III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1031
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“ABBAS VƏ GÜLGƏZ” DASTANININ ŞİRVAN VERSİYASI
Vüsalə MƏMMƏDOVA
Folklor İnstitutu
vusala3@mail.com
AZƏRBAYCAN
Məhəbbət dastanlarından biri olan “Abbas və Gülgəz” dastanının çoxlu mətnləri yazıya
alınıb. Bu mətnlərə əsasən demək olar ki, dastanın üç versiyası var. Birinci versiya Qərb ver-
siyasıdır ki, bu, həcmcə daha geniş, motiv tərkibinə görə zəngindir. Burada şeirlərin sayı da
çoxdur.
Dastanın ikinci versiyası, özünün bir çox xüsusiyyətlərilə fərqlənən, “Abbas” versiyasıdır.
Üçüncü versiya, əsasən, Şirvan bölgəsi üçün xarakterik olan Şirvan versiyasıdır.Bu
versiyanın özünəməxsus xüsusiyyətləri, fərqli süjet xətti var. Həm süjet -kompozisiyası, həm
də şeir tərkibinə görə maraqlı olduğundan, versiyanı təhlilə cəlb etmişik.
Bu versiyanın iki variantı nəşr olunub ki, birincisi Şirvan aşığı Aşıq Şərbətdən toplanıb,
ikincisi isə bir neçə aşığın “Nağıl dəftəri”ndən götürülüb ümumi şəkildə dərc edilib . Bu vari-
antları şərti olaraq, “Şərbət variantı” və “İkinci variant” adlandıracayıq.
Qərb versiyasında olduğu kimi, Şirvan versiyasının da süjet xəttinin əsasında buta
motivi durur. Amma burada buta motivi fərqlənir. Belə ki, Qərb versiyasında Gülgəz Təbriz
xanı Batmanqılınc Məhəmmədin bacısıdır , yuxuda onu Abbasa buta verirlər.Aşıq Şərbət va-
riantında Abbas Məmməd vəzirin oğlu, Gülgəz Əhməd sövdəgərin qızı, “İkinci” variantda isə
Abbas Əhməd şahın oğlu, Gülgəz Nəhməd vəzirin qızıdır . Göbəkkəsmə olan əmiuşaqları
sonradan yuxuda badə alırlar. “İkinci variant”da sevgililərin “alma ilə doğuluş” motivi də var
ki, bu, digər versiya və variantlarda yoxdur.
Süjetin əsas hadisələrinə başlanğıc verən ikinci Aşıq Abbas obrazı ilə bağlı epizod da
sırf Şərbət versiyasına aiddir. Gülgəzlə Abbas həmin aşığı dinlədikdən sonra niyyət edib haqq
yuxusuna gedərək badə alırlar. Lakin Abbas bu zaman haqq badəsini verənin qəzəbinə gələrək
dili lal, qulağı kar olur. Bununla da, versiyanın daha bir xarakterik epizodu ortaya çıxır. Belə
ki, Abbas öz dərdinə şəfa tapmaq üçün Bağdada yollanır. Amma Qərb versiyasında Abbasın
ilk səfəri butasını axtarıb tapmaq üçünTəbriz istiqamətinə olur.
Bağdad səfəri zamanı baş verən bir sıra hadisələr də bu versiya üçün səciyyəvidir. Qərb
versiyasında Şah Abbasın vəziri kimi təqdim olunan Sarı Xoca obrazı “Şərbət variantı”nda
Bağdad şəhərinin vəziridir. Bu variantda Şah Abbasın vəzirindən söhbət getsə də, adı
verilmir, digər versiyalardan fərqli olaraq, şah onu cəzalandıraraq şəhərdən uzaqlaşdırır.
“İkinci variant”da isə, həm Sarı Xoca , həm də Allahverdi xan Şah Abbasın vəzirləridir.
Onların el-el, oba-oba gəzib ölçüsünə qız axtardıqları “qızıl başmaq” motivi də ancaq Şirvan
versiyası üçün xarakterikdir. Yolda rastlaşdıqları Keçəl obrazına Qərb versiyasında tam fərqli
məqamla bağlı epizodda rast gəlinir. Burada digər fərqli obrazlar da var ki, Bağırbəyli Talım
Qasım, Əli Bəzirgan, Veysəl Qara övladı kimi adlar bunlara nümunədir.
Abbasın İsfahan səfəri da Şirvan versiyasında fərqlidir. Burada Abbasaın Xoca Yaqub
quyusuna, və yaxud zəhərli quyuya salınması epizodu yoxdur. Abbas birbaşa İsfahana gəlib
çıxır.
Şah Abbasla qarşılaşma “İkinci variant”da Qərb versiyası ilə bir qədər oxşar olsa da,
“Şərbət variantı”nda qısa və fərqli şəkildə verilir.
Şirvan versiyasının şeirləri Qərb versiyasına nisbətən azdır. Bu versiyada Gülgəz də
“badə” içdiyindən burada onun dilindən verilən şeirlər daha çoxdur. Hətta dastanın digər
versiyalarında rast gəlinməyən bayatı janrı da burada verilir.
Şərbət variantında 16, “İkinci variant” da isə 24 şeir var. Ancaq Şərbət variantında olan
şeirlər “A biləndə xətt”, “Oyan”, “Oyanmaz” qoşmaları, “Yetirrəm ol yarə səni” gəraylısı, son-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1032
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
da duvaqqapma yerində deyilən bayatılardır. Yalnız “İkinci variant”a aid şeirlər isə Bayatı jan-
rında olan bir şeir, ”Qaşları”, “Təzə şah gəlir”, “İstərəm”, ”Bəs ağlamazmı-1” rədifli qoşma-
lardır.
Şeirlərdən doqquzu sırf Şirvan versiyasına aid olan, hər iki variantda işlənən şeirlərdir.
Bunlar iki bayatı, “Gözlərəm səni”, “Yetir” ,“Gülgəz indi”, “Dayanma,gəl” gəraylıları, ”Bəs
ağlamazmı-2”, “Durma, gəl”, “Ey şah”, “Üzəsən” qoşmalarıdırlar. Göründüyü kimi, burada
eyni adda iki dənə ”Bəs ağlamazmı” şeiri verilir. Onlar fərqli məqamlarda söylənilən ayrı-ayrı
şeirlər olduğundan nömrələnib.
Digər şeirlər Qərb versiyasının şeirləridir ki, bunlardan dördünə hər iki variantda rast
gəlinir, qalanlarından Şərbət variantında olanları “İkinci variant” da yoxdur.
ŞƏXSİYYƏT ZAMANIN VƏ MÜHİTİN MƏNGƏNƏSİNDƏ
Xəyalə ƏFƏNDİYEVA
Bakı Dövlət Universiteti
elshenxeyale@box.az
AZƏRBAYCAN
Mühitlə barışa bilməyən insanın – şəxsiyyətin faciəsi mövzusuna dünya və Azərbaycan
ədəbiyyatında dəfələrlə müraciət olunmuşdur. Avropa ədəbiyyatında Hötenin “Gənc Verterin
iztirabları”, Jorj Sandın “İndiana”, Somerset Moemin “Həyatımın yekununda”, Şarlotta Bron-
tenin “Ceyn Eyr”, Anna Brontenin “Qarlı aşırım”, Stefan Sfeyqin “Dünənin dünyası”, Cek
Londonun “Martin İden”, Herman Hessenin “Demian”, Puşkinin “Dubrovski” və s. əsərləri
buna nümunə ola bilər.
M.F.Axundzadənin “Aldanmış kəvakib” povestindəki Yusif Sərrac, N.Vəzirovun
“Müsibəti-Fəxrəddin” faciəsindəki Fəxrəddin, Ə.Haqverdiyevin “Bəxtsiz cavan” faciəsindəki
Fərhad, C.Məmmədquluzadənin “Ölülər” əsərindəki İsgəndər və s. məhz bu cür – zamanın və
mühitin məngənəsində boğulan işıqlı insanların bədii obrazlarıdır. Dünya ədəbiyyatında və
milli ədəbiyyatımızda xüsusi aktuallıq kəsb edən şəxsiyyət və mühit, fərd və cəmiyət, dünya –
insan – tale – zaman mövzusu çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Sey-
ran Səxavət qələmində də özünəməxsus çalarları ilə diqqəti çəkməkdədir.
Seçilmişlərdən olmaq – seçkin insan taleyi yaşamaq alın yazısı kimidir. Yazıya pozu
yoxdur. Hətta yazılıb, sonra pozulmuş adi bir söz də ən azından yazıldığı vərəqin yaddaşında
qalır. Deməli, pozu fiziki anlayışdır və o, yazını fiziki, hərfi mənada poza bilsə də, mənəvi,
yəni məzmun etibarı ilə poza bilmir. Yazıya pozu yoxdur deyəndə insanlar ta qədimdən alın
yazısını nəzərdə tutmuşdur. Alın yazısı mistik təsəvvürlə bağlı olsa da, insanın keçdiyi ömür
yolu ilə səciyyələndiyi üçün mistik təsəvvürlərdən daha çox mənəvi məzmuna malikdir. Alın
yazısı yalnız o zaman mənəvi məzmun daşıya bilər ki, ömür yolunda qazanılanları qismətdə
yox, zəhmətdə axtarmağı bacara biləsən. Bu isə hər hansı ideologiyadan uzaq, son dərəcə
milli və bəşəri keyfiyyətləri özündə birləşdirən yüksək əxlaqi və mənəvi tərbiyə tələb edir.
Yazıya pozu olmasa da, Seyran Səxavətin “Persona non Qrata” əsərində sənət həqiqəti-
nin, min illərin sınağından çıxmış bu qədim həyat həqiqətinə meydan oxuması, müəllifin bu
gözlənilməz, həm də bu yüksək vətəndaş və sənətkarlıq qayəsi ilə təsvir etdiyi hadisələrin
fonunda gəldiyi qənaət ədəbi hadisə kimi ictimai marağa səbəb olacaqdır. Alın yazısı elmi,
sənəti az məşğul etməmişdir. Qədim yunan, Şərq fəlsəfəsindən başlayaraq müasir fəlsəfə
elminə qədər çoxsaylı alimlər bu mövzunu tədqiq etməyə çalışsa da, gəldikləri qənaət, son
nəticə müxtəlif ideologiyaların fonunda birmənalı qarşılanmamışdır. M.F.Axundov “Aldan-
mış kəvakib”də hökmdarı xilas etməkçün onun alın yazısına edilən düzəliş, E.Heminqueyin
“Qoca və dəniz” əsərində qoca balıqçının alın yazısı qədər, arzusunda olduğu balığı ovlamaq