Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə131/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   127   128   129   130   131   132   133   134   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1031



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“ABBAS VƏ GÜLGƏZ” DASTANININ ŞİRVAN VERSİYASI 

 

Vüsalə MƏMMƏDOVA 

Folklor İnstitutu 



vusala3@mail.com 

AZƏRBAYCAN

 

 

Məhəbbət dastanlarından biri olan “Abbas və Gülgəz” dastanının çoxlu mətnləri yazıya 



alınıb. Bu mətnlərə əsasən demək olar ki, dastanın üç versiyası var. Birinci versiya Qərb ver-

siyasıdır ki, bu, həcmcə daha geniş, motiv tərkibinə görə zəngindir. Burada şeirlərin sayı da 

çoxdur.  

Dastanın ikinci versiyası, özünün bir çox xüsusiyyətlərilə fərqlənən, “Abbas” versiyasıdır.  

Üçüncü versiya, əsasən,  Şirvan bölgəsi üçün xarakterik olan Şirvan versiyasıdır.Bu 

versiyanın özünəməxsus xüsusiyyətləri, fərqli süjet xətti var. Həm süjet -kompozisiyası, həm 

də şeir tərkibinə görə maraqlı olduğundan, versiyanı təhlilə cəlb etmişik.  

Bu versiyanın iki variantı nəşr olunub ki, birincisi Şirvan aşığı Aşıq Şərbətdən toplanıb, 

ikincisi isə bir neçə aşığın “Nağıl dəftəri”ndən götürülüb ümumi şəkildə dərc edilib . Bu vari-

antları şərti olaraq, “Şərbət variantı” və “İkinci variant” adlandıracayıq. 

Qərb versiyasında olduğu kimi, Şirvan versiyasının da süjet xəttinin  əsasında buta 

motivi durur. Amma burada buta motivi fərqlənir. Belə ki, Qərb versiyasında Gülgəz Təbriz 

xanı Batmanqılınc Məhəmmədin bacısıdır , yuxuda onu  Abbasa buta verirlər.Aşıq Şərbət va-

riantında Abbas Məmməd vəzirin oğlu, Gülgəz Əhməd sövdəgərin qızı, “İkinci” variantda isə 

Abbas  Əhməd  şahın oğlu, Gülgəz  Nəhməd vəzirin qızıdır . Göbəkkəsmə olan əmiuşaqları 

sonradan yuxuda badə alırlar. “İkinci variant”da sevgililərin “alma ilə doğuluş” motivi də var 

ki, bu, digər versiya və variantlarda yoxdur.  

Süjetin əsas hadisələrinə başlanğıc verən ikinci Aşıq Abbas obrazı ilə bağlı epizod da 

sırf Şərbət versiyasına aiddir. Gülgəzlə Abbas həmin aşığı dinlədikdən sonra niyyət edib haqq 

yuxusuna gedərək badə alırlar. Lakin Abbas bu zaman haqq badəsini verənin qəzəbinə gələrək 

dili lal, qulağı kar olur. Bununla da, versiyanın daha bir xarakterik epizodu ortaya çıxır. Belə 

ki, Abbas öz dərdinə şəfa tapmaq üçün Bağdada yollanır. Amma Qərb versiyasında Abbasın 

ilk səfəri butasını axtarıb tapmaq üçünTəbriz istiqamətinə olur.  

Bağdad səfəri zamanı baş verən bir sıra hadisələr də bu versiya üçün səciyyəvidir. Qərb 

versiyasında  Şah Abbasın vəziri kimi təqdim olunan Sarı Xoca obrazı  “Şərbət variantı”nda  

Bağdad  şəhərinin vəziridir. Bu variantda Şah Abbasın vəzirindən söhbət getsə  də, adı 

verilmir, digər versiyalardan fərqli olaraq, şah onu cəzalandıraraq  şəhərdən uzaqlaşdırır. 

“İkinci variant”da isə, həm Sarı Xoca , həm də Allahverdi xan Şah Abbasın vəzirləridir. 

Onların el-el, oba-oba gəzib ölçüsünə qız axtardıqları “qızıl başmaq” motivi də ancaq Şirvan 

versiyası üçün xarakterikdir. Yolda rastlaşdıqları Keçəl obrazına Qərb versiyasında tam fərqli 

məqamla bağlı epizodda rast gəlinir. Burada digər fərqli obrazlar da var ki, Bağırbəyli Talım 

Qasım, Əli Bəzirgan, Veysəl Qara övladı kimi adlar bunlara nümunədir.  

Abbasın İsfahan səfəri da Şirvan versiyasında fərqlidir. Burada Abbasaın Xoca Yaqub 

quyusuna, və yaxud zəhərli quyuya salınması epizodu yoxdur. Abbas birbaşa İsfahana gəlib 

çıxır. 

Şah Abbasla qarşılaşma   “İkinci variant”da Qərb versiyası ilə bir qədər oxşar olsa da, 



“Şərbət variantı”nda qısa və fərqli şəkildə verilir.  

Şirvan versiyasının  şeirləri Qərb versiyasına nisbətən azdır. Bu versiyada Gülgəz də 

“badə” içdiyindən burada onun dilindən verilən  şeirlər daha çoxdur. Hətta dastanın digər 

versiyalarında rast gəlinməyən bayatı janrı da burada verilir.  

Şərbət variantında 16,  “İkinci variant” da isə 24 şeir var. Ancaq Şərbət variantında olan 

şeirlər “A biləndə xətt”, “Oyan”, “Oyanmaz” qoşmaları, “Yetirrəm ol yarə səni” gəraylısı,  son-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1032



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

da duvaqqapma yerində deyilən bayatılardır. Yalnız “İkinci variant”a aid şeirlər isə Bayatı jan-

rında olan bir şeir, ”Qaşları”, “Təzə şah gəlir”,  “İstərəm”, ”Bəs ağlamazmı-1” rədifli qoşma-

lardır.  

Şeirlərdən doqquzu sırf Şirvan versiyasına aid olan, hər iki variantda işlənən şeirlərdir. 

Bunlar  iki bayatı, “Gözlərəm səni”, “Yetir” ,“Gülgəz indi”, “Dayanma,gəl” gəraylıları, ”Bəs 

ağlamazmı-2”, “Durma, gəl”, “Ey şah”, “Üzəsən” qoşmalarıdırlar. Göründüyü kimi, burada 

eyni adda iki dənə ”Bəs ağlamazmı” şeiri verilir. Onlar fərqli məqamlarda söylənilən ayrı-ayrı 

şeirlər olduğundan nömrələnib. 

Digər  şeirlər Qərb versiyasının  şeirləridir ki, bunlardan dördünə  hər iki variantda rast 

gəlinir, qalanlarından Şərbət variantında olanları “İkinci variant” da yoxdur. 

 

 



ŞƏXSİYYƏT ZAMANIN VƏ MÜHİTİN MƏNGƏNƏSİNDƏ 

 

Xəyalə ƏFƏNDİYEVA 

Bakı Dövlət Universiteti 

elshenxeyale@box.az 

AZƏRBAYCAN 



 

Mühitlə barışa bilməyən insanın – şəxsiyyətin faciəsi mövzusuna dünya və Azərbaycan 

ədəbiyyatında dəfələrlə müraciət olunmuşdur.  Avropa ədəbiyyatında Hötenin “Gənc Verterin 

iztirabları”, Jorj Sandın “İndiana”, Somerset Moemin “Həyatımın yekununda”, Şarlotta Bron-

tenin “Ceyn Eyr”, Anna Brontenin “Qarlı  aşırım”, Stefan Sfeyqin “Dünənin dünyası”, Cek 

Londonun “Martin İden”, Herman Hessenin “Demian”, Puşkinin “Dubrovski” və s. əsərləri 

buna nümunə ola bilər.  

M.F.Axundzadənin “Aldanmış  kəvakib” povestindəki Yusif Sərrac, N.Vəzirovun 

“Müsibəti-Fəxrəddin” faciəsindəki Fəxrəddin, Ə.Haqverdiyevin “Bəxtsiz cavan” faciəsindəki 

Fərhad, C.Məmmədquluzadənin “Ölülər” əsərindəki İsgəndər və s. məhz bu cür – zamanın və 

mühitin məngənəsində boğulan işıqlı insanların bədii obrazlarıdır. Dünya ədəbiyyatında və 

milli ədəbiyyatımızda xüsusi aktuallıq kəsb edən şəxsiyyət və mühit, fərd və cəmiyət, dünya – 

insan – tale – zaman mövzusu çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Sey-

ran Səxavət qələmində də özünəməxsus çalarları ilə diqqəti çəkməkdədir.  

Seçilmişlərdən olmaq – seçkin insan taleyi yaşamaq alın yazısı kimidir. Yazıya pozu 

yoxdur. Hətta yazılıb, sonra pozulmuş adi bir söz də ən azından yazıldığı vərəqin yaddaşında 

qalır. Deməli, pozu fiziki anlayışdır və o, yazını fiziki, hərfi mənada poza bilsə də, mənəvi, 

yəni məzmun etibarı ilə poza bilmir. Yazıya pozu yoxdur deyəndə insanlar ta qədimdən alın 

yazısını nəzərdə tutmuşdur. Alın yazısı mistik təsəvvürlə bağlı olsa da, insanın keçdiyi ömür 

yolu ilə səciyyələndiyi üçün mistik təsəvvürlərdən daha çox mənəvi məzmuna malikdir. Alın 

yazısı yalnız o zaman mənəvi məzmun daşıya bilər ki, ömür yolunda qazanılanları qismətdə 

yox, zəhmətdə axtarmağı bacara biləsən. Bu isə  hər hansı ideologiyadan uzaq, son dərəcə 

milli və bəşəri keyfiyyətləri özündə birləşdirən yüksək əxlaqi və mənəvi tərbiyə tələb edir.  

Yazıya pozu olmasa da, Seyran Səxavətin “Persona non Qrata” əsərində sənət həqiqəti-

nin, min illərin sınağından çıxmış bu qədim həyat həqiqətinə meydan oxuması, müəllifin bu 

gözlənilməz, həm də bu yüksək vətəndaş  və  sənətkarlıq qayəsi ilə  təsvir etdiyi hadisələrin 

fonunda gəldiyi qənaət  ədəbi hadisə kimi ictimai marağa səbəb olacaqdır. Alın yazısı elmi, 

sənəti az məşğul etməmişdir. Qədim yunan, Şərq fəlsəfəsindən başlayaraq müasir fəlsəfə 

elminə  qədər çoxsaylı alimlər bu mövzunu tədqiq etməyə çalışsa da, gəldikləri qənaət, son 

nəticə müxtəlif ideologiyaların fonunda birmənalı qarşılanmamışdır. M.F.Axundov “Aldan-

mış kəvakib”də hökmdarı xilas etməkçün onun alın  yazısına edilən düzəliş, E.Heminqueyin 

“Qoca və dəniz” əsərində qoca balıqçının alın yazısı qədər, arzusunda olduğu balığı ovlamaq 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə