Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə123/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   119   120   121   122   123   124   125   126   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1015



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

1.2.1.11. Qayalara Yazılan Ses 

1994 yılındaAzerbaycanDövletNeşriyyatı tarafındanBakü’deneşredilmiştir. Eser “Meni 

Şe’rimdeGez”, “DünyaDüzelmirki, DüzelmirBaba”, “AnaYurdumHerDaşına ÜzQoyum”, 

“MehebbetKöprüsü”, “QayalaraYazılanSes” ve “İtiraflar, Benzetmeler” olmak üzerealtı 

bölümdenoluşmaktadır. İlkdörtbölümde 72 şiirbulunmaktadır. Beşinci bölümde Qayalara Ya-

zılanSesadlı lirikbirpoemyeralmaktadır. SonbölümdeiseMemmedArazhakkındayazılmış şiirler 

ve MemmedAraz’ın şiirlerineyazılannazirelerverilmiştir. 

1.2.1.12. Yol Ayrıcında Söhbet 

1998 yılındaAzerbaycanDövletNeşriyyatı tarafındanBakü’deneşredilmiştir. Eser şairin 

sağlığında yayınladığı sonkitabıdır. Eser, şairinsonyıllardayazdığı  şiirlerininyanı  sıraotuzaltı 

yıllıkedebiyathayatı boyuncakalemealdığı  şiirlerindenderlenerekhazırlanmıştır. Toplam 190 

şiirvardır. ŞairbueserindeAzerbaycan’ınacılarını işlemiştir. Şiirlerininhemenhepsi, birhaykırış 

ve çağırış edası içerir. AyağaDurAzerbaycan  şiiri, savaşınkorkunç olaylarına sahne olan 

veintikamı alınmamış  şehitlerinyurduolanveintikamı alınmamış  şehitlerin Yurdu olan Azer-

baycan’ı anlatır. 



1.2.2.  Nesir Kitapları 

1.2.2.1.  Heyatın ve Sözün Rengleri 

1975 yılındaGençlikNeşriyyatı tarafındanBakü’debasılmıştır. Eserde, geçmişteyazılmış 

12 puplisistmakaleyeralmaktadır. Arazbumakalelerindeyurtiçindeveyurtdışındayaptığı seya-

hatlerdenedindiğibilgileriaktarmıştır. 

M. Arazbukitabı münasebetiyle, 1975 yılında “SSRi Ali Soveti Reyaset Hey’eti tara-

fından edebiyatsahasındakihizmetlerindendolayı “FahriFerman” ile ödüllendirilmiştir. Mem-

med Araz’ın; TabiatveEkolojikproblemler, SanatveEdebiyatMeseleleri, Şahsiyetler Hakkın-

daki İncelemeler, Sosyalve İçtimaiMevzularadlı dörttanemakalesibulunmaktadır. 

 

 

“TACİ-ƏDƏB” ƏSƏRİNİN 6 ƏLYAZMASI 



 

İnci QASIMLI 

AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 



menbeshunasliq@box.az 

AZƏRBAYCAN



 

 

“Taci-Ədəb”  əsərinin  əlimizdə olan 6 əlyazmasının elmi paleoqrafik təsviri  haqqında 

qısa olaraq məlumat vermək istəyirik. Bu əlyazmaların üçü AMEA M.Füzuli adına Əlyazma-

lar  İnstitutunda, üçü isə Türkiyə Cumhuriyyəti kitabxanalarında olan əlyazmalardır. “Taci-

ədəb”  əsərinin M.Füzuli adına  Əlyazmalar  İnstitutunda üç əlyazma nüsxəsi mövcuddur. Bu 

əlyazmaların üzü XIX yüzillikdə tanınmış katiblər Faiz oğlu Məhəmməd, Əbdülqəni Nuxəvi 

Xalisəqarızadə və hələlik adı məlum olmayan bir katib tərəfindən köçürülmüşdür. Əlyazmalar 

haqqında  əyani olaraq təsəvvür yaranması üçün onların qısa elmi-paleoqrafik təsvirini xro-

noloji ardıcıllıqla verək. 

1. Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbi. “Taci-ədəb”  M-315/315. 

2. Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbi. “Taci-ədəb”  M-311/311. 

3. Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbi. “Taci-ədəb”  B-1167-2790. 

4. Tarikul-edeb. Nuruosmaniye Kütübhanesi, 3389/3908. 

5. Tarikul-edeb. Süleymaniye Kütübhanesi, Laleli 1876. 

6. Tarikul-edeb. İstanbul Universiteti kitabxanası. T.Y bölümü 5720.  

1. M-315/315 şifrəsi altında mühafizə olunan əlyazma h.1179/m.1765-ci illərdə köçü-

rülmüşdür. Cildi medalyonlu, qapaqlı, tünd qəhvəyi dəri (köhnəlmiş), kağızı XVII əsrin birin-

ci yarısına aid, xətti nəsx və nəstəliq, sətir sayı müxtəlif, katibi Faiz oğlu Məhəmməddir. Mətn 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1016



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qara mürəkkəblə yazılmışdır. Bir çox vərəqlərin ətrafı didilmişsə də mətnə xələl gəlməmişdir. 

Əlyazma yaxşı saxlanılmışdır. 1a-b, 5a, 10b, 105b, 164a, 181a, 191b vərəqlərində müxtəlif 

qeydlər yazılmış, cədvəllər çəkilmişdir. 1b, 5b, 6b, 43b, 49b, 107b, 147b, 181b, 187b, 190b 

vərəqlərində üçkünc müəssisə, 39b vərəqinə sahiblik möhürü basılmışdır. 6a-b, 17a-b 

vərəqlərinin kağızı açıq qəhvəyi, 108 a-b, 113a-b vərəqlərininki tünd çəhrayı rəngdədir. 106a-

107a, 146b-147a vərəqləri ağ buraxılmışdır. Ölçüsü 17 x 21,5 sm olan 191 vərəqəlik əlyazma 

12 bölümdən ibarətdir. “Taci-ədəb”  əsəri VII bölümdədir. 49b-105a vərəqlərini  əhatə edir. 

Sonunda h.1221/m.1806-cı ildə köçürülməsi haqqında katib qeydi vardır . 

2.  M-311/311 şifrəli əlyazmanın həcmi 65 vərəq, ölçüsü 16 x 22,5 sm, cildi sonralar çə-

kilmiş qara dermantindir. Kağızı XVIII əsrin sonlarına aid Avropa istehsalı, xətti nəstəliqli 

nəsx, sətir sayı 12-15 arasında dəyişir. Mətn qara, başlıqlar isə qırmızı mürəkkəblə yazılmışdır. 

1a vərəqi cildə yapışdırılmışdır. 2a və sonda cilddən əvvəlki vərəqdə üçkünc müəssisə möhü-

rü basılmışdır. 65a-b vərəqlərində ərəbcə və türkcə qeydlər vardır. “Taci-ədəb” əsəri əlyazma-

nın 1b-43b vərəqlərindədir. H.1248/m.1832-ci illərdə köçürülmüşdür. Katibi bəlli deyil. 

3. B-1167/2790 şifrəli üçüncü əlyazma Azərbaycan pedaqoqu mətnşünas alim Əbdül-

qəni Nuxəvi Xalisəqarızadə (1817-1879) tərəfindən h.1262-1269/m.1845-1852-ci illərdə kö-

çürülmüşdür. Ölçüsü 17,8 x 22 sm, mətn ölçüsü 10,5 x 15,5 sm, cildi nazik mavi kağız, xətti 

nəstəliq, kağızı XIX əsrin birinci yarısına aid Rusiya istehsalıdır. 1a vərəqində düzbucaqlı 

invertar, 1b vərəqində 2 üçkünc, 2 ellipsvari müəssisə möhürləri basılmışdır. 17a, 26a vərəq-

ləri ağ buraxılmışdır. Haşiyələrdə mətnlərə aid qeydlərə təsadüf olunur. Mətn qara, başlıqlar, 

yarımbaşlıqlar və bəzi ifadələr qırmızı mürəkkəblə yazılmışdır. Əbdülqəni əfəndi əlyazmanın 

1b-16b vərəqlərini  əhatə edən “Taci-ədəb”  əsərini h.1262/m.1845-ci illərdə köçürdüyünü 

qeyd etmişdir. Bu əlyazmalarda vərəqlər səhifələnməyib, vərəqlərin sıra nömrəsi yoxdur. Orta 

əsr  əlyazma kitablarının  ənənəsinə uyğun olaraq, hər səhifənin altında, sol guşədə növbəti 

səhifənin birinci sözü yazılıbdır. Bəzən katiblərin oxuya bilmədikləri sözlər, anlaşılmaz qalan 

sözlər-ifadələr səhifənin sağında, yaxud solunda eyni xətlərlə  dərkənar  şəklində qeyd olun-

muşdur. Mətnin haşiyələrində müxtəlif qeydlər etmişdir. Ancaq bu nüsxə ilə  işləmək bizim 

üçün çox çətin olduğundan biz əsas nüsxə olaraq M-315/315 şifrəli  əlyazmanı götürmüşük. 

Çünki bu əlyazma Əlyazmalar fondunda B şrifti altında qorunur. Bu şrift altında qorunan nüs-

xələr erroziyaya uğramış, oxunması mümkün olmayan əlyazmalardır. Biz bacardığımız qədər 

bu əlyazmadan da istifadə etməyə çalışmışıq. 

Süleymaniyə kitabxanasında Laləli 1876 nömrədə qorunan nüsxə “Taci- ədəb” əsərinin 

həm Azərbaycan, həm Türkiyə nüsxələri arasında köçürülmə tarixinə görə ən qədim olan nüs-

xəsidir. Bu nüsxə Əli ibn Yaqub tərəfindən h.904/m.1526 tarixində köçürülmüş, xətti hərəkəli 

nəsxdir. Katib özü əsərin sonunda nüsxəni 904 hicri ilinin ramazan ayının son günlərində, 

cümə günündə, quşluq vaxtında tamamladığını qeyd edir.  

İstanbul Universiteti kitabxanasının T.Y bölümündəki 5720 nömrədə qeydli olaraq 

qorunan nüsxə h.1031/m.1653 tarixində Əhməd ibn Mahmud tərəfindən köçürülmüşdür. Katib 

kitabı səfər ayının sonlarında 1031 tarixində tamamladığını yazmışdır. 

Nuruosmaniyə kitabxanasındakı 3389/3908 nömrədəki nüsxə h.1061/m.1683     tarixin-

də köçürülmüşdür. Nəstəliq xəttlə yazılmış olan bu nüsxə 52 vərəqdən ibarətdir.  Əsərin so-

nunda katib köçürülmənin bitməsindən dolayı həmd etdikdən sonra sadəcə köçürülmə tarixini 

yazmışdır. Katibin adı qeyd olunmamışdır. 

Əlimizdəki nüsxələr içində ən mükəmməl olan, həcmcə ən böyük, mətni tamamilə əhatə 

edən, başlıqların hamısının verildiyi bir əlyazma, əlbəttə ki, əsas götürdüyümüz  M-315/315 

şifrəli əlyazmadır. Əsər üzərində araşdırma apararkən M-315/315 şifrəli nüsxəni əsas götür-

məyimizə səbəb onun oxunaqlı olması, əlyazmanın yaxşı saxlanılması ilə əlaqədar ona heç bir 

xələl gəlməməsi, başqa nüsxələrdə olan bəzi əksikliklərin bu nüsxədə olmaması və ən əsası bu 

nüsxənin Azərbaycan nüsxələri içərisində ən qədim olmasıdır. Tekstoloji tədqiqat göstərir ki, 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə