Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə355/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   351   352   353   354   355   356   357   358   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1487



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bingölde tarihi eserler olarak Camiler, Türbeler, Medreseler, Hamamlar ve bir çok ziya-

ret yerleri bulunmaktadır. Bu ziyaret yerleri Bingöl ve çevresindeki halkın dindarlığınığının 

önemli bir boyutunu ortaya koymaktadır. Nitekim mezar, ağaç, su, taş gibi unsurları kapsayan 

ziyaret yerleri yöre insanının dini-sosyal hayatı hakkında önemli bilgiler vermektedir.  

Bundan başka Bingöl ve köylerinde kiliseler de bulunmaktadır. Bu kiliselerde iki türlü 

plan göze çarpmaktadır. Ilk dönem kilise mimarisi Bizans tipi mimarilerdir. Son dönemde ise 

Ermeniler tarafından yapılan kiliseler bulunmaktadır.  

Tarihi yerleri ve doğal güzellikleri ile küçük bir şehir onan Bingöle hava yolu, demir 

yolu ve kara yoluyla ulaşım mümkündür.  

Şehre ilk gelenlere Bingöl merkezinde akşam saat dokuzdan sonra hayatın olmaması 

yani insanların sokaklara çıkmaması ve hatta dükanların da kapalı olması ilginç gelmektedir. 

Şehrin bir diğer ilginç yönü ise Kurban ve Ramazan gibi dini bayramlarda dükanların kapatıl-

ması ve insanların akrabalarını ve mezarlıkları ziyaret etmesidir.  

 Eğer Bingölde cuma günü çarşıda bir işiniz varsa bunu cuma namazındanan sonra 

etmeye çalışın zira bu saatte giderseniz dükanların kapalı olduğunu göreceksiniz.  

Bingölde 2007 yılında açılan universite şehrin yaşamın önemli bir şekilde etkilemiştir. 

Yeni gelen öğrencilerin en çok söyledikleri şey ise şehirde gezilecek yerlerin olmamasıdır. 

Şehir halkı da öğrencilerin yaptığı bir takım şeylere iyi bakmamaktadır. Bununla birlikte Bin-

gölün tam bir öğrenci şehri olduğunu söylemek olar.  

Bütün bu yönleriyle, küçük ve sakin bir şehir onan Bingöl, büyük şehir kalabalıkların-

dan yorgun olan insaların dinlene bilecekleri uyğun bir yerdir. 

 

 

QIPÇAQ TAYFALARI VƏ AZƏRBAYCAN 



 

Qumru FƏRHADOVA 

Gəncə Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

Xəzər xaqanlığının dağılması ilə uzun müddət Xəzər dənizi yolu ilə köçərilərin hücu-



munun qarşısını alan sipər də dağıldı. İndi xəzərlərin olmadığı bir dövrdə quzlar Volqa çayı 

boyunca yola düşdülər və  Cənub-Şərqi Avropanın düzənlikləri boyunca yayıldılar.  İtil və 

Semenderin qalıqları  hələ  aşkar edilməmişdir, lakin xarabalığın mənzərəsini Aşağı Don, 

Şimali Don və əlbəttə, Sarkelin digər dayaq nöqtələrinin qazıntıları zamanı aşkar edilən mate-

riallara  əsasən bərpa etmək olar. Sarkelin yerində slavyan Ağ Çadırın tikinti xarabalıqları 

içərisində arxeoloqlar, çox güman ki, avaraların sığınacağı olan çox mühəqqər komaları  tə-

mizləmişlər. Çox maraqlıdır ki, Sarkel şəhərciyinin yuxarı qatında köçərilərə  məxsus kera-

mika aşkar olunmamışdır. Həm əkinçilik, həm də peşəçilik tamamilə məhv edilmişdir. Alan-

bolqar əkinçilərinin əkin yerləri otla dolu idi. Yerli əhalinin bir hissəsi Donun, Terekin, Kuba-

nın meşəli təpələrində gizlənmişdilər, bir hissəsi isə Qafqaz dağlıq yaylasına getmişdilər. 

Əkinçi əhalinin düzənliklərdən çəkilməsi Şimali Qafqazda da müşahidə olunur. X-XII 

əsrlərdə dağlıq yaylanın dərinlikləri və dağ keçidlərinə giriş yerlərdə əhalinin sayı artır. T.M. 

Minayeva xüsusilə qeyd edir ki, yenidən dirçəlmiş əhali əksər hissəsi ilə yaşayış üçün çox əl-

verişsiz olan əlçatmaz yerlərdə yerləşmişdilər. Burada razılaşmaq lazımdır ki, bu seçim könül-

lü yox, məcburi olmuşdur [1, 18]. T.M. Minayeva hesab edir ki, alanları Şimali Qafqazda qıp-

çaqlar sıxışdırıblar. Bu fikrin mahiyyətini inkar etmədən belə bir nəticəyə gəlmək olar ki, otu-

raq əhalinin sıxışdırılması qıpçaqlardan əvvəlki, peçenek-quz dövründə başlamışdır. XI əsrdə 

gürcü tarixçisi Cuanşerin verdiyi məlumatlara görə, onun dövründə Peçenekiya Osetiya daxi-

lində yerləşən çay boyunca məhdudlaşırdı və yalnız sonralar peçeneklər türklərdən qaçdılar və 

qərbə yollandılar [2, 56]. Quzların Mərkəzi Qafqazda olmaları haqqında Böyük Zelençukla 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1488



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Qaravul stansiyası  ətrafında daş heykəlin tapıntısı  xəbər verir. Heykəlin siması, xüsusilə 

əllərin vəziyyəti – sağ əlin dirsəyə doğru əyilməsi və sol əl isə qılıncın tutacağında – erkən 

türklərin daş heykəllərinin simalarına uyğun gəlirdi.  

Xəzər dövründə olduğu kimi, qıpçaqların dövründə də Qərbi Xəzərsahili ovalıq yalnız 

sülh deyil, həm də hərbi məqsədlərə də xidmət edir. Məlumdur ki, XII əsrdə Volqa boyunca 

Qafqaz sahillərinə doğru rus hərbi gəmiləri hərəkət etmişdir. Ola bilsin ki, qıpçaklar-saksinlər 

rus dəniz qüvvələri ilə birlikdə  Cənub-Qərbi Xəzərsahili müsəlman dövlətlərinə hücumda 

iştirak etmişlər. V.V.Bartold yazır ki, qıpçaklar müsəlman vilayətlərinə hücum etməyə davam 

edirdilər və bəzən bu yürüşlər işğalçı xarakter və məqsədi daşıyırdı. XII əsrdə müsəlmanlar 

bir müddət Dərbəndi və hətta ondan cənuba olan bir sıra vilayətləri itirdilər. Gürcü salnamə-

lərində  dərbənd qıpçakları qeyd edilmişdir [3, 26]. Çox güman ki, monqol dövrünə  qədər 

çöllü-qıpçaklar Dağıstana daxil olmağa başlamışdılar.  

Dəşt-e-Qıpçakın Cənubi Qafqazla geniş ticarət və  mədəni  əlaqələri aşağıdakı mühüm 

fakt ilə təsdiq edilir. Burada biz alışqan maddə - neft ilə dolu olan atıcı silahların qıpçak ordu-

sunda keçməsini nəzərdə tuturuq. Belə silahlar qıpçakların əlinə yalnız Şərqi Cənubi Qafqaz-

dan və yalnız Dağıstan ərazisi ilə keçə bilərdi. Rus salnamələri bu silahların ruslarla döyüşdə 

işlədilməsi haqqında xəbər verir.  

XII  əsrin ortalarında bütün yollar artıq qıpçaqları Dneprə doğru aparırdı. 1152-ci ilin 

salnaməsində deyilirdi: “Bütün qıpçaq torpağı İtil (Volqa) və Dnepr arasında yerləşir” [1, 56]. 

Bu torpaqların sərhədləri şimaldan Sula və Oreli çayları arasındakı ərazilərə, şərqdən Don və 

İtli çayları ilə  cənubdan  Şimali Qafqaz, Krım və Azovətrafı çöllərlə, qərbdən isə  İnquls və 

Dnepr çayları ilə müəyyənləşdirildi.  

XII əsrin 60-70-ci illərinə qədər heç bir iri siyasi ittifaq müşahidə olunmurdu. Qıpçaqlar 

ayrı-ayrı xırda ordulara parçalanmışdılar. Rus salnamələrində Toksobiçlər, Yeltukovlar, Bur-

çeviçlər kimi daha səlahiyyətli və qüvvətli orduların adı  çəkilir. Onlar hər ilə rus knyazlıq-

larına basqınlarda fəal iştirak edirdilər. Hətta bu orduların bəziləri haqqında məlumatlar Şərq 

ölkələrinə  də  gəlib çatırdı. Arxeoloqlar daş heykəllərin, kurqanların sayına görə çöldə  qıp-

çaqların böyük və ya kiçik tayfalarla yaşadıqları yerləri müəyyən edə bilmişlər. Bunların ara-

sında yalnız burçeviçlər fərqlənirdilər. Belə ki, tayfanın adının götürüldüyü “böri” sözü türkcə 

canavar deməkdir. Buna görə  də “canavarlar” ordusu yalnız Dneprin sol sahilinə birləşən 

Volçye (canavar) çayının ətrafında yaşaya bilərdi.  

Rus tarixçilərinin fikrincə, qıpçaqların köçəri həyatının formalaşdırılmasında rus knyaz-

larının da böyük rolu olmuşdur. Məsələn, S.A. Pletnyova yazır ki, ağıllı  və uzaqgörən rus 

knyazı Vladimir Monamax qıpçaqların həyatında xüsusilə fərqlənmişdir [4, 73]. Belə ki, Sutin 

çayı üzərində qıpçaqları məğlub edən Monamax digər türk tayfalarını çölə gətirmişdir. 1117-

ci ildə belavejlilər Rusun Çerniqov sərhədində qala şəhər tikdilər. Beləliklə  də, Monamax 

qıpçaqlara qarşı onların özlərindən ibarət sərhəd düzəldə bilir. Onlar köçəriliyin yeni forma-

sına keçdilər. Yəni, köhnə marşrutları saxlayaraq yayda yaylağa qalxır, qışda isə sürülərini 

arana köçürürdülər.  

XII əsrin 40-cı illərində Poroqyada yaşayan bütün köçəri tayfaların yeni etnik birliyin 

yaradılmasına ilk addımlarını atmalarına baxmayaraq, onların hamısı hansı etnik qrupa aid 

olduqlarını yadda saxlaya bildilər. Bu etnik birliyə peçeneqlər (1151-1162), turpeylər (1150), 

kalpiçlər (1160), bastiylər (1170-ci illər) də daxil olurdular. Lakin iki mühüm ittifaq – Dnepr 

ətrafında və Donda yaşayan qıpçaqların ittifaqı daha qüdrətli və mütəşəkkil təşkil olunmuş-

dur. Dnepr ətrafı və Don qıpçaqları Azov dənizinin sahillərində yaşayan tayfalarla əlaqə sax-

layır, lazım gəldikdə onların köməyindən istifadə edirdilər. Beləliklə, çöldə ərazi etibarilə rus 

knyazlıqlarına və Avropa krallıqlarına bərabər iki böyük ittfaq yaranmışdı. Rus tarixçisi B.A. 

Rıbakov çöldə iki ağ və qara “kumanqıpçaq” ittifaqını ayırırdı. Çöldə Dnepr ətrafında yaşa-

yan qıpçaqlar daha çox hökmranlıq edirdilər. Onların Toqle, İzay, Osoluk, Kobak kimi məş-

hur xanlarının adı bu günə qədər gəlib çıxmışdır [5, 146]. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə