Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə130/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   126   127   128   129   130   131   132   133   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1029



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bütün bunlarla yanaşı, Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, 

vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq 

onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah-təala Aidanı xoş sa-

atında yaratmış, bir qadın kimi ona hər bir gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət, 

zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiy-

yət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyət-

lərin natamam siyahısıdır. Aida xanım Azərbaycanın qadınlıq simvolu və əsl Şərq gözəli idi. 

Aida İmanquliyeva xalq mənəviyyatı nəhrindən su içmiş, xalq həyatı, milli - tarixi tale-

yimizlə bağlı istedadlı alim, vətəndaş ziyalı və kübarlıq məktəbinin parlaq nümayəndəsi idi. 

Həmin məktəbin ənənələrini bu gün Azərbaycanın tarixi-ictimai mühitində bənzərsiz mövqe-

yi, xüsusi çəkisi olan övladları ləyaqətlə davam etdirir... 

 

 

XƏLİL RZA ULUTÜRK YARADICILIĞINDA ANA DİLİ PROBLEMİ 



 

Brilyant Müsavər qızı QULİYEVA  

Bakı Slavyan Universiteti 

brilyant.guliyeva@gmail.com 

AZƏRBAYCAN

 

 

Dil hər şeydən əvvəl insanlar arasında ünsiyyət vasitəsidir. “Azərbaycan Respublikası-

nın dövlət dili Azərbaycan dilidir. Bu dilin meydana gəlmə və  formalaşmasında Tomris, Babək, 

Ş.İ. Xətai, M.Füzuli, Q.Zakir, M.P.Vaqif, S.Vurğun, M.Ə.Sabir, Mirzə Cəlil, Mir Cəlal, M.İb-

rahimov, M.Şəhriyar, Ü.Hacıbəyli,  S.Rüstəm, Ə.Kərim, M.Araz, B.Vahabzadə və başqalarının 

əvəzsiz xidmətləri olmuşdur.  

Xalq  şairi X.R.Ulutürkün yaradıcılığında “Ana dili”nə xüsusi diqqət yetirilir. “Xəlil 

Rzanın milli mənlik şüur və məfkurəsinin ilkin təzahürü ana dilinə ciddi münasibətlə bağlıdır. 

Dil məsələsi gah kənardan dolayısı ilə, gah da daxilən, iç mahiyyətlə ifadə olunmuşdur. Dil 

ulu  əcdad, Vətən bütövlüyünün, milli varlıq və qeyrət müəyyənliyinin  əsası kimi təbliğ 

olunmuş, mənəvi-milli simasızlığa, özülsüzlüyə ciddi etiraz edilmişdir”. 

Şair dil məsələsinə nisbətən daha xolerik tərzdə yanaşır, həmvətənlərinə, onların 

timsalında bütün cahana malik  olduqları mənəvi dəyərlərə sahiblənmə bucağından köklənir 

və “Laylam mənim, nərəm mənim” şeirini qələmə alır. Şeirin adının belə  seçilməsi heç də 

təsadüfi deyildir. Şeirin məzmununda  müəllif qədim Azərbaycan tarixinə,  ədəbiyyatına, 

şifahi örnəklərimizə  köklənməklə fikrini izah edir: 

-Lay-lay dedim yatasan, 

Qızılgülə batasan. 

Ananın körpəsini uyutmaq üçün söylədiyi layla həmin körpənin ruhunu necə oxşayırsa, 

X.Rzanın ana dili haqqında şeiri də eyni estetik dəyəri özündə ehtiva edir. Belə təsir özünü 

B.Vahabzadənin “Ana dilim”, X.Rzanın “Azərbaycan türkcəsi” (1990) və “Özbək dili” (1986)  

şeirlərində də göstərir. B.Vahabzadənin “Ana dilim” şeirindən bir parçaya diqqət yetirək: 

Dil açanda ilk dəfə ana söyləyirik biz, 

“Ana dili adlanır bizim ilk dərsliyimiz. 

İlk mahnımız laylanı, anamız öz südüylə, 

İçirir qəlbimizə bu dildə gilə-gilə.  

Bu isə Xəlil Rza Ulutürkün “Azərbaycan türkçəsi” şeirindən parçadır: 

Ulduzlarda səslənən laylamsan, bayatımsan. 

Məni ərşə qaldıran bir cüt nur qanadımsan. 

Ey batmış xəzinəmin diri qızıl külçəsi, 

Azərbaycan türkcəsi! 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1030



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bu isə X.R.Ulutürkün “Özbək dili” şeirindın fraqmentdir: 

Araxçınlı qadınların dinlədinmi laylasını, 

Sən yarandın o İlahi nidalardan, özbək dili! 

X.Rzanın “Ana dili” (“Laylam mənim, nərəm mənim”) şeirində  laylanın axıcılığı, rə-

vanlığı “Ana dili”nin üzərinə böyük ustalıqla köçürülür. Ruhu dilləndirən bu sədanın hardan 

gəldiyi sualı ortaya çıxınca qədim Azərbaycan tarixinə qiyabi ekskurs olunur. 

Şairi düşündürən digər bir məsələ “Ana dili”nin məhv olmaq təhlükəsi idi. X.Rza şeirdə 

müqayisəli situasiya yaradır. Yaşadılan, var olan bir dil nəyə qadirdir?, dilin məhvi nələrə 

aparıb çıxara bilər? kimi suallar meydana gəlir.  Dilin məhv olması babalarımızdan təhvil al-

dığımız əski tarixin yoxa çıxması deməkdir, Göy-Gölün Göy-Göllükdən, Qoşqarın Qoşqarlıq-

dan məhrum olmasıdır. Şair məhz belə bir ciddi problem ətrafında düşünür, dili mühafizə et-

mək üçün onun uğrunda mübarizə aparır. O, hələ  1969-cu ildə Heydər Əliyevə yazdığı mək-

tubunda aşağıdakıları  deyirdi: 

“Azərbaycan dilinin təsir dairəsini genişləndirmək, milli simasını itirmişlərə qarşı aman-

sız olmaq, qənimətçilərə, rüşvətxorlara qarşı mübarizədə əsla güzəştə getmədən döyüşmək... 

Sizinlə birlikdə mənimdə məramımdır”. 

Dil məsələsinə həsr olunmuş əsərlərdən biri də, yuxarıda söylədiyimiz kimi, “Azərbay-

can türkcəsi” (1990) şeiridir.  Şeir Ulutürkün məhbəsdə keçirdiyi vaxtlarında Azərbaycan 

türkcəsinə xitab formasında qələmə alınmışdır. Şair Azərbaycan türkcəsinin Günəş qədər əbə-

diliyini arzulayırdı. “Həbsiyyə”  şeirlərini qələmə alarkən ana dilinin onun sətirlərinə Günəş 

işığı səpdiyini duyur, qaranlıq zindanda parlayan bir Günəşə sahibliyini  hiss etdirir.  Şeirin 

son misralarında X.R. Ulutürkün pozitiv düşüncəsi, dilin qüdrətinə inamı özünü büruzə verir. 

Min il bundan sonra da yaşayacaq dünyada. 

Füzulinin nəfəsi, Şəhriyarın nəfəsi- 

Dağıt bu dar qəfəsi, 

Dağıt zülmət məhbəsi, 

Azərbaycan türkcəsi!. 

 Şairin “Odur ruhum, ana dilim” misralı şeirində də türk dilinə məhəbbət ifadə olunmuş-

dur. “Özbək dili” şeirində isə “Azərbaycan türkcəsi” və “Özbək dili” bərabərlik, eyniyyət qazanır. 

Şair Azərbaycan dilinə hansı istiliklə yanaşırdısa, özbək dilinə də o cür yanaşmadan çıxış edir. 

1960-cı ildə “Ana dili” və digər  şeirlərinə  görə ictimai-bədii mühitdən uzaqlaşdırılan 

şair dissident olmaq dərəcəsinə gəlib çatdığı vaxtlarda aşağıdakıları qeyd edirdi: 

“Mən hələ 1962-ci ildə “Ana dili” şeirim üstündə Vəli Axundov yoldaş tərəfindən milli 

məhdudluqda, lovğalıqda ittiham olunduğum üçün, bu tənqidin obyektiv olmadığını bir daha 

yada salmaq üçün MK-ya məhz həmin kitabı göndərməyi lazım bilmişdim. Rus, belarus, uk-

raynalı anaların dərdini öz dərdi bilən, onların göz yaşlarını ovcuna toplayan bir şairin ürəyin-

də cılız duyğular axtarmayın –demək istəmişdim.  

“Mən bəzən elə bir axmaq fikrə düşürəm ki, bir halda ki, Azərbaycanda qüdrətli adam-

ların sayı bu qədər azdır, baş götürüb Özbəkistana, yaxud qeyri yerə getməliyəm. Məni bundan 

sonra da sıxışdırsalar, çap imkanı verməsələr, başqa çarəm qalmayacaqdır”.  

Şair “Mən Şərqəm” poemasında  da Azərbaycan dili məsələsinə toxunmuşdur. 

Balaların həsrətdir Azərbaycan dilinə, 

Azərbaycan dilinə yas saxlayan yekəbaş! 

Milləti istəyənlər qol çirməyir, iş görür. 

Millətbazlar sənin tək özgələri köçürür. 



 

 

 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə