Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

 
214 
yuxarı  xidmətlərin  göstərişləri  əsasında  və  rayonun  xüsusiyyətləri  nəzərə  alınmaqla 
yuxarı idarə rəhbərləri tərəfindən müəyyən edilir. 
 Öz  bazası  əsasında  rayon  xidmətləri  yaradılmış  təşkilatların  imkanlarından  asılı 
olaraq burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar: tibb, 
mühəndis,  ictimai  asayişi  mühafizə,  rabitə,  kommunal-texniki,  avtomobil  nəqliyyatı, 
heyvanları  və  bitkiləri  mühavizə  manqaları  təşkil  edə  bilər.  Bundan  başqa,  mülki 
müdafiə  məqsədləri  üçün  (ştat  üzrə  mövcud  strukturda)  rayonun  rabitə,  səhiyyə 
idarələrindən,  habelə  maddi  və  texniki  təchizat,  ticarət  və  şəhərlərdən  köçürülən  
müalicə-profialaktika  və  tibb  idarələrinin  bazası  əsasında  baza  xəstəxanaları  idarəsi, 
çeşidləmə-köçürmə  hospitalları,  baş  və  profil  xəstəxanaları,  ilk  yardım  dəstələri  və 
epidemiya əleyhinə dəstələr yaradılır. 
  Mülki  müdafiə  rayon  mərkəzindəki  komanda  məntəqəsindən  idarə  edilir.Bu 
məntəqəni  rabitə  vasitələri  ilə,  məntəqənin  şəxsi  heyətini  isə  nəqliyyat  vasitələri  və 
fərdi  mühafizə  vasitələri  ilə  təmin  edirlər.Komanda  məntəqəsində;  rəhbər  heyət, 
qərərgahın və xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir. 
  Müəssisə  direktorları,  rəhbərləri  mülki  müdafiəyə  cavabdeh  şəxs  sayılırlar. 
Onlara aşağıdakı vəzifələr həvalə olunur; 
   -  Obyekt  dəstələri    yaratmaq,  onları  lazımi  əmlakla  təchiz  etmək  və  bu 
dəstələrin döyüş hazırlığını təmin etmək; 
  - əhaliyə FH ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;  
  - mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri 
əldə etmək, bunları toplayıb saxlamaq; 
  -  vəzifəli  şəxslərə,  dəstələrin  şəxsi  heyətinə  və  əhaliyə  FH  təhlükəsi  haqqında 
vaxtında xəbər vermək;  
  - əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək; 
  -  profilaktika  tədbirlərini,  epidemiya,  epizootiya  və  yanğın  əleyhinə  tədbirləri 
təşkil etmək; 
  - şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;  
  - əhalinin köçürülməsini təşkil etmək; 
  - xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq; 
  - dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək; 


 
215 
  -  kənd  təsərrüfatı  heyvanlarının,  bitkilərin,  ərzaq  ehtiyatlarının,  alafın  və  su 
mənbələrinin  radioaktiv,  kimyəvi  maddələr,  bakterioloji  vasitələrlə  yoluxmadan 
mühafizəsi üzrə tədbirləri yerinə yetirmək; 
  -  əkinlərin,  su  anbarlarının,  meşələrin,  otlaqların  və  başqa  kənd  təsərrüfatı 
sahələrinin  zəhərlənməsini  vaxtında  aşkara  çıxarmaq  məqsədilə  bu  yerlərə  nəzarəti 
təşkil etmək, habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.                           
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə 
tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın 
heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə)  yaradılılır. 
 
                      
Rayonun mülki müdafiə dəstələri
 
 
 Rayonun  müəssisələrində,  şəhər  və  qəsəbələrində  bu  dəstələr  yaradılır  : 
xilasedici  dəstələr  (  komandalar  ),  kəşfiyyat  qrupları    (manqalar),  ətraf    mühitin 
radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri və sanitar 
drujinaları , yanğınsöndürən komandalar (bölmələr) , ictimai  asayişi mühafizə dəstələri 
(komandaları) , zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və 
bitkiləri mühafizə komandaları (qruplar). 
 Kənd  yerlərindəki  müalicə-profilaktika  idarələrinin  və  şəhərlərdən  köçürülən 
tibb  idarələrinin  bazası  əsasında  ilk  tibbi  yardım  dəstələri,  epidemiya  əleyhinə  səyyar 
dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar) , həmçinin tibb xidmətinin idarələri 
(baza  xəstəxanaları  idarəsi,  çeşidləmə-köçürmə  hospitalları  ,  mərkəzi  və  profil 
xəstəxanaları ) təşkil edilir. 
 Dəstələr istehsalat prinsipi əsasında komplektləşdirilir və təlimə cəlb edilirlər.  
 Dəstələrin  ştatları  və  əmlakla  təchizat  tabelləri  ,  bu  sahədə  təsərrüfatların 
imkanları,  habelə  qüvvə  və  vasitələrə  olan  tələbat  nəzərə  alınmaqla  dəstələrin 
nümunəvi  təşkili  sxemləri  və  təchizat  norması  tabellərinə  uyğun  olaraq  obyektin 
qərargahı tərəfindən işlənib hazırlanır. 
 Xilasedici  dəstə    2-4  komandadan  ibarət  olub,  obyektin  əsas  mülki  müdafiə 
dəstəsi  sayılır.  Xilasedici  dəstə  zədələnmiş  adamları  axtarmaq,  uçqunlar  altından, 
dağıdılmış sığınacaq və binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, habelə 
onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur. 


 
216 
 Xilasedici  dəstə  bir  iş  növbəsi  (8-10  saat)  ərzində  aşağıdaki  işlərdən  birini  görə 
bilər:  zədələnmiş  600-1200  nəfər  adamı  zədələnmə  ocağından  çıxarıb  250-350  m 
məsafəyə  daşımaq;  zədələnmiş  120-240  nəfəri  uçqun  altından,  qismən  uçmamış 
binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma 
tipli  60-120  daldalanacağın  üstünü  açıb  sökmək.  Həmin  işləri    yerinə  yetirmək  üçün 
dəstə,  adətən,  mühəndis  texnikası  və  kənd  təsərrüfatı  texnikası  ilə  təmin  olunur, 
habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir. 
 Kəşfiyyat qrupu 3-5 manqadan ibarət olur.Bu qrupun əsas vəzifələri-zədələnmə 
ocağının  hüdudlarını,  dağıntıların  xarakterini  və  miqdarıını,  radiasiyanin  səviyyələrini, 
zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etməkdir. Kəşfiyyat 
bölmələri  yanğınların  yerini  və  ölçülərini,  dağılmış  və  zədələnmiş  binaların, 
sığınacaqların və    daldalanacaqların  vəziyyətini  müəyyənləşdirir,texnika  və  nəqliyyatın 
hərəkəti  üçün  yararlı  olan  marşrutlar  tapır,  harada  yararlılar  olduğu  barədə  məlumat 
toplayır  və  başqa  işləri  icra  edir.  Kəşfiyyat  qrupu  adamların,  texnikanın  əmlakın, 
ərzağın, alafın və suyun zəhərlənməsinə nəzarət etmək işinə cəlb oluna bilər. 
 Zərərsizləşdirici komanda 2-4 qrupdan ibarət olub ərazini,tikintiləri və texnikani 
zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min kv metr sahəni 
və ya  80-120 min kv metr tikilini deqazasiya edə bilər. 
 Sanitar  drujinası  dəstəsi    4-5  sanitar  drujinasından  ibarətdir  və  kütləvi 
zədələnmə  ocağında  zərər  çəkmiş  adamlara  ilk  tibbi  yardım  göstərmək  üçün  nəzərdə 
tutulur.  Dəstənin  şəxsi  heyəti  bir  iş  növbəsində  2200-2700  şəxsə  ilk  yardım  göstərə 
bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir. 
 Sanitar  drujinaları  –  beş  manqadan  ibarətdir;  kənd  təsərrüfatı  və  orta  təhsil 
müəssisələrinin,  bazası  əsasında  yaradılır. Drujinalar  zərər  çəkmiş  şəxslərə  zədələnmə 
ocağında ilk tibbi yardım göstərmək üçündür. 
 Ətraf  mühitdəki  obyektlərin  radioaktivliyini  müşahidə  postları  müəssisə  və 
obyektlərdə  radioaktiv,  kimyəvi  və  bakterioloji  vəziyyəti  müşahidə  etmək,  sahələrdə 
zərərlənmə başladığını vaxtında aşkara çıxarmaq  və bu barədə obyektin mülki müdafiə 
qərərgahına məlumat vərmək üçündür. 
 
MM Rabitə və xəbərdarlıq sisteminin vəzifələri,təşkili prinsipləri və rabitə 
xəbərdarlıq vasitələri. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə