Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

 
148
Sığınacaqlar layihələndirilərkən bunu nəzərə almaq lazımdır: 
•  üst örtükləri (örtüklər)-tirli (tirlərin ucuları-rigellər sütunlara dirənməklə), 
yaxud  tirsiz  olmalıdır.  Son  illər  sığınacaqların  üst  örtüyü  üçün  yüksək  texniki-
iqtisadi  göstəricilərə  malik  yığma-monolit  tirsiz  konstruksiyalardan  geniş  istifadə 
olunur. 
•  divarlar-yığma  dəmir-beton  lövhələrdən,  beton  bloklardan,  monolit 
dəmir-betondan və möhkəmlik üzrə tələbləri ödəyən digər inşaat materiallarından 
geniş istifadə olunur. 
•  dirək bünövrələri-yığma və ya monolot dəmir-betondan olmalıdır; 
•  arakəsmələr-armatur,  kərpicdən,  yığma  dəmir-betondan,  davamlı 
doldurucu betondan və digər odadavamlı materiallardan tikilməlidir; 
•  giriş yerlərinin  qoruyucu tərtibatları-dövlət standartlarına (DST) müvafiq 
hazırlanmış  qoruyucu  –  hermetik  və  hermetik  darvazalar,  qapı  və  qapaqlardan 
istifadə olunmaqla hazırlanmalıdır; 
•  sığınacaq  kimi  tikilən  binanın  digər  binaları  ilə  xarici  əlaqələrini  təmin 
edən  kommunikasiyalar-bu  binaya  giriş  yerlərində  konpensasiya  tərtibatları 
qoyulması nəzərdə tutulmalıdır. 
Mühəndis kommunikasiyalarının girişləri sığınacağın içərisində  onlara baxış 
və təmir üçün rahat olmalıdır. Su və istiliklə təchizat şəbəkəsinin girişlərində, eləcə 
də  kanalizasiyanın  çıxış  yerində  sığınacağın  içəri  tərəfində  bağlayıcı  armaturlar 
qoymaq  lazımdır.  Sığınacaqları  və  onların  konstruksiyalarını  suyun  dağıdıcı 
təsirindən  mühafizə  etmək,  qurğunun  və  oradakı  avadanlıqların  normal 
istismarını,  habelə  otaqlarda  lazımi  temperatur-rütubət  rejimini  təmin  etmək 
üçün  sığınacaqlarda  hidroizolyasiya  düzəldilir.  Bu,  eyni  zamanda,  sığınacağın 
daxilində  havanın  təzyiq  artıqlığını  yaratmağa  imkan  verən  germetikləşdirici  
konstruksiya rolunu da oynayır. 
Sığınacağı  adətən  yığma  monolit,  yaxud  monolit  dəmir-betondan,  bəzi 
hallarda  isə  kərpic  və  digər  materiallardan  tikirlər.  Müasir  sığınacaqlar  əsasən 
yığma-monolit, unifikasiya edilmiş yığma dəmir-beton hissələrdən quraşdırılır. 
 
Daldalanacaqlar 
 
Radiasiya daldanacağın həcmi-planlaşdırma, konstruktiv həlli və mühəndis–
texniki avadanlıqları 


 
149
Radiasiya daldalanacaqları (RD) və ya radiasiyadan qoruyan daldalanacaqlar - 
daldalanan  adamların,  ərazidə  radioaktiv  zəhərlənmə  (çirklənmə)  zamanı 
ionlaşdırıcı  şüalanmadan,  zərbə  dalğasının  təsir  dairəsindən  (ehtimal  olunan  zəif 
dağıntılar  zonasında)  isə  həmçinin  dağılan  konstruksiyaların  qırıntılarından 
mühafizəsini təmin edən qurğulardır.  
Sığınacaqlarla  müqayisədə  RD  daha  geniş  əhəmiyyətə  malikdir.  Onlar  həm 
şəhərlərin ehtimal olunan zəif dağıntılar zonasındakı müəssisələrin iş növbəsindəki 
fəhlələrin,  həm  də  kənd  yerlərindəki  və  iri  şəhərlərdən  köçürülən  müxtəlif  əhali 
qruplarının mühafizəsini nəzərdə tutur.  
RD-ni  müəssisələrini  əsas  və  yardımçı  binalarının,  yarımzirzəmi  (kürsü) 
hissələrində və birinci mərtəbələrində, həmçinin aşağıdakı binalarda yerləşdirmək 
lazımdır: 
•  məktəb, kitabxana binalarında, habelə ictimai məqsədli binalarda; 
•  kino-teatr,  mədəniyyət  evləri,  pansionatları,  istirahət  evləri  və  bazalarının 
binalarında; 
•  mövsümü  olaraq  yanacaq,  tərəvəz,  ərzaq,  təssərüfat  alətləri  saxlanılan 
anbarlarda; 
•  kərpic  və  daş  binaların  zirzəmilərində  və  yerüstü  mərtəbələrindəki 
otaqlarda.  
RD  üçün  yer  seçərkən  mühafizəedici  konstruksiyaların  ionlaşdırıcı 
şüalanmalardan mühafizəsini daha etibarlı təmin edən və zərbə dalğasının təsirinə 
daha davamlı olan zirzəmilərə və kürsülü mərtəbələrə üstünlük vermək lazımdır.  
RD-ni  çoxmərtəbəli  binaların  birinci  mərtəbələrində  yerləşdirərkən  ilk 
növbədə  digər  otaqlardan  əsaslı  divarlı  və  arakəsmələr  ayrılan  və  təbii  işığı  olan 
yerlərdən (koridorlar, xollar, dəhlizlər və s.) istifadə etmək lazımdır.  
Beləliklə,  zərbə  dalğasının  təsir  dairəsindəki  RD  zirzəmilərdəki  yerdən  aşağı 
və  kürsü  mərtəbələrindəki  otaqlarda,  eləcə  də  yerüstü  kərpic  (daş)  binaların 
birinci  mərtəbələrindəki  təcrid  olunmuş  otaqlarda,  onların  avadanlıqlaşdırılması 
üçün minimal əmək və vəsait sərfi nəzərdə tutulmaqla yerləşdirilməlidir.  
Radiasiya daldanacağı əsas və yardımçı otaqlardan ibarət olur. Əsas otaqlar: 
daldalanma  otağı,  tibb  məntəqəsi  və  lazımi  hallarda-ana  və  uşaq  otağı.  Yardımçı 
otaqlar:  sanitariya  qovşağı,  ventilyasiya  otağı,  çirklənmiş  üst  paltarları  saxlamaq 
üçün otaqlar.  


 
150
Daldalanma  otağı  -  bura  adamların  xeyli müddət  qala  bilməsi  üçün  minimal 
rahatlığı  təmin  etməlidir.  Burada  oturmaq  və  uzanmaq  üçün  yerlər  düzəldilir  ki, 
onların sayı daldalananların sayına uyğun olmalıdır.  
RD-nda  otaqların  döşəmə  sahəsinin,  həcminin,  oturmaq  üçün  yerlərin 
ölçülərinin,  eləcə  də  sanitariya–texniki  xidmətlərin  hesablanması  normaları 
sığınacaqlarda olduğu kimidir.  
Yəni  layihələndirilən  binalarda  RD  düzəldiləcək  otaqların  hündürlüyü    bu 
binanın  sülh  dövründəki  təyinatından  asılı  olaraq  müəyyən  edilir,  lakin  bütün 
hallarda döşəmədən üst örtük konstruksiyasının aşağı hissəsindəki məsafə ən azı 
1, 9 m olmalıdır. Mövcud tikililərdə və qurğularda düzəldilən daldalanacaqlarda: 
•  otağın hündürlüyü 2,8 - 3 m olan hallarda - üçmərtəbəli taxtlar; 
•  otağın hündürlüyü 2, 2 - 2,4 m olan hallarda - ikimərtəbəli taxtlar.  
RD  zirzəmilərdə,  döşəməaltı  sahələrdə,  dağmədən  yerlərində,  kahalarda  və 
hündrlüyü  1,7  -  1,9  m  olan  yeraltı  sahələrdə  düzəldilərkən  bir  mərtəbəli  taxtlar 
qoyulur və hər adam üçün döşəmə sahəsinin norması 0,6 m
2
-a barəbər götürülür.  
Fövqəladə hallarda RD istismar tələblərinə müvafiq olaraq ventilyasiya, istilik, 
su, kanalizasiya, işıq və rabitə ilə təmin edilir.  
Binaların birinci və kürsü mərtəbələrindəki istənilən tutumlu daldalanacaqda, 
eləcə  də  zirzəmidə  yerləşdirilən  50  nəfərədək  tutumlu  daldalanacaqlardan  təbii 
ventilyasiyadan istifadə edilməsi, təbii ventilyasiyaya kifayət etməyən hallarda isə 
süni (məcburi) ventilyasiya yaradılması nəzərdə tutulur.  
Süni  ventilyasiya  sistemində  içəriyə  hava  vermək  üçün  elektrik  
ventilyatorlardan 
istifadə 
edilir. 
Tutumu 
300 
nəfərdən 
artıq 
olan 
daldalanacaqlarda  ventilyasiya  otağı  olmalıdır.  Onun  ölçüləri  avadanlığın 
qabaritindən  və  ona  xidmət  etmək  üçün  tələb  olunan  sahədən  asılı  olaraq 
müəyyən edilir.  
Tutumu  300  nəfər  və  bundan  az  olan  daldalanacaqlarda  ventilyasiya 
bilavasitə adamlar daldalanan otaqlarda yerləşdirilə bilər.  
Sığınacaqlardan  fərqli  olaraq  RD–də  yalnız  təmiz  ventilyasiya  rejimi  nəzərdə 
tutulur.  Daldanacağa  verilən  havanın  miqdarı  bayırda  havanın  temperaturundan 
asılı  olaraq  hər  adam  üçün  saatda  8-13  m
2
  müəyyən  edilir.  Müalicə 
müəssisələrindəki RD-yə verilən havanın miqdarı təmiz ventilyasiya rejimində 1, 5 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə