Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

 
167
 
 
 
Tənəffüz orqanlarını mühafizə edən fərdi mühafizə vasitələri 
 
   Əleyhqazlar.  Müasir  əleyhqazlar  adamın  tənəffüs  orqanlarını  və  gözlərini 
havadakı  zəhərləyici  maddələrin  (buxar,  duman,  qaz,  tüstü,  ZM  damcılarının) 
radioaktiv  maddələrin  təsirindən,  həmçinin  aerozol  halındakı  yoluxdurucu 
patogen  mikroorqanizm  və  toksinlərdən  mühafizə  etmək  üçün  kifayət  dərəcədə 
yüksək  qoruyucu  xassələrə  və  istismar  göstəricilərinə  malikdir.  Bu  əleyhqazların 
təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq 
əleyhqazları) daha geniş yayılmışdır; onların  quruluşu – içərisində fəallaşdırılmış 
(katalizator)  kömür  və  aerozol  əleyhinə  (tüstü  əleyhinə)  süzgəclər  olan  süzücü-
uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi 
prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi 
(dəm  qaznı)  udub  saxlaya  bilmir,  buna  görə  də,  tənəffüs  orqanlarının  karbon  2-
oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə 
olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu 
qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).                                                               


 
168
 Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5. QP-
5 m, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6 
m (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci 
tipi),  PDF-D  (süzücu  uşaq  əleyhqazı,  məktəbəqədər  yaşlılar  üçün)  və  PDF-Ş 
(süzücü  uşaq  əleyhqazı,  məktəblilər  üçün)  süzücü  əleyhqazlardan  istifadə  oluna 
bilər. Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq 
mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır. 
Tabeldənkənar 
əleyhqazlara 
sənaye 
əleyhqazları, 
xüsusən 
kimya 
müəssisələrində  işlədilən  əleyhqazlar  aiddir.  Bu  əleyhqazların  qutuları 
xüsusiləşdirilmişdir,  yəni  müəyyən  bir  zəhərli  maddədən  mühafizə  üçün  nəzərdə 
tutulmuşdur,  ona  görə  də  qutunun  tərkibində  müxtəlif  uducular  və  aerozol 
süzgəcləri ola bilər. 
Süzücü  əleyhqaz  süzücü-uducu  qutudan  və  üzlük  hissədən    ibarətdir. 
Əleyhqazın  komplektinə  (dəstinə)  həmçinin  onun  çantası  və  tərləməyən 
plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini 
tərdən qoruyan xüsusi qələm də daxildir 
QP-5  və  QP-5M  əleyhqazları  kiçik  ölçülü  (QP-5  tipli)  süzücü  uducu  qutu  və 
şlemmaska  tipli  üzlük  hissə  ilə  komplektləşdirilir.  QP-5m  əleyhqazının 
şlemmaskasında  membranlı  qutu  var  (qutuda  danışıq  tərtibatı  yerləşdirilmişdir). 
QP-5  və  QP-5m  əleyhqazlarının  üzlük  hissələrində  birləşdirici  boru  olmur,  onlar 
bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlemmaskalar beş ölçüdə (membranlı 
şlemmaskalar 4 ölçüdə) buraxılır. Şlemmaskanın ölçüləri onun çənəaltı hissəsində 
rəqəmlərlə göstərilir (şəkil). 
 
 


 
169
Süzücü əleyhqaz QP-5: 
1 - əleyhqaz qutusu; 2- tərləməyən plyonkalar olan qutu; 3 -şlem-maska; 4 - 
çanta. 
 
QP-5  tipli  əleyhqazların  üzlük  hissəsini  seçərkən  başı:  yanaqlar-çənəaltı 
hissədən  keçən  dairəvi  xətt  üzrə  ölçürlər.  Alınan  nəticəni  0.5  sm-ə  qədər 
yuvarlaqlayırlar. 
Alınan  kəmiyyət  63  sm-ə  (membranlı  şlem-maska  üçün  61  sm-ə)  qədər 
olarsa  –  “0”  ölçülü;  63.5-dən  65  sm-ə  (61.5-dən  64  sm-ə)  qədər  olarsa  -  1-ci; 
65.5-dən  68  sm-ə  (64.5-dən  67  sm-ə)  qədər  olarsa  –  2-ci,  68,5-dən  70.5  sm-ə 
(67.5-dən artıq) olarsa - 3-cü; 71 sm –dən artıq olarsa - 4-cü ölçülü şlem-maska 
lazımdır (şəkil). 
 
 
 
Süzücü əleyhqaz QP-5-in üzlük hissəsini 
seçmək üçün adamın üzünün ölçülməsi 
 
QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7V, onlar bir-birindən 
üzlük hissələri ilə fərqlənir. QP-7 əleyhqazı danışıq tərtibatlı və suiçmə tərtibatı 
olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7V əleyhqazı isə danışıq 
tərtibatı və ordu su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli 
üzlük  hissə  ilə  komplektləşdirilmişdir  ki,  bu  da  zəhərli  atmosferdə  işləyərkən 
adamın su içə bilməsinə imkan yaradır (şəkil). 


 
170
 
 
 
Süzücü əleyhqaz QP-7 
 
QP-7  (QP-7V)  əlehqazlarının  üzlük  hissələrini  santimetr  bölgülü  lent 
vasitəsilə başın üfuqi və şaquli çevrilmələrini ölçüb təyin etməklə seçirlər. Üfüqi 
çevrənin kəmiyyətini tapmaq üçün başı qabaqda - qaşların üstündən, yanlarda - 
qulaqların  seyvanından  2-3  sm  üstdən,  arxada  isə,  kəllənin  ən  çox  çıxımlı 
hissəsindən keçən qapalı xətt üzrə ölçürlər. 
Şaquli çevrə - başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən dairəvi xətt ilə 
ölçməklə müəyyən edilir. 
 
 
 
Süzücü əleyhqaz QP-7-nin üzlük hissəsinin seçilməsi; 
a) üfüqi; b) şaquli 


 
171
 
Şaquli.  Məsələn,  əgər  başın  şaquli  və  üfüqi  çevrələrini  ölçmə  nəticələrinin 
cəmi 118,5-121 sm-ə bərabərdirsə, bu, maskanın 1-ci ölçüsünə, 121,5-126 sm 2-
ci; 126,5 sm-dən artıqdırsa 3-cü ölçüsünə müvafiq gəlir. 
Uşaq  əleyhqazları  quruluşca  müxtəlifdir:  DP-6  sm  uşaq  əleyhqazları  1.5 
yaşdan  yuxarı  kiçikyaşlı  uşaqlar  üçündür.  Bu  əleyhqaz  DP-6M  tipli 
yüngülləşdirilmiş süzücü-qutudan və üzlük hissə olaraq dörd (1.2.3.4) ölçülü MD-
1  maskasından  (uşaq  maskası,  1-ci  tipli)  ibarətdir  süzücü-uducu  qutu  və  üzlük 
hissə olaraq yalnız 5-ci ölçülü MD-1 marakası ilə komplektləşdirilmişdir. 
PDF-7  əlehqazları  kiçik  və  böyük  yaşlı  uşaqlar  üçündür;  QP-5  tipli  süzücü-
uducu qutudan və üzlük hissə olaraq dörd (1.2.3.4) ölçülü MD-3 maskalarından 
ibarətdir.  
PDF-Ş  əleyhqazı  7  yaşdan  17  yaşa  qədər  olan  uşaqlar  üçündür;  QP-  5  tipli 
süzücü-uducu qutudan və üzlük hissə olaraq iki ölçülü (3.4) MD- 3 maskaları və 
ya dörd (0.1.2.3) ölçülü şlem-maskalardan ibarətdir. 
Uşaq  əleyhqazlarının  quruluşu  (yuxarıda  göstərilən  xüsusiyyətlər  istisna 
edilməklə) və iş prinsipi yaşlı adamlar üçün olan əleyhqazlarınkı kimidir. 
  
Təcridedici əleyhqazlar (İP-4, İP-46) (şəkil). Təcridedici əleyhqazlar İP-4, İP-
5  və  ya  təcridedici  oksigen  cihazları  (KİP-5,  KİP  -7,  KİP-8)  adamın  tənəffüs 
orqanlarını  ətrafdakı  havadan  tamamilə  təcrid  edir;  nəfəs  almaq  üçün 
regenerativ  (bərpaedici)  patrondan  alınan,  yaxud  oksigen  balondan  verilən 
oksigendən  istifadə  olunur.  Belə  əleyhqazlar  ve  cihazlar:  havada  ZM-in 
konsentrasiyası  çox  yüksək  olduğu  üçün  ZM  süzücü  qutudan  "keçmək  qorxusu 
yaradan və süzücü əleyhqaz etibarlı surətdə mühafizəni təmin etməyən hallarda; 
havada karbon 2-oksidin konsentrasiyası yüksək olduqda işlədilir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə