 
mühafizəsi;  
-
  obyektin zəif və orta dağıntı aldığı zamanı xilasetmə və digər təxirə salınmaz 
işlərin aparılmasına hazırlıq; 
-
  obyektin vaxtında hərbi rejimə keçməsi. 
Bundan  başqa  FH  zamanı  obyektin  dayanıqlı  işinə,  onun  yerləşdiyi  rayon, 
obyektdaxili planı, obyekt ərazisində tikintilər və s. təsir edə bilər. 
Obyektlərin  və  təsərrüfat  sahələrinin  dayanıqlılığının  yüksəldilməsi  məsələsini 
həll  edərkən,  uyğun  normativ  sənədlərlə  təsdiq  olunmuş  və  MM-nin  tələbinə  əsasən 
ciddi mühəndis-texniki hesabat aparılmalıdır.  
Mühəndis-texniki  tələbatın  yerinə  yetirilməsi  -  əhalinin  mühafizəsi,  iqtisadi 
dayanıqlılığın  yüksəldilməsi,  xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  aparılması 
istiqamətində bütün əsas məsələlərin həllini təmin edir. 
 
 
Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirmə 
normalarının təyinatı və onun tətbiq olunma sahələri. 
 
Mülki  müdafiənin  mühəndis-texniki  tədbirlərinin  layihələndirmə  normalarının 
ə
sas  vəzifəsi,  əvvəlcədən  ən  vacib  şəhərlərin  həyat  tərzini  yüksəltməkdən  və 


 
184 
obyektlərin,  təsərrüfat  sahələrinin  sülh  və  müharibə  dövründəki  fövqəladə  hadisələrdə 
işinin dayanıqlılığının artırmaqdan ibarətdir. 
Mülki  müdafiənin  mühəndis–texniki  tədbirlərinin  layihələndirilməsi  normaları 
aşağıdakıları əhatə etməlidir: 
-
  əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsini;  
-
  mümkün itki və dağıntıların azaldılmasını; 
-
  obyektlər və xalq təsərrüfatı sahələrinin dayanıqlı işinin təmin edilməsini; 
-
  dağılmış  sənaye  mərkəzlərində  xilasetmə  işlərinin  tez  və  keyfiyyətli  yerinə 
yetirilməsi üçün lazımi şəraitin yaradılmasını. 
Fövqəladə  hallarda  obyektdə  işin  dayanıqlılığını  artıran  tədbirlər  kompleksində 
mühəndis–texniki  tədbirlərin  yerinə  yetirilməsi  xüsusən  böyük  əhəmiyyətə  malikdir. 
Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların, kommunikasiyaların müxtəlif 
dağıdıcı təsirlərə fiziki davamlığını artırmaq üçün görülür. 
Mülki  müdafiənin  mühəndis–texniki  tədbirlərinin  yerinə  yetirilməsi,  planlı 
surətdə  MM-nin  maddi-texniki  bazasının  möhkəmlənməsi  və  öz  vəzifəsini  yerinə 
yetirmək üçün daim hazırlığını artırmaqdan ibarətdir. 
Bu  tələbatlar  bütün  respublika  ərazisində  yayılır.  Bunlara  bütün  nazirliklər  və 
idarələr, layihə və quruculuq təşkilatları rəhbərlik edir. 
Ümumi  tələbata  uyğun  olaraq  nazirlik  və  idarələr,  fövqəladə  vəziyyət  zamanı 
dayanıqlılığını artırmaq üçün görüləcək tədbirlərin ardıcıllığını, həcmini və xarakterini 
müəyyən edən göstərişlər işləyib hazırlayırlar. 
Qeyd  edək  ki,  mühəndis–texniki  tədbirlərin  həcmi  və  xarakteri  obyektin 
vacibliyindən,  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  yarana  biləcək 
təhlükənin dərəcəsi baxımından harada yerləşdiyindən, fəhlə və qulluqçuların sayından 
və digər şərtlərdən asılı olur. 
Mühəndis–texniki  tədbirlərin  hazırlanması  üçün  verilən  məsələlər,  şəhər  və 
obyektlərin layihələşdirilməsi və rekonstruksiyası üçün qoyulan məsələlərin əsas tərkib 
hissəsi  olmaqla,  uyğun  MM  qərargahları  ilə  razılaşdırılır.  İri  şəhərlər  və  mühüm 
ə
həmiyyətli obyektlər üçün, düşmən tərəfindən müharibə vaxtı nüvə zərbəsi gözlənilən 
ə
razidə  dağılma  zonası  müəyyənləşdirilir.  Bu  zona  nüvə  zərbəsinin,  zərbə  dalğasının 
izafi təzyiqinin qiyməti 10 kPa və daha çox olan ərazidir. 
Bütün mümkün dağılma zonası iki zonaya ayrılır: 
-
 
Mümkün güclü dağıntı zonası  izafi təzyiqin qiyməti 30 kPa və daha çox 
olan;  
-
 
Mümkün  zəif  dağıntı  zonası  izafi  təzyiqin  10  kPa  –  30  kPa  qədər  olan 
halda baş verir.  
Mümkün  dağıntı  zonasının  sərhəddi  uyğun  olaraq  hesabat  yolu  ilə  və  MM 
mühəndis–texniki  tədbirlərini  planlı  surətdə  nəzərə  almaqla,  seçilən  tikinti  sənaye 
müəssisələri və xalq təsərrüfatının digər sahələrində yeni kommunikasiya xəttləri, eneji, 
su-qaz təchizatı, nəqliyyat və rabitə hesaba alınmaqla müəyyənləşdirilir. 


 
185 
Fəaliyyətdə  olan  normativ  sənədlərlə  əsas  mühəndis–texniki  tədbirlər  müəyyən 
edilir və burada aşağıdakı ardıcıllıq nəzərə alınır və yerinə yetirilir: 
-
  Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan tələbat; 
-
  Şəhərlərin  tikilməsi,  sənaye  binaları  və  qurğuların  layihələşməsi  və  tikilməsi 
planlaşmasına olan tələbat; 
-
  Enerji-su və qaz təchizatının layihələşdirilməsi və tikilməsinə olan tələbat; 
-
  MM-nin mühafizə qurğularının tikilməsinə olan tələbat.  
Bu tədbirlərdən bir neçəsini, layihə və mühəndis-texniki təşkilatlarına aid olanları 
qısaca nəzərdən keçirək. 
 
a.
  Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan tələbat 
 
Müasir şəraitdə mümkün dağıntılar və itkilərin qarşısını almaq və azaltmaq üçün 
ə
n  effektli  və  real  tədbir,  respublikanın  məhsuldar  gücünü  maksimal 
seyrəkləşdirməkdən və iri şəhərlərin əhalisinin artmasının qarşısını almaqdan ibarətdir. 
Bundan  irəli  gələn
 
normativ  sənədlərdə  xalq  təsərrüfatı  obyektlərinin  yerləşməsinə 
aşağıdakı tələbatlar müəyyən edilmişdir: 
1)
 Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektləri bütün respublika ərazisi üzrə 
bərabər yerləşməli və paylanmalı; 
2)
  Mümkün güclü dağıntı zonalarında olan iri şəhərlərdə əhalini cari təmin edən 
ə
rzaq  anbarları,  sərnişin  və  yük  daşıyan  dəmir  yol  stansiyaları  şəhər  ətrafında  bərabər 
qaydada yerləşdirilməlidir; 
3)
  Mümkün  zəif  dağıntı  zonalarında,  az  əhəmiyyətli  müssisələr,  anbarlar  və 
dəmir yol stansiyaları yerləşə bilər; 
4)
  Çox əhəmiyyətli müəssisələr, bazalar, anbarlar, düşərgə və ruhi xəstəxanalar, 
istirahət  evləri,  sanatoriyalar,  düşərgə  və  sağlamlıq  mərkəzləri  mümkün  dağıntı 
zonalarından kənarda yerləşdirilməlidir;  
5) Su basmasına  məruz qala bilən fəlakət zonalarında,  mühüm  əhəmiyyətli xalq 
təsərrüfatı obyektlərinin və sağlamlıq düşərgələrinin yerləşdirilməsi qadağandır; 
6)  Xüsusi  əhəmiyyətli  obyektlərin,  təbii  və  süni  yeraltı  boşluqlarda 
yerləşdirilməsi məsləhətdir; 
7) Uçucu, tez alışan maddələr və güclü təsirli mayelər istehsal edən müəssisələr, 
suyun  axarı  istiqamətində,  yaşayış  məntəqələrindən  mümkün  qədər  aşağı  ərazidə 
yerləşdirilməlidir. 
 
b.
 Şəhərlərin tikilməsi, sənaye binaları və qurğuların layihələşməsi və tikilməsi 
planlaşmasına olan tələbat 
 
Şə
hərlərin,  sənaye  binaları  və  qurğuların layihələşməsi  və  tikilməsi  zamanı  əsas 
tələbat aşağıdakılardan ibarətdir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə