Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə125/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   121   122   123   124   125   126   127   128   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1019



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Uçuşu da əzəmətli, 

Duruşu da əzəmətli.  

Dramaturq təyyarə kimi cansız dəmir parçasının insanların həyatına nümunə olacaq 

qədər mükəmməlliyi oxuculara çatdırır. "Təyyarə öz yolunu özü açır" deməklə müəllif insan-

ları yaşadığı müddətcə onlara bənzəməyə, heç kəsə güvənmədən, öz gücünə arxalanaraq yaşa-

mağa səsləyir: 

Cəlil - Gecə gedir, gündüz gedir 

təyyarələr. 

Məqsədinə 

Mənzilinə dümdüz gedir təyyarələr. 

Eniş bilməz, 

Yoxuş bilməz, 

təyyarələr. 

Nə burulmaz, 

Nə əyilməz 

təyyarələr.       

Bəzən cansızların da canlılara nümunə olduğuna sübuta yetirmişdir B. Vahabzadə. 

Onlardan çox şeylər öyrənəcəyk: 

Zeynallı - Cəlil düz deyir. Cavnlar gərək təyyarədən nümunə götürələr. Məqsədə birba-

şa getməyi bacaralar. Mən istəyərdim ki, siz maşın kimi yola görə getməyəsiniz, təyyarə kimi 

yolu özünüz açasınız.  

İbrətamiz fikirləri ilə dramaturq bizləri düzgün istiqamətə yönəldir: 

Zeynallı - Bir evlənməkdə, bir də sənət seçməkdə adama məsləhət görməzlər.  

Hər zama elmə, təhsilə yüksək qiymət verən müəllif doğru olaraq belə bir fikir səsləndirir: 

Zeynallı - Bacı, hər yerdə güzəşt eləmək olar, amma elm aləmində güzəşt eləmək, o 

adamın evini yıxmaqdır.  

Əvvəlki pyeslərində olduğu kimi burada da müəllif həqiqəti hər  şeydən üstün tutmuş, 

yüksək qiymətləndirmişdir: 

Zeynallı - Ən böyük biclik, düzlükdür.  

Savadına, biliyinə deyil, dost - tanışına güvənənlərə müəllif tutarlı bir mesaj göndərir: 

Zeynallı - Qoy uşaq heç kəsin kölgəsinə sığınmasın. Dayısına güvənən oxumaz, zəhmə-

tə qatlaşmaz.  

B. Vahabzadə  cəmiyyətdəki haqsızlıqların səbəbini insanların özündə görür. Nəticədə 

haqq nahaq bir - birinə qarışır: 

Dekan - Camaat özü eləyir, nəticədə pislə yaxşı, haqla nahaq bir - birinə qarışır. Ədalət 

tapdanır, həqiqət susur.  

Və ən nəhayət cəmiyyətdə öz mövqeyini müəyyən etməyə çalışan gənclərin qəlbindəki 

inam ölür. Belə şəraitdə isə inkişafdan söz gedə bilməz. 

Dramaturq Zeynallı kimi vicdanlı insanları hər kəsə nümunə göstərir. Qohumlarını itirsə 

də, vicdanını itirmədiyi üçün müsbət obraz kimi səciyyələnir. Bu obrazı yaratmaqla sənətkar 

bizləri də müsbət istiqamətdə inkişafa yönəltməyə çalışır: 

Zeynallı - Telefon zəngləri kəsildi. Heç kəs məndən razı qalmadı. Ancaq vicdanım mən-

dən çox razı idi. Vicdanımı tapdamadım. Ədalət gülümsündü. Dünyada vicdanın özündən razı 

qalmasından böyük xoşbəxtlik yoxdur.  

Pyesin sonunda da müəllif təyyarələrdəki məğrurluğu, mübarizliyi yada salır. Ölümündə 

belə məğrurluğun, yenilməzliyin gizləndiyini aşağdakı kimi nəzmə çəkir: 

Özü kimi 

Ölümü də mərdanədir. 

Mənzilinə uça - uça 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1020



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qaça - qaça 

Öz içindən tez üzülər 

təyyarələr 

Yavaş - yavaş enə bilməz 

Öləndə də birdən ölər 

təyyarələr.  

B.Vahabzadə bütün poeziyasında olduğu kimi, tarixi pyeslərində  də böyük və ciddi 

həyat məsələləri üzərində düşünən sənətkar olmuşdur. Xalqın tarixi taleyi, bu taleyi özlərində, 

mübarizələrində  əks etdirən insanların xarakteri və qayələri, nəcib insani xüsusiyyətləri 

görkəmli  şairin dramaturgiyasının  əsas fəlsəfi-estetik düşüncələridir. B.Vahabzadə 

dramaturgiyası mövzu cəhətdən tarixi və müasir həyatla bağlı olan pyeslər silsiləsinə  şamil 

edilə bilər. Burada tarixilik və müasirlik vəhdət halında çıxış edir. Bu da böyük şairimizin 

milli dramaturgiyanın zəngin ənənələrini yaşatmaq əzmini göstərir. 



 

 

MƏDİNƏ GÜLGÜN YARADICILIĞINDA MƏRD                                         

VƏ MÜBARİZ FƏDAİ OBRAZI 

 

Sakibə ƏLƏSGƏROVA 

Azərbaycan Dövlət Pedaqoci Universiteti 



traqimli@gmail.com 

AZƏRBAYCAN

 

 

Mədinə Gülgün cavanlığında da, orta yaş dövrlərində  də, ömrünə axşam qəribliyi çö-

kəndə də fədai dostlarını, Təbrizli günlərini bir an belə unutmadı. Mədinə xanım «Təbrizim 

mənim» deyərək gah ona «laylay» çaldı, gah da şəninə nəğmələr qoşdu. R.Rzanın «Təbrizim-

mənsizim» ifadəsi ona elə xoş  gəlmişdi ki, şeirlərinin birinə epiqraf seçmişdi. Həsrəti və 

yarası dərin olan bu şairə son nəfəsinə qədər bir vüsal eşqilə kövrəldi, arzularının qönçəsindən 

çıxan günü gözlədi, həsrətinin üstünə gün düşməsini gözlədi. Həmişə bahar soraqlı, süfrəsi 

qonaqlı azəri qızı xalqının taleyinin sabahkı döyüşə bağlı olduğunu yadından çıxartmadı. O, 

dünəni və bu günü şərəfli olan, azadlıq arzusu dilindən düşməyən, yurdunun mərd oğul və 

qızları ilə bərabər səngərlər görən, keçmişi fədai adlı bir şairədir. «O mənəm, mən» şeirində 

qanlı  cəbhələrdə saçı  ağaran, iradəsi ilə düşməni təəccübləndirən, ölümün özündən belə 

intiqam alan, döyüşən bir xalqın fədai nümayəndəsinin ümumiləşdirilmiş obrazını yaradıb. 



Paslı zəncirləri qolundan qıran, 

Elləri köməyə, dada çağıran. 

Qanlı cəbhələrdə saçı ağaran 

Soruşsalar kimdir, 

o, mənəm, mənəm.   (1966) 

Səngərli günlərindən 20 il keçməsinə baxmayaraq Səttarxan adı və bayrağı ilə nəfəs alır, 

hər şirin xəyalın həqiqət olacağına inanır. Onun siyasi mövzuda yazdığı şeirlərində qəribə bir 

təzad var. Bir tərəfdən yaralarına məlhəm istəyən  şairə digər tərəfdən paslı  zəncirlərin 

qırılmasını, düşmən üzərinə od, alov yağdırmağın, tələsməyin gərəkliliyini söyləyir. Ola bilsin 

ki, elə bunlar ola bilər onun köz bağlayan həsrətini dindirən. 1965-ci ildir, ancaq şairə hələ də 

«Qanımız axmasa» deyərək düşüncələrini qələmə alır. Anasının azadlığa həsrət ölməsini, ata-

sının məmur  şallağının altında canının çıxmasını, bacısına ömürlük şah zindanı verilməsini, 

qardaşının vüqarla dar ağacına getməsini bütün ağrısı ilə yaşayır. Bunlar azadlıq, istiqlal eş-

qinə baş verib. Azadlığın yenidən əllərindən alınması M.Gülgünü çörəyi əlindən alınmış kör-

pəyə döndərir. Ancaq bu hal çox sürmür. Atası, anası əlindən alınmış körpələrin diliylə bayram 

paltarı, başmaq istəyir. Get-gedə gərginləşən şairə bunları qəlbiylə, beyniylə duyanlara səslənir: 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə