Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   68   69   70   71   72   73   74   75   76

 
220 
Ə
haliyə  siqnal,  xəbər  və  məlumatlar  iş  və  yaşayış  yerlərində  müvafiq  MM 
rəhbərləri tərəfindən, eləcə də  yerli radioyayım şəbəkəsi ilə çatdırılır. 
Müəssisələrin, təsərrrüfatların və digər  təşkilatların  rəhbələrinə  rayonun, bir  sıra 
hallarda isə paralel olaraq nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz 
növbəsində  əvvəlcədən  lazımi  avadanlıqla  təchiz  edilmiş  xəbərdarlıq  sistemi  yaradılır, 
eləcə də  rabitə və xəbərdarlıq sistemi tərtib edilir. Xəbərdarlıq sxemi obyektdə rəhbər 
heyətin,  MM  dəstələrinin  və  digər  işçilərin  iş  və  işdənkənar  vaxt  xəbərdar  edilməsi 
qaydasını müəyyən edən sənəddir. 
Siqnal  və  sərəncamları  tez  çatdırmaq  üçün  vacib  obyektlərin  MM-in 
mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyekyin özündə 
də yaradıla bilər. 
Mərkəzləşdirilmiş  avtomat  xəbərdarlıq  sisteminin  tərkibi  S-40  və  S-28  elektrik 
sirenalarından, məsafədən idarəetmə məcburi çağırış aparaturadan və rabitə xətlərindən 
ibarətdir. 
S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir. 
S-28 sirenası isə sənaye müəssisələrinin səsküylü sexlərində qoyulur.  
Məsafədən  idarəetmə  və  məcburi  çağırış  P-160  aparaturu  elektrik  sirenalarının 
mərkəzdən  işə  qoşulmasını,  xəbərdarlıq  siqnallarını  vermək  üçün  radioyayım  qovşağı 
proqramını  məsafədən  məcburi  surətdə  dəyişdirilməsini,  eləcə  də  rəhbər  heyətin  iş  və 
mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir. 
 
 
MM-nin xəbərdarlıq siqnalları. 
 
MM  siqnallarının  verilməsində  məqsəd  –  düşmən  tərəfindən  bilavasitə  nüvə, 
kimyəvi,  bakterioloji  silahlar  və  başqa  silah  işlədilməsi  qorxusu  yarandığı  barədə  və 
dərhal mühafizə tədbirləri görmək lazım olduğu haqqında şəhərlərin və kənd yerlərinin 
əhalisini vaxtında xəbərdər etməkdir. 
Siqnallar  MM  orqanları  tərəfindən  növbədən  kənar  verilir,  bu  məqsədlə 
radiodan,  televizordan,  bütün  rabitə  vasitələrindən,  səs  və  işıq  siqnalı  vasitələrindən 
istifadə  olunur.  Lakin  siqnal  və  xəbər  verməyin  əsas  vasitəsi  –  məftilli  radioveriliş 
şəbəkəsidir. Müharibə və sülh dövrlərindəki  FH-da hər hansı bir xəbər və məlumatdan 
əvvəl  səs  sirenaları,  habelə  müəsissələrin,  nəqliyyat  vasitələrinin  fit  səsləri  vasitəsilə 
Hamının  diqqətinə”  siqnalı  verilir.  Ümumi  “hamının  diqqətinə”  siqnalı  verilməsində 
məqsəd əhalinin diqqətini cəlb etmək və bu siqnalın ardınca elan ediləcək şifahi xəbər, 
məlumat və göstərişlərin hamıya çatdırılmasına nail olmaqdır. 
Müharibə dövründə “Hamının diqqətinə” siqnalından sonra yaranmış vəziyyətə 
görə  mülki  müdafiənin  bu  siqnalları  (xəbərləri)  verilə  bilər:  “hava  həyəcanı”,  “hava 


 
221 
həyəcanı  qurtardı”,  “radiasiya  təhlükəsi”,  “kimya  həyəcanı”.  Bütün  əhalinin  bu 
siqnalları  bilməsi  mühafizə  tədbirlərini  tez  və  dəqiq  yerinə  yetirməyə,  tələfatın 
miqdarını xeyli azaltmağa imkan yaradır. 
MM  siqnalları  üzrə  bütün  əhali  üçün  davranışın  ümumi  qaydaları  əvvəlcədən, 
hələ  əmin-amanlıq  dövründə  müəyyən  edilir  və  bütün  əhaliyə  öyrədilir.  Lakin  bu 
siqnallar  real  surətdə  verilərkən  konkret  şəraitdən,  ərazinin  (obyektlərin) 
xüsusiyyətlərindən  asılı  olaraq  davranış  qaydaları  yerli  mülki  müdafiə  qərargahları 
tərəfindən dəqiqləşdirilə bilər ki, bu barədə əhaliyə lazımi göstərişlər vaxtında çatdırılır. 
 
 
“Hava həyəcanı” siqnalı verilərkən necə davranmalı? 
 
   “Hava  həyəcanı”  siqnalı  bütün  əhalini  xəbərdar  edir  ki,  bu  şəhərə  (rayona) 
düşmən  hər  an  zərbə  endirə  bilər  və  qorunmaq  üçün  dərhal  daldalanmaq  lazımdır. 
Sirenaların uğultulu fiti vasitəsilə “Hamının diqqətinə!” siqnalı verildikdən sonra radio 
və  televiziya  şəbəkəsilə  belə  elan  edilir:  “Diqqət!  Danışır  mülki  müdafiə  qərargahı! 
Vətəndaşlar!  hava  həyəcanıdır!  hava  həyəcanı!  hava  həyəcanı!”.  Elan  bir  neçə  dəfə 
Azərbaycan dilində (və xarici dillərdə) təkrar olunmalı və əhalinin dərhal daldalanması 
haqqında göstəriş verilməlidir. 
Siqnal  adamlar  evdə  olarkən  verilərsə,  mənzildən  çıxmazdan  əvvəl  pəncərələri 
örtməli, qızdırıcı cihazları, qazı (sobanı), işığı  söndürməli, dərhal mühafizə vasitələrini, 
ilk  tibbi  yardım  vasitələrini,  həmçinin  əvvəlcədən  (hücum  təhlükəsi  yarandığı  elan 
edilən  dövrdə)  tədarük  edilmiş  bir  qədər  ərzaq  və  içməli  su  ehtiyatını,  sənədləri 
götürüb  dərhal  ən  yaxındakı  sığınacağa  (daldalanacağa)  getmək  gərəkdir.  Bu  zaman 
cəld,  lakin  təmkinlə  və  çaxnaşmaya  düşmədən  davranmaq  olduqca  vacibdir.  Uşaqları 
kənara  buraxmaq  olmaz.  Sığınacağa  (daldanacağa)  girərkən  basabas  salmamalı, 
uşaqları,  hamilə  qadınları,  qocaları,  əlilləri  irəli  buraxmalı,  orada  MM  postunun 
göstərdiyi  yerə  oturub,  müəyyən  olunmuş  qaydalara  və  post  heyətinin  göstərişlərinə 
dəqiq riayət etmək lazımdır. 
Siqnal  adamlar  işdə  olarkən  verilərsə,  müəssisədəki  (sexdəki)  xüsusi  təlimatda 
göstərilən  tədbirlər  dəqiq  yerinə  yetirilməlidir.  İşlədilən  dəzgahı,  aqreqatı 
dayandırmaq,  cərəyanı  kəsmək,  buxarın,  oksigenin,  qazın,  suyun  və  s.  təzyiqini 
azaltmaq  üçün  tədbir  görmək  lazımdır.  Mexaniki  sexlərdə,  laboratoriyalarda, 
anbarlarda,  yükvurma  -  boşaltma  meydançalarında  iş  dayandırılmalı,  avadanlıq  işdən 


 
222 
açılmalıdır.  Bundan  sonra  müəyyən  olunmuş  qaydaya  riayət  etməklə,  sex,  briqada, 
şöbə üçün nəzərdə tutulan sığınacağa (daldanacağa) getmək lazımdır. 
Əgər  istehsalat  şəraitinə  görə  aqreqatı,  peçi,  turbini,  texnoloji  xətti  və  s. 
dayandırmaq qeyri mümkünsə, onları təhlükəsiz iş rejiminə keçirir, onlara xidmət edən 
məsul  növbətçilər  iş  yerinin  yaxınlığında  əvvəlcədən  (düşmən  hücumu  qorxusu  elan 
edilən dövrdə) hazırlanmış fərdi daldanacağda gizlənirlər. 
“Hava  həyəcanı”  siqnalı  verilərkən  məktəblərdə  məşğələlər  dayandırılır,  bütün 
şagird  (tələbə)  və  müəllimlər  mühafizə  yerlərində  daldalanırlar;  heç  bir  uşağı  evə 
buraxmaq olmaz. 
İctimai  yerlərdə  (mağaza,  bazar,  kino-teatr  və  s.)  olarkən  siqnal  verilərsə, 
yaxındakı mühafizə qurğusunun yeri barədə müdriyyətin göstərişini dinləmək və oraya  
getmək  vacibdir.  Əgər  elə  göstəriş  verilməzsə,  bu  zaman  adamlar  küçəyə  çıxmalı  və 
gizlənmə  yerini  asayiş  keşikçilərindən,  mülki  müdafiə  postlarından  soruşmaqla  və  ya 
göstərici nişanlara görə müəyyən edib daldalanmalıdırlar. 
Siqnal  adamlar  şəhər  nəqliyyatında  (avtobus,  trolleybus,  tramvay)  gedərkən 
verilərsə,  nəqliyyat  vasitəsinin  dayanmasını  gözləmək,  sonra  düşüb  sürücünün 
göstərdiyi  yerdə  gizlənmək  lazımdır.  Sürücülər  marşrutdakı  sığınacağın  (daldanacağın) 
yerini bilirlər və sərnişinləri həmin yerin yaxınlığında düşürməlidirlər. Yaxında sığınacaq 
və  ya  daldanacaq  yoxdursa,  adamlar  gizlənmək  üçün  bütün  imkanlardan  (yeraltı 
keçidlər,  səngər,  tunel  və  s.)  istifadə  etməlidirlər.  Belə  hallarda  dərhal  mühafizə 
vasitələrini geymək lazımdır. 
“Hava  həyəcanı”  siqnalı  verilərkən  kənd  rayonlarının  sakinləri  və  şəhərlərdən 
köçürülmüş  əhali  radiasiya  daldanacaqlarında  (daldalanmaq  üçün  uyğunlaşdırılmış 
zirzəmilərdə,  döşəməaltı  yerlərdə  və  s.)  gizlənməlidir.  Mal-qara  tövlələrdə,  çöldə  isə 
dərələrdə, yarğanlarda, meşəlik sahələrdə daldalandırıla bilər. Yaşayış yerindən uzaqda 
çöl  işləri  sahələrindəki  adamlar,  siqnal  verilərkən  təbii  daldalanma  yerlərində  xəndək 
yarğan təpənin arxası, çökək yerdə daldalanmalıdırlar. 
Hava  həyəcanı”  siqnalı  üzrə  gecələr  hər  yerdə  müəyyən  olunmuş  işıqgizlətmə 
rejimi yerinə yetirilir. Belə halda yalnız mühafizə qurğularına və müalicə müəssisələrinə 
giriş yerlərindəki işıqlar, yanğın söndürmə hidrantlarının işıq göstəriciləri qalacaq, digər 
bütün  işıqlar  söndürüləcəkdir.  Hər  cür  nəqliyyat  vasitələri  dayandırılır,  onların  faraları 
və daxili  işıqları söndürülür. 
“Hava həyəcanı” siqnalı üzrə daldalanmış bütün əhali daldalanma yerində “hava 
həyəcanı qurtardı”  siqnalı verilənədək qalmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə