Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə134/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   130   131   132   133   134   135   136   137   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1037



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

UNİVERSİTET İDARƏÇİLƏRİNİN TYUTORLUQ                       

ANLAYIŞININ TƏLƏBƏ NAİLİYƏTINƏ TƏSİRİ 

 

Mehmet Ali CEYHAN 

Qafqaz Universiteti 

Bakü/AZERBAYCAN 

maceyhan@qu.edu.az 

 

Rəhbərlik, ali təhsil müəssisələrinin rəhbərlərinin qərar və məsələlərə münasibətləri tə-

ləbələrə birbaşa olmasa da, dolayı olaraq təsir edir. Universitetlərdəki təşkilati strukturu for-

malaşdıran əsasnamələr, nizam-intizam qaydaları, sosial fəaliyyətlərlə bağlı planlamalar, təd-

ris prosseslərinin təşkili, tənəffüs saatları, imtahan vaxtı və imtahanlar arası müddətlər müəy-

yən olunması kimi bir çox amillər tələbələrin uğur qazanmalarına birbaşa və ya dolayı olaraq 

təsir göstərən faktorlardandır. Universitet rəhbərləri məhdudlaşdırıcı və ya qadağanedici nor-

malar tətbiq etmək əvəzinə tələbə indeksli və daha yumuşaq normalarla tələbələrin arzu və is-

təklərinin universitetin məqsədlərinə zidd olmadan həyata keçirilməsinə imkan yaratmalıdır 

ki, rəhbərliyin tələbələrin inkişaf və uğur qazanmalarındakı rolu mövzusunda aparılan araşdır-

malar, təhsilin inkişaf etdirilməsində və tələbələrin uğur qazanmalarında idarəçilərin liderliyi-

nin əhəmiyyətli bir faktor olduğunu göstərir. İdarəçi liderliyi yalnız rektor ilə məhdudlaşmır, 

bir universitetdə fəaliyyət göstərən bir çox struktur bölmənin rəhbərlərini də əhatə edir. Effektiv 

idarəçilər zamanlarının çox hissəsini təhsil müəssisəsində təhsil problemləri ilə maraqlanaraq 

keçirir. Bu cür idarəçilər məktəbdəki fərdi "rollarını" təhsil lideri olaraq görürr. Təhsil liderli-

yinin bir göstəricisi də məktəbdəki bütün fəaliyyətlərin təhsilin inkişaf etdirilməsi istiqamətin-

də qurulmasının səmərəli təşkilinə nail olmaqdır.  

Müəllimlərə görə idarəçilərin səmərəli fəaliyyət göstərə bilmələri və işlərində uğur qa-

zana bilmələri üçün tələbələrə daha çox zaman ayıra bilmələri, auditoriyada baş verənləri şəx-

sən auditoriyaları ziyarət edərək görmələri və mütəmadi olaraq tələbə ilə təmas halında olma-

ları idarəçilər üçün çox əhəmiyyətli xüsusiyyətlərdən olmalıdır. 

Universitetlərdə xidmətlər "idarəçilik", "təlim-tədris" və "tyutorluq " xidmətləri olaraq 

formalaşmışdır. Bu prosesdə tyutorluq proqramı xidmətlərin bir hissəsini təşkil edir və müxtə-

lif fəaliyyətləri ilə universitet rəhbərliyinin işinə də kömək edir. Tyutorlar tələbələrin inkişaf-

larıyla bağlı əldə etdikləri araşdırma nəticələri ilə universitet idarəçilərinin tyutorluq anlayış 

və məlumatlarının artmasına kömək etməklə yanaşı, idarəçi-tyutor arasındakı əməkdaşlığı artırır. 

Başqa sözlə desək, ali təhsil müəssisəinin idarəedilməsi zamanı tyutorluq fəaliyyətlərinə də daha 

çox yer və əhəmiyyət verirlər. Rəhbərliyin dəstəyi tyutorluq fəaliyyətlərinin səmərəli şəkildə 

icra edilməsi baxımından əhəmiyyətli bir faktordur. 

Üniversitet tyutorlarının tələbələrin qabiliyyətləri, akademik müvəffəqiyyətləri, peşə in-

kişafları, maraq dairələri, motivasiya səviyyələri və fərdi problemləri istiqamətində aparacaqları 

araşdırmaların nəticələri təlim-tədris fəaliyyətlərinin daha yaxşı təşkil edilməsinə, daha uyğun 

pedoqojik metodlardan istifadə edilməsinə və müxtəlif səmərəli fəaliyyətlərin təşkil edilməsinə 

imkan verəcək. Bu da səmərəli tyutorluq fəaliyyətləri ilə universitet və ya fakültənin fəaliyyət-

lərinin, məqsəd və qaydalarının valideynlərə və ictimaiyyətə daha yaxşı çatdırılmasına imkan 

verəcək, təhsil fəaliyyətlərinin ictimaiyyət tərəfindən daha yaxşı başa düşülməsinə imkan yara-

dacaq, onların məktəblə münasibətlərinin artmasına şərait yaradacaq və təhsil fəaliyyətlərini 

dəstəkləmə istəklərini artıracaq. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1038


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İNGİLİS DİLİ VƏ ƏDƏBİYYATI  

 

 

ELYAS CON VİLKONSON GİBBİN TƏDQİQATINDA                                 

ŞƏRQ ƏDƏBİYYATI 

 

M. MUSTAFA GÜL 

Qafqaz Universiteti 



mgul@qu.edu.az 

AZƏRBAYCAN 

 

Azərbaycan  şairləri ilə bağlı ilk, uzun axtarışlar aparıb daha geniş  məlumat toplayan, 



türklərin təkcə dil və  ədəbiyyatını deyil, tarixini, adət-ənənələrini öyrənən, sevən və  rəğbət 

bəsləyən Elyas Con Vilkonson Gibbin xidmətləri  əvəzsizdir. Müəllif ingilisdilli oxuculara 

Türk poeziyasını anlatmaq məqsədilə haqqında danışdığı şairlərin Azərbaycan şairləri ilə bağ-

lı ilk, uzun axtarışlar aparıb daha geniş məlumat toplayan, türklərin təkcə dil və ədəbiyyatnı 

deyil, tarixini, adət-ənənələrini öyrənən, sevən və  rəğbət bəsləyən Elyas Con Vilkonson 

Gibbin xidmətləri  əvəzsizdir. Müəllif ingilisdilli oxuculara Türk poeziyasını anlatmaq məq-

sədilə haqqında danışdığı şairlərin poetik incilərini ingilis dilinə özü çevirmişdir. Altı cildlik 

əsərində Gibb Osmanlı poeziyasının keçdiyi bütün mərhələləri təsvir və təhlil etmiş, türkdilli 

Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndələrindən Qazi Bürhanəddin,  İmadəddin 

Nəsimi, Məhəmməd Füzuli kimi və digər klassiklərlə bağlı dəyərli məlumat vermişdir. 

Elyas Con Vilkonson Gibbin misilsiz əlyazmaları  və nadir kitablarına gəlincə onlar 

müxtəlif mötəbər yerlər arasında bölüşdürülmüşdür.  Şərqşünasa məxsus olan əlyazmalar 

Britaniya muzeyinin kitabxanasına, fars və türkcə kitabları isə Kembric Universitetinin kitab-

xanasına təqdim olunmuşdur. 300-dən artıq olan bu qiymətli kitabların çoxu nadirdir, hətta 

bəzilərində alimin öz əli ilə yazılmış qeydlər də vardır. Gibbin Şərqlə bağlı böyük qiymət 

kəsb edən bəzi işləri isə İstambulda yerləşən Britaniya səfirliyi əldə etmişdir. Kitablarının bir 

çoxunu Gibbin həyat yoldaşı xanım Gibb bu əsərlərə daha çox ehtiyac duyulan qaynaqlara 

göndərmiş və alimin yaxın dost və pərəstişkarlarına hədiyyə etmişdir. 

Gibbin anasının  ən böyük arzusu sevimli oğlunun həsr etdiyi elmin sonrakı inkişafını 

təmin etmək idi. Və bu məqsədlə o, Gibbin xatirə fondunu yaratmaq təşəbbüsünü həyata 

keçirtdi. Fondun gəliri türk, fars və ərəb dillərində olan, lakin çap olunmamış mətnlərin və tər-

cümələrin çapına və bu dillərin tarixi ilə bağlı elmi işlərə sərf olunmalı idi. Əldə edilən gəlir 

eyni zamanda Şərqlə bağlı elmi axtarışları  təşkil etmək məqsədilə  səyahətçilərə  və ölkədə 

Türk dili və  ədəbiyyatı ilə bağlı mühazirələrin keçirilməsini xərclənə bilərdi. Bu etibarlı 

nəzarət qrupuna ilk növbədə E.Braun, H.F.Amedroz, A.G.Ellis (Britaniya muzeyinin Şərq 

Əlyazmaları  rəhbərliyi), R.A.Nikolson və E.Denison Ross daxil idi. Xatirə fondunun çapa 

hazırladığı ilk iş hökmdar Baburun xatirələrinin cığatay  əlyazmaları olmuşdur. Hindli bir 

alimə məxsus olan həmin əlyazmalar müvəqqəti olaraq İngiltərəyə işlənilməyə gətirilmişdir. 

Bu orijinal əlyazma da qiymətli idi. Çap edilmiş ikinci əsər orijinalı Britaniya muzeyində sax-

lanılan və XIII əsrdə  Şəms Qeysin fars Atabəylərindən biri üçün yazdığı  «Əl müəyyəm fi 

maayiri əşari-əcəm» əsəri olmuşdur. Əsərin redaktoru E.Braundur. Fondun çap etdiyi daha bir 

əsər Rəşid-əddin Fəzlullahın «Camit-Təvarix» adlı böyük əsərinin çap edilməmiş hissəsidir. 

Onu da qeyd etmək lazımdır ki, indiyədək onlarca qiymətli  əlyazmaları çapa hazırlayan bu 

fond indi də fəaliyyət göstərir. Burada ən önəmli əsərlər seçilir və çapa hazırlanır. 

Bu  əsərin müəllifi Böyük Britaniyanın «Britaniya Kitabxanası», «London Universiteti 

kitabxanası», «Kensinqton Mərkəzi kitabxanası» və s. iri informasiya mərkəzlərində sax-

lanılan materiallar əsasında belə bir yəqinlik hasil etmişdir ki, doğrudan da ingilis şərqşünası 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə