Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc


partnyorlar arasındakı razılaşmaya görə möhkəm məzənnələr müəyyənləşdirilir və



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 

53

partnyorlar arasındakı razılaşmaya görə möhkəm məzənnələr müəyyənləşdirilir və 



onların hamısı bir yerdə üçüncü valyutaya nəzərən üzürlər. 

*sərbəst  üzən  valyutalar,  hərçənd  indiki  zamanda  belə  üzməni  fiksiya 

adlandırmaq olar. Valyuta məzənnələri dəyişkən olan ölkələrin əksəriyyəti «çirkli» 

üzmə  adlanan  variantdan  istifadə  edirlər.  Bu  onunla  əlaqədardır  ki,  mərkəzi 

banklar öz valyutalarının məzənnələri müdafıə etmək üçün bu və ya digər ölçüdə 

valyuta inteqrasiyaları keçirirlər. 

Valyuta  məzənnəsinin  aşağıdakı  fəaliyyət  sistemlərini  də  ayırmaq  olar. 

Bunlar  azad  və  ya  təmiz  üzmə  (valyuta  məzənnəsi  tələb  və  təklifin  təsiri  ilə 

formalaşır), idarə olunan üzmə (tələb və təklifdən başqa mərkəzi banklar, həmçinin 

müxtəlif  bazar  təhrifləri  də  valyuta  məzənnəsina  güclü  təsir  göstərir),  qeyd 

olunmuş kurslar (ölkənin mərkəzi bankı tərəfindən və ya beynəlxalq razılaşmalar 

ə

sasında  müəyyənləşdirilir),  məqsədli  zonalar  (qeyd  olunmuş  tarazlıq  məzənnəsi 



ə

trafında  valyuta  məzənnələrinin  ölkələr  arasında  razılaşdırılmış  dəyişmə 

hüdudları), valyuta məzənnələrinin hibrid sistemi (ölkələrin valyuta ittifaqında həm 

valyuta məzənnəsinun sərbəst üzməsini həyata keçirən dövlətlər var, həm də qeyd 

olunmuş  valyuta  məzənnəsi  zonaları  var  və  s.).  Dünya  təcrübəsində  çoxsaylı 

valyuta  kursları  rejiminin  istifadə  olunma  nümunələri  də  var.  Lakin  bu  tədbir 

müvəqqəti bir tədbir kimi nəzərdən keçirilir, çünki o, daxili valyuta bazarının ayrı-

ayrı  natamamlıqlarını  düzəldərək  iqtisadiyyatın  başqa  sferalarında  yeni  və  daha 

ciddi  təhriflər  yaradır.  Çoxsaylı  valyuta  məzənnələrinin  tətbiqi  əvvəl-axır  öz  qar-

ş

ısına konkret və çox qısa zaman ərzində vahid məzənnəyə keçid vəzifəsini qoyur. 



Dünya  təcrübəsində  milli  valyutaların  xarici  valyutalara  dəyişdirilməsinin 

ə

sas  təşkilat  modelləri  və  kağız-kredit  pul  dövriyyəsi  şəraitində  onlar  arasında 



valyuta məzənnələrinin müəyyənləşdirilmə modelləri də mövcuddur. Birinci model 

ona əsaslanır ki, dəyişmə prosesi dövlət müəssisələrində və ya bu məqsədlə vəkil 

edilmiş  bank  müəssisələrində  mərkəzləşir  və  dövlət  idarəetmə  orqanları  (mərkəzi 

banklar)  tərəfindən  müəyyənləşdirilir.  kinci  model  ona  əsaslanır  ki,  dövlət  milli 

valyutaların xarici valyutalara bilavasitə dəyişdirilməsində iştirak etməkdən əsasən 



 

54

yayınır  və  bu  əməliyyatları  valyuta  bazarına  ötürür.  Valyuta  məzənnəsi  prinsipcə 



bazar  yolu  ilə  və  mübadilə  olunan  valyutaların  tələb  və  təklifı  əsasında 

müəyyənləşməlidir.  Lakin  dövlət  mərkəzi  bankın  şəxsində  valyutaların  alqı-satqı 

ə

məliyyatlarının  köməyi  ilə  valyuta  məzənnəsinin  səviyyəsini  və  onun  dəyişmə 



hüdudlarının  tənzimləyir.  Üçüncü  model  nəzərdə  tutur  ki,  dövlət  valyuta 

ə

məliyyatlarında,  ümumiyyətlə,  iştirak  etmir  və  bütün  əməliyyatları  valyuta 



bazarına  ötürür.  Bu  halda  valyuta  bazarı  pul  vahidlərinin  mübadilə  nisbətlərini 

müstəqil şəkildə formalaşdırır. Bu zaman valyuta məzənnələri mərkəzi bankın heç 

bir müdaxiləsi olmadan bazar qüvvələrinin təsiri altında dəyişir. 

Birinci  model  qapalı  valyutalı  ölkələrdə  istifadə  olunur.  kinci  və  üçüncü 

model  isə  milli  pul  vahidlərinin  konversiya  edilməsini  müəyyənləşdirən  və 

müdafiə edən dövlətlər üçün xarakterikdir. 

Həm  üzən,  həm  də  qeyd  olunmuş  mübadilə  məzənnəsinin  məziyyətləri  və 

çatışmazlıqları  var.  Belə  ki,  inkişaf  etmiş  bazar  iqtisadiyyatları  olan  dövlətlər  öz 

valyutalarının  qeyd  olunmuş  paritetlərindən  tədrici  imtina  etdilər  və  dəyişmə 

hüdudları  ilə  məhdudlaşdırılmış  üzən  kurslar  sisteminə  keçdilər.  Mübadilə 

məzənnəsinin  yalnız  kortəbii  bazar  qüvvələrinin  fəaliyyətinə  əsaslanan  «təmiz» 

dəyişmələrindən istifadə etmək isə ona gətirib çıxarır ki, tez-tez baş verən valyuta 

devalvasiyaları yaranır, güclü qısamüddətli valyuta məzənnə dəyişmələri müşahidə 

olunur, real məzənnələrin «tarazlıq kurslarından» böyük uzunmüddətli kənaraçıx-

maları  baş  verir,  inflyasiya  və  büdcələrin  optimallaşdırılmasına  nəzərən  dövlətin 

«intizam» çatışmazlığı saxlanılır. 

Milli pul vahidinin mübadilə məzənnəsinin stadilləşdirilməsi paritet (alıcılıq 

qabiliyyəti)  və  mübadilə  kurslarını  yaxınlaşdırmağa  imkan  verir.  Bu  isə  açıq 

iqtisadiyyatda  stabilləşmənin  və  kapitalın  xarici  ticarət  əməliyyatları  sferasına 

axınının  dayandırılmasının  vacib  şərtidir.  Milli  pul  vahidinin  mübadilə 

məzənnəsinun  stabilləşməsi  kapitalın  möhtəkir  valyuta  dəyişmə  əməliyyatları 

sferasına  axınını  dayandırmağa  imkan  verir,  çünki  dayanıqlı  iqtisadiyyatda  bank 

ə

məliyyatlarında və gəlirlərində dempinq əməliyyatlarının yeri əhəmiyyətli dərəcə-




 

55

də  olmur.  Mübadilə  məzənnəsinun  stabilləşməsi  həmçinin  zərərli  eksportu 



azaltmağa  və  tamamilə  dayandırmağa,  əhali  və  təsərrüfat  subyektləri  tərəfindən 

milli pul vahidinə olan inamı möhkəmləndirməyə imkan verir. 

Lakin valyuta məzənnəsini stabilləşdirmək cəhdi xeyli valyuta ehtiyatlarının 

mövcudluğunu  tələb  etməklə  yanaşı,  həmçinin  bütövlükdə  pul-kredit  siyasətinin 

sərtliyinə və kompleksliyinə də yüksək tələblərin verilməsini nəzərdə tutur. Buna 

baxmayaraq, valyuta məzənnəsinin qeydiyyatı və ya stabilliyi eyni zamanda dövlət 

rəhbərliyinə də böyük siyasi dividentlər gətirə bilər. Bu, hər şeydən əvvəl onunla 

ə

laqədardır  ki,  müəyyən  zaman  müddəti  üçün  inflyasiyanın  dayandırılması  və  ya 



tamamilə  yox  olması  baş  verir.  Lakin  valyuta  məzənnəsinun  uzunmüddətli 

stabilliyinə  bir  sıra  faktorlar  mane  olur.  Bunlar  valyuta  ehtiyatlarının  olmaması, 

valyuta bazarının məhdudluğu və dağınıqlığı, möhtəkirlik səbəbləri üzündən milli 

valyuta məzənnəsinin həddən artıq aşağı düşməsidir. 

Valyuta məzənnəsi milli müəssisələrin və ya ayrıca dövlətin istehsal xərcləri 

(qiymətləri)  ilə  dünya  bazar  qiymətlərinin  dəyər  müqayisələri  üçün  alət  rolu 

oynayır.  Valyuta  məzənnəsi  xarici  iqtisadi  əməliyyatların  nəticəsini  kəmiyyət 

baxımından  ölçməyə  və  üzə  çıxarmağa  imkan  verir.  Ona  görə  də  müxtəlif  ölkə 

valyutalarının  dəyər  nisbətini  əks  etdirən  valyuta  məzənnəsi  ekvivalent  mübadilə 

üçün  mühüm  əhəmiyyət  kəsb  edir,  digər  faktorlarla  yanaşı  ixrac  və  idxal 

qiymətlərinin nisbətinə, birliklərin, müəssisə və şirkətlərin rəqabətə davamlılığına 

və gəlirinə təsir göstərir. 

Qeyd olunmuş valyuta məzənnəsi dövləti məcbur edir ki, nə olursa olsun, bu 

məzənnəsi müəyyən səviyyədə saxlasın. Qeyd olunmuş valyuta məzənnəsi istehsal 

və mübadilədə dəyişikliyə uğramış beynəlxalq şərtlərə uyğun gəlməyən strukturları 

və  tənasübləri  konservləşdirir  və  nəticədə  xarici  faktorların  daxili  iqtisadiyyata 

bilavasitə təsirinə mane olur. 

Valyuta kurslarının dayanıqlığı iki əsas şərtdən asılıdır: 

*dövlətlər arasında ödənişlərin balanslaşdırılması; 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə