III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1039
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
E.C.V.Gibb Osmanlı poeziyasının ilk və ən kamil bir tədqiqatçısıdır, çünki Gibbə qədər Os-
manlı poeziyası ilə bağlı ingilis dilində ciddi və bütün ədəbi sahələri əhatə edən bir əsərin ol-
madığını şərqşünas özü də əsərə yazdığı müqəddimədə vurğulayır. O bunun səbəbini bir növ
o dövrə qədər yazılan Osmanlı ədəbiyyatının yalnız bir sahəsinə - yəni poeziyaya daha üstün-
lük verilməsində görürdü.Çox az nəsr əsərləri-«Humayunnamə» və daha sonra yazılan «Xəmse-
ye Nərgizi» kimi nəsr əsərləri də o dövrün şerlərinin tələblərinə əsasən yazılırdı. Belə olduğu
təqdirdə Gibbin fikrincə Osmanlı poeziyasının tarixi elə təxminən Osmanlı ədəbiy-yatının ta-
rixi ilə eynilik təşkil edir. Gibb son illərdə türk dilində ayrı-ayrı şairlərlə bağlı əsərlə-rin, eləcə
də ədəbiyyatın müəyyən sahələrini əks edən qəzet və jurnal məqalələrinin olduğunu söyləsə
də, müəyyən mənada qiymətli saydığı bu yazıları bütövlükdə qənaətbaxəş hesab etmir. O
ancaq ədəbiyyatın müəyyən sahələrini sistemli şəkildə tədqiq etməyə ciddi təşəbbüs göstərən
Baron von Hammer Purqştalı nümunə göstərir. Gibb Hammerin «Osmanlı şer sənətinin
tarixi» əsərini qiymətləndirsə də onu Osmanlı poeziyasının tarixindən daha çox Osmanlı
şairlərinin lüğətinə bənzədir: «Türk dilində müəyyən dövrlərdə yaşayan şairlərin həyatları və
əsərləri haqqında məlumat verən «Təzkirə»lər mövcuddur. Von Hammerin bu böyük əsəri
xronoloji qaydada tərtib edilmiş bu Təzkirələrin tərcüməsindən başqa bir şey deyildir».
Lakin bununla bərabər Gibb Hammerin əsərini ilk təşəbbüs kimi qiymətləndirir və Os-
man ədəbiyyatını tədqiq edənlər üçün ilk qaynaq kimi gərəkli olacağını söyləyir. Şərqşünas
Hammerlə heç bir rəqabət etmədiyini, ancaq və ancaq onun işini davam etdirəcəyini və nəzər-
dən qaçan yerləri tamamlayacağını söyləyir. Qərbdə çox az inkişaf etmiş belə bir çətin sahə-
nin gözəl izahını açıqlamağa imkan verən fikrimizcə təkcə bacarıq, dəqiqlik və əməksevərlik
deyildir, bu həm də böyük sevgi və rəğbətlə bağlıdır. Bütün həyatını ümumən Şərq, bütövlük-
də Türk dili və ədəbiyyatının öyrənilməsinə sərf etmiş Gibb türkləri sevmiş, başa düşmüş,
güclü və zəif cəhətlərini duymuş və onların qüdrət və gələcək imkanlarına dərindən inanmış-
dır. Məhz bu inam hissi və sevgi Qərb mənşəli alimə Türklərin ədəbiyyat tarixinin inkişaf yol-
larını məharətlə əks etdirməyə ilham verən əsas amil olmuş və Gibbin bütövlükdə yaradıcılı-
ğının əsas qayəsinə çevrilmişdir.
Gibbin türk dili və ədəbiyyatı sahəsində necə əvəzsiz bir alim olduğunu təsdiqləyən ən
diqqətəlayiq fakt türklərin özlərinin alimin yaradıcılığı ilə bağlı təəssüratları, ona göndərdik-
ləri ilıq, sevgi dolu məktubları olmuşdur. 1901-ci il dekabrın 15-də «Osmanlı» adlı türk
qəzetində çap olunan yazıda müəllif öz təəssüratını belə ifadə edir: «İstər Osmanlı İmperiyası,
istərsə də Qərb şərqşünasları arasında Osmanlı dil və ədəbiyyatını onun qədər dərindən öyrə-
nən olmamışdır».
FİLİP SİDNEY və TÜRK ŞƏİRİ
Ali BEREKET
Qafqaz Universiteti
abereket@qu.edu.az
AZƏRBAYCAN
Osmanlı dövrü türk ədəbiyyatının zirvəsində şəir dayanır. Bir sıra dünya xalqlarının
klassik ədəbiyyatlarında olduğu kimi, türklərin də öz milli ədəbiyyatını şəirlə yaratdığından
söhbət açan XVI əsr ingilis mədəniyyətinin və ədəbiyyatının tanınmış xadimi Ser Filip Sidney
(Sir Philip Sidney, 1554-1586) “Şəirin müdafiəsi” (“The Defence of Poesy”) adlı elmi əsərin-
də bu məsələni geniş şərh etmişdir. Osmanlı imperiyasının 620 illik tarixi ərzində yaranan çox
saylı sayda qəzəl, qəsidə və digər şeir növlərində poetik nümunələrin ərəb, fars və digər Şərq
ölkələri xalqlarının ədəbiyyatşünaslığındakı kimi, ingilis və ingilisdilli şərqşünaslıqda da
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1040
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
öyrənilməsi ciddi marağa səbəb olmuşdur. Bir sıra tədqiqatçı alimlər Qərbi Avropa kitabxana-
larında Osmanlı dövrü şeiri əlyazmalarının müəyyən hissəsinin saxlanıldığı barədə yazmışlar.
Bununla bərabər, ingilis dilində aparılan tədqiqatlarda və dərc olunmuş monoqrafik əsərlərdə,
elmi məqalələrdə Osmanlı dövrü şeirinin təşəkkülü, inkişaf yolları və digər problemlərin
əhatəli və polemik tərcüməsi, elmi materialların Azərbaycan şərqşünaslığında tədqiqata cəlb
edilməsi mühüm aktuallıq kəsb edir.
Hər şeydən əvvəl, möhtəşəm güc-qüdrət sahiblərindən biri olan Osmanlı imperiyası
dövründə yaranan zəngin mədəni-ədəbi xəzinənin – lirik şeirin şərqşünaslıq elmində, xüsusilə
ingilis şərqşünaslığında tədqiqi müəyyən məziyyətləri ilə diqqəti cəlb edir.
Osmanlı dövrü şeirinin Qərb ədəbi dünyasında tərcüməsi və tədqiqi məsələlərinin, əsa-
sən, aşağıdakı meyarlarla ədəbi-elmi mühitin nümayəndələrinə təqdim olunduğunu söyləmək
mümkündür.
Əvvəla, nüfuzu və möhtəşəmliyi ilə dünyanın ən qüdrətli dövlətlərindən biri kimi tanı-
nan Osmanlı imperiyasının əldə etdiyi uğurlar sırasında onun məşhur ədəbi simalarının yara-
dıcılıq nümunələri, heç şübhəsiz ki, diqqətdən yayına bilməzdi. Bir sıra Qərbi Avropa ölkələ-
rində, o cümlədən Böyük Britaniyada mövcud olan “Türk əlyazmaları kataloqu” (“Catalogue
of Turkish Manuscripts”) nə qədər azsaylı nüsxələrdə olsa da, belə bir imperiyanın mədəniy-
yəti, ədəbiyyatı, o cümlədən şeiri Britaniya şərqşünaslarını bu arealı daha diqqətlə öyrənib
araşdırmağa sövq etmişdir.
İkincisi, fikrimizcə, Osmanlı imperiyasının müəyyən vaxtlarda, xüsusilə XVI əsrin son-
larında Avropada, o cümlədən İngiltərədə hakim dairələrin təşviqi və göstərişi ilə dramaturq-
ların Osmanlı obrazını teatr səhnəsinə gətirməsinə rəvac vermişdir. Bu cəhətdən, yalnız ingilis
Renessans ədəbiyyatı dövründə yazılan və səhnələşdirilən təxminən 600 dram əsərindən 55-
nin türk hökmdarlarından bəhs etməsi Osmanlının kim olduğunu söyləmək və onun apardığı
müharibəyə cavab vermək üçün aydın təsəvvürə malik olmağa xidmət etmişdir.
Üçüncüsü, Osmanlı dövrü şeirini Qərb dünyasına tanıtmaq, xüsusilə Britaniya Renessansı
dövründə türklərin ədəbiyyatı olmaması mühakiməsinə qarşı Qərbi Avropanın, eləcə də,
İngiltərənin mütərəqqi fikirli adamlarının, o cümlədən Ser Filip Sidneyin “Şeirin müdafiəsi”
adlı əsərində türklərin möhtəşəm şeirlə öz ədəbiyyatını yaratdığını söyləməsi, təbii ki, türk-
lərdə söz sənətinin nə qədər mühüm rol oynadığını təsdiq edir.
GLOBAL CITIZENSHIP
Allison RUSK
New York University
amr838@nyu.edu
USA
Discourse on how globalization affects education, specifically higher education,
increasingly discusses the idea of global citizenship, and what it means to create global
citizens. The traits of a global citizen involve such things as awareness of differences across
cultures,being self-aware in terms of one’s own cultural viewpoint, being empathetic towards
cultural differences and having the ability to adapt to settings outside of one’s comfort
zone.These traits help students adapt to the way human interactions are changing due to the
processes of globalization. Students with these qualities will be more beneficial to future
employers, as they will have better communication skills and will be comfortable working in
diverse environments, perhaps outside of their comfort zone.The qualities of global citizens
can be formed by creating global opportunities for students, such as interacting with cultural
differences in their home country or travelling to foreign countries on exchange programs.