Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

 
212 
şəhərdə yerləşirsə, belə hallarda rayonun və şəhərin birləşmiş mülki müdafiə qərərgahı 
yaradılır, həmçinin rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir. 
Rayon  qərərgahının  əsas  vəzifələri  :  rayonun  mülki  müdafiə  planını  işləyib 
hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını 
qorumaq  və  zərər  çəkmiş  şəhərlərə  yardım  göstərmək  üçün  mülki  müdafiənin  döyüş 
hazırlığını  daim  təmin  etmək;  kəşfiyyatı  təşkil  etmək  və  ona  müntəzəm  rəhbərlik 
göstətmək;  əhalinin  və  xalq  təsərrüfatı  istehsalı  obyektlərinin  nüvə,  kimyəvi  və 
bakterioloji  adi  silahlardan  sülh  mahiyyətli  FH-dan  mühafizəsinə  dair  tədbirləri  işləyib 
hazırlamaq  və  həyata  keçirmək;  mülki  müdafiə  xidmətləri  və dəstələri  şəxsi  heyətinin 
hazırlığını  təşkil    etmək  və  onun  keçirilməsinə  nəzarət  etmək;  rayonun  ərazisində 
yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət erməkdir. 
 
Rayonun (Şəhərin) Mülki Müdafiə Xidmətləti
 
Mülki  müdafiə  tədbirlərini,  dəstələrin  hazırlığını  və  zədələnmiş  (zəhərlənmiş) 
yerlərdə iş görərkən onların düzgün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və 
müvafiq  bazanın  olmasını  nəzərə  alaraq,  Rayon  (şəhər)  İcra  Hakimiyyətinin  qərarı  ilə 
rayon xidmətləri yaradılır. 
Rabitə xidməti - rayon (şəhər) rabitə kontorunun bazası əsasında  təşkil olunur. 
Rabitə  xidmətinin  işçiləri:    icra  hakimiyyətinin  nümayəndəsinə,  idarələrin, 
müəssisələrin  vəzifələri  şəxslərinə  və  rayonun  bütün  əhalisinə  fövqəladə  hadisələr 
təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun 
bütün    obyektləri  ilə  rabitə  yaradır  və  onu  daim  fəaliyyətə  hazır  saxlayır;  rayonun 
ərazisində  fəaliyyət  göstərən  mülki  müdafiə  qüvvə  və  vasitələrinin  idarə  olunmasını 
təmin edirlər. 
Tibb  xidməti    –    tibb  müəssisələrinin  bazası  əsasında  yaradılır  (xidmət  rəisi  – 
rayonun baş həkimidir). Xidmət: müalicə - profilaktika, epidemiya əleyhinə və sanitar-
gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərər 
çəkmiş,  zədələnmə  ocağından  çıxarılan  adamların  qəbul  edilməsi,  yerləşdirilməsi  və 
müalicəsi üçün binaları hazırlayır. 
 İctimai asayişi mühafizə xidməti – polis şöbəsinin bazası əsasında təşkil olunur 
(xidmətin rəisi – rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai 
mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq; 
nəqliyyatın  hərəkətini  təmin  etmək;  əhalinin  müəyyən  edilmiş  davraniş  qaydalarını 


 
213 
yerinə  yetirilməsinə  nəzarət  etmək  həvalə  olunur.  Xidmət  köçürülmə  işlərinə,  mülki 
müdafiə  siqnalları  üzrə  əhalinin  daldalanmasına  yardım  göstərir,  zədələnmə  ocağına 
buraxılma  rejiminin  və  bakterialoji  yoluxma  ocağında  karantin  tədbirlərinin  yerinə 
yetirilməsini təmin edir. 
   Yanğından  mühafizə  xidməti  –  yanğından  mühafizə  təşkilatlarının  bazası 
əsasında  yaradılır  (xidmətin  rəisi  –rayon  yağın  müfəttişidir).  Bu  xidmətin  vəzifələri: 
yanğınsöndürən  dəstələr  hazırlamaqdan,  yanğına  qarşı  profilaktika  tədbirlərini  həyata 
keçirməkdən,  müəssisə,  idarə  və  qəsəbələrin  ərazisində  su  hövzələri  tikilməsini  təşkil 
etməkdən  ibarətdir.Yanğınlar  baş  verdikdə  onların  məhdudlaşdırılması  və 
söndürülməsi üçün xidmət hər cür tədbir görür. 
 Ərzaq  və  paltarla  təchizat  xidməti  –  rayon  istehlak  cəmiyyəti  və  ticarət  bazası 
əsasında  yaradılır  (xidmətin  rəisi  rayon  istehlak  cəmiyyətinin  sedridir).  Bu  xidmət: 
anbarlarda,  ictimai  iaşə  və  ticarət  müəssisələrində  saxlanan  malların  zəəhərləyici, 
radioaktiv  maddələrdən  və  bakterioloji  vasitələrdən  mühafizəsi  məsələləri  ilə  məşğul 
olur;  köçürülən  və  zərər  çəkmiş  əhalinin  yeməklə  təmin  olunmasını  səhmana  salır, 
onları ən lazımı şeylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi 
heyətini yeməklə təmin edir. 
 Heyvanları və bitkiləri mühafizə xidməti - baytarlıq və aqronomiya idarələrinin 
bazası  əsasında  təşkil  olunur.  Xidmət  baytarlıq  tədbirlərini  və  heyvanların,  kənd 
təsərrüfatı  bitkilərinin,  meyvə  ağaclarının  və  meşələrin  kütləvi  zədələnmə 
vasitələrindən  qorunması  üçün  tədbirlər  həyata  keçirir.  Kənd  təsərrüfatı  məhsulları 
emal  edən  müəssisələrdə  bu  xidmət  hemçinin  su  mənbələrinin,  taxıl,  alaf    və  başqa 
kənd  təsərrufatı  məhsullarının  mühafizəsi  üzrə  tədbirlər  görür.  Heyvanları  və  bitkiləri 
mühafizə  xidməti  heyvandarlıq  məhsullarının  baytarlıq-sanitariya  ekspertizasını  təşkil 
edir,  kənd  təsərrüfatı  müəssisələrində  su  mənbələrinin  və  ərzaq  ehtiyatlarının 
vəziyyətinə  nəzarət  edir;  tibb  xidməti  ,  habelə  ərzaq  və  paltarla  techizat  xidməti  ilə 
birlikdə zədələnmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir. 
 Lazım  gəldikdə  rayon  (respublika)  rəhbərliyinin  razılığı  ilə  rayonda  yuxarıda 
göstərilənlərdən  əlavə  başqa  xidmətlər  də  (kommunal-texniki  xidmət  –  rayon 
kommunal  təsərrüfatı  kombinatı  bazası  əsasında;  avtomobil  nəqliyyatı  xidməti  – 
avtomobil  təsərrüfatlari,  yol  idarələri  və  digər  teşkilatların  bazası  əsasında;  maddi-
texniki techizat , energetika ve b. Xidmətlər ) yaradıla bilər. 
 Əgər  xidmət  bir  neçə  idarənin  bazası  əsasında  yaradılırsa,  bu  zaman  həmin 
idarələrin  rəhbərlərindən  biri  xidmətin  rəisi,  qalanları  isə  onun  müavinləri  təyin 
edilir.Rayon  xidmətlərinin  vəzifələri  və  fəaliyyəti  əsasnamələrə,  təlimatlara,  habelə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə