Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

 
142
Tutumu 300 nəfərdən az olan sığınacaqlarda içməli su ehtiyatları üçün quru 
qablar  saxlanmasına  icazə  verilir,  belə  qablar  sığınacaqlar  hazır  vəziyyətə 
gətirilərkən doldurulmalıdır. 
İçməli  su  ehtiyatı  qabları  (tutumları)  suyun  səviyyəsini  göstərən  cihazlarla, 
habelə tutumun içərisini təmizləməyə və daxili səthinə boya çəkməyə imkan verən 
qapaqla  avadanlıqlaşdırılmalıdır.  İçməli  su  tutumları  yerləşdirilən  otaqlarda,  hər 
300 nəfər üçün bir kran hesabı ilə kranları olmalıdır. 
Axarlı su tutumları və onun su borularının xarici səthləri qızmanın qarşısını 
alan xüsusi izolyasiya materialı ilə örtülməli, metal qablarının daxili səthlərinə isə 
Respublika  Səhiyyə  Nazirliyinin  tövsiyə  etdiyi  korroziya  əleyhinə  məhlul 
çəkilməlidir. 
Hər  bir  sığınacaqda  tullantı  sularını  xarici  şəbəkəyə  axıtmağa  imkan  verən 
kanalizasiya  sistemi  olur.  Mühafizə  qurğusu  çox  dərində  yerləşdirilərkən  maye 
vurucu stansiya düzəldilir. 
Qəza  hallarında  sığınacağın  sanitariya  qovşağı  otaqlarında  tullantı  suları 
yığmaq  üçün  qəza  çənləri  nəzərdə  tutulur;  belə  çənlər,  onların  təmizlənməsinə 
imkan  verən  birtipli  metal  baklardan,  yaxud  birləşdirilmiş  çənlərdən  ibarət  ola 
bilər. 
Çənlərin  tutumu  adam  başına  sutkada  2l  hesabı  ilə  müəyyən  edilir. 
Sığınacağın  içərisində-kanalizasiya  şəbəkəsinin  içəri  keçdiyi  yerlərdə  siyirtmələr 
qoyulur. 
Sanitariya qovşaqlarında  vaqon tipli unitazlar tətbiq edilərkən su çənlərinin 
üst örtüyündə bacalar olması nəzərdə tutulmur. Quru tullantıları yığmaq üçün hər 
daldalanan  adama  sutkada  1kq  hesabı  ilə  kağız  kisələr  və  paketlər  qoyulacaq 
yerlər müəyyən edilir. 
Drenaj  suvarma  stansiyası  -  xarici  kanalizasiya  şəbəkəsindən  (quyulardan) 
aşağı  səviyyədə  yerləşdirilən  sığınacaqlardan  mərkəzdənqaçma  nasoslarını,  boru 
kəmərlərini və digər sanitariya texnikası avadanlığı quraşdırmaq üçündür. 
Vurucu  stansiyadan  çirkab  axıntılar,  torpaq  suları  yığılır  və  mövcud  olan 
kanalizasiya şəbəkəsinə vurulur. 


 
143
Stansiya sığınacağın hermetikləşdirmə xəttindən kənarda yerləşdirilməlidir. 
Stansiyanın  giriş  yolunun  qarşısındakı  iki  hermetik  qapalı  tambur  (dəhliz) 
düzəldilməli, hər iki qapı stansiya otağı tərəfə açılmalıdır. 
Döşəmənin  altında  drenaj  sularını  toplamaq  və  kənara  vurmaq  üçün  çən 
yerləşdirilməlidir. Çənin qapağı otağın döşəməsində olmalıdır. 
Dizel elektrik stansiyası (DES) otağı – dizel elektrik aqreqatlarının və onların 
işlənməsini təmin edən xüsusi elektrik avadanlığının yerləşdirilməsi üçündür. 
 
 
Sığınacağın  elektrik  təchizatı  -  şəhərin  (müəssisənin)  xarici  şəbəkəsindən, 
habelə  lazımi  hallarda,  dizel  elektrik  stansiyasındakı  mühafizə  olunan  elektrik 
mənbələri hesabına yerinə yetirilir. 
Elektrik lövhəsi otağı - lazımi elektrik lövhələri avadanlığının yerləşdirilməsi 
üçündür. Onun özübağlanan tipli, 0, 8 ×1, 8 m ölçülü, xarici açılan qapısı olmalıdır. 
Ərzaq saxlanılan anbarlar - daldalanan hər 600 nəfər üçün bir anbar hesabı 
ilə  daldanacağın  müxtəlif  yerlərində  düzəldilməlidir.  Bu  otaqlarda  (stellajlar) 
olmalıdır. Daldalanan adamların sayı 150 nəfərədək olarsa, ərzaq saxlanılan otağın 
sahəsi 5 kv.m müəyyən edilir və bundan artıq hər 150 nəfər üçün anbarın sahəsi 3 
kv.m artırılır. Uşaqlar və halsız adamlar olunmaqla, sığınacaqdakı bütün şəxslərin 
burada  qalma  müddətində  qidalanması  (gündə  2-3  dəfə)  qaydası  müəyyən  edilir 
və bu zaman onlara su da paylanır. 


 
144
Tambur-şlüzlər  -  sığınacaqda  daldalanan,  oraya  girməkdə  olan  və  girməyə 
gecikən adamların zədələnməsi təhlükəsinin qarşısını almaq üçündür. Tambur-şlüz 
giriş  yollarından  birində  düzəldilir  və  adamların  növbələrlə  içəriyə  buraxılmasını 
təmin  edir.  Tutumu  300-dən  600  nəfərədək  olan  sığınacaqlarda  birkameralı, 
bundan artıq tutumlu sığınacaqlarda isə ikikameralı tambur-şlüz düzəldilir. 
Mühafizəedilən  giriş  və  çıxış  qapıları  -  iki  əsas  tələbi  ödəməlidir:  lazimi 
qədər  buraxma  qabliyyətinə  malik  olmalı;  zərbə  dalğasının,  ionlaşdırıcı 
şüalanmanın giriş və çıxış yollarından keçərək adamların zədələnməsinin, eləcədə 
zəhərləyici  maddələrin,  GTZM-in,  bioloji  vasitələrin  və  yanğın  məhsullarının 
sığınacağa  keçməsinin  qarşısını  almalıdır.  Giriş  yollarının  ölçüləri  və  sayı  sülh 
dövründə  istismar  tələblərini  ödəməli  və  sığınacaqda  adamların  qısa  müddətdə 
dolmasını  təmin  etməlidir.  Adamların  keçməsi  üçün  nəzərdə  tutulan  qapı 
yerlərinin birtipli ölçüləri belədir: eni 80 və 120 sm, hündürlüyü -180 və 200 sm. 
Nəqliyyat  vasitələrinin  keçməsi  üçün  qapı  əvəzinə  aralanan,  yaxud  qalxıb-enən 
tipli darvazalar qoyulur. Nəqliyyat vasitələri üçün giriş eni 180-300, hündürlüyü – 
240  sm  götürülür.  Hər  bir  sığınacaqda  ən  azı  iki  giriş  yolu  olmalıdır.  Tutumu  300 
nəfərədək  olan  sığınacaqlarda  1  giriş  düzəldilir,  bu  zaman  ikinci  giriş  kimi  qəza 
(köçürmə) çıxış yolundan istifadə ediməlidir. Onun daxili ölçüləri 1,2×2 m və qapı 
yerinin  0,8  ×  1,8  m  olan  lağım  şəklində  düzəldilməlidir.  Giriş  yollara  daldalanan 
adamların əsas hərəkət istiqamətləri nəzərə alınmaqla sığınacağı əks tərəflərində 
yerləşdirilməlidir.  Tutumu  600  nəfərədək  olan  sığınacaqlarda  qəza  çıxış  yolu 
qoruyucu  başlıqları  şaquli  quyu  (şaxta)  şəklində  düzəldilir  və  lağım  vasitəsilə 
sığınacağa  birləşdirilir.  Lağım  və  şaxtanın  daxili  ölçüləri  0,9  ×  1,3  m  olmalıdır.  
Sığnacaqda  lağıma  və  şaxtaya  çıxmaq  üçün  sığınacağın  divarında  ölçüləri  0,6×0,8 
m olan, sığınacağın daxilində və xaricində  hermetik qapaqlarla bağlanan çıxış yeri 
düzəldilməlidir.  Tutumu  600  nəfər  və  bundan  artıq  olan  sığınacaqlarda  çıxış 
yollarından  biri  daxili  ölçüləri  1,2×2  m  olan  qəza  (köçürmə)  çıxış  yeri  kimi 
avadanlıqlaşdırılmalıdır.  Bu  zaman  sığınacaqdan  lağıma  çıxış  0,8  ×  1,8  m  ölçülü 
qoruyucu-hermetik  və  hermetik  qapılarla  malik  tambur  vasitəsilə  yerinə 
yetirilməlidir. 
Şaxta  (quyu)  formalı  qəza  çıxış  yollarının  ağzında  başlıqlar  düzəldilməlidir; 
başlığın  yerin  səthindən  hündürlüyü  belə  ola  bilər:  1,2m  –  başlıq  binanın 
hündürlüyünün yarısından 3 metr artıq məsafədə (D=0, 5 N+3m) olan hallarda; 0,5 
m-başlıq binanın hündürlüyünə (N) bərabər məsafədə (D=N) olan hallarda. Girişlər 
dalan, ikitərəfli və quyu (şaxta) tipli növlərə ayrılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə