Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

 
217 
Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə qüvvələrinə rəhbərlik üçün 
MM-i  idarəetmə  sistemi  yaradılır.  Bu  sistemin  məqsədi  hər  cür  şəraitdə  tabelikdəki 
qüvvə  və  vasitələrin  fəaliyyətə  hazırlanmasına  və  əməli  işlərinə  daimi  rəhbərliyi  və 
nəzarəti təmin etməkdir. 
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. 
Rabitə  olmadan  fasiləsiz  və  çevik  idarəetmə  mümkün  deyil.  Xüsusən  fövqəladə  hallar 
yaranan dövrdə, müharibə vaxtı, habelə təbii fəlakətlər və güclü istehsalat qəzaları baş 
verən  şəraitdə  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də  MM-in  bütün 
vasitələrində  -  obyektlərdə,  rayon  və  şəhərlərdə,  respublikada  onun  rəhbərlərinin 
qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir. 
MM-in  rabitə  sisteminin  mövcud  olan  bütün  rabitə  qüvvələri  və  vasitələrinin,  o 
cümlədən,  obyektdaxili  rabitə  şəbəkəsinin  vahid  təşkilati-texniki  birliyinə  deyilir.  Belə 
sistem  ümumdövlət  və  sahə  rabitə  xətlərindən,  radio,  radio-telefon  və  məftilli  rabitə 
qovşaqlarından və stansiyalarından, eləcə də MM qərargahlarının tabelli texniki rabitə 
avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır. 
Bütün  səviyyələrindən  olan  rabitə  sisteminin  əsas  vəzifələri-tabelikdəkilərin 
fasiləsiz  idarə  edilməsini,  qarşılıqlı  fəaliyyətin  təşkil  olunmasını  və  saxlanmasını, 
həmçının  sərəncamların,  siqnalların  və  məlumatların  vaxtında  veriməsi  və  qəbul 
olunmasını  təmin  etməkdən  ibarətdir.  Rabitə-yuxarı  təşkilatın  rəhbəri,  tabelikdəki 
qüvvələr və qonşular, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvəllər arasında 
təşkil edilir. 
Rabitə  sistemi  işə  daim  hazır  vəziyyətdə  saxlanmalı,  informasiyanın  etibarlı 
surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verilməlidir. 
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən 
yaratmaq  və  avadanlaşdırmaq,  bütün  rabitə  vasitələtindən  kompleks  halında  istifadə 
etmək,  eləcə  də  rabitə  vasitələrinin  ehtiyatlarını  yaratmaq  lazımdır.  FH-da  rabitə 
sisteminin  dayanıqlılığını  artıran  tədbirlərin  həyata  keçirilməsi,  qərargah  və  xidmət 
işçilərinə  texniki  rabitə  vasitələrini  dəqiq  işlətmək,  onlara  vaxtında  və  düzgün  xidmət 
göstərmək qaydalarının öyrədilməsi, şəxsi heyətin və avadanlığın etibarlı mühafizəsinin 
təmin olunması da bu sahədəki əsas tədbirlərdəndir. 
Rabitənin  təşkili  üçün  radio-telefon(məftili  rabitə),  səyyar  və  siqnalla  rabitə 
vasitələridən istafadə olunur. Bunlara rabitənin növləri deyilir. 
Radio  və  telefon  rabitə  növü  ən  mürəkkəb  şəraitdə  belə,  istənilən  məsafədəki 
çoxlu orqanlarla, eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir. 


 
218 
Məftilli rabitə vasitələrindən isə həm sülh, həm də hərbi dövrlərdə MM-in bütün 
vasitələrindən daha geniş istifadə olunur. 
Səyyar  rabitə  vasitələri  xüsusən  xilasetmə  işləri  aparılan  vaxt  cürbəcür  operativ 
sənədləri,  şifahi  sərəncamları,  məlumat  və  xəbərləri  icraçılara,  eləcə  də  yuxarı 
qərargahlara  çatdırmaq  üçündür.  Səyyar  rabitə  vasitəsi  kimi  təyyarələrdən, 
vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda isə 
piyadalardan da istifadə edilə bilər. 
Siqnalla  rabitə  vasitələrindən  -  əhalini  xəbərdar  etmək,  habelə  göstəriş  və 
siqnalları  təkrara  vermək  məqsədi  ilə  istifadə  olunur.  Siqnal  vasitələri  elektrik  və  əl 
sirenalarından,  siqnal  raketlərindən,  yəni  işıq  və  səs  siqnalı  verən  vasitələrdən 
ibarətdir. 
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq. 
 
Rabitə  sistemi  əmin  amanlıq  dövründə  mövcud  olan  rabitə  qovşaqları, 
stansiyaları  və  xəttlərindən,  eləcə  də  MM  qərargahlarının  tabel  rabitə  vasitələrindən 
istifadə olunmaqla təşkil edilir. 
Şəhərin  ərazisində  vahid  MM  rabitə  sistemi  yaradılmalıdır.  Buna  bütün  mövcud 
qüvvə və vasitələr, dolayı rabitə xətlərini bir mərkəzdə cəmləşdirmək, onlara rəhbərliyi 
mərkəzləşdirilmiş  halda  planlaşdırmaq  və  rabitənin  bütün  növlərindən  kompleks 
halında istifadə etməklə nail olmaq mümkündür. 
Şəhərin  (rayonun)  rabitə  xidməti  imkan  verməlidir  ki,  MM  rəhbərləri  öz 
idarəetmə  məntəqələrində  tabelikdəki  təşkilatların  və  MM  xidmətlərinin  başçıları  ilə, 
yuxarı  və  qarşılıqlı  fəaliyyət  göstərən  MM  qərargahları  ilə,  eləcə  də  ərazi  MM 
dəstələrinin komandirləri, kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata 
mindirmə  (düşürmə)  məntəqələri  ilə  etibarlı  əlaqə  saxlaya  bilsin,  həmçinin  hər  cür 
təhlükəli  hallar  barədə  vəzifəli  şəxsləri  və  bütün  əhalini  vaxtında  xəbərdar  etmək 
mümkün olsun. 
Obyektlərdə  də  rabitənin  rolu  və  əsas  vəzifələri  mahiyyətcə  şəhərdə  olduğu 
kimidir.  Burada  rabitə  sistemi  konkret  olaraq  müəssisənin  rabitə  qovşağını,  obyekt 
idarəetmə məntəqəsinin rabitə qovşağını və MM dəstələrinin rabitə vasitələrini özündə 
birləşdirir. 
Hərbiləşməmiş  MM  dəstələrinin  rabitə  vasitələri  –  müxtəlif  tipli  telefon 
aparatlarından, telefon kabelindən, ultraqısa dalğalı radiostansiyalarından və tabel üzrə 
verilən digər avadanlıqdan ibarətdir. 


 
219 
Obyektlərdə  də  rabitənin  adları  çəkilən  bütün  4  növdən  aşağıdakı  qaydada 
istifadə olunur: 
•  Məftilli  rabitə  -  rayonun  (şəhərin),  nazirliyi  (yuxarı  idarənin)  rəhbərliyi  ilə; 
obtektin  sığınacaqları,  müşahidə  postu,  öz  iş  yerlərindəki  sex  və  şöbə  rəisləri  və 
obyektin MM xidmətləri ilə əlaqə saxlamaq üçündür. 
•  Radiorabitə  -  obyektdə,  adətən,  MM  rəhbərlərinin  radioşəbəkəsi  təşkil  edilir, 
buraya  dəstə  komandirlərinin  radiostansiyaları  qoşulur.  Obyekt  MM  rəhbərlərinin 
radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən 
xüsusən  yürüş  zamanı  və  zədələnmə  ocaqlarında  xilasetmə  işləri  aparılarkən  istifadə 
olunur. 
•  Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə - əlavə 
vasitələr kimi, belə avadanlıq olmayan hallarda rabitə növü kimi istifadə edilir. 
•  Siqnalla  rabitə  vasitələri  –  sirenalar,  siqnal  raketləri  və  bayraqcıqları  həm 
xəbərdarlıq  üçün,  həm  də  MM  –in  sərəncam  və  komandalarını  çatdırmaqdan  ötrü 
yardımçı vasitələr kimi işlədilir. 
Rabitə    xidmətlərini    icra  etmək  üçün  obyektlərdə,  eləcə  də  MM  dəstələrində 
rabitə qrupları və manqaları yaradılır. Bunların təşkilati strukturu, şəxsi heyətinin  sayı 
və  avadanlıqla  təchizat  normaları  yuxarı  MM  rəhbərləri  tərəfindən  müəyyən  edilir. 
Obyektin rabitə sistemi MM-in bütün fəaliyyət mərhələlərində - yəni müəssisənin daimi 
yerləşdiyi  yerdə,  köçürülmüş  fəhlə  və  qulluqçular  məskunlaşan  şəhərədənkənar  və 
xilasetmə  işləri  aparılan  sahələrdə obyekt  rəhəbərini etibarlı  rabitə ilə  təmin  etməlidir. 
Müəssisənn daimi yerində mülki müdafiə hazırlıq səviyyələrinə keçilərkən rabitə burada 
ə
vvəlcədən  düzəldilmiş  idarəetmə  məntəqəsindən  təşkil  edilir.  Məntəqədə  aşağıdakı 
rabitə vasitələri olmalıdır: 
•  Obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar; 
•  Nazirliyin  (şirkətin),  eləcə  də  rayonun  (şəhərin)  MM  qərargahı,  digər 
təşkilatları ilə telefon rabitəsi; 
•  Müəssisənin  sığınacaqarı,  “hava  həyəcanı”  siqnalı  üzrə  işini  dayandırmayan 
sexləri,  eləcə  də  MM  dəstələri,  o  cümlədən  də  müşahidə  postu  ilə  bilavasitə,  yaxud 
obyektdəki ATS vasitəsilə telefon rabitəsi; 
•  Rayonun  köçürmə  (qəbuletmə),  toplanış,  nəqliyyat  minidrmə  (düşürmə) 
məntəqələri ilə şəhərin ATS-i vasitəsilə telefon rabitəsi; 
•  Obyektin  şəhərədənkənar  zonadakı  operativ  qrupu  ilə  sifariş  sistemi 
qaydasında telefon rabitəsi; 
•  Yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radi rabitəsi. 
Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks surətdə istifadə edilir. 
MM  sistemində  siqnalların  və  xəbərlərin  verilməsi  qaydası  belədir:  Xəbərdarlıq 
siqnallarının  həm  respublika  MM  qərargahı  tərəfindən  verilib  regional  bölmələrə, 
şə
hərlərə  və  rayon  mərkəzlərinə  çatdırılması  mümkündür,  həm  də  siqnal,  məlumat  və 
xəbərlər  şəhər,  rayon  və  obyekt  MM  qərargahlarının  özləri  tərəfindən  verilə  bilər. 
Birinci halda -  respublika MM idarəsində yaxud onun şöbələrindən rayon mərkəzlərinə 
çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər 
və əhali xəbərdar edilməlidir. 
Rəhbər heyət iş və mənzillərdəki telefon vasitəsilə xəbərdar edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə