Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə128/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   124   125   126   127   128   129   130   131   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1025



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

MİR  CƏLALIN  MANİFESTİ 

 

Aytən HÜSEYNOVA 

M. Füzuli adına Əlyazmalar İnstitutu 



aytan-aliyeva @ rambler. Ru 

AZƏRBAYCAN 

 

Tolstoy: "Bütün xoşbəxt ailələr bir-birinə oxşayırlar, 

hər bədbəxt ailənin isə bədbəxtliyi bir özgə cürədir" 

 

 XX əsr Azərbaycan ədəbiyyatının inkişafı tarixində  böyük ədəbi simalardan biri olan 



Mir Cəlal Paşayev yaratdığı bədii irsi və söz sənəti ilə bu gün də qəlblərimizdə yaşamaqdadır. 

 O, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini - xalqa bağlılığı, təvazökarlığı və 

ən başlıcası- nəcibliyi inadkar bir inamla qoruyub saxlayır, ədəbi-bədii və nəzəri fikrin milli 

müəyyənliyini mühafizə edirdi. 

 Mir Cəlal bir yazıçı kimi, öz nəslinin taleyinə, həyatına, arzu və istəklərinə nüfuz edən 

bir ədib idi. O, mənsub olduğu nəslin gəncliyindən, cəbhəyə gedib qayıtmayan ataların, qar-

daşların həsrətindən doğan arzuların reallığından, sadə inandırıcı bir dildə söhbət açırdı. 

Mir Cəlalın özünəməxsus yaradıcılığı vardı. Yaradıcılığında əsas  tədqiqat obyekti olan 

insanın bütün varlığı, dolğun xarakteri, psixoloji mənəvi aləmi, milli şüuru, əxlaq və şüurlarda 

olan köhnəlik qalıqlarının aradan çıxmasını acı kinayə ilə bəsləyən, ictimai-siyasi mühitin qa-

ranlığından işıqlı gələcəyə ümid bəsləyən obrazlarıdır. 

Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin korifeylərindən olan Məmməd 

Arifin "Yazıçı və alim" məqaləsi Mir Cəlal yaradıcılığını iki istiqamətdən  həm bədii söz us-

tası, həm də filoloq kimi təhlilini verir.  Məqalədə Mir Cəlal bir nasir kimi belə təqdim edilir: 

"Azərbaycan nəsrində Mir Cəlalın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi o öz parlaq 

yaradıcılıq siması ilə, özünəməxsus üslub və  sənətkarlıq xüsusiyyətləri ilə tutmuşdur. Onun 

əsərlərini başqa bir yazıçının əsərləri ilə qarışdırmaq olmaz. Mir Cəlal öz yazı tərzi, təbii dili, 

bədii ifadə vasitələri, üslubu ilə fərqlənir və diqqəti cəlb edir. Onun sadə, aydın və şirin bir 

dili vardır: eyni zamanda,  bu dil çox əlvan və  mənalıdır. Dialoqlardakı  təbiilik və canlılıq 

ədibin əsərlərinə xüsusi bir gözəllik verir, onların bədii təsir qüvvəsini artırır". 

Mir Cəlal Paşayevin müdriklik zirvəsində dayanan sadə,  parlaq üslublu ədəbi-nəzəri gö-

rüşləri bütöv bir elmi yaradıcılıq sistemi kimi müasir ədəbi prosesə öz təsirini göstərməkdədir. 

Mir Cəlal Paşayev xoşbəxt yazıçılardandı, çünki dövrünün bədii məngənəsini obyektiv 

şəkildə yarada bilmişdi. Qızı professor Ədibə xanım Paşayeva xatirələrindən danışarkən 

deyir: "İri həcmli əsərlər yazan bir yazıçıya əmək qəhrəmanı adı vermişdilər. Atam dedi ki, 

gərək onun oxucusuna da əmək qəhrəmanı adı verilsin”. 

Yaradıcılığında ideyanın zahirən sovet sisteminin tələblərinə uyğunlaşdırılması əslində 

isə milli idealların ifadəsi və bütövlükdə milli maraq və  mənafeləri ehtiva edən ideyaların 

qabarıq verilməsi  əsas şərtdir. 

Yaratdığı obrazlarda   obrazlı ifadələr işlətmək əvəzinə, real həyat səhnələrinin canlan-

dırılmasına   üstünlük verirdi. O əsərlərində hislərin, duyğuların fikirlə, ideya ilə harmoniyası-

nı özünəməxsus etmək qabiliyyətinə malik idi. 

1939-cu ildə qələmə aldığı "Bir gəncin manifesti" romanı  müasir ədəbiyyatşünaslıqda 

30-40-cı illər nəsrinin əsas hərəkət istiqamətini müəyyənləşdirən romanlardan biri oldu. 

Yazıçı  “Bir gəncin manifesti” romanını yazarkən əvvəl yazdığı romanlardan  roman təc-

rübəsi, həyata tam bələdliyi bu əsəri daha mükəmməl, daha sənətkarcasına ortaya qoymuşdur. 

Bu əsər yarandığı gündən klassik nümunəyə çevrilib. Mir Cəlal müəllim özü klassikanı izah 

edərkən deyirdi: əsər zaman tanımayanda, problemlərə  bədiilik rakursundan baxanda, bu 

problemləri ustadcasına bədii söz sənətinə gətirib. Birincisi budur ki, xalq onu saya salmayan, 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1026



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

şəxsi mənafeyi üçün Vətəni hər cür “misterlərə” satan, varlanmaq və piylənməkdən başqa bir 

idealı olmayan “özününkülərə” qarşı ayağa qalxıb, ikincisi odur ki, xalq onun mədəniyyət  

nişanələrindən tutmuş çöllərindəki, ceyranınadək hər şeyə sahib çıxma iddialarına olan yad-

ellilərə, ögeylərə qarşı vuruşur. Bu vuruşda müəllifin inandığı bircə qüvvə var: xalq iradəsi, xalq 

səfərbərliyi. Bugün Azərbaycan xalqına romanda qoyulan bu iradə, bu birlik çox vacibdir. 

Bir gəncin manifestində bütövlükdə Azərbaycan kəndinin problemlərini, ziddiyyətləri-

ni, kənd insanının mənəvi dünyasını, sinfi-zümrəvi münasibətləri, çar hökumətinin – müstəm-

ləkəçi rejimin antimilli siyasətindən törəyən bəlaları, Azərbaycan kəndlisinin acınacaqlı taleyi 

və bu vəziyyətə baxmayaraq, milli birlik, xarakterik bütövlük və dönməzliyi əks etdirib. 

Mir Cəlal yaradıcılığında Sona obrazının etnik-milli davranış normalarına görə Paşaye-

vin elmi  ədəbi irsini zamanın kontekstində, ideoloji amilləri nəzərə alaraq qəbul və  təhlil  

edərkən yazıçı kimi obyektiv düşünüb, obyektiv qələmə almalıyıq. 

 

 

“SİRLƏRXƏZİNƏSI” DİDAKTİK POEMA KİMİ 

 

Arzu ƏLİYEVA 

Qafqaz Universiteti 



arzu92aliyeva@mail.ru 

AZƏRBAYCAN 

 

Nizami Gəncəvi dünya söz sənətinin dahi sənətkarları sırasında önəmli yerəməxsusdur. 



Nizami önəmli bir tarixi şəxsiyyət kimi bizdən doqquz əsr öncə yaşamasına baxmayaraq, 

əsərlərində bizə çatdırmaq istədiyi ideya sanki bizim bu günümüzdən xəbər verir. “Xəmsə” 

bütünlükdə  Şərqin insanlığa,əbədiyyət və sivilizasiya tarixinə töhfəsi kimi etiraf və  təsdiq 

olunub.Nizami “Xəmsə”sinin özündən sonrakı dövrün ədəbi tərəqqisinə təkrarsız təsiri olmuş-

dur. Xosrov Dəhləvi,Cami,Əlişir Nəvaivə s. kimi şərq mütəfəkkirləri,Əssar Təbrizi,Arif 

Ərdəbili,MarağalıÖvhədi,MəhəmmədFüzuli,Abbasqulu ağa Bakıxanov və s. kimi azərbay-

canlı söz sənətkarları daim ondan bəhrələnmiş,əsərlərində Nizami ənənələrini davam etdir-

mişlər. Nizami Gəncəvi yaradıcılığında olan bədii-fəlsəfi baxışlar  Şərq  İntibah mütəfəkkir-

lərinin;Əl Fərabinın,Əl Biruninin,İbn Sinanın əxlaq təlimləri ilə bilavasitə səsləşir. 

“Xəmsə”yə aid olan ölməz beş əsərini (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və 

Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”),ədəbi sənət nümünələrinin birini digərindən üstün 

tutmaq,birini digərindən az dəyərli hesab etmək Nizami kimi dahi sənətkara edilmiş haqsızlıq 

olardı. 

Bizim dövrdə xüsusilə aktual və müasir səslənən bir təlim, yəniinsanla təbiət arasındakı 

vəhdət və bölünməzlik haqqında konsepsiya dünyaya “Xəmsə”yə aid “Sirlər xəzinəsi” kimi 

önəmli bir əsərdən elan olunmuşdur. “Sirlər Xəzinəsi”Nizaminin ilk irihəcimli əsəridir.Yaxın 

və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu əsər dahi 

şairin yaradıcılığının manifesti sayılır. Əsər hicri tarixlə 570-ci ildə yazılmış, miladi təqvimlə 

isə 1174-1175-ci illərə uyğun gəlir.Nizamidən bir sənətkar kimi bəhrələnənlər nə qədər çox 

olsa da,Nizami də bir şəxsiyyət kimi özünəqədərki mütəfəkkirlərin bədii-fəlsəfi düşüncələrin-

dən lazımlı  səviyyədə istifadə edə bilmişdir.Elə “Sirlər xəzinəsi” kimi didaktik bir əsərində 

də,o,Rudəkinin“Kəlilə və Dimnə”,Yusif Xas Hacibin“Kutadğu bilik”,Sənai Qəznəvinin “Hə-

diqətül-həqiqə”əsərlərindənbəhrələnmişdir.Tədqiqatçıların fikrincə,“Sirlər xəzinəsi” “Həqiqə-

tül-həqiqə” kimi didaktik bir poemaya paralel kimi yazılmışdır.Şair sələfinin əsərlərinin adına 

uyğun ad seçməklə bərabər bəzi hekayələrini də onun hekayələri ilə mübahisə kimi yazmışdır 

(“Sultan Mahmud və qarı” hekayəsi ilə “Sultan Səncər və qarı” hekayəsi buna misal ola bilər).  

Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimədən,20 məqalə və bu iyirmi məqa-

ləni epik lövhələrlə  əks etdirən 20 kiçik hekayədən ibarətdir.Kitabın tamamlanması haqqın-




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə