Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 

62

Valyutanın  tənzimlənmə  tədbirlərinin  keçirilməsi  zamanı  aşağıdakılar  da 



nəzərə alınır: 

*ticarət  balansının  vəziyyəti.  Ticarət  balansının  kəsiri  idxalın  ödənilməsi 

üçün dövləti xarici valyuta almaq məcburiyyətində qoyur və valyuta məzənnəsinin 

aşağı  düşməsinə  gətirib  çıxarır.  Müsbət  saldo  isə,  əksinə,  milli  valyuta 

məzənnəsinin qalxmasına səbəb olur; 

*kapital  hərəkətinin  saldosu.  Bu  onunla  əlaqədardır  ki,  xarici  kapitalların 

ölkəyə axını onun valyuta məzənnəsini qaldırır. Lakin faiz ödənişlərinin əks axını 

ilə əlaqədar olaraq, bu faktor perspektivdə əks tendensiyaya gətirib çıxara bilər; 

*inflyasiya  səviyyəsi  və  inflyasiya  gözləmələri.  Ölkədə  inflyasiya  səviy-

yəsinin  digər  ölkələrə  nəzərən  qalxması  onun  valyuta  məzənnəsinu  aşağı  salır  və 

ə

ksinə. 


Ticarət balansı ödəniş balansında əsas yer tutur. Ona görə də ödəniş balan-

sının  cari  əməliyyatları  əks  etdirən  maddələri  milli  pul  vahidinin  valyuta 

məzənnəsina daha çox təsir edirlər. Cari ödəniş balansının kəsiri dünya bazarında 

yerli mal və xidmətlərin aşağı rəqabətədavamlılığını və həmin ölkənin vətəndaşları 

üçün  xarici  malların  daha  cəlbedici  olduğunu  göstərir.  Bu  isə  dövlətin  xarici 

borcunun  artımına  və  milli  pul  vahidinin  dəyişmə  məzənnəsinun  azalma 

tendensiyasına  gətirib  çıxarır.  Lakin  burada  əsas  rol  ixrac  və  idxal  mallarının 

qiymətlərinin elastikliyinə məxsusdur. Bu isə о deməkdir ki, idxal mallarına tələb 

qeyri  elastiki  olarsa,  milli  valyutanın  dəyişmə  məzənnəsinun  düşməsi  ölkənin 

ticarət  balansını  kəskinləşdirə  bilər.  Ticarət  balansının  saldosu  ilə  milli  pul 

vahidinin  valyuta  məzənnəsinun  enməsi  və  ya  qalxması  arasındakı  asılılıq  səkil 

2.1. -də göstərilmişdir.  

               

         

+    S 

                                  b 



 

         0                                                                        T 




 

63

 



        -                        a 

 

Şə



kil 2.1. Ticarət balansı saldosunun (T) və valyuta məzənnəsinun 

 (S) qarşılıqlı asılılığı 

 

Ə

gər  idxal  olunan  mallara  tələb  ixrac  mallarının  təklifindən  daha  sürətlə 



artarsa,  milli  valyutanın  qiymətdən  düşməsi  məyyən  dövr  üçün  ticarət  balansının 

kəskinləşməsinə  səbəb  olacaq  (a  əyrisi).  Ticarət  balansının  saldosunun  dəyişməsi 

göstərir  ki,  milli  pul  vahidinin  valyuta  məzənnəsinun  enməsi  0  nöqtəsində  baş 

vermişdir.  Lakin  istehlakçılar  idxal  mallarını  almaqda  davam  edir,  milli  mal 

istehsalçıları  isə  ixracı  hələ  artırmırlar.  Bu  səbəbdən  də  ticarət  balansı  pisləşir. 

Milli pul vahidinin valyuta məzənnəsinun artması və idxal mallarına qeyri elastiki 

tələbin saxlandığı (b əyrisi) zaman idxal xərclərinin azalması baş verəcək. Əgər bu 

halda  idxal  kimi  ixrac  da  sürətlə  azalmasa,  ölkənin  ticarət  balansı  yaxşılaşacaq. 

Lakin  ixrac  və  idxalın  qeyri  elastikliyi  zaman  da  valyuta  bazarı  stabil  qala  bilər, 

çünki  milli  pul  vahidinin  tələb  və  təklifini  formalaşdıran  bir  çox  başqa  faktorlar 

mövcuddur. 

Mərkəzi  banklar  valyuta  siyasətini  milli  pul  vahidlərinin  bazar  (tarazlıq) 

məzənnəsinun  müdafiəsi  üzrə  həyata  keçirirlər.  Onların  valyuta  bazarındakı  əsas 

rolu milli pulların kəskin kurs dəyişmələrinə yol verməməkdən, kursları bu və ya 

başqa sərhədlərdə saxlamaqdan ibarətdir. 

Valyuta  tənzimlənməsi  milli,  beynəlxalq  və  regional  səviyyədə  reallaşır. 

Dövlətlər  səviyyəsində  valyuta  tənzimlənməsi  Maliyyə  Nazirliyi,  Mərkəzi  Bank, 

valyuta  (maliyyə)  nəzarəti  orqanları  tərəfindən  aparılır.  Valyuta  tənzimlənməsi  - 

beynəlxalq  hesablaşmaların  və  valyuta  əməliyyatlarının  aparılması  qaydalarının 

dövlət  tərəfindən  müəyyən  olunmasıdır.  Birbaşa  valyuta  tənzimlənməsi 

qanunvericilik aktları vasitəsilə, dolayı valyuta tənzimlənməsi isə bazarın iqtisadi 



 

64

agentlərinin  davranışına  iqtisadi,  о  cümlədən  maliyyə-kredit  üsulları  ilə  təsir 



göstərmək yolu ilə həyata keçirilir.  

Valyuta-kredit  münasibətlərinin  beynəlxalq  miqyasda  tənzimlənməsində 

BVF-nin roluna aşağıdakıları aid etmək olar: 

-  BVF valyuta məzənnələri rejiminin dövlətlərarası tənzimlənməsini həyata 

keçirir; 

-

  SDR buraxmaq yolu ilə BVF şərtsiz likvid vəsait yaratmaq səlahiyyətinə 



malikdir. Bu vəsait isə tədiyə balansı kəsirinin ödənilməsinə şərait yaradır; 

-

  Fond qızılın demonetizasiyası siyasətinin icraçısıdır; 



-  Fondun  tənzimləmə  fəaliyyətinin  mühüm  istiqaməti  valyuta  məhdudiy-

yətlərinin aradan qaldmlmasıdır; 

-

  BVF  üzv  ölkələrə  kredit  verməklə  beynəlxalq  valyuta-kredit 



münasibətlərinin tənzimlənməsində iştirak edir; 

BVF  daim  üzv ölkələrin  makroiqtisadi  siyasətinə və dünya  iqtisadiyyatının 

qurumuna təsir və nəzarət edir. 

 

 



FƏS L 3. 

Makroiqtisadi proseslərin dövlət tənzimlənməsində pul 

və məzənnə siyasətinin təsir gücünün artırılması və bu 

sahədə mövcud perspektivlər

 

 

3.1. Makroiqisadi tənzimləmədə pul-kredit mexanizmlərinin 

rolunun gücləndirilməsi 

Pul-kredit  siyasəti  başlıca  olaraq  dəyər  amilləri  vasitəsilə  makroiqtisadi 

parametrlərə:  iqtisadi  artıma,    məşğulluğa,  qiymətə,  tədiyyə  balansına  təsir 

göstərilməsini özündə əks etdirir. 

Bazar  iqtisadiyyatının  dövlət    tənzimlənməsində  pul-kredit  metodları  XX 

ə

srin  30-cu  illərinə  qədər,  demək  olar,  praktik  əhəmiyyət  kəsb  etməmişdi.  Bu 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə