200
Hər bir yanğın bir insanın söndürə biləcəyi alışmadan yaranır. Amma yanğını söndürmək bir insan üçün
(xüsusilə də, müvafiq yanğınsöndürmə vasitələri, müəyyən biliklər olmadan) çox çətindir. Vüsət almış yanğının
söndürülməsi böyük güc, çox sayda insan, xüsusi yanğınsöndürmə və d. qurğular tələb edir.
Yanğın bürümüş binadan çıxarkən tez hərəkət etmək lazımdır, belə ki, əsas təhlükə havanın yüksək
temperaturu, tüstü, yanmış maddələrdən ayrılan təhlükəli birləşmələr və tikinti konstruksiyalarının mümkün
dağılmasıdır. Yanan yerdən isladılmış yorğan, bərk parça və ya üst paltarı ilə başı örtərək keçmək, çox
tüstülənmiş məkanda sürünərək və əyilmiş şəkildə hərəkət etmək lazımdır. Tüstülü məkanın qapısını ehtiyatla
açmaq gərəkdir, əks təqdirdə, içəri daxil olacaq sürətli hava axını odun yenidən alovlanmasına gətirib
çıxaracaqdır. İnsanlar olan məkana daxil olduqda onları çağırmaq lazımdır. Zərərçəkmişləri axtararkən yadda
saxlamaq lazımdır ki, uşaqlar qorxudan çarpayıların altında, dolabda gizlənir, künclərə və d. yerlərər sıxılırlar.
Yanma nəticəsində zədələnmişlərə, həmçinin insan özü-özünə ilkin yardım göstərməlidir.
Yanğınlar zamanı insanların üzərindəki paltar yana bilər. Paltarın kiçik hissələrindəki alışmaları
gödəkçələrlə, baş örtüyü ilə çırparaq söndürmək olar. İstisna deyil ki, yanan paltarla insanlar qaçmağa
başlayacaqlar, onları durdurmaq, üzərilərinə gödəkçə, hər hansı bir parça, məhraba atmaq lazımdır. Bununla
yanan hissəyə havanın keçməsinin qarşısını almaq olar.
İstehsalat qəzaları zamanı əhalinin davranış və fəaliyyət qaydaları
İstehsalat qəzaları müxtəlif ola bilər. Onların baş verməsinə səbəb təbii fəlakət (zəlzələ, torpaq
sürüşməsi və s.), və həmçinin, istehsalat texnologiyasının və təhlükəsizlik qaydalarının pozulması ola bilər.
Qəzalar nəticəsi olaraq, partlayışlar, yanğınlar, subasmalar, uçqunlar, ətraf mühitin zəhərlənməsi və
çirklənməsi baş verə bilər.
Müəssisədə çalışan hər biş əməkdaşın işi – qəzalar, zamanı davranıış qaydalarını bilmək, yaranmış
şəraitdə fəaliyyət göstərməyi bacarmaqdır. Qəza zamanı əsas məsələ qəzanın baş verməsi barədə
xəbərdarlıdır. İstənilən obyektin hər bir əməkdaşı və işçisi xəbərdarlıq vasitələrindən istifadə etməyi,
yanğınsöndürmə xidmətini çağırmağı bacarmalıdır.
İstehsalat qəzalarının aradan qaldırılması və zərərçəkmişlərin xilasedilməsi üçün ilk növbədə xüsusi
dəstələr cəlb olunur, ehtiyac duyulduqda digər əməkdaşlarn köməyindən də istifadə olunur.
Güclü təsirli zəhərli maddələrin yayılması zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Bəzi zavod və fabriklərdə, istehsalat obyektlərində güclü təsirli zəhərli maddələrin (GTZM) istehsalı,
istifadəsi, saxlanılması, bəzi ərazilərdə isə daşınması həyata keçirilir. Bu ilk növbədə kimyəvi, neft emalı, neft-
kimyəvi sahələrdə, soyuducu qurğuları, soyuducu kimi istifadə olunan maddələrdən - ammonyak, xlor istifadə
edilən təmizləyici maddələr istehsal edən müəssisələrdə istifadə olunur.
Fövqəladə hallar zamanı GTZM saxlanılan tutumlardan bu maddələrin daşması, sızması, axması baş verir.
Axıntılar zamanı ikinci dərəcəli zədələnmə ocaqları (düşmənin kimyəvi silahlı hücümü zamanı yaranan birinci
dərəcəli zədələnmə ocağından fərqli olaraq) yaranır.
201
GTZM bir damcısından tutmuş buxarlarına qədər insana təsir göstərə bilər. Yaşayış məntəqələrində
GTZM-ın yayılmasının dayanıqlılığı, açıq sahələrdəkinə nisbətdə daha çox olacaqdır. Belə ki, açıq sahələrdə
dövran edən külək bu maddələrin daha tez buxarlanmasına səbəb olacaqdır.
GTZM yayılan ərazidə insanların davranış və fəaliyyət qaydaları kimyəvi silahın tətbiqi zamanı davranış və
fəaliyyət qaydalarından çoxda fərqlənməyəcəkdir. Belə ki, hər iki halda əsas müdafiə vasitəsi kimi MM
sığınacaqlarından, müxtəlif əleyhqazlardan, və bəzi hallarda dəri mühafizə vasitələrindən istifadə olunur.
Amma GTZM yayılmış ərazidə əhalinin fəaliyyətinin müəyyən xüsusiyyətləri mövcuddur. Məsələn, bəzi
maddələr (ammonyak, oksidləşdirilmiş kömür və d.) az süzülmək-əleyhqazın süzücü filtrinə yapışmaq
qabiliyyətinə malikdirlər, bu səbəbdən xüsusi sənaye və təcridedici əleyqazlardan istifadə edilməli olacaqdır.
GTZM yayılmış ərazidən ilk öncə əleyhqazı olmayan işçilər çıxmalıdırlar. Çıxdıqdan sonra qısa yolla,
küləyin istiqaməti nəzərə alınmaqla təcili həmin ərazidən uzaqlaşmaq gərəkdir.
Dəriyə düşmüş üzvü fosfor maddəli GTZM zərərsizləşdirmək üçün fərdi kimyəvi maddələrə qarşı nəzərdə
tutulmuş paketlərdən istifadə olunur. Bu paketlər olmasa, sabun vasitəsilə həmin hissəni çoxluca isti su ilə
yumaq lazımdır.
Qəzaların nəticələrinin aradan qaldırılması üzrə tədbirlər çətin və əziyyətli proses hesab olunur. Əsas iş
GTZM-in axmasının qarşısının alınmasından (bəndərin tikilməsi, dağılan tutumların bərpası) və zərərçəkmişlərə
yardım göstərilməsindən ibarət olur.
202
Mövzu 13
ZƏHƏRSİZLƏŞDİRMƏNİN NÖVLƏRİ
Deqazasiya
Zəhərləyici və güclü təsirli zəhərli maddələrlə kimyəvi reaksiyaya girən, onları zəhərsizləşdirən, qeyri-toksik və
zəif toksik birləşmələrə çevirən kimyəvi birləşmələrə və yaxud qarışıqlara deqazasiya madələri deyilir.
Deqazasiya maddələri özlərinin təbiətinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə ilə qarışqlı
əlaqəyə girməsi xassələrinə görə iki qrupa təsnif olunurlar:
•
Oksidləşdirici və xlorlaşdırıcı təsirli deqazasiya maddələri;
•
Əsas xarakterik (hidroliz təsirli) deqazasiya maddələri.
Belə ki, iprit tipli zəhərləyici maddələrin (ZM) deqazasiyası üçün oksidləşmə və xlorlaşma reaksiyalarından,
zoman tipli ZM-in deqazasiyası üçün qələvi hidroliz reaksiyalarından, qazların deqazasiyası üçün isə oksidləşmə
reaksiyalarından geniş istifadə olunur.
Qeyd etmək lazımdır ki, deqazasiya maddələrinin bu təsnifatı şərtidir, çünki oksidləşdirici və xlorlaşdırıcı təsirli
qrupa aid bir sıra maddələr əsas xassələrə də malik ola bilər.
Oksidləşdirici və xlorlaşdırcı deqazasiya maddələrinə bunlar aiddir:
•
Kalsium hipoxloridin üçdə iki əsas duzu (DTS QK);
•
Dixloramin B (DT-2);
•
Heksaxlormelanin (DT-6).
Kalsium hipoxloridin üçdə-iki əsas duzu (DTS QK) aşağıdakı tərkibli bir neçə maddənin qarışığından
ibarətdir:
•
Kalsium hipoxlorid – 52 faizdən az olmayaraq;
•
Kalsium hidroksid – 20-24 faiz;
•
Kalsium xlorid – 6-8 faiz;
•
Kalsium karbonat və digər qatışıqlar – 10 faizdən artıq olmayaraq
DTS QK-də fəal xlorun miqdarı kalsium hipoxloridin miqdarına bərabərdir. DTS QK xarici görünüşünə görə, xlor
qorxulu ağ rəngli tozdur.
DTS QK-ın çəkisi 1 litrdə - 0.8 kq miqdarda qəbul olunmuşdur.
DTS QK üzvi həlledicilərdə həll olunmur, suda zəif həll olunur, amma bəzi hallarda müəyyən miqdarda həll
olunmayan maddələrdən ibarət çöküntü; kalsium karbonat, kalsium hidroksid və s. əmələ gəlir.
Dostları ilə paylaş: |