Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 

52 


 

etdiyimiz  poladəritmə  sənayesi  buna  misal  ola  bilər.  Başqa  bir  misal  kimi 

toxuculuq sənayesini göstərmək olar. Belə ki, toxuculuq sənayesinin təhlili göstərir 

ki,  bu  cür  proqnozlar  problem  xarakteri  daşıyır.  Eləcə  də  standartlaşmış  istehsаl 

texnikası  ilə  zahirən  irəli  gedən  köhnə  sənaye  texniki  tərəqqi  yolu  ilə  yenidən 

qurula  bilər  ki,  bu  da  yalnız  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələr  üçün 

xarakterikdir. 

Bazarın  sənayeləşməsi  yuxarıda  nəzərdən  keçirilən  struktur  dəyişikliyini 

möhkəmləndirə  bilər.  Inkişaf  etmiş  ölkələrin  sənayeləşməsinin  beynəlxalq 

miqyasda struktur dəyişikliyinin istiqamətinə necə təsir edə bilməsi məsələsi açıq 

qalır.  Yalnız  bir  məsələ  aydındır  ki,  beynəlxalq  əmək  bölgüsünün  ənənəvi 

ixtisaslaşma nümunəsi zəifləyir. Lakin bu o demək deyil ki, ölkələr eyni cür inkişaf 

etməli  və  ümumi  bərabərliyə  gəlməlidirlər.  Dünya  təsərrüfatı  bu  gün  belə  bir 

haldan  uzaqdır.  Lakin  onu  da  göstərmək  olar  ki,  ayrı-ayrı  bazarlarda  inkişaf 

üstünlüyünə  əvvəlkinə  nisbətən  az  bir  vaxtda  nail  olmaq  lazımdır.  Bu  isə,  öz 

növbəsində  innovasiya  yarışının  güclənməsinə  aparıb  çıxarır.  Nəticədə  struktur 

dəyişikliyi nəinki ləngimir və əksinə, daha da sürətləndirilir. 

Gələcək  struktur  dəyişikliyi,  vahid  meylin  müəyyənləşdirilməsi  mümkün 

deyildir. Bir məsələ aydındır ki, struktur inkişaf nümunəsi müxtəlif olacaqdır. Ola 

bilsin  ki,  sektorial  yanaşma  öz  əhəmiyyətini  itirmiş  olsun.  Lakin  iqtisadi  siyasət 

baxımından sektorial dəyişmə öz əhəmiyyətini hər halda saxlayacaqdır. 

Bazarın  beynəlmiləlləşməsinin  artması  ilə  əlaqədar  kənardan  struktur 

dəyişikliyi üçün təkanlar əmələ gəlir və onları proqnozlaşdırmaq və nəzarət etmək 

çətin olur. Ümumiyyətlə, struktur dəyişikliyi qismən müəssisə sferasına tərəf yerini 

dəyişir. Sahə üçün spesifik olan fərziyyə daha mühüm yer tutmur. Müxtəlif inkişaf 

istiqamətləri  heç  bir  tərəfə  meylli  olmur.  Məhz  bu  cür  yanaşma  struktur 

dəyişikliyini mürəkkəbləşdirir. 

Ticarət sahəsində də struktur dəyişikliklərinin olması mühüm əhəmiyyət kəsb 

edir.  Keçid  iqtisadiyyatı  şəraitində  yaşayan  ölkəlor  üçün  bu  daha  incə  və 

mürəkkəb  məsələdir.  Xarici  kapitalın  tüğyan  etdiyi  ölkələr  daha  çox  ehtiyatlı 

olmalıdır.  Əgər  əmtəə  istehsalçısı ölkənin  əsas tələbini ödəyirsə,  həmin  əmtəənin 



 

53 


 

ixracını  qadağan  etməyə  bilər.  Bu  tələb  isə  ondan  ibarətdir  ki,  standart  və 

normaların  qarşılıqlı  qəbul  edilməsi  prinsipləri  müəssisələrin  sərbəst  yer  seçimi 

ə

həmiyyət kəsb edir. Gələcəkdə hər bir ölkə xarici iş adamlarının müəyyən icazəyə 



malik  olduqları  tərzdə  onlara  məhdudiyyətsiz  mədən  və  müəssisələrin  açılmasına 

icazə vermək məcburiyyətində qalacaqdır. 

Bu  cür  inkişaf  bazarda  tələb  yaradır,  struktur  dəyişikliyi  isə  yeni  təkan  alır. 

Bunun  struktur  dəyişikliyinə,  xüsusən  də  milli  struktur  siyasətinə  müdaxiləsinin 

məhdudlaşdırılmasına  və  ya  gemşləndirilməsinə  təsirini  qabaqcadаn  görmək 

çətindir.  Ayrı-ayrı  ölkələrin  inkişaf  səviyyəsində  fərqlər  hələ  böyükdür,  ticarətdə 

struktur siyasətinə tələbаt hər yerdə eyni deyildir. Digər tərəfdən, ayrı-ayrı dövlət 

tədbirlərinin  çoxcəhətliliyi  müsbət  və  mənfi  nəticələr  verə  bilər.  Ölkələr  arasında 

vahid  bazar  və  iqtisadı  fəaliyyətin  tamamilə  liberallaşdırılması  tənzimlənmə 

probleminə  yeni  yanasmanı  tələb  edir.  Bir  ölkə  üçün  əlverişli  olan  norma  və 

standartlar  digər  dövlətlərdə  qəbul  edilən  zaman  tənzimlənmənin  səbəbləri  öz-

özlüyündə neytrallaşsa da, onun xarakteri dəyişir. 

Məlum  olduğu  kimi,  Azərbaycan  iqtisadiyyatı  əzablı  yollar  keçib,  indi  nisbi 

sabitlik  mərhələsinə  daxil  olmuşdur.  Indi  onun  inkisafında  keyfiyyət  dəyişmələri 

baş  verir.  Qiymətlərin  liberallaşdırılması,  təsərrüfat  əlaqələrinin  sərbəstliyi  başa 

çatıb.  Özəlləşdirmə  prosesi  özünün  ikinci  mərhələsindədir.  Özəl  sektorun  payı 

ÜDM-da  50%-ə  qədər  yüksəlib.  Maliyyə  sabitliyi  bərpa  olunub.  Bazar 

iqtisadiyyatının  Azərbaycan  üçün  effektli  forma  olduğu  sübut  olunub.  Belə  ki, 

qarşıda  duran  struktur  dəyişiklikləri  üçün  yeni  kompleks  tədbirlər  proqramı 

hazırlamaq zərurəti meydana çıxır. 

Struktur  yeniləşmənin  əsas  mahiyyəti  köhnə  formalaşmış  səmərəsiz istehsalı 

bazar  iqtisadiyyatı  səviyyəsinə  uyğun  olaraq  rəqabət  qabiliyyətli  və  effektli 

istehsalа çevirməkdən ibarətdir. Bu istiqamətdə istehsalın aşağı düşmə  meyllərini 

dayandırıb,  yüksək  templə  artan  istehsal  və  istehlak  tələbatını  ödəmək,  uyğun 

olaraq  stabil  iqtisadiyyat  və  ayrı-ayrı  sahələrini  böhran  vəziyyətindən  çıxarıb 

effektli və rəqabətqabiliyyətli, dinamik inkişaf meylini təmin etmək lazımdır. 




 

54 


 

Sahələrarası  və  strukturunda  keyfiyyət  dəyişmələri  tələbata  uyğun  olaraq, 

rəqabətə  tab  gətirən  və  əhalinin  sosial  tələbinə  uyğun  olaraq  dəyişmə 

istiqamətlərini müəyyən edir. Təbii olaraq, bəzi fəaliyyət növlərinin məhvi və daha 

çox  mütərəqqi  strukturların  yaranması  zəruridir.  Struktur  dəyişikliklər  və  iqtisadi 

artım uzunmüddətli kapital tutumlu problemdir. Bu proseslərin sürət tempi bir sıra 

amillərin təsirindən fоrmalaşır: 

- Idarəetmə  strukturlаrının  dəyişməsi,  mülkiyyət  münasibətlərinin  yeni 

forması və qanunverici normativlərin sürətləndirilməsi və reallığı;  

- Investisiya 

normaları, 

iqtisadiyyatın 

transfоrmasiyasında 

kapital 


qoyuluşunun sürəti və effekti;  

- dövlətin proteksionist siyasətinin parametrləri. 

Azərbaycanda  struktur  dəyişikliklərin  özünəməxsus  spesifikası  vardır.  Ilk 

növbədə struktur dəyişikliklər sоsial sahələrin və sosial tələbatın ödənilməsi üçün 

lazım  olan  tədbirlərin  üstünlüyü  ilə  baş  verməlidir.  Ikincisi,  struktur  siyаsət 

xammal  mənbəyi olan Azərbaycandan daha çox ilkin xammalın ixracına və hazır 

məhsulun  idxalına  gətirib  çıxara  bilər.  Bu  meyllərin  aradan  qaldırılması  üçün 

investisiyanın tənzimlənməsi tədbirləri həyata keçirilməlidir. 

Üçüncüsü, struktur siyasətin xarici ölkələrin mаliyyə vəsaiti və daxili maliyyə 

resurslarının qıtlığı şəraitində, sərt maliyyə-kredit siyasəti daxilində özünəməxsus 

çətinlikləri  və  məhdudiyyətləri  mövcuddur.  Bu  da,  öz  növbəsində  əlavə  emissiya 

siyasətini  məhdudlaşdırır  və  maliyyə  imkanlarını  azaldır.  Kapital  qoyuluşunda 

inhisarçılıq meyllərini və kriminalizmi artıra bilər. 

Keyfiyyətcə  yeni,  effektli  iqtisadiyyatın  yaradılması  mərhələsi  kimi  1998-

2003-cü  illərdə  iqtisadiyyatın  struktur  siyasəti  və  iqtisadi  artım  konsepsiyası 

mövcud  iqtisadi  və  sosial  vəziyyətin  nəzərdə  tutulan  istiqamətdə  transformasiya 

layihəsi kimi qəbul olunur. Bu layihənin tərtibi və istifadə mexanizmi formalaşmış 

və meyllərin aktiv formada dəyişdirilməsi yollarını əhatə edir. 

Struktur dəyişikliklərin və iqtisadi artım konsepsiyasının ilkin şərtini büdcə və 

vergi  sahələrinin  stabilləşdirilməsi  və  vergi  yığımı  sahəsində  normativ  bazanın 

möhkəmləndirilməsi təşkil etməlidir. Bu gün bu siyasət dövlət büdcəsinin, yerli və 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə