Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə364/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   356   357   358   359   360   361   362   363   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1506


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

DAHİLƏR ÖLMƏZDİL, TARİXDƏ QOYDUQLARI   

İZLƏR ONLARI ƏBƏDİ EDİR 

 

Kəmalə ABBASOVA 

Taras Şevçenko adına Ümummilli Kiyev Universiteti 



 

Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış, görkəmli Dövlət xadimi, dünya 

miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət 

xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. 

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik 

edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqi-

qətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tə-

rəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına həsr edən, milli dövlətçiliyin əsasını 

qoyan  dahi lider idi.  

1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının 

tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi 

hakimiyyətə gəldiyi gündür. 

Azərbaycan dövlətinin həqiqi inkişafı  həmin gündən başlayır. 1993-cü il iyunun 15-i 

 isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. 

Azərbaycan xalqı milli dövlətçiliyinin dağıl-

maq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 

1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə  tələb etmiş  və  həmin 

vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını 

görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə 

qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə 

Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.  

Böyük  qürur hissi  ilə  deyə bilərəm ki,  xaricdə təhsil aldığım Taras Şevçenko adına 

Kiyev Milli Universitetinin fotostentində Ulu Öndərin şəklini görəndə ölkəmizin dünya mə-

kanında öz layiqli yerini tutmasının bir daha şahidi oldum. 

Ümummilli Lider Heydər  Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi 

əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş 

fenomen  şəxsiyyət kimi çağdaş tariximizdə  əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı 

əfsanəyə çevrilmişdir.  

Məhz bunları  nəzərə alaraq deyə bilərəmki, bu gün Azərbaycanda sosial-iqtisadi

ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli liderin adı 

ilə bağlı olmasın.

 

Ulu Öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı 



hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət 

kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. 

Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgö-

rənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 

qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu Öndərin Azərbaycana rəhbərlik 

etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ 

Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndiril-

məsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin 

özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. 

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması 

zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi 

idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər  Əliyevin sosial-iqtisadi 

strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1507


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müd-

rikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında  əvəzedilməz rola malikdir. 

Bu şəxsiyyət  müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər 

Əlirza oğlu Əliyevdir. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyev Heydər  Əliyev 

amallarını uca tutaraq düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində 

qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla 

başa vurmuşdur. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf 

modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və 

yeni-yeni uğurlara imza atır. 

Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa 

malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı  tərəfdaş, qlobal 

enerji və  nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan 

Azərbaycanın bugünkü uğurları  məhz Heydər  Əliyev siyasətinin layiqincə davam etdiril-

məsinin məntiqi nəticəsidir. 

Biz gənclər Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı 

bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən 

nadir  şəxsiyyətlərdən biri kimi gördük. Heydər  Əliyev mahir psixoloq, insan qəlbinin dərin 

bilicisi idi. Buna görə də O, xalqın sevgisini qazana bilmişdi. Onun uzaqgörənliyi başqalarına, 

həmkarlarına nisbətən daha güclü idi. O, yürütdüyü daxili və xarici siyasətin ölkəmizi bugün-

kü inkişaf pilləsinə gətirib çıxaracağını bilirdi. Hal-hazırda onun layiqli davamçısı ölkə Pre-

zidenti  İlham  Əliyev də  mərhum Ümummilli Liderimizin qoyduğu iqtisadi-siyasi kursu 

davam etdirir.  

Dahilər ölməzdilər, tarixdə qoyduqları izlər onları əbədi edir. Bu gün də Heydər Əliyevi 

Azərbaycan xalqı qəlbində yaşadır. 

 

 

MADRİD PROTOKOLUNA GÖRƏ ƏMTƏƏ NİŞANLARININ 



BEYNƏLXALQ QEYDİYYATI 

 

Səma ARİFLİ  

Bakı Dövlət Universiteti 

sama.arf@gmail.com 

AZƏRBAYCAN 

 

Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının inkişafında əqli mülkiyyətin rolu əhəmiy-



yətli dərəcədə artmışdır və əqli mülkiyyət hüquqlarının təminatının gücləndirilməsinə xüsusi 

diqqət yetirilir. Bu da səbəbsiz deyil: müəlliflik hüququ, əlaqəli hüquqlar, patentlər,  əmtəə 

nişanları hazırda texnologiyaların və  cəmiyyətin inkişafında mühüm yer tutur. Bununla ya-

naşı,  əqli mülkiyyət hüquqlarının təminatında problemlər də mövcuddur. Bu problemlərlə 

mümkün qədər daha az rastlaşmaq üçün əqli mülkiyyət hüquqlarının müdafiə sisteminə bələd 

olmaq lazımdır. Əmtəə nişanının mühafizəsi əmtəə nişanının sahibinə əmtəə və ya xidmətləri 

identifikasiya etmək üçün xüsusi nişandan istifadə etmək və başqalarının ixtiyarına vermək 

(misal üçün lisenziya vermək yolu) kimi müstəsna hüquq verir. Əmtəə nişanının sahibi öz 

məhsulunun qarışıq düşmə ehtimalı olduğundan digər şəxslərə eyni və oxşar əmtəə və ya xid-

mətlərə eyni və ya oxşar nişanların verilməsini qadağan edə bilər. 

İlk öncə qeyd etmək vacibdir ki, bütün dünya ölkələrini əhatə edən vahid əmtəə nişan-

larının qeydiyyat proseduru mövcud deyildir. Və bir çox hallarda məlum olur ki, nişanların 

hüquqi mühafizəsinə maraq sadəcə  bəzi inkişaf etmiş  ölkələrdə mövcuddur. Bu o mənanı 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1508


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ifadə edir ki, yalnız  hər hansı bir ölkədə aparılan nişanın qeydiyyat proseduru avtomatik ola-

raq digər ölkələrə də şamil ediləcək. Nişanların qeydiyyatının birbaşa marağı olan ölkələrdə 

qeydiyyata alınması vacibdir. Belə ki, əgər siz əmtəə nişanın bir neçə ölkədə mühafizəsində 

maraqlısınızsa, ən yaxşı seçim beynəlxalq qeydiyyat sistemi vasitəsi ilə qeydiyyatdan keçir-

məkdir ki, bu da Madrid sistemi adlanır, hansı  ki  öz  adını bu münasibətləri tənzimləyən 

Nişanların Beynəlxalq tənzimləməsi haqqında 14 aprel 1891-ci il tarixli Madrid saziş  və 

“Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 1989-cu il iyunun 28-də 

Madrid  şəhərində  qəbul edilmiş Protokol kimi hüquqi aktlardan almışdır. Madrid Protokolu 

Dünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyya-

tını təmin etmək üçün qurulan Madrid Sistemini yaradan iki beynəlxalq razılaşmadan birisi-

dir. Madrid Sistemindəki digər razılaşma  isə Madrid Sazişidir. Madrid Sazişi 1891-ci ildən 

bu yana qüvvədədir və Madrid Protokolu, əmtəə nişanlarının beynəlxalq qeydiyyatı sisteminə 

üzvlüyü artırmaq, sistemi üzv olan dövlətlər baxımından daha yararlı hala salmaq üçün 1996-

cı ildə qüvvəyə minmişdir. Protokola edilən yeniliklər sistemə daxil olmaq istəyən ölkələr 

üçün əlverişli imkan yaratmışdır və 2015-ci ilədək üzv olan dövlətlərin sayı 95-ə çıxmışdır. 

Dünya iqtisadi sahəsində öndə gedən ölkələrin böyük hissəsi və Avropa İttifaqına üzv ölkə-

lərin əksəriyyəti Madrid sisteminə üzvdür. Azərbaycan bu sistemini birinci qolu olan Madrid 

Sazişinə 1995-ci il 25 dekabrda, Madrid protokoluna isə 2007-ci il 15 apreldə qoşulmuşdur. 

Azərbaycan hüququnda əmtəə nişanının qorunması ilə bağlı hüquqi tənzimləməni  “Azərbay-

canın qoşulduğu beynəlxalq razılaşmalar” və “əmtəə nişanı ilə bağlı milli qanunvericilik” ola-

raq ayırmaq mümkündür. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun 2-ci mad-

dəsinə müvafiq olaraq, əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respub-

likasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Əmtəə nişanları və 

coğrafi göstəricilər haqqında AR qanunundan, Azərbaycan Respublikasının digər qanunveri-

ci-lik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. 

Əmtəə nişanlarının beynəlxalq qeydiyyatını  təmin edən Madrid Sisteminin əsas 

məqsədləri aşağıda sadalanmışdır: 

  Əmtəə nişanlarının tək bir beynəlxalq müraciət vasitəsilə  və  tək bir dildən istifadə 



olunaraq iki və ya daha çox ölkədə qeydiyyatını təmin edəcək müraciətlər  etmək. 

  Tək iddia sənədi, tək dil, tək ödəmə sistemi yolu ilə iddiaçıları  ağır maddi yükdən, 



bürokratiyadan, fərqli  müraciət prosedurlarından qurtulmasını təmin etmək. 

  Əmtəə nişanının beynəlxalq qeydiyyatı  həyata keçirildikdən sonra və ya müraciət 



əsnasında meydana gələn dəyişikliklərin də  tək bir müraciət vasitəsilə Seçilmiş bütün 

ölkələrdə edilməsi mümkün edərək, müraciət edən şəxslərə avantaj gətirmək. 

  Üzv ölkələrə gətirilən rədd müddəti məhdudiyyəti sayəsində (Protokol'da 18 ay) müra-



ciət edən şəxslər  baxımından işlərinin daha sürətli yerinə yetirilməsini təmin etmək. 

Madrid Sisteminin əsas məqsədləri, avantajları sayılarkən sözü gedən məsələlərdən 

birisi də, əmtəə nişanılarla əlaqədar hər cür dəyişiklik, məhdudlaşdırma, ləğv, azadolma şək-

lində əməliyyatların da tək bir tələblə edilməsi imkanının təmin edilməsidir. 

Qeyd etmek lazımdır ki, Madrid sistemi üzrə  əmtəə nişanlarının qeydiyyatı birbaşa 

olaraq müraciət edən  şəxslərin  Əmtəə nişanlarının bütün üzv olan dövlətlərin  ərazilərində 

qanuni müdafiəsini təmin edir. Qeyd olunanlara əsasən, tələb olunan iddia sənədi özündə 

əmtəə nişanın hüquqi mühafizəsinin təmin olunmasının tələb olunduğu ölkələrin konkret 

siyahısını əks etdirməlidir. Belə hallarda iddiaçı ümumiləşdirilmiş şəkildə Avropa olaraq qeyd 

edə bilməz. Əmtəə nişanısının mühafizəsini maraqlı olduğu ölkələri ayrı-ayrılıqda qeyd etmə-

lidir. Bu həm də ona görə vacibdir ki, hər bir ölkə üçün haqq baxımından differensasiya 

mövcuddur.  

Beynəlxalq Reye Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı ilə bağlı Madrid Protokolu 

15.04.2007 tarixindən itibarən Azərbaycanda qüvvəyə minmişdir; Protokol çərçivəsindəki 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1509


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

beynəlxalq əmtəə nişanı qeydiyyatı işləri Azərbaycan Respublikasının Standartlaşdırma, Met-

rologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 

Madrid Protokolu çərçivəsində edilən işlər  əsasən iki istiqamətlidir: xarici ölkələrdən  

Azərbaycana edilən müraciətlər və Azərbaycandan xarici ölkələrə göndərilən  əmtəə nişanı 

qeydiyyati müraciətləri. 

Madrid sistemi vasitəsi ilə Azərbaycandan müraciətlər yalnız Azərbaycan Respublikası-

nın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) vasitəsi ilə edilə 

bilər. Birbaşa WIPO’ya göndərilən müraciətlər WIPO tərəfindən müraciət edənə geri qay-

tarılır. Qaydalar sadəcə Azərbaycan baxımından bu şəkildə deyildir, Protokolla təmin olunan 

sistemin  əsas xüsusiyyətlərindən birisi beynəlxalq qeydiyyat müraciətlərinin WIPO’ya tərəf 

ölkələrin rəsmi əmtəə nişanı mənşə idarələri tərəfindən çatdırılmasıdır. 

Reyistrdə qeydiyyatın gerçəkləşməsinin ardından iddiaçılar hər cür dəyişiklik (adres / 

ünvan / nevi dəyişikliyi), ləğv,məhdudlaşdırma, təhvil  əməliyyatlarını WIPO Beynəlxalq 

Bürosuna göndəriləcək tək bir tələblə etmək imkanına sahibdirlər. WIPO-un aldığı tələb əgər 

üsuluna uyğun isə bu tələbi reyestre salır və qeydiyyat əməliyyatın ardından əlaqədar ölkələrə 

göndərir. Seçilmiş ölkələr müraciət sahibinin istədiyi və WIPO tərəfindən özlərinə bildirilmiş 

tələbi öz məlumat bazalarında da əks etdirirlər. Bu baxımdan Madrid Sisteminin iddiaçıların 

əmtəə nişanlarınının tək mərkəzdən nəzarətini tam mənada təmin etdiyi deyilə bilər. 

Beynəlxalq qeydiyyatın davamlılıq  müddəti 10 ildir. 10 il sonunda beynəlxalq qeydiy-

yatın sahibləri WIPO-ya  tələblə  Əmtəə nişanlarınını yeniləmə haqqına sahibdirlər. WIPO 

yeniləməyi beynəlxalq reyestdə qeydiyyata aldıqdan sonra beynəlxalq reyestrin əhatə etdiyi 

ölkələrə bildirişlə müraciət edir və  əlaqəli ölkələr də  əmtəə nişanının yenilənməsini öz 

məlumat bazasında qeyd edirlər. 

 

 



XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİNİN ANLAYIŞI 

 

Aysel BABAYEVA 

Bakı Dövlət Universiteti 

aysel.babasoy@yahoo.com 

AZƏRBAYCAN 

 

Xüsusi mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin  ən 



mühüm problemlərindən biridir. Mülkiyyət-iqtisadi münasibətlər həmişə hüquqi təminatla 

bağlıdır. Xüsusi mülkiyyət münasibətləri hüququn bütün sahələri tərəfindən mühafizə edilsə 

də, heç şübhəsiz, bu sahədə aparıcı rol konstitusiya hüququna məxsusdur. Konstitusiyanın 29-

cu maddəsində qeyd edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qa-

nunla qorunur.  

Xüsusi mülkiyyət hüququnun müdafiəsi vasitələrindən birincisi əşya hüquqi iddialarıdır 

(vəzifəsi mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncam vermək 

hüquqlarını bərpa etmək, habelə bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilmə-

sində maneələri və ya şübhələri yox etməkdir). Müvafiq olaraq əşya-hüquqi iddialar başqa-

sının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi (vindikasiya iddi-

ası), pozulmuş hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqədar olmadıqda da öz  hüquqları-

nın bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət  hüququnun etiraf edilməsi haqqında 

iddialardır. İkinci - mülki-hüquqi vasitələr qrupu öhdəlik-hüquq xarakterli vasitələrdir (mül-

kiyyətçiyə dəymiş zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları 

və s.). Bu cür vasitələri təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq institut-

larından və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi 

əmlakı icarəyə verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir. Üçüncü 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1510


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qrup vasitələr, nə əşya-hüquqi, nə də öhdəlik-hüquq xarakterli vasitələr deyildir, onlar mülki-

hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının 

mühafizəsi, qanunun tələblərinə müvafiq olmayaraq bağlanan əqdlərdə tərəflərin mənafeləri-

nin müdafiəsi belələrindəndir. Dördüncü qrupa qanunla müəyyən olunmuş qaydada mülkiyyət 

hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitə-

lər daxildir. 

Mülki hüquqlar, xüsusən də bu hüquqların bir növü olan əşya hüquqları (o cümlədən 

mülkiyyət hüquqları) qanunla mühafizə edilir (qorunur). Xüsusi mülkiyyət münasibətlərinin 

hüquqla mühafizə edilməsi (qorunması) mürəkkəb xarakterli anlayışdır. Xüsusi mülkiyyət 

münasibətlərinin qorunmasında əmək hüququ da müəyyən rol oynayır. Azərbaycan Respub-

likasının Konstitusiyasının 35-ci maddəsində bildirilir ki, əmək fərdi və ictimai rifahın əsası-

dır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə 

görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq 

hüququ vardır (1, s.14).   Əmək hüququ müəyyən edir ki, işəgötürən və işçi qarşılıqlı maddi 

məsuliyyət daşıyır. Maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işəgötürən və işçinin) 

digər tərəfə  əmək vəzifələrinin yerinə yetirilməsi zamanı  təqsirli, hüquqazidd hərəkətləri 

nəticəsində vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur (5, s. 415; 7).  

Mülki hüququn yarımsahəsi hesab edilən  əşya hüququnun əsas vəzifələrindən biri 

subyektlərin mülkiyyət hüquqlarını qorumaqdan ibarətdir. Mülkiyyət münasibətlərinin mülki 

hüququn müəyyən etdiyi qaydalar və normalar əsasında mühafizə edilməsi “mülkiyyət hüqu-

qunun mülki-hüquqi qorunması” anlayışı ilə  əhatə edilir. Bu anlayış iki mənada - geniş  və 

məhdud mənada işlədilir. Geniş  mənada - mülki hüquqda nəzərdə tutulan və  cəmiyyətdəki 

iqtisadi münasibətlərin normal və maneəsiz inkişafını  təmin edən bütün üsul və vasitələrin 

məcmusu başa düşülür

  

(8;  с.58-78). Mülki hüquq normalarının vasitəsilə xüsusi mülkiyyət 



hüququnun qorunması  həyata keçirilir. Birinci qrup normalar xüsusi mülkiyyət hüququnun 

əmələ  gəlmə  əsaslarını, ikinci qrup normalar xüsusi mülkiyyət hüququna xitam verilməsi 

üsullarını, üçüncü qrup normalar mülkiyyətçinin malik olduğu səlahiyyətin həcmini, dördün-

cü qrup normalar xüsusi mülkiyyət hüququnun həyata keçirilməsinin hədlərini və bu hüquq-

ların məhdudlaşdırılmasını, beşinci qrup normalar xüsusi mülkiyyət hüququnun obyektlərinin 

ayrı-ayrı növlərinin hüquqi rejimini, altıncı qrup normalar əşya hüququnu pozan subyektlər 

üçün mənfi (arzuolunmayan) nəticələri müəyyən edir. “Xüsusi mülkiyyət hüququnun mülki-

hüquqi mühafizə edilməsi” anlayışı ilə “xüsusi mülkiyyət hüququnun mülki-hüquqi qorunma-

sı” anlayışı sinonim anlayışlardır. RF-də yazılan dərsliklərin çoxunda mülkiyyət hüququnun 

mülki-hüquqi qorunması anlayışı hər iki mənada işlədilir  (9, с.334; 10, с.302; 11, с.611). Bu 

normaların çoxu pozulmamış mülkiyyət hüquq münasibətlərini qoruyur. 

Mülkiyyət hüququnun mülki-hüquqi müdafiəsi iki əsas funksiyanı - qoruyucu və  bərpa-

edici funksiyanı yerinə yetirir. Qoruyucu funksiyanın mahiyyəti normal və pozulmuş vəziy-

yətdə mülkiyyət münasibətlərini mühafizə etməkdən ibarətdir; bu funksiyanın köməyi ilə 

mülki dövriyyədə əmlakın normal təsərrüfat istismarı, habelə öz şəxsi mülkiyyətinə maneəsiz 

olaraq sərəncam verməsi və ondan istifadə etməsi təmin edilir. Bərpaedici funksiyanın mahiy-

yəti isə pozulmuş mülkiyyət münasibətlərini bərpa etməkdən ibarətdir; bu funksiyanın köməyi 

ilə mülkiyyətə edilən müxtəlif qəsdlərin zərərli əmlak nəticələri aradan qaldırılır, hüquqazidd 

hərəkətlərlə vurulmuş zərərin əvəzi ödənilir.  

  

 



 

Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə