Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə127/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   123   124   125   126   127   128   129   130   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1023



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

yəndi adlı atının yavaş qaçmasından dolayı onu tuta bilmir və atdan düşərək, onu da düşməni 

kimi namussuz adlandırır və öldürür. Buna baxmayaraq, düşmən düşərgəsinə yaxınlaşır və 

İran ordusu ilə  təkbaşına savaşmağa başlayır. “Cezmi arkasını bir ağaca dayamış, kılıcıyla 



çarpışıyordu. Hatta yanına  en çok yaklaşan İranlının bir vuruşta kolunu yaralamış, ikinci vu-

ruşta atını, üçüncü vuruşta admın kafasını koparmıştı.”  

Cəzmi ona  verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Bu tapşırıqlardan biri də 

düşmən sərhədini keçib İran sarayında əsir kimi saxlanılan Adil Girayın yanına getmək, onun-

la birləşərək  İran  şahının bacısı  Pərihanla birlikdə çevriliş edərək Məhəmməd Xudabəndəni 

taxtdan salmaqdır ki, bu işə də heç bir şeydən çəkinmədən qol qoyan Cəzmi ağlı və düşüncəsi 

sayəsində, siyasətlə  və öncədən tədbir görərək paytaxta qədər asanlıqla gələ bilir. Namiq 

Kamal bu təsvirlərlə bir vətənpərvər insanda şücaət və qəhrəmanlıqla bərabər, siyasi zəkanın 

və tədbirli davranmağın əhəmiyyətini də göstərir. 

Əsəri tam şəkildə  təhlil etdiyimiz zaman vətənsevərlik, milliyətçilik məsələrinə geniş 

yer verildiyini, istər müsbət qəhrəmanların, istərsə  də  mənfi qəhrəmanların xarakterləri, on-

ların davranışları və bir-birilərinə münasibəti fonunda yazarın milli vətənpərvərlik düşüncəsi-

nin yaranması üçün müxtəlif təsvirlərdən yararlandığını görürük. 

 

 

OĞUZ QRUPU TÜRK DiLLƏRiNDƏ TOY- MƏRASiM LEKSiKASI 



 

İlahə MUSAYEVA  

Sumqayıt Dövlət Universiteti 



i.musayeva83@mail.ru 

AZƏRBAYCAN



 

 

Mərasim leksikası hər bir xalqın zəngin folklorunun,etnik özünəməxsusluğunun bir çox 



mühüm  cəhətlərinin göstəricisidir. Bir kökdən təşəkkül tapan,ortaq tarixə malik olan türk 

dillərinin leksik qatına nəzər salsaq,etnosun yaradıcı  təfəkkürünün məhsulu olan mərasim 

leksikasının yetərincə zənginliyinin şahidi olarıq. Zəngin milli mənəvi dəyərlərə,tarixə malik 

türk xalqlarının xalqın həyat tərzi və məişəti ilə əlaqədar olaraq olduqca maraqlı mərasimləri 

vardır. Ailə-məişət mərasimləri içərisində milli adət-ənənələrə, dini inanclara söykənən toy 

mərasimi mühüm əhəmiyyət kəsb edir.    

Qədim türk leksik vahidi olan “toy”sözü qədim türk yazılı abidələrində müxtəlif məna 

çalarlarında işlənmişdir. Məsələn:.  Ə.Rəcəbov,Y.Məmmədovun ” Orxon- Yenisey abidələri” 

kitabında  Bilgə xaqan abidəsinin şimal tərəfindəki yazıda bu söz “törün”formasında toy, dü-

yün, qonaqlıq anlamında verilmişdir: Mən türgis kağanğa kızımın ertənü uluğ törün alı bitir-

dim. Mahmud Kaşğari Divanında ”törü” sözünün nizam, adət-ənənə, törədilmək, yaradılmaq 

mənalarında izahını vermişdir. Toy sözünün isə bir neçə omonim variantı verilmişdir: ordugah, 

dərman düzəldilən bir ot, qab-qaçaq düzəldilən çamur, toy quşu (cigilcə),dovdaq və doymaq 

mənasında. 

Türkmən dilinin sözlüyündə toy-Birinin ya da bir zadın hatırasına edilyan bayram,toy-

tamaşa kimi izah olunur. Türkmənlərin soy kitabı olan Əbülqazi Bahadır xanın ”Şəcərei-

Tərakimə”-də” toy” leksemi yığıncaq, ziyafət mənalarında işlənmişdir: Uşağın bir yaşı olanda 

Qara xan eli çağırdı və ulu toy elədi.  

  Kitabi Dədə Qorqud abidəsində də toy leksik vahid olaraq ziyafət, mərasim, qonaqlıq, 

siyasi yiğıncaq anlamlarını ifadə edir:” Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, 

Oguz bəglərini qonaqlardı. Ulı toy elə, hacət dilə! Beləliklə, Oğuznamələrə  nəzər saldıqda 

şahid oluruq ki, ümumtürk yazılı abidələrdə ,”toy”sözü ümumilikdə  hər hansı bir məqsədlə 

keçirilən yığıncaq,  şənlik, mərasim mənalarında işlənmişdir. Evlənmə, ailə qurma anlamına 

gəldikdə isə tarixən toy sözü düyün sözü ilə birlikdə toy-düyün formasında mürəkkəb söz şək-

lində işlənmişdir.   



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1024



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Düyün sözü isə  məlum oldugu kimi qədim türk sözü olan tüg-düy,düymələmək, 

bağlamaq,tügün-düyün felindən əmələ gəlmişdir. Düyün mərasim olaraq iki qəlbin bir-birinə 

bağlanması, düyünlənməsi anlamındadır. Müasir Azərbaycan dilində düyün ifadəsi tədricən 

öz işləkliyini itirərək arxaikləşmiş,dilimizdə toy şəklində sabitləşmişdir. Ümumiyyətlə, türkün 

ailə quruculuğunda yerinə yetirilən adətlər dini inancların, milli mənəvi dəyərlərin 

təzahürüdür. Oğuz qrupu türk dillərinin etnoqrafiyasına nəzər salsaq qədim adət  ənənələrə 

söykənən toy mərasimi ilə bağlı leksik qatın zənginliyinin  şahidi olarıq. Təkcə toy leksemi 

vasitəsilə morfoloji və sintaktik yolla yaranan sözlərin sayı kifayət qədərdir. Müasir 

Azərbaycan dilində toybabası, toybaşı, toybəyi (toya nəzarət edən,toyu idarə edən şəxs ), toy-

bayram, toy-mağar, toy-nağara (ümumilikdə çalğı alətləri), toy-düyün (toy məclisi),  toy 

xərci, qız toyu, böyük toy, kiçik toy(sünnət toyu),toy gecəsi, toyxana,toy havası(toyda çalınan 

musiqi),toy payı(toy hədiyyəsi) kimi toy prossesində istifadə olunan ifadələr vardır.                                         

Türkmən dilində də bu sözlə bağlı bir çox düzəltmə və mürəkkəb sözlər,söz birləşmələri 

geniş  işlənmə imkanına malikdir. Toyçu sözü bu dildə bizim dildən fərqli olaraq çalğıçılar 

dəsti yox,toya gedən və ya gələn adam anlamında işlənir. Toyhana-toy edilən yer;toylamak –

toy etmək; toylanmak-toy edilmək,gelin toyı-qız toyu mənalarında türkmən dilinin 

leksikasında işlənir.Geneş toyı- toy etməzdən əvvəl edilən məsləhətdir ki,bu mərasim zamanı 

qız evinə əvvəlcədən xəbər olunur, toyun günü, toy xərcləri haqqında razılığa gəlinir. Bizim 

dildə bu mərasim. toyu danışmaq adlanır.    

Qaqauz türkcəsində tarixən türk dillərində  işlənən “dügün” sözü öz semantikasını 

qoruyaraq,qaqauz dilinin ədəbi dil normalarına uyğun olaraq,”düün”formasında işlənir.Düün 

qejesi-toy gecəsi,düün rubası-toy libası,düünju-toya gələn qonaq,düünjülük etmə-toyda iştirak 

etmək, düün sofrası-toy süfrəsi kimi ifadələr toy prossesi zamanı istifadə olunan ,düün 

sözündən yaranan ifadələrdir. Qaqauz leksikasında istifadə olunan düüna çaarmak toya 

çağırmaq mənasında işlədilir.Qaqauz  türklərində bu adət maraqlı  məqamları ilə diqqət 

çəkir.Belə ki,toya qonaqları  dəvət etmək üçün qohum və ya ailənin yaxınlarından xüsusi 

şəxslər-dunurju seçilir. Toya dəvətə gedənlər xüsusi libaslar geyinir. Həmçinin xüsusi olaraq 

atın üzərinə xalça salınaraq bəzədilir. 

Toy mərasimi ilə bağlı olan sözlərdən biri də “elçi” sözüdür. Elçilik toy mərasiminin ən 

birinci və başlıça mərhələsidir ki, toy mərasimi elçiliklə başlanır. Azərbaycan dilinin izahlı 

lüğətində elçi sözünün - bir dövləti başqa bir dövlətdə  təmsil edən diplomatik nümayəndə, 

oglan və ya onun adamları tərəfindən qız istəmək üçün göndərilən şəxs, müəyyən məqsədlə 

və ya rəsmi danışıqlar üçün bir yerə göndərilən şəxs, müjdəçi, xəbər gətirən  səxs kimi izah-

ları verilmişdir. Qədim türk  leksik vahidi olan elçi termini demək olar ki,bütün türk dillərində 

eyni anlamda izah olünür.Azərbaycan dilində bu terminlə bağlı elçi düşmək, elçilik, elçi 

daşı(nağıllarda padşah qızının elçiliyinə  gələnlərin oturması üçün saray meydanını qoyulan 

xüsusi daş) kimi ifadələr Türkmən dilinin sözlüyündə “ilçi”sözü Yokarı dereceli diplomatik 

vekil kimi izah olunur. Qaqauz dilində bu mərasimin ikinci mərhələsi SOZ adlanır. Qız evinə 

dünürjü başı, aarajı(araçı) və konuşçudan(söhbəti edən) ibarət nümayəndə gedir. Yox cavabını 

almamaq üçün mərasim birinci mərhələdə razılaşdırılır. Elçilik üçün qaqauzlarda dini 

inanclara görə uyğun gün şənbə,bazar günləri sayılır.Soz mərasimi həmçinin annaşmak, laf 

almak,yavklu etmək də adlanır.Azərbaycan dilinin lüğət tərkibində geniş yer alan toy mərasim 

leksikasının Oğuz qrupu türk dilləri ilə müqayisəli şəkildə öyrənilməsi maraqlı olduğu qədər 

bu leksemlərin etimologiyasına da müəyyən cığır aça bilir. 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə