Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   51   52   53   54   55   56   57   58   ...   76

 
179 
ərazidə  otarılan  inəklərin  südü  ilə  orqanizmə  radioaktiv  maddə  keçməsi  təhlükəsi 
olarkən 10 gün
 
ərzində, gündə 1 həb qəbul edilir. 
Orqanizmin  şüalanmaya  qarşı  ürəkbulanması  və  qusma  ilə  meydana  çıxan  ilk 
reaksiyanı  aradan  qaldırmaq  üçün  etaperazin  dərmanından  istifadə  edilir,  bu  dərman 
7-ci bölməsindəki göy rəngli penalda yerləşir. 
Kimya  əleyhinə  fərdi  paket  (İPP-8)  -  dəri  səthinin  ZM  damcıları  və  ya  dumanı  ilə 
habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq sahələrini, 
bu  sahələrə  toxunan  paltar  hissələrini  qismən  sanitariya  təmizlənməsindən  keçirmək 
(təmizləmək)  üçündür.  Bu  paket  içərisində  hər  cür  ZM-ni  zəhərsizləşdirmək  üçün
 
polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd pambıq-tənzif salfetdən ibarətdir 
(şəkil) 
      
 
 
Fərdi kimyəvi paket və ondan istifadə qaydaları 
Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr, hətta fıziki zədələnməsi olmayan dəri 
örtüyündən  bədənə  sürətlə  sorula  bildiyi  üçün  deqazasiyanın  səmərəliliyi 
zəhərlənmədən  sonra  sanitariya  təmizlənməsinə  başlanması  müddətdən  bilavasitə 
asılı olur. Qismən sanitariya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə təsir 
göstərəndən  sonrakı  5  dəq  müddətində  keçirilsə,  onda  təmizlənmə  son  dərəcədə 
səmərəli olacaqdır. 
Fərdi sarğı paketləri yaralara, yanıq yerlərinə sarğı qoymaq, habelə bəzi növ                              
qanaxmaları dayandırmaq üçün işlədilir (şəkil). 
 


 
180 
 
 
ŞəkilFərdi sarğı paketi 
 
 


 
181 
Mövzu 11 
 
FÖVQƏLADƏ HADİSƏLƏRDƏ OBYEKTLƏRİN İŞİNİN 
DAYANIQLILIĞI 
 
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, 
mahiyyəti və onlara təsir edən amillər. 
 
Sülh dövründəki fövqəladə hallarda – güclü təbii fəlakətlər və istehsalat qəzaları 
baş  verərkən,  eləcə  də  müharibə  vaxtı  ən  vacib  müəssisələrdə,  təsərrüfatlarda  işin 
dayanıqlılığının  (sabitliyinin)  təmin  edilməsi  ölkənin  iqtisadiyyatı  ilə  əlaqədar  vacib 
məsələdir.  Bu  həmçinin  mülki  müdafiənin  qarşısında  duran  əsas  vəzifələrdən  biri 
sayılır. 
Sülh  vaxtı,  təbii  fəlakətlərdən,  iri  sənaye  qəzalarından,  fəlakət  və  başqa 
səbəblərdən  əmələ  gələn  fövqəladə  vəziyyət  (FV)  məhdud  xarakterli  olub  müəyyən 
obyekti, şəhəri və regionu əhatə edir. Müharibə vaxtı, kütləvi qırğın silahının və müasir 
qırğın  vasitələrinin  təsirindən  yaranan  FV  isə  böyük  bir  ərazini  –  bütün  respublikanı 
ə
hatə edə bilər. 
Respublikamızın  ərazisindəki  hər  bir  obyekt,  müxtəlif  kortəbii  hadisələrin,  o 
cümlədən  də  bunlardan  ən  fəlakətlisi  olan  zəlzələnin  təsir  dairəsinə  düşə  bilər.  Yalnız 
onu  qeyd  edək  ki,  ölkəmizin  ümumən  hər  yeri  8  baladək,  ərazinin  ¼  -i  qədəri  də  9 
baladək  zəlzələ  ehtimallı  sahələr  sayılır.  Yalnız  9  ballıq  zonada  əhalinin  20%-i,  sel 
təhlükəli  rayonlarda  isə  5%-dən  çoxu  yaşayır.  Şəhər  və  rayonlarımızdakı  bir  çox 
kimyəvi, yanğın, partlayış qorxulu istehsalatlarda qəza ehtimalı da mövcuddur. 
Burada  biz  yaranmış  FH-dən  asılı  olaraq  ölkənin  müxtəlif  sahələrinin  və 
iqtisadiyyat obyektlərinin dayanıqlılıq işini təmin etməyə çalışmalıyıq. 
İş
in  dayanıqlılığının  yüksəldilməsi  isə,  obyektlərin  məhz  bu  qabiliyyətinin  və 
imkanlarının 
artırılıb 
müvafiq 
normativ 
sənədlərin 
tələbləri 
səviyyəsinə 
çatdırılmasından  ibarətdir.  İşin  dayanıqlılığının  artırılması  üçün  obyektlərdə  hələ 
ə
vvəlcədən  mühəndis-texniki,  texnoloji  və  təşkilati  tədbirlər  kompleksi  işlənib 
hazırlanır  və  vaxtında  həyata  keçirilir.  Belə  tədbirlərin  görülməsində  əsas  konkret 
məqsədlər aşağıdakılardır: 
-
  istehsalat qəzalarının qarşısını almaq; 
-
  fövqəladə hadisələr zamanı baş verə biləcək itki və zərəri azaltmaq; 
-
  fəlakətlərin,  qəzaların,  eləcə  də  düşmən  hücumu  nəticələrinin  tez  aradan 
qaldırılmasına şərait yaratmaq; 
-
  pozulmuş  istehsal  prosesinin  qısa  müddətdə  bərpa  edilməsi  imkanı  əldə 
etmək; 


 
182 
-
  böhran  şəraitində  işçilərin,  onların  ailə  üzvlərinin  normal  həyat  şəraitini 
təmin etmək. 
Fövqəladə  hallarda  sənaye  obyektlərində  və  sahələrində  işin  dayanıqlılığının 
artırılması  çox  vacib  olduğu  qədər,  həm  də  geniş  sahəli  və  mürəkkəb  bir  problemdir. 
Buraya  istehsalatların  ərazidə  düzgün  yerləşdirilməsi,  əvəzedici  istehsalat  və 
müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin 
olunması,  əlavə  yanacaq  növünə,  digər  xammal  və  texnologiyalara  keçmək  üçün 
hazırlıq  tədbirlərindən  başlamış,  obyektlərdə  fəhlə  və  qulluqçuların  mühafizə 
edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir. Bunların 
bir  qisminin  hələ  obyektlərin  layihələşdirilməsi  və  tikilməsi  vaxtı,  digərlərinin  isə 
sonradan  yerinə  yetirilməsi  nəzərdə  tutulur.  Bütün  bu  tədbirlər  səlahiyyətli  orqanlar 
tərəfindən təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq icra edilir. 
FH  zamanı  həm  sülh  vaxtı,  həm  də  müharibə  vaxtı  iqtisadiyyat  obyektlərinin 
dayanıqlı  işinin  təmini  ölkə  mülki  müdafiəsi  qarşısında  qoyulan  əsas  və  mürəkkəb 
məsələlərdən biridir. 
Bu məsələnin həlli üçün əvvəlcədən ölkə daxilində müxtəlif kompleks mühafizə 
tədbirlərinin  hazırlanması,  şəhər  və  yaşayış  məntəqələrində,  iqtisadiyyat  obyektlərinin 
bütün  sahələrində,  o  cümlədən  quruculuq  sənayesində  FH  zamanı  onların  dayanıqlı 
fəaliyyət  göstərmələri  istiqamətində  məqsədyönlü  işlər  görülməlidir.  Burada  məqsəd 
sülh  və  müharibə  vaxtı  FH  zamanı  yarana  biləcək  nəticələri  maksimum  azaltmaqdan 
ibarətdir. 
FH-lar  zamanı  iqtisadi  obyektlərin  dayanıqlı  işinin  təmin  edilməsi  üçün  ölkənin 
mülki  müdafiə  xidmətləri  aşağıdakı  tədbirlərin  görülməsinə  xüsusi  diqqət 
yetirməlidirlər: 
-
  Obyektdə işin dayanıqlılığına 
-
  Təsərrüfat sahələrinin işinin dayanıqlılığına 
-
  Respublika təsərrüfatının fəaliyyətinin dayanıqlılığına 
 
Obyektdə  işin  dayanıqlılığı  –  müəssisənin  qəzalara,  kortəbii  hadisələrə  və 
müasir  silahların  zədələyici  təsirinə  davam  gətirməsi,  bunların  təsiri  şəraitində  belə, 
planda nəzərdə tutulmuş həcmdə məhsul buraxması, mühəndis-texniki avadanlığın zəif, 
yaxud  orta  dərəcədə  zədələndikdə  istehsalın  mümkün  qədər  tez  bərpa  olunması 
qabiliyyətinə deyilir. 
Maddi  nemətlər  istehsal  etməyən  obyektlərin  (nəqliyyat,  rabitə,  səhiyyə,  tədris 
müəssisələri  və  b.)  işinin  dayanıqlılığı  deyildikdə  isə  onların  fövqəladə  hallarda  öz 
funksiyasını yerinə yetirməsi bacarığı nəzərdə tutulur. 
Təsərrüfat  sahələrinin  işinin  dayanıqlılığı  –  mümkün  dağıntı  şəraitində 
obyektlərin bəzi hissələrinin sıradan çıxması və bu zaman sənaye əlaqələrinin pozulması 
hallarında,  ölkə  əhəmiyyətli  məhsulun  istehsalını  davam  etdirmək  və  təmin  etmək 
qabiliyyəti nəzərdə tutulur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə