III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1017
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XIX əsrin ilk illərində köçürülmüş bu nüsxə dəyərli və qədim bir əlyazmadan köçürülmüş,
müasirləşdirilməmişdir. Lakin dövrünə uyğun olaraq, bəzi qədim türk sözləri paralel olaraq
həm də izah edilmiş və ya yanındaca nüsxənin köçürüldüyü dövr üçün daha təbii sayılanları
əlavə olunmuşdur. Nüsxə tam olduğundan onu əsas nüsxə olaraq götürmüşük. Əsərin incələn-
məsində təbii ki, başqa nüsxələrdən də istifadə olunmuş və nüsxələr bir-biri ilə qarşılaşdırıla-
raq nüsxə fərqləri ortaya qoyulmuşdur.
ŞƏXS ADI VƏ ONUN MƏNASI HAQQINDA
İslam HÜSEYNOV
Qafqaz Universiteti
iahuseynov@qu.edu.az
AZƏRBAYCAN
Hər bir şəxsin adı onu başqalarından fərqləndirən əsas işarədir. Belə də qeyd olunur ki,
ad hər bir addaşıyanın daxilindədir, onun müəyyən bir "hissəsini" təşkil edir. Antroponimlər
özündə individuallıq, sosiallıq, eyni zamanda cins, yaş, xarakter (əsasən ləqəblərdə), o
cümlədən şəxsə münasibət kimi cəhətləri də ehtiva edir. Mətanət Hacıyeva - Mətanət xanım -
Mətanət - Mətiş kimi adlandırmalar yuxarıda qeyd olunanlara nümunə kimi götürülə bilər.
Adımız bir çox hallarda bizdən öncə yaranır. Adın qoyulmasında ailə ənənəsi, dəb, milli və
dini amillər, hətta bəzən valideynlərin siyasi baxışları və ideologiyaları da təsirsiz ötüşmür.
Adlar hər bir xalqın ümumi tarixinin, adət-ənənəsinin əksidir. Hər bir xalqın ad lüğəti
məhduddur (hər bir kəsin sadəcə özünə məxsus xüsusi adı yoxdur ). Bir ad bir neçə adama
qoyula bilər. Adətən, tarixən kişi adları güc, igidlik, cəldlik (Aslan, Şahin, Dəmir və s.), qadın
adları isə gözəllik, zəriflik kimi məzmunlar daşımışdır. Ad onu daşıyanın həyatına təsir edir -
müəyyən səviyyədə şəxsin xarakterinin, psixologiyasının formalaşmasında rol oynayır.
Sovxoz , Traktor, Kombayn və s. kimi adlandırılmış şəxslərin bağçada, məktəbdə, sosial
həyatda düşdükləri psixoloji vəziyyət, şübhəsiz, onlara mənfi yöndə təsir göstərəcəkdir. Aslan
və ya Qorxmaz adı daşıyanın özünə güvəni isə daha çox ola bilər. Necə deyərlər, ad şəxsi
istiqamətləndirir. ABŞ-ın bir neçə ştatında aparılan təcrübənin nəticələrinə görə, zəif qiymət
alan şagirdlərin əhəmiyyətli bir hissəsinin adlarından təsirləndiyi üzə çıxmışdır.
Hər bir ümumi sözün - apelyativin mənası var. Həmin söz xüsusiləşəndən sonra
vəziyyət dəyişir. Sözün (ümumi sözün) varlığını şərtləndirən məlum üç cəhət: siqnifikat -
denotat - fonetik tərkib (söz üçbucağı) xüsusi sözlərdə, o cümlədən antroponimlərdə tamamilə
fərqli səciyyə daşıyır. Tədqiqatçıların da qeyd etdiyi kimi, xüsusi ad dildə ümumi adlara
məxsus dil işarəsi üçün zəruri olan ikitərəfliliyə - ifadə edilənlə ifadə olunanın birliyinə malik
deyildir. Hər bir xüsusi ad öz onamastik sahəsində (məsələn, həmin adın kimə mənsub
olduğunun bilindiyi kollektivdə) məna ifadə edir. Küçədə tanımadığımız bir şəxsin adını heç
vaxt təxmin edə bilmərik. Qapının döyülmə anında bizim içəridən: kimidir?- sualımıza Asif-
cavabı həmin şəxs haqqında (onu tanımırıqsa) bizə heç nə demir, hər hansı bir lazımi
məlumatı - onun kimliyini, necə adam olmasını çatdırmır. Həmin anda xüsusi ad yerinə
"işıqdandır, sudan gəlmişik və ya qaz idarəsindəndir"- tipli cavablar həmin şəxs haqqında
daha dolğun informasiya verir. Bununla yanaşı, Asif sözünün, yuxarıda da qeyd edildiyi kimi,
həmin şəxsin bioloji cinsi haqqında məlumat daşımasını da unutmamaq lazımdır. Kitab nədir?
və ya xala kimdir? - suallarına istənilən şəxs çox rahatlıqla cavab verə bilər (həmin sözlərin
leksik mənasını izah edə bilər). Ancaq Lalə kimdir? - sualına isə tamamilə fərqli münasibət
olacaqdır. Əgər Lalə soruşulan şəxsə tanış bir insandırsa, həmin Lalə haqqında informasiya
cavab şəklində qarşımıza çıxacaq - məsələn, mənim dayımın qızıdır. Eyni zamanda Lalə
başqa bir onomastik sahədə - başqa kollektivdə tamamilə fərqli bir şəxsin də adı ola bilər. Və
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1018
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ya yuxarıdakı suala "tanımıram, bilmirəm və ya hansı Lalə?" kimi cavablar da ala bilərik.
Məsələyə başqa bir tərəfdən nəzər salaq: tələbə və şagird, o cümlədən qızcığaz (uşaq) və
qadın sözləri fərqli leksik mənaları olan ümumi sözlərdir. Nitqdə bu sözlər hər biri öz yerində
və mənasında işlənir. Amma bu sözlərin hamısı eyni zamanda Nərgiz və ya Aysel
antroponimlərinin də "mənaları" ola bilər. Nərgiz = körpə, şagird, tələbə, qadın, müəllimə və
s. bərabərliyi bu mənada səhv deyil.
Hər bir ad cəmiyyətdə yaşayır. Ad sadəcə onu daşıyanın yox, həmin şəxsin daxil olduğu
qrupun da malına çevrilir.
Nəticə olaraq deyə bilərik ki, xüsusi sözlər, o cümlədən antroponimlər apelyativlərdən
fərqli məna xüsusiyyətlərinə malikdir. Buna görə də şəxs adlarının məna təhlilində fərqli
üsullardan istifadə etmək lazım gəlir.
BƏXTİYAR VAHABZADƏNİN "TƏYYARƏ KİMİ"
PYESİNDƏ MÜƏLLİF MÖVQEYİ
Nabat MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mammadova.nabat@gmail.com
AZƏRBAYCAN
Dramaturgiya B. Vahabzadə yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Poetik ya-
radıcılığı ilə geniş oxucu kütləsi qazanan müəllif əsasən tarixi hadisələrə müasir baxışı ilə,
aktual mövzulara toxunmuş, yüksək sənətkarlığa malik dram əsərlərini yaratmışdır. Dramla-
rında əsasən tarixi şəxsiyyətlərin obrazını yaradan sənətkar ibrətamiz və hər dövr üçün aktual
olan mövzulara müraciət etmişdir. O, "Vicdan", "İkinci səs", "Yollara iz düşür", "Fəryad",
"Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" kimi pyeslərin
müəllifidir. Müasirliyə və tarixiliyə paralel şəkildə müraciət edən sənətkar bununla gözəl
ahəngdarlıq yaratmışdır.
Müəllif “Təyyarə kimi” əsərində bir sıra mətləblərə toxunmuşdur: başqasını vicdanlı,
namuslu olmağa dəvət edib özündən xəbərsizlərə birbaşa müraciət etmişdir:
Dekan - Əgər söhbət vicdandan gedirsə, gərək heç kəs onu unutmasın. Çünki vicdan,
namus hamıya aiddir.
Burada riyaziyyatçılarla ədəbiyyatçılar arasında maraqlı bir müqayisə aparılır:
Cəlil - Riyaziyyatçılarda olan zövq heç şairlərdə də ola bilməz.
Habil - O niyə?
Cəlil - Ona görə ki, şairlər onsuz da həmişə gözəllik aləmində yaşayır. Amma riyaziy-
yatçılar quru rəqəmlərlə o qədər əlləşirlər ki, gözəllik üçün darıxırlar.
Fikrimzə, bu şair - dramaturq B. Vahabzadənin şəxsən özünün qənaətidir ki, pyesində
ona xüsusi yer ayırıb.
Məlumdur ki, vaxtilə ali məktəbə qəbul olmaq çox çətin idi. Savadlı olmaqla yanaşı,
haqqını tələb etməyi də bacarmalıydın. Dramaturq bu mübarizəni pələnglə güləşə bənzədir.
Təyyarə haqqında şeir söyləyən Cəlil, sanki təhsil almağa çalışan, savadlı insanları mübariz
olmağa səsləyir. Sətraltı ifadələrlə gizli mətləblərə eyham vurur:
Cəlil - Təyyarə!
Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr.
Məhəl qoymaz nə yağışa,
Nə küləyə təyyarələr.