Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə356/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   352   353   354   355   356   357   358   359   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1489



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

1162-ci ildə Kiyev knyazı Rastislavın hakimiyyəti güclü müttəfiq Mistislav Volınskinin 

təzyiqinə  məruz qalır. Nə Kiyev boyarları, nə  də knyazın qvardiyası Rastislava arxa durmur-

dular. Knyaz öz hakimiyyətini Mistislavla bölüşməli olur. Belqorod Torçesk, Kanev şəhər-

lərini, hətta qara klobukların torpaqlarını onun ixtiyarına verir. Taxt-tacının laxladığını hiss edən 

Rastislav ümidini çölə bağlayır. Belük (və ya Böyük) xanın yanına elçi gedib xanın qızını oğlu 

Rürikə istəyir. Bu nikah baş tutur. Poloves yardımı Rastislavın mövqeyini möhkəmləndirir.  

“Dəşti-Qıpçaq” torpaqları  hər kəsə öz təsirini göstərmişdi. Qıpçaqlar indi “Böyük Ru-

siya” adlanan ərazidə vahid dövlətin qurulmasında və formalaşdırılmasında yaxından iştirak 

edirdilər. Həmin dövlət XI əsrin sonu – XII əsrin əvvəllərindən müxtəlif kyazlıqlara bölünürdü.  

XIII əsrin ortalarında Avropaya, şərqə yeni köçərilərin – monqol-tatarların axını başladı. 

Çöllə  hərəkət edən monqol-tatarlar əvvəlcə  qıpçaqlarla üzləşməli oldu. İlk məğlub olan Don 

qıpçaqları oldu. Onlar öz torpaqlarından köç edərək Dneprə sıxışdırıldılar və rus knyazlıqlarının 

ərazilərinə səpələnirlər. Tədricən qıpçaqlar Qızıl Ordanın tərkibinə daxil oldular [5, 94]. 

XII əsrin əvvəllərində, moqol basqınlarından xeyli əvvəl qıpçaqlar Bolqarıstan ərazisin-

də  də  fəad məskunlaşırdılar. Onlar Dunayın aşağı hissəsində, Dobrusda və Bolqarıstanın 

şimal-qərb torpaqlarında yayılmışdılar. XII əsrin 70-ci illərində bolqarlar Bizans əleyhinə 

üsyan qaldırdılar. Bu üsyana iki qıpçaq qardaş - Asen və Pyotr rəhbərlik edirdilər. Kuman-

qıpçaq hərbi hissələri də üsyançılara köməklik göstərirdilər. Nəticədə I Asen 1187-ci ildə Bol-

qarıstanın çarı seçildi. Kuman-qıpçaqlar dövlətin həyatında fəal rol oynamağa başladılar. 

Asenin davamçısı Kaloynin vaxtında çarın zülmündən və qəddar qanunlarından narazı qalan 

bolqar və kuman feodalları 1207-ci ildə çara sui-qəsd hazırlayaraq onu öldürdülər. Taxt-taca 

yenə qıpçaq feodalı Asenin qohumu Boril əyləşdi. II Asenin dövründə monqollardan və qis-

mən də Macarıstandan qaçan və Bolqarıstana gələn qıpçaqların sayı daha da artdı. 

Monqol iğtişaşlarından uzaqlaşan qıpçaqların bir qismi də  Cənubi Qafqazda məskun-

laşdı və yerli əhali ilə qaynayıb-qarışdı.  

Həmin illərin şahidləri yazırdılar ki, şərqin bazarları monqolların əsir etdikləri qullarla 

doludur. Bunların arasında qıpçaqlar xüsusi üstünlük təşkil edirdilər. Lakin çox keçmədən bu 

ağıllı və dözümlü, möhkəm iradəli qullar şərq dövlətlərinin siyasi həyatlarında mühüm rol oy-

namağa başladılar. Artıq qeyd etdiyimiz kimi Misir sultanlığında hakimiyyəti  ələ keçirib 

Məmlük hakimliyini qurmuşdular. İki sultan - Beybars və Kalaun məşhur Bürcoğlu (Burçe-

viçlər) qıpçaq nəslinin törəmələri idilər. Hər bir sultan öz ətrafında daha çox qohum toplamaq 

arzusunda idi. Məhz buna görə də Misir sanki qıpçaqlarla qaynayırdı. Qul bazarlarında alınan 

qullardan başqa buraya qıpçaq çölündə qalan sadə adamlar da axışırdılar. 

Qeyd etmişdik ki, torpaqlarını öz qüvvələri ilə qorumaq istəyən qıpçaq zadəganları 

monqollar tərəfindən tamamilə  məhv edilmişdilər. XIII əsrin 40-50-ci illərində isə artıq bu 

məsələ bitmişdi. Varlı zadəganların bir hissəsi uzaq monqol çöllərinə əsir aparılmışdı [4, 96]. 

Monqollar əsirlərdən hərbi işlərdə də istifadə edirdilər. Onlar ordunun önündə gedir, ilk zərbəni 

öz üzərilərinə götürür və arxalarınca gələn monqol döyüşçülərini sanki qoruyurdular. Lakin 

qıpçaqların  əsas hissəsi çöldə qalmışdılar. Bu qədər sıxışdırılmış  vəziyyətdə  də olsa, onlar 

yaşadıqları əraziləri dəyişdirməmişdilər. Monqollar hər vasitə ilə qıpçaqlara öz tarixlərini, qo-

humluq  əlaqələrini, vətən hisslərini unutdurmağa çalışırdılar. Bir çox tayfalar Orta Vol-

qaboyuna, Aşağı Kama ətrafına, digərləri Aşağı Volqaboyuna köçürüldü. 

Müflisləşmək nə vaxtsa köçəri həyat sürən qıpçaqları oturaq həyata gətirib çıxartdı. 

Çölə öz sosial quruluşlarını gətirən monqollar etno-siyasi bölünmələrini nəzərə alaraq Şərqi 

Avropa çöllərini uluslara bölməyə məcbur oldular. Tezliklə Batı (Volqaboyu) və Bərkə (Şi-

mali Qafqaz) ulusları yaradıldı. Sonra Noqayın rəhbərlik etdiyi Dnestr ətrafı ulus (kumanlar) 

yarandı. Dnepr ətrafı rayonlar Toqda xanın idi. Buradakı qıpçaqlar onun ulusunda idilər. Don 

çöllərindəki qıpçaqlar isə Dəşt-i- Qıpçaq ulusunu təşkil edirdilər. Beləliklə qıpçaqlar doğma 

torpaqlarında yeni adlarla və yeni feodalların rəhbərliyi alında öz tarixlərinin yeni səhifələrini 

yazmağa başladılar. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1490



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1491


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 

 

 

17-18, April 2015, Baku, Azerbaijan 

 

PROCEEDINGS 

SECTION V 

HISTORY AND LAW 

 

 

Law 

 

 

 

 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə