Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə124/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   120   121   122   123   124   125   126   127   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1017



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

XIX  əsrin ilk illərində köçürülmüş bu nüsxə  dəyərli və  qədim bir əlyazmadan köçürülmüş, 

müasirləşdirilməmişdir. Lakin dövrünə uyğun olaraq, bəzi qədim türk sözləri paralel olaraq 

həm də izah edilmiş və ya yanındaca nüsxənin köçürüldüyü dövr üçün daha təbii sayılanları 

əlavə olunmuşdur. Nüsxə tam olduğundan onu əsas nüsxə olaraq götürmüşük. Əsərin incələn-

məsində təbii ki, başqa nüsxələrdən də istifadə olunmuş və nüsxələr bir-biri ilə qarşılaşdırıla-

raq nüsxə fərqləri ortaya qoyulmuşdur.   

 

ŞƏXS ADI VƏ ONUN MƏNASI HAQQINDA 



 

İslam HÜSEYNOV 

Qafqaz Universiteti 



iahuseynov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Hər bir şəxsin adı onu başqalarından fərqləndirən əsas işarədir. Belə də qeyd olunur ki, 



ad hər bir addaşıyanın daxilindədir, onun müəyyən bir "hissəsini" təşkil edir. Antroponimlər 

özündə individuallıq, sosiallıq, eyni zamanda cins, yaş, xarakter (əsasən ləqəblərdə), o 

cümlədən şəxsə münasibət kimi cəhətləri də ehtiva edir. Mətanət Hacıyeva - Mətanət xanım - 

Mətanət - Mətiş kimi adlandırmalar yuxarıda qeyd olunanlara nümunə kimi götürülə bilər. 

Adımız bir çox hallarda bizdən öncə yaranır. Adın qoyulmasında ailə ənənəsi, dəb, milli və 

dini amillər, hətta bəzən valideynlərin siyasi baxışları  və ideologiyaları da təsirsiz ötüşmür. 

Adlar hər bir xalqın ümumi tarixinin, adət-ənənəsinin  əksidir. Hər bir xalqın ad lüğəti 

məhduddur (hər bir kəsin sadəcə özünə məxsus xüsusi adı yoxdur ).  Bir ad bir neçə adama 

qoyula bilər. Adətən, tarixən kişi adları güc, igidlik, cəldlik (Aslan, Şahin, Dəmir və s.), qadın 

adları isə gözəllik, zəriflik kimi məzmunlar daşımışdır. Ad onu daşıyanın həyatına təsir edir - 

müəyyən səviyyədə  şəxsin xarakterinin, psixologiyasının formalaşmasında rol oynayır. 

Sovxoz , Traktor, Kombayn və s. kimi adlandırılmış  şəxslərin bağçada, məktəbdə, sosial 

həyatda düşdükləri psixoloji vəziyyət, şübhəsiz, onlara mənfi yöndə təsir göstərəcəkdir. Aslan 

və ya Qorxmaz adı daşıyanın özünə güvəni isə daha çox ola bilər. Necə deyərlər, ad şəxsi 

istiqamətləndirir. ABŞ-ın bir neçə ştatında aparılan təcrübənin nəticələrinə görə, zəif qiymət 

alan şagirdlərin əhəmiyyətli bir hissəsinin adlarından təsirləndiyi üzə çıxmışdır. 

Hər bir ümumi sözün - apelyativin mənası var. Həmin söz xüsusiləşəndən sonra 

vəziyyət dəyişir. Sözün (ümumi sözün) varlığını  şərtləndirən məlum üç cəhət: siqnifikat - 

denotat - fonetik tərkib (söz üçbucağı) xüsusi sözlərdə, o cümlədən antroponimlərdə tamamilə 

fərqli səciyyə daşıyır. Tədqiqatçıların da qeyd etdiyi kimi, xüsusi ad dildə ümumi adlara 

məxsus dil işarəsi üçün zəruri olan ikitərəfliliyə - ifadə edilənlə ifadə olunanın birliyinə malik 

deyildir. Hər bir xüsusi ad öz onamastik sahəsində (məsələn, həmin adın kimə  mənsub 

olduğunun bilindiyi kollektivdə) məna ifadə edir. Küçədə tanımadığımız bir şəxsin adını heç 

vaxt təxmin edə bilmərik. Qapının döyülmə anında bizim içəridən: kimidir?- sualımıza Asif- 

cavabı  həmin  şəxs haqqında (onu tanımırıqsa) bizə heç nə demir, hər hansı bir lazımi 

məlumatı - onun kimliyini, necə adam olmasını çatdırmır. Həmin anda xüsusi ad yerinə 



"işıqdandır, sudan gəlmişik və ya qaz idarəsindəndir"-  tipli cavablar həmin  şəxs haqqında 

daha dolğun informasiya verir. Bununla yanaşı, Asif sözünün, yuxarıda da qeyd edildiyi kimi, 

həmin şəxsin bioloji cinsi haqqında məlumat daşımasını da unutmamaq lazımdır. Kitab nədir? 

və ya xala kimdir? - suallarına istənilən şəxs çox rahatlıqla cavab verə bilər (həmin sözlərin 

leksik mənasını izah edə bilər). Ancaq Lalə kimdir? - sualına isə tamamilə fərqli münasibət 

olacaqdır.  Əgər Lalə soruşulan  şəxsə tanış bir insandırsa, həmin Lalə haqqında informasiya 

cavab  şəklində qarşımıza çıxacaq - məsələn, mənim dayımın qızıdır. Eyni zamanda Lalə 

başqa bir onomastik sahədə - başqa kollektivdə tamamilə fərqli bir şəxsin də adı ola bilər. Və 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1018



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ya yuxarıdakı suala "tanımıram, bilmirəm və ya hansı Lalə?" kimi cavablar da ala bilərik. 

Məsələyə başqa bir tərəfdən nəzər salaq: tələbə  və  şagird, o cümlədən qızcığaz (uşaq) və 

qadın sözləri fərqli leksik mənaları olan ümumi sözlərdir. Nitqdə bu sözlər hər biri öz yerində 

və  mənasında işlənir. Amma bu sözlərin hamısı eyni zamanda Nərgiz və ya Aysel 

antroponimlərinin də "mənaları" ola bilər. Nərgiz = körpə, şagird, tələbə, qadın, müəllimə və 

s. bərabərliyi bu mənada səhv deyil. 

Hər bir ad cəmiyyətdə yaşayır. Ad sadəcə onu daşıyanın yox, həmin şəxsin daxil olduğu 

qrupun da malına çevrilir. 

Nəticə olaraq deyə bilərik ki, xüsusi sözlər, o cümlədən antroponimlər apelyativlərdən 

fərqli məna xüsusiyyətlərinə malikdir. Buna görə  də  şəxs adlarının məna təhlilində  fərqli 

üsullardan istifadə etmək lazım gəlir. 



 

 

BƏXTİYAR VAHABZADƏNİN "TƏYYARƏ KİMİ"                          

PYESİNDƏ MÜƏLLİF MÖVQEYİ  

 

Nabat MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 



mammadova.nabat@gmail.com 

AZƏRBAYCAN

 

 

Dramaturgiya B. Vahabzadə yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Poetik ya-

radıcılığı ilə geniş oxucu kütləsi qazanan müəllif  əsasən tarixi hadisələrə müasir baxışı ilə, 

aktual mövzulara toxunmuş, yüksək sənətkarlığa malik dram əsərlərini yaratmışdır. Dramla-

rında əsasən tarixi şəxsiyyətlərin obrazını yaradan sənətkar ibrətamiz və hər dövr üçün aktual 

olan mövzulara müraciət etmişdir. O, "Vicdan", "İkinci səs", "Yollara iz düşür", "Fəryad", 

"Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" kimi pyeslərin 

müəllifidir. Müasirliyə  və tarixiliyə paralel şəkildə müraciət edən sənətkar bununla gözəl 

ahəngdarlıq yaratmışdır.  

Müəllif “Təyyarə kimi” əsərində bir sıra mətləblərə toxunmuşdur: başqasını vicdanlı, 

namuslu olmağa dəvət edib özündən xəbərsizlərə birbaşa müraciət etmişdir: 

Dekan - Əgər söhbət vicdandan gedirsə, gərək heç kəs onu unutmasın. Çünki vicdan, 

namus hamıya aiddir.  

Burada riyaziyyatçılarla ədəbiyyatçılar arasında maraqlı bir müqayisə aparılır: 

Cəlil - Riyaziyyatçılarda olan zövq heç şairlərdə də ola bilməz.  

Habil - O niyə? 

Cəlil - Ona görə ki, şairlər onsuz da həmişə gözəllik aləmində yaşayır. Amma riyaziy-

yatçılar quru rəqəmlərlə o qədər əlləşirlər ki, gözəllik üçün darıxırlar.  

Fikrimzə, bu şair - dramaturq B. Vahabzadənin şəxsən özünün qənaətidir ki, pyesində 

ona xüsusi yer ayırıb. 

Məlumdur ki, vaxtilə ali məktəbə  qəbul olmaq çox çətin idi. Savadlı olmaqla yanaşı, 

haqqını  tələb etməyi də bacarmalıydın. Dramaturq bu mübarizəni pələnglə güləşə  bənzədir. 

Təyyarə haqqında şeir söyləyən Cəlil, sanki təhsil almağa çalışan, savadlı insanları mübariz 

olmağa səsləyir. Sətraltı ifadələrlə gizli mətləblərə eyham vurur: 

Cəlil - Təyyarə! 

Yerdən alıb öz gücünü 

Qalxar göyə təyyarələr. 

Məhəl qoymaz nə yağışa, 

Nə küləyə təyyarələr. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə