Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə132/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   128   129   130   131   132   133   134   135   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1033



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

üçün çin olmuş yuxusu, U.Folknerin “Taleh” əsərində ağasının cəzasından qaçan qulun tale-

yin cəzasından qaça bilməməsi alın yazısı və ondan irəli gələn hadisələrin bədii təsvirinin ən 

parlaq nümunələridir.  

Lakin alın yazısının pozularaq yenidən yazılmasının yüksək sənətkarlıqla bədii ifadəsini 

verən Seyran Səxavət “Persona non Qrata” əsəriylə gerçək həyatla keçirilməsi mümkün 

olmayan sədlərin mistik gedişlərlə  dəf edilməsi və onun yaratdığı ünsiyyət, habelə  həmin 

ünsiyyətin yaratdığı psixoloji-dramatik situasiyalara nüfuz etmək baxımından mötəbər  əsər 

ortaya qoymuşdur.  Əsərin uşaq istisna olmaqla digər obrazları  təzadlı zamanın və  məkanın 

sakinləridir. Ömürlərinin çox hissəsini sovet ideologiyasının ab-havasında keçirərək, həmin 

ideologiyanın diqtəsiylə yazılmış alın yazısıyla yeni zaman və məkanın – müstəqil Azərbay-

canın sakinləridir. 

Əsərin qəhrəmanı sakini olduğu yeni zaman və məkanda köhnə zaman və məkanın diq-

təsiylə yazılmış alın yazısıyla yaşaya bilmir, gerçəkdən yaşadığı  həyatda ömrünü davam 

etdirməkçün alın yazısını pozmaq qərarına gəlir. Alın yazısı mistik mənada desək, bəxt-taleh 

yazısıdır, onun həmin mənada pozulması qeyri-mümkündür. Əsərin qəhrəmanının alın yazısı 

zorla yazıldığı kimi, zorla da pozulur. Fiziki mənada pozulmuş alın yazısının yerindən 

süzülən, tərkib etibariylə müxtəlif maddələrin məcmusundan ibarət olan, qanın yerinə onun  

qəlbinə damarlarına saflıq, duruluq rəmzi olan işıq seli axır və işıq seli ona yeni alın yazısı 

bəxş edir. Qəlbindən, damarlarından axan işıq seli işıqlı bir yola dönərək onu yeni, həqiqi alın 

yazısı olan uşaqla rastlaşdırır. Uşaq müəllifin uğurlu, həssas tapıntısı olaraq müstəqilliyimizin 

uşaqlığı kimi səciyyələnir. Uşaq vaxtilə elmi ateizmi təbliğ etməyə  məcbur edilən, köhnə 

zaman və  məkanda yaşamağa çətinlik çəkən babasının təfəkkürünün ağır havasında ürəyi 

istəyən kimi nəfəs ala bilmir. O, özünün, məqsədinin saflığından yoğrulmuş ovqat arzusunda-

dır. Uşağın arzusuna biganə qala bilməyən müəllif, sənət həqiqətinin xeyrinə min illərin həyat 

həqiqətinə qarşı inqilab etmişdir. Müəllifin qayəsi onun son dərəcə vətəndaşlıq qeyrətinə və 

Vətən sevgisinə əsaslanır. Uşaq təzəlikdir, uşaq saflıqdır! Müəllif bu təzəlik və saflıq fırçasıy-

la həyatın elə lövhələrini yaradıb ki, orada həyat ana bətnində olan uşaq kimi çabalayır. Təzə-

liyi və saflığı köhnəliyin, üfunətin ümidinə qoymaq olmaz. Reallıq ondan ibarətdir ki, həyat 

həqiqətləri  əsərdə qazandığı  məziyyətlərlə ideallaşdırılmır,  əksinə yazıçı  təxəyyülündə daha 

qabarıq görünür. 

Müəllif sünilikdən qaçaraq uşağın arzularına uşaqcasına yox, qüdrətli bir qələm ustası 

kimi müdaxilə edir, uşağın arzu elədiyi həddə çatmaq yeni təfəkkürlə köhnə təfəkkürün mü-

barizə meydanını yaradır, inkişafda dialektikaya və təkamülə üstünlük verir.  

Seyran Səxavətin yaradıcılığının kamil cəhətlərindən biri də odur ki, yazıçı öz əsərlərin-

də keçmişi müasirlik qədər yaşada bilir, tarixiliklə müasirliyin harmoniyasını yaradır, yaşan-

mış hadisələrə, keçmişə bədii ekskurs etmək, ona bugünün gözüylə baxmaq yazıçının mövzu 

dairəsinin genişliyindən, mürəkkəbliyindən və zənginliyindən xəbər verir.  



 

 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1034



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ AZƏRBAYCAN DİLİ  

TƏLİMİNİN LİNQVİSTİK ƏSASLARINA DAİR 

 

Aygün ZAMANOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

aygun_zaman@mail.ru 

AZƏRBAYCAN 

 

Ümumtəhsil məktəblərində aparılan Kurikulum islahatı istisnasız olaraq bütün fənlə-rin, 



o cümlədən Azərbaycan dilinin məzmun və strukturca yeni pedaqoji yanaşmalar əsasında işlə-

nilməsinə gətirib çıxardı. Şagirdin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənmiş nəticə-

yönlü təlimə keçid məqsədilə ümumi təhsilin ibtidai, orta və tam orta təhsil səviyyələrində 

“Azərbaycan dili” fənni qarşısında qoyulmuş  vəzifələr konkretləşdirildi. Eyni zamanda, hər 

sinfin sonunda qazanılması  tələb olunan bilik və bacarıqlar müəyyənləşdiril-məklə  məzmun 

xətlərinə müvafiq qaydada standartlaşdırıldı. Uzun illər tətbiq edilən ənənəvi məzmundan fərqli 

olaraq, Azərbaycan dili təlimində linqvistik tərif, qayda və şərhlərin açıqlanması və dərindən 

mənimsədilməsi deyil, şagirdlərə dinləyib anlama, danışma, oxu və yazı qabiliyyətləri aşıla-

maq yolu ilə nitq mədəniyyətinin formalaşması strateji xətt kimi önə çəkildi. İnkişaf etmiş öl-

kələrin qabaqcıl təcrübəsindən faydalanılaraq hazırlanan və artıq bir neçə ildir ki, tətbiq edilən 

bu məzmun nitqin fəaliyyət növlərinin linqvistik mahiyyət daşıyan biliklərlə inteqrasiyası 

üzərində qurulmuşdur. Beləliklə, nitq bacarıq və vərdişlərinin linqvis-tik bacarıqlarla müqayi-

sədə qabardılması  təlim prosesinin də köklü şəkildə yeniləşdirilməsinə  zəmin yaratmışdır. 

Məlum məsələdir ki, təlimin keyfiyyətini təmin edən amillərdən biri nəzərdə tutulmuş məz-

munun dərsliklərdə hansı şəkildə verilməsindən çox asılıdır. İstifadədə olan yeni dərsliklərin 

təhlili göstərir ki, bu sahədə  də  ənənəvi yanaşmalardan fərqli xüsusiyyətlər öz əksini tapır. 

Belə ki, dilimizin linqvistik quruluşu ilə bağlı az qala ali məktəb kursu həcmində verilən bi-

liklər minumum həddə endirilmiş və ən zəruri məlumatlarınşagirdlərə aşılanması nəzərdə tu-

tulmuşdur. Mətn üzərində iş prosesi ilə müəyyən dərəcədə əlaqələndirilən bu nəzəri məlumat-

ların metodik prinsiplərə uyğun verilməsi ilə bağlı müəyyən problemlər mü-şahidə olunmaq-

dadır ki, bununla bağlı fikir və mülahizələrimizi yığcam şəkildə bildirmək istərdik: 

1.  “Dil qaydaları” məzmun xəttinə aid nəzəri biliklərin siniflər üzrə bölgüsü müəyyən 

metodik prinsiplərə istinad edilərək işlənilməlidir. 

İllərin təcrübəsi göstərir ki, ibtidai, orta və tam orta təhsil səviyyələrində verilən linqvis-

tik bilik və bacarıqlarin didaktik əsaslarının şagirdlərin anlam səviyyəsinə uyğun müəyyənləş-

dirilməsi təlimin keyfiyyətini təmin edən təməl prinsiplərdəndir. Hazırki dərsliklərdə linqvis-

tik məlumatların istər ibtidai, istərsə  də orta təhsil səviyyəsində sadədən mürəkkəbə doğru 

prinsipi əsasında işlənildiyi qeyd edilsə də, bütün siniflərdə bu prinsipə tam riayət edilmədiyi 

müşahidə olunmaqdadır.  Bu ondan irəli gəlir ki, dərslik müəllifləri ibtidai siniflərdə təlimin 

məzmununu optimal variantda müəyyənləşdirməyə imkan yaradan spiralvarilik prinsipini 

nəzərə almamışlar. Təhlil göstərir ki, məhz bunun nəticəsində linqvistik anlayışların, kateqori-

yaların siniflər üzrə proporsional paylaşdırılmasında ciddi səvhlərə yol verilmişdir. Maraqlıdır 

ki, orta təhsil səviyyəsində 5-7-ci siniflər üçün tərtib olunmuş  dərsliklərdə  də  bu yanaşma 

davam etdirilmişdir Məsələn, dilimizin morfoloji quruluşu ilə bağlı məlumatlar ismin konkret 

və mücərrəd, ümumi və xüsusi, tək, cəm və toplu olması, hallanması, sifətin əlamət və keyfiy-

yət bildirməsi, dərəcələr üzrə dəyişməsi, feilin isə məsdər forması, təsdiq və inkar, zamana, 

şəxsə və kəmiyyətə görə dəyişməsi ilə bağlı  bilgilərin ardıcıllığı şəklində qurulduqdan sonra 

mürəkkəbə isim, sifət və feillər və onların yazılışı haqqında bilgilər verilir. Təcrübə göstərir 

ki, yuxarı siniflərdə də davam etdirlən bu yanaşma şagirdlərin dilin strukturu haqqında elmi 

təsəvvürlərinin sistemli formalaşmasında başlıca maneə yaradır. 

2.  Nəzəri mahiyyət daşıyan anlayışların, kateqoriyaların təsnifində və şərhində vahidlik 

gözlənilməlidir. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə