Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   68   69   70   71   72   73   74   75   76

 
223 
 
 
“Hava  həyəcanı  qurtardı”  siqnalı  nə  vaxt,  necə  verilir,  siqnal  verilərkən  necə 
davranmalı? 
 
Düşmənin  havadan  bilavasitə  basqın  təhlükəsi  sovuşduqda  mülki  müdafiə 
orqanları  “Hamının  diqqətinə!”  siqnalından  sonra  rabitə  şəbəkələri,  yerli  radio  və 
televiziya  stansiyaları  vasitəsilə,  habelə  əldə  olan  digər  üsullarla  (telefon,  səsucaldan 
səyyar  qurğular  və  s.)  “Hava  həyəcanı  qurtardı”  elan  edirlər.  Siqnal    belə  elan  edilir: 
“Diqqət! Danışır mülki müdafiə qərargahı! Havadan basqın təhlükəsi sovuşdu. Hava 
həyəcanı qurtardı!”
Siqnal  verilərkən  adamlar  komendantın  göstərişi  ilə  sığınacaq və  daldanacaqları 
tərk edir, fəhlə, qulluqçu və iş adamları iş yerlərinə qayıdıb işə başlayırlar. 
Düşmən  zərbə  endirə  bildiyi  və  zədələnmə  ocağı  yarandığı  şəhərlərdə 
(rayonlarda)  “hava  həyəcanı  qurtardı”  siqnalı  verilmir.  Belə  sahələrdəki  sığınacaq  və 
daldanacaqlarda  olan  adamlara  onların  gələcək  fəaliyyət  qaydaları  barədə  göstərişlər 
çatdırılır  və  görülən  tədbirlər  haqqında  məlumatlar  mümkün  olan  bütün  vasitələrlə 
verilir.  Belə  hallarda  davranış  qaydaları  barədə  yerli  mülki  müdafiə  orqanlarının 
sərəncamlarını dəqiq yerinə yetirmək olduqca vacibdir, əks təqdirdə əhali radiaktiv və 
ya kimyəvi zəhərlənməyə məruz qala bilər. 
 
“Radiasiya təhlükəsi” siqnalı verilərkən necə fəaliyyət göstərməli? 
 
Radioaktiv  bulud  hərəkət  edən  istiqamətdəki  yaşayış  məntəqələrində  və 
rayonlarda radiaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci 1 saat 
müddətində  baş  verəcəyi  gözləndikdə  “Hamının  diqqətinə”  siqnalından  sonra 
Radiasiya  təhlükəsi”  siqnalı  verilir.  Siqnal  bütün  yerli  texniki  rabitə  və  xəbərdarlıq 
vasitələrindən  istifadə  olunmaqla  verilir,  yerlərdə  isə  səs  və  işıq  siqnalları  ilə  təkrar 
etdirilir.  Siqnal  belə  elan  edilir:  “Diqqət!  Danışır  mülki  müdafiə  qərargahı! 
Vətəndaşlar!  Radiasiya  təhlükəsi!  Radiasiya  təhlükəsi!”  Bu  elanla  birlikdə  görülməli 
mühafizə  tədbirləri  barədə,  habelə  radiasiyanın  səviyyəsindən  asılı  olaraq  əhalinin 
davranış  rejimləri  (radiasiyadan  mühafizə  rejimləri)  haqqında  mülki  müdafiə 
qərargahının konkret göstərişləri də verilməlidir. 


 
224 
Siqnal  verilərkən  respiratoru,  tozdan  qoruyan  parça  maskası  və  ya  pambıqlı 
tənzif sarğını, əgər bunlar yoxdursa - əleyhqazı taxmaq, əvvəlcədən hazırlanmış ərzaq 
və  su  ehtiyatlarını,  dərmanları,  ən  zəruri  şeyləri  götürüb  sığınacağa  və  ya  radiasiya 
daldanacağına  getmək  lazımdır.  Belə  xüsusi  mühafizə  qurğuları  olmayan  hallarda 
radioaktiv  zəhərlənmədən  qorunmaq  üçün  daş  binalardan,  mənzillərdən  və 
zirzəmilərdən istifadə etmək mümkündür. Lakin bu zaman onları kipləşdirmək, qapı və 
pəncərələri  kip  bağlamaq,  onların  qarşısına  pərdə  çəkmək,  bütün  deşik  və    bacaları 
bərkitmək lazımdır. 
Adamlar zəhərli sahələrdə qalarsa və ya zəhərli yerlərdən keçib getməli olarlarsa, 
onlar  fərdi  aptekçədəki  (Aİ-2  aptekçəsi)  1nömrəli  radiasiyadan  mühafizə  dərmanı 
həblərini  qəbul  etməlidirlər.  Bu  həbləri  qəbul  etmək  qaydası  qutudakı  təlimat 
vərəqəsində  göstərilmişdir.  Əhalinin  daldanacaqlarda  qalma  müddəti  yerli  mülki 
müdafiə  qərargahları  tərəfindən  müəyyən  edilir  və  əhaliyə  çatdırılır.  Orada  çıxmağa 
yalnız MM orqanlarının göstərişi ilə icazə verilir. 
Kənd  rayonlarında  heyvanları  kipləşdirilmiş  və  onları  uzun  müddət  burada 
saxlamaq üçün hazırlanmış binalara və ya daldalanma yerlərinə sürmək; ərzaq malları, 
yem  ehtiyatları  saxlanılan  anbarların,  digər  tikililərin  qapı  pəncərələrini  kip  örtmək; 
heyvandarlıq  binalarının,  yardımçı  bina  və  digər  tikililərin  hermetikliyini  yoxlamaq 
lazımdır. 
 
“Kimya həyəcanı” siqnalı verilərkən necə davranmalı? 
 
“Kimya  həyəcanı”  siqnalı  kimyəvi  və  ya  bakterioloji  zəhərlənmə  təhlükəsi 
yarandıqda, ya da belə zəhərlənmələr bilavasitə aşkar edildikdə “Hamının diqqətinə!” 
siqnalından  sonra  texniki  rabitə  və  xəbərdarlıq  vasitələri  ilə  belə  elan  edilir:  “Diqqət! 
Danışır mülki müdafiə qərargahı! Vətəndaşlar! Kimya həyəcanı! Kimya həyəcanı!”. Bu 
zaman  aşkar  olunmuş  zəhərləyici  maddənin  və  ya  yolxucu  xəstəlik  törədicisinin  növü 
nəzərə  alınmaqla,  əhalinin  davranışı  barədə  konkret  məsləhətlər,  məlumatlar  verilir. 
Siqnal yerlərdə səs və işıq siqnalları vasitəsilə verilməlidir. 
Siqnal  verilərkən  dərhal  əleyhqazı  taxmaq,  mühafizə  paltarlarını  geymək  və 
mühafizə qurğusunda gizlənmək lazımdır. Sığınacaqda olan adamlar ancaq onun kipliyi 
pozularkən  əleyhqaz  taxırlar.  İş  yerində  olarkən  bu  siqnal  verildikdən  dərhal  əleyhqaz 
taxır və sonra müdiriyyətin göstərişlərinə uyğun hərəkət edirlər. 


 
225 
Zəhərli  sahələrdə  iş  görmək  və  ya  belə  yerlərdən  keçmək  lazım  gələn  hallarda-
zəhərlənmə  əleyhinə  antidot  dərman,  bakterioloji  yoluxma  zamanı  isə  Aİ-2 
apteçkəsindən 1 nömrəli bakteriya əleyhinə dərman qəbul edirlər. 
Adamlar  kimyəvi  zəhərləyici  maddələrlə  zəhərlənmiş  sahələrdən  tez  çıxmağa 
çalışmalıdırlar. Bu məqsədlə hansı tərəfə getmək lazım gəldiyini mülki müdafiə işçiləri 
göstərməlidirlər.  Lakin  belə  işçilər  olmadıqda,  onda  küləyin  səmtində  perpendikulyar 
istiqamətdə getmək lazımdır. 
Kənd  yerlərində  “Kimya  həyəcanı”  siqnalı  verilərkən  heyvanların,  ev  quşlarının, 
ərzaq  və  yem  ehtiyatlarının,  habelə  su  quyularının  mühafizəsi  üçün  tədbir  görülməli, 
bunların  kipliyini  bir  daha  yoxlanılmalıdır.  Son  dərəcə  diqqətli  olmaq,  mülki  müdafiə 
orqanlarının göstərişlərini dəqiq yerinə yetirmək lazımdır. 
Kimyəvi və ya bakterioloji zəhərlənmə təhlükəsinin sovuşduğu barədə və bundan 
sonrakı  davranış  qaydası  haqqında  göstərişlər,  siqnal  verilən  hallarda  olduğu  kimi, 
rabitə vasitələri ilə veriləcəkdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə