III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1035
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Məlumdur ki, “Dil qaydaları” məzmun xəttinə uyğun verilən məlumatlar şagirdlərin
nitq qabiliyyətlərinin formalaşmasında başlıca vasitə rolunu oynayır. Bu biliklər dil və nitq
bacarıqlarının şüurlu mənimsənilməsində və praktikada avtomatlaşdırılmış vərdişlər halını
almasında ən vacib element kimi çıxış edir. Ona görə də bütün məzmun xətləri dil qaydaları
ilə inteqrativ bağlılıqda işlənilməlidir. Linqvistik anlayış və kateqoriyaların vahid yanaşmada
şərhi bu əlaqəni gücləndirməklə bərabər, şagirdlərin həmin qaydanı dərindən və anlaşıqlı
mənimsəməsinə imkan yaradır. Təbii ki, şagird sözlərin nitq hissələri üzrə təsnif edilməsinin,
feilin şəkillər və növlər üzrə dəyişməsinin və s. səbəblərini bilmədən keçilən mövzunu yenə
də yaddaşında mexaniki saxlamaqla kifayətlənəcəkdir. Bəzən bir sinifdə bu bölgünün
mahiyyəti açıqlanıb digər sinif dərsliklərində nəzərdən qaçırılırsa, yekunda gözlənilən nəticə-
lərin tam əldə olunmasını qeyri-mümkün edir.
3. Dilin nəzəri və təcrübi mahiyyət daşıyan sahələri arasında məntiqi bağlılıq bütün
mövzularda gözlənilməlidir.
Şagird dilin fonetik, leksik, qrammatik xüsusiyyətlərini bilməkdən əlavə, lüğətlərlə işlə-
mək, orfoepik, orfoqrafik, punktuasiya bacarıqlarına düzgün riayət etmək vərdişləri qazanma-
lıdır. Bu vərdişlər isə yazılı nitq prosesində reallaşdırılır. Dərsliklərdə yazı bacarıqları ilə tap-
şırıqların oxu vərdişlərindən sonra, linqvistik vərdişlərin yaradılması məqsədilə verilən çalış-
malardan əvvəl verilməsi bir məntiqsizlik yaradır. Movcud yanaşma tələb edir ki, dil dərsləri
dinləyib anlama prosesi ilə başlayıb yaradıcı yazı işləri ilə tamamlanmalıdır, əks-təqdirdə yeni
sistem də ənəvi təlim modeli kimi aktuallığını itirəcəkdir.
Beləliklə, deyilənlər bunu söyləməyə əsas verir ki, orta təhsil səviyyəsində, yəni V-IX
siniflərdə Azərbaycan dilinin linqvistik əsaslarının müəyyən sistem və ardıcıllıqda işlənilərək
verilməsi onun mənimsənilmə keyfiyyətinə təsir göstərən mühüm amildir. Ona görə də fənn
proqram və dərsliklərinin təkmilləşdirilməsi zamanı bu amil diqqət mərkəzində saxlanılmalıdır.
MÜASİR EKOLOJI TƏHSİLDƏ MÜTƏXƏSSİSHAZIRLIĞI
VƏİNTELLEKTUAL MÜHİT AMİLİ
Bilqeyis QULİYEVA
Dağıstan Dövlət Pedaqoji Universitetinin
guliev@mail.ru
AZƏRBAYCAN
Ekoloyi təhsil resurslarının inkişafı müasir dövrun aktual problemidir. 2012-ci ildə BMT-
nin Rio+20 konfransında ekoloji təhsil davamlı inkışafın ən başlıca vasitəsi kimi bir-mənalı
qəbul edilmişdir.
Azərbaycanda ekoloji sahə üzre xeyli zəruri addımlar atılmışdır. Azərbaycan aparıcı
beynəlxalq müqavilələrə üzvdür, əhəmiyyətli milli ekoloji qanunlar qəbul edib və qlobal eko-
loji narahatlıqları milli siyasət və proqramlarında əks etdirmişdir. Son illərdə Azerbaycanda
İDEA (İnternational Dialogue for Enviromental Action) ictimai birliyi bir sıra ekoloji ma-
ariflendirmə təşəbbüsləri həyata keçirir. «Usaqlar üçün ekoloji laboratoriya» adlı ilk lahiyesi
5- 12 yaşlı usaqların ekoloji maarifləndirilməsi məqsədi daşıyır.
Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın və mədəniyyətin «ekologiyalaşması» baxımın-
dan ekoloji biliklər təkcə təbiətdən istifadə sahəsində bilik və informasiyalarla məhdudlaşmır.
Bas verə biləcək ekoloji böhranların qarsının alınmasında daha məhsuldar və perspektivli təsir
imkanları eko-təhsil metodların rolunun artırılmasını tələb edir.
Bu baxımdan eko-tehsil sahəsində müasir metodiki bazanın formalaşdırıılması ən aktual
məsələlələrdən biri kimi qəbul olunmalıdır. Məsələn ümumi maarifləndirmədən fərqli olaraq,
təhsil prosesində meşə –təkcə oduncaq və oksigen mənbəyi kimi başa düşülə bilməz. Göbə-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1036
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ləklər, giləmeyvəler və diğər mesə nemətləri bioiqtisadiyyatda əsas rol oynayır və onlar mesə
regionlarının əhalisi üçün mühümdür. Bu region əhalisi üçün elm hansı töhvəni verməlidir?
Sualı yaranır. Təcrubələr isə çox müxtəlifdir. Misal üçün, Avropa tədqiqat lahiyələri çərçivə-
sində çalışan alimlər əldə etdikləri məlumatlar əsasında məhsulların proqnozlaşdırılması siste-
mini işləyib hazırlamışlar. Finlandiya əhalisinin yarısı bu sistemdən istifadə edir. Başqa sozlə
insanlar mesə nemətlərindən səxsi istehlak və ya emal müəssisələrinə satışı ücün bu infor-
masiya sistemindən faydalanır. Finlandiyanın Mesə təsərrüfatı institutunun məlumatları-na
görə yabanı nemətlərin avropa bazarının həcmi 2,5 mlrd.dollardan artıqdır. Bu gəlirlərin artı-
rılması və təbiətin qorunması isə elmin öhdəsində qalır. Mesələrin öyrənilməsi sahəsində bi-
liklərin inkişafı belə regionlarda əhalinin eko-iqtisadiyyata və daha sağlam ətraf mühit yara-
dılmasına daha bir addım yaxınlaşdırmış olur.
Zənnimizcə, bu kimi qabaqcıl dünya praktikası Azərbaycanda eko-təhsilin inkişafı
baxımından aşagıdakı əsas vəzifələri aktuallaşdırır:
Eko-təhsilin və maarifləndirmənin cəmiyyətin davamlı inkişafı ilə vahid prosesdə
baxılması;
Eko-mədəniyyət və gənc nəslin eko-təfəkkürünün formalaşması və bu məqsədlərə
yönələn müvafiq əlavə təhsil imkanlarından istifadə;
Eko-tərbiyə və təhsiin innovasiya və informasiya texnologiyalarının tətbiqinin
genisləndirilməsi;
Eko-təhsilin inkişafında interaktiv metodlarının tətbiqi və ali məktəblərdə ekoloji
fənnlərin tədrisi metodikasının inkişafı.
Hazırda Azərbaycanda tədris muəssisələri və müxtəlif təşkilatlar tərəfindən ekoloji aksi-
yalar həyata kecirilir. Ekoloji tədbirlərdə iştirakın stimullaşdırılması, tədris və istehsalat prak-
tikasının nəticə yonümlüyünə nail olunması və tədqiqat işlərinin inkişaf etdirilməsi kimi məq-
sədləri birləsdirən kompleks tədbirlərin həyata kecirilməsi zəruridir. Bütün bunları nəzərə alan
eko-təhsil kosepsiyası hazırlanmalı və tədris modulları müəyyənləşdirilməlidir.
Bu baxımdan eko-təhsil cəmiyyətimizin davamlı inkişaf modelinə keçidinin və ətraf
mühitin qorunması sahəsində fəaliyyətin prioriteti və təminedici tərkib hissesi olmalıdır. Xü-
susilə nəzərə alınmalıdır ki, Azərbaycan zəngin mədəni və tarixi ənənələrini bugün davam
etdirir ve iqtisadi cəhətdən inkişaf edir. Bu ənənələrin eko-təhsilin inkişafı ilə zənginləşdiril-
məsi və müasirləşdirilməsi zəruridir. Belə bir inkişaf səraitində beynəlxalq ekoloji konvensi-
yaların istirakcı dovlətləri ilə əməkdaşlığı genişləndirmək, eko-təhsil və eko-maarifləndirmə
sahəsində qabaqcıl dünya səviyyəsinə yaxınlaşma daha da aktuallasır. Eko-təhsile müasir dün-
yada artan tələbləri nəzərə alaraq, Azərbaycan məktəblərinin tədris planlarına müstəqil bir tədris
predmeti kimi ekologiyanın daxil edilməsi müasir mərhələdə məqsədəuygundur.
Ekoloji təhsil təkcə bilik və təcrubənin öturulməsi forması kimi deyil, eləcə də alternativ
ekoloji həyat tərzi kimi tətbiq olunmasına xidmət gostərməlidir. «Ekoloji təmiz» nəzər-nöqtə-
sinin formalaşması prosesində eko-təhsil təcrübəsının rolunun genişləndirilməsi müstəsna də-
rəcədə aktualdır.
Bu gün ekoloji biliklər təkcə bir informasiya bloku kimi movcud ola bilməz. Ekoloji
təhsilin inkişafı cəmiyyətin hərtərəfli inkişafının vacib sərti hesab olunmalıdır. Bu istiqamətdə
aşagıdakıları məqsədəuygun hesab edirik:
1. Eko-təhsil üzrə kadr hazırlıgında üç səviyyəli qarsılıqlı əlaqəni təmin edən konsepsi-
yanın formalaşdırılması - Azərbaycanda biomüxtəlifliyin qoruması strategiyası və ekoloji si-
yasət;Ortaümümtəhsil məktəblərində ekoloji təhsil ; Ali məktəb sistemində ekoloji təhsil.
2. Praktiki yonlülük eko-təhsilin əsas məsələsi olmalıdır.
«Ekologiya» təbiət və cəmiyyət elmlərinin inteqrasiyasında öyrərnilməlidir. Qabaqcıl
dövlətlərdə BMT İnkişaf Proqramının (UNDP) «Yasıl Məktəb» lahiyəsinin fakultətiv məktəb
məşgələləri siyahısına salınması Azərbaycanda ekoloji təhsilin rolunu və bu sahədə mütəxəs-
sis hazırlığını zəruri edir.